Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-967/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X2 və qarşılıqlı iddia üzrə iddiaçıilk iddia üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 qarşı Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsinə, Cavabdeh1 iddiaçı X3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəsi kimi məcburi paya hüququnun, qanun üzrə vərəsə tanınma və payın mülkiyyətə verilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin 26.1*.2*23-cü il tarixli, 2(125)-31*/2*23 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X5 və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1 qarşı Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 18.*8.2*22-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh1 iddiaçı X3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəsi kimi məcburi paya hüququnun, qanun üzrə vərəsə tanınma və payın mülkiyyətə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi və X3 Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu Elşən Əliyev tərəfindən verilmiş X4 Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı döngə, 1* nömrəli evdə olan 1/6 payına dair 16.*8.2*22-ci il tarixli 2V-235 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.*9.2*22-ci il tarixdə aparılmış 1522*26991 nömrəli dövlət qeydiyyatının etibarsız hesab edilməsi, anası X1 oğlu X4 qanun üzrə vərəsəsi kimi məcburi paya (ümumi mülkün 1/24-nə) hüququnu, onu isə anasının qanun üzrə vərəsəsi tanıyıb, həmin payın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 26.1*.2*23-cü il tarixli, 2(125)-31*/2*23 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə, ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X5 izahat verərək göstərmişdir ki, hazırda onların arasında olan mübahisə aradan qalxmışdır. Ona görə də ilk iddia tələbindən imtina edir və imtinanın hüquqi nəticələri ona aydındır. Odur ki, ilk iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 izahat verərək göstərmişdir ki, hazırda onların arasında olan mübahisə aradan qalxmışdır. Ona görə də qarşılıqlı iddia tələbindən imtina edir və imtinanın hüquqi nəticələri ona aydındır. Odur ki, qarşılıqlı iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. İş üzrə ilk iddia üzrə cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi və proses iştirakçıların izahatlarını dinləyərək, ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının imtina ərizələrini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 26.1*.2*23-cü il tarixli, 2(125)-31*/2*23 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı X2 cavabdehlər Cavabdeh1 qarşı Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsinə, Cavabdeh1 iddiaçı X3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəsi kimi məcburi paya hüququnun, qanun üzrə vərəsə tanınma və payın mülkiyyətə verilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbindən imtinaları qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 261.*.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 47-ci və 52.1-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-in 37*-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının MPM-in 384.*.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.*.1-259.*.5-ci və 259.*.8-259.*.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.*.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 4*2.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261.*.4, 263, 264, 37*, 384.*.5, 4*2, 4*5.*.2 və 4*6-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Gəncə Şəhər Məhkəməsinin 26.1*.2*23-cü il tarixli, 2(125)-31*/2*23 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh1 qarşı Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsinə, Cavabdeh1 iddiaçı X3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəsi kimi məcburi paya hüququnun, qanun üzrə vərəsə tanınma və payın mülkiyyətə verilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X5 və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 iddia tələbindən imtina etmələri qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 1* (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-967/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-967/2024
25.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver