Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-970/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibаrət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(125)-1101/2025 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə ödənilmiş 1500 manat pulun və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(125)-1101/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2(125)-1101/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmaması əsası ilə geri qaytarılmışdır (apellyatora qərardadı aldığı vaxtdan 10 (gün) müddətində, nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti (prosessual müddət ötürüldüyü təqdirdə şikayət vermə müddətinin bərpasına dair vəsatətlə birlikdə müraciət etmək hüququ izah edilmişdir). İddiaçı "xxxx" ASC təkrarən həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(125)-1101/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, e-2(125)-1101/2025 saylı qərardadı işə baxan hakim tərəfindən qərəzli mövqe tutduğundan formal səbəblərə əsaslanılaraq tam əsassız çıxarılmışdır. Bu ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Belə ki, hakimin işi geri qaytarmaq səbəbi əslində şikayətdə yazılan ifadələrlə bağlıdır. Apellyasiya şikayətində qeyd edilən "hakim sürücülük hüququ olmayan şəxslə etibarnaməsiz nəqliyyat vasitəsini idarə edən şəxsi ayırd edə bilməmişdir" ifadəsini bəyənmədiyindən verilmiş şikayəti də formal səbəblərdən geri qaytarmaqla işin apellyasiya məhkəməsiə getməsinin qarşısını almağa çalışır. Məhkəmə qərardadda qeyd etmişdir ki, iddiaçı ASC tərəfindən verilmiş hazırki apellyasiya şikayətində şikayəti verən hüquqi nümayəndəsinin elektron poçt ünvanı və mobil telefon nömrəsi (və ya nömrələri) göstərilməmiş və bununla da, MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin 3.5 və 3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan hal üzrə vurğulanmalıdır ki, verilmiş iddia ərizəsi məhkəmə tərəfindən qəbul olunmuş və baxılmışdır. Göstərilən xüsusat tərəflərin məhkəmədə iştirakını təmin etmək məqsədi daşıyır. Göründüyü kimi iddia ərizəsi və apelyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilir və ona məhkəmə bildirişləri həmçinin digər sənədlər elektron kabinet vasitəsi ilə çatdırılır. Hakimin bu mövqeyi qərəzli olaraq vətəndaşı incitmək məqsədi daşımaqla yanaşı onun yəqin ki çıxarılmış əsassız qətnamənin apellyasiya məhkəməsində ləğv edilərək yeni qətnamə çıxarılması ehtimalından özünü qorumaqdır. Qərardadda qeyd olunduğu kimi şikayət "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş və müvafiq xanalar doldurulmuşdur. Qeyd olunan normada xanaların hər birinin doldurulması imperativ norma deyildir. Yəni şikayət edən tərəfindən hansı hüquq normasının pozulmasını, əlavə sübutların olması onun özünün hüququdur. Məhkəmə tərəfindən qərardadda göstərilmiş formal bəhanələr işin apellyasiya məhkəməsinə getməməsi üçün sadəcə formal hərəkətlərdir. Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(125)-1101/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(125)-1101/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmaması əsası ilə geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində hansı maddi və prosessual hüquq normalarının pozulması ümumiyyətlə göstərilməmiş, habelə hüquq normalarının pozulmasının hazırkı işdə konkret nədə ifadə olunması və hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. İddiaçı apellyasiya şikayətində yalnız işin faktiki hallarına istinad etmişdir ki, bu formada tərtib edilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(125)-1101/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-970/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-970/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver