Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-968/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(125)-603/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmaqla, İddiaçı və Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə qaytarmaq şərti ilə 30.000 manat məbləğində pul vəsaitini İddiaçı borc almışdır.
2. xx.xx.2021-ci il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aylıq 2 faiz əlavə ödəmək şərti ilə 85.000 manat məbləğində pul vəsaitini İddiaçı borc aldığını etiraf etmiş və həmin borcunu 12 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür.
3. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 12 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahat verərkən, İddiaçı 85.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir
4. Cavabdeh tərəfindən məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı ona qarşı iddia tələbini qismən, yəni ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə etiraf etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 390 manat, cəmi 101.090 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, bir neçə il bundan əvvəl qohumu Bəhruz Dadaşovun vasitəsi ilə tanış olmuşlar. O, 2018-ci il tarixdə depozit olaraq, 30.000 manat məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinə əsasən Cavabdeh borc vermiş, Cavabdeh isə həmin pul vəsaitindən lombard fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmişdir. Cavabdeh onun verdiyi 30.000 manat məbləğində borc pul vəsaitinin dövriyyəsi hesabına əldə etdiyi gəlirin 2 faizini qarşılıqlı razılıq əsasında ona vermişdir. Sonradan Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrılıqda 55.000 manat məbləğində pul vəsaitini də ondan borc istəmişdir. Onun borc olaraq verdiyi 30.000 manat məbləğində pul vəsaitindən Cavabdeh səmərəli istifadə etdiyinə və əldə etdiyi gəlirin 2 faiz məbləğində hissəsini ona vaxtlı-vaxtında borca əlavə şəklində verdiyinə görə o, 30.000 manat məbləğində pul vəsaitindən əlavə 55.000 manat məbləğində pul vəsaitini də Cavabdeh borc vermişdir. Lakin Cavabdeh sonradan ona olan 85.000 manat məbləğində borcunu müxtəlif bəhanələr gətirərək, qaytarmamış, 85.000 manat məbləğində borca görə həmin pul vəsaitinin hər ay ödənilməli olan əlavə 2 faiz hissəsini isə ödəməmişdir. Cavabdeh ona olan borcu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli borcun etirafına dair müqavilə ilə də təsdiq olunur. Buna baxmayaraq, Cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır.
7. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən etiraf edərək, izahatında bildirmişdir ki, o, İddiaçı 2014-cü il tarixdən tanımışdır. Belə ki, o, Bəhruz Dadaşov və Elvin İbrahimov birlikdə lombard fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı depozit olaraq, 170.000 manat məbləğində pul vəsaitini borc almış və həmin pul vəsaitinin dövriyyəsi hesabına İddiaçı aldıqları borca görə hər ay həmin pul vəsaitinin 2 faiz hissəsini borca əlavə olaraq, İddiaçı vermişlər. 2017-ci ildə isə o, Bəhruz və Elvindən ayrılaraq, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 40 ünvanının birinci mərtəbəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsində müstəqil qaydada lombard fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, Q.X.X1 və Elvin İbrahimovla birlikdə borc aldıqları 170.000 manat məbləğində pul vəsaitinin ona aid olan 57.000 manat məbləğində hissəsini İddiaçı özü ödəyəcəyini bildirmişdir. Sonradan o, bir il müddətində işləyib İddiaçı olan 57.000 manat məbləğində borcunu ödəmişdir. Buna görə də İddiaçı onunla notariat qaydasında təsdiq olunmuş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlayaraq, 30.000 manat məbləğində pul vəsaitini borc vermişdir. O, yenə də İddiaçı aldığı 30.000 manat məbləğində borc pul vəsaitinin dövriyyəsi hesabına əldə etdiyi qazancdan həmin pul vəsaitinin 2 faizi hissəsində əsas borc məbləğindən əlavə İddiaçı ödəniş etmişdir. Müxtəlif vaxtlarda isə o, İddiaçı müqavilə bağlamadan 30.000 manat məbləğində borc pul vəsaitindən əlavə hissəhissə 55.000 mənləğində pul vəsaitini də borc almış, ümumilikdə onun iddiaçıya 85.000 manat məbləğində borcu yaranmışdır. O, həmin borca görə ümumi məbləğin 2 faiz hissəsində, yəni əsas borc məbləğindən başqa 1.700 manat məbləğində pul vəsaitini hər ay İddiaçı ödəmişdir. Beləliklə də o, əsas borc məbləğindən əlavə iddiaçıya ümumilikdə 200.000 manatdan artıq məbləğdə ödəniş etmişdir. Lakin o, iddiaçıya olan 85.000 manat məbləğində əsas borcunu isə qaytara bilməmişdir. Buna görə də o, iddia tələbini əsas borc məbləği olan 85.000 manat məbləğində pul tələbinə dair hissədə etiraf etsə də, qalan hissədə iddia tələbini qəbul etmir. Sonda Cavabdeh iddianı qismən etiraf edərək, 85.000 manat məbləğində pul vəsaitinin ondan alınıb iddiaçıya ödənilməsinə razı olduğunu və iddianının qismən etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Gəncə şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(125)-603/2022 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh 24 may 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 (səksən beş min) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 (on beş min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 390 (üç yüz doxsan) manat, cəmi 101.090 (bir yüz min bir min doxsan) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.2, 529.3, 882.1 və 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1 və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(125)-603/2022 nömrəli qətnaməsinin qismən – faiz borcuna aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ondan faiz borcunun tutulmasının qət edərkən maddi hüquq normalarını, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Belə ki, bank fəaliyyətinə kreditin verilməsi də daxildir, Mülki Məcəlləyə əsasən borc vermək də mümkündür. Bu həm əşya formasında həm də pul formasında ola bilər. Əgər borc pul formasında olarsa bu artıq kredit sayılır. Hər hansı şəxs sahibkarlıq fəaliyyəti kimi pul borc verməklə faiz yolu ilə gəlir götürməklə məşğul olarsa bu artıq lisenziyalı fəaliyyət sayılır. Lakin bir əməliyyat çərçivəsində verilən borc pula görə lisenziya tələb olunmur. Həmçinin birinci instansiya məhkəməsi prosessual hüquq normalarını da pozaraq işdə olan sübutlara düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, İddiaçı 2014-cü il tarixdən tanımışdır. Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 40 ünvanının birinci mərtəbəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsində müstəqil qaydada lombard fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, İddiaçı aldığı 30.000 manat məbləğində borc pul vəsaitinin dövriyyəsi hesabına əldə etdiyi qazancdan həmin pul vəsaitinin 2 faizi hissəsində əsas borc məbləğindən əlavə İddiaçı ödəniş etmişdir. Müxtəlif vaxtlarda isə o, İddiaçı müqavilə bağlamadan 30.000 manat məbləğində borc pul vəsaitindən əlavə hissə-hissə 55.000 mənləğində pul vəsaitini də borc almış, ümumilikdə onun iddiaçıya 85.000 manat məbləğində borcu yaranmışdır. O, həmin borca görə ümumi məbləğin 2 faiz hissəsində, yəni əsas borc məbləğindən başqa 1.700 manat məbləğində pul vəsaitini hər ay İddiaçı ödəmişdir. Beləliklə də o, əsas borc məbləğindən əlavə iddiaçıya ümumilikdə 200.000 manatdan artıq məbləğdə ödəniş etmişdir. Lakin o, iddiaçıya olan 85.000 manat məbləğində əsas borcunu isə qaytara bilməmişdir. Buna görə də o, iddia tələbini əsas borc məbləği olan 85.000 manat məbləğində pul tələbinə dair hissədə etiraf edib, iddia tələbini həmin hissədəd qəbul edir. Faiz hissəsinə dair müqavilədə razılığa gəlsə də, həmin hissənin təmin olunmasına razı deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin faiz hissəsində ləğv edilməsini, həmin hissənin təmin edilməməsinin xahiş etmişdir. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə o, bir neçə il bundan əvvəl qohumu Bəhruz Dadaşovun vasitəsi ilə tanış olmuşlar. O, 2018-ci il tarixdə depozit olaraq, 30.000 manat məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinə əsasən Cavabdeh borc vermiş, Cavabdeh isə həmin pul vəsaitindən lombard fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmişdir. Cavabdeh onun verdiyi 30.000 manat məbləğində borc pul vəsaitinin dövriyyəsi hesabına əldə etdiyi gəlirin 2 faizini qarşılıqlı razılıq əsasında ona vermişdir. Sonradan Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrılıqda 55.000 manat məbləğində pul vəsaitini də ondan borc istəmişdir. Onun borc olaraq verdiyi 30.000 manat məbləğində pul vəsaitindən Cavabdeh səmərəli istifadə etdiyinə və əldə etdiyi gəlirin 2 faiz məbləğində hissəsini ona vaxtlı-vaxtında borca əlavə şəklində verdiyinə görə o, 30.000 manat məbləğində pul vəsaitindən əlavə 55.000 manat məbləğində pul vəsaitini də Cavabdeh borc vermişdir. Lakin Cavabdeh sonradan ona olan 85.000 manat məbləğində borcunu müxtəlif bəhanələr gətirərək, qaytarmamış, 85.000 manat məbləğində borca görə həmin pul vəsaitinin hər ay ödənilməli olan əlavə 2 faiz hissəsini isə ödəməmişdir. Cavabdeh ona olan borcu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli borcun etirafına dair müqavilə ilə də təsdiq olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Maddə Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
29. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
34. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən – 15700 manat faiz borcunun tutulması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, işin müəyyən olunmuş hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə Cavabdeh İddiaçı 85.000 manat məbləğində borcunun olduğu və həmin borca görə göstərilən məbləğin hər ay 2 faiz hissəsində İddiaçı əlavə ödənişlər etməli olduğu qeyd edilmişdir. Cavabdeh sözügedən müqavilənin etibarlılığını və habelə onun ayrı-ayrı şərtlərinin qanuniliyini mübahisələndirməmiş, həmçinin iddia tələbini əsas borca dair hissədə etiraf etmişdir. Cavabdeh qətnamənin yalnız faiz borcuna dair hissədə mübahisələndirmiş və dəlillərində iddiaçının lisenziyasının olmadığını göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq qeyd edir ki, tərəflərin arasında bağlanmış müqavilə ilə cavabdeh borca görə göstərilən məbləğin hər ay 2 faiz hissəsində iddiaçıya əlavə ödənişlər etməyə dair öhdəlik götürmüşdür. Cavabdehin iddiaçının lisenziya olmadan kredit verməsinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil tərəflər arasındakı müqavilənin sözügedən şərtinin etibarlığına dair dəlil olmamaqla təmin edilə bilməz. Belı ki, cavabdeh izahatında “ümumilikdə onun iddiaçıya 85.000 manat məbləğində borcu yaranmışdır. O, həmin borca görə ümumi məbləğin 2 faiz hissəsində, yəni əsas borc məbləğindən başqa 1.700 manat məbləğində pul vəsaitini hər ay İddiaçı ödəmişdir” bildirsədə bununla bağlı həmin halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə nədə ki, apellyasiya məhkəməsinə təqdim etməmişdir. Baxılan üş üzrə iddiaçı izahatında 85.000 manat məbləğində borca görə həmin pul vəsaitinin hər ay (müqavilədə razılaşdıqları kimi) ödənilməli olan əlavə 2 faiz hissəsinin cavabdeh tərəfindən ödənilməməsini göstərmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və işdə olan sübutlara düzgün qiymət verilməməsi olsa da həmin dəlil konkret deyil və bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən baxılan işdə prosessual normanın pozulmasına yol verildiyini müəyyən etməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır.
36. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(125)-603/2022 nömrəli qətnaməsi mübahisələndirilən - Cavabdeh 24 may 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş faiz borcu qismində 15.700 (on beş min yeddi yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.