Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-973/2024 23.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə Luna çarpayı, Luna dolab, Luna termo, Luna tumba, Döşək Uretan və Luna tumba üçün 3690 manat ödənilməmiş məbləğ, 1207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Xiaomi Redmi 5 Plus 3 markalı telefon və 32 GE X3 SDHC UHS-İ card üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung J2 2018 DS markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung J markalı telefon üçün 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə X4 üçün 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat pulun və 86,36 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018- ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti cəmi 5904 manat olan Luna markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və Uretan markalı döşək üçün 2214 manat ödəniş etdikdən sonra 3690 manat ödənilməmiş məbləğ, 1207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti cəmi 840 manat olan Xiaomi Redmi 5 Plus 3 markalı telefon və 1 ədəd Sandisk markalı yaddaş kartı üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 408 manat olan Samsung J2 2018 DS markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 288 manat olan Samsung J markalı telefon üçün 176,20 manat ödəniş etdikdən sonra 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 96 manat olan X4 üçün 40,52 manat ödəniş etdikdən sonra 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini hissə-hissə olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Luna markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, Uretan markalı döşək və Mi markalı 1 ədəd power bank avadanlığını 26 ay müddətinə hər ay 250 manat, son iki ayda isə 246 manat ödəmək şərti ilə almışdır; xx.xx.2018-ci il tarixli, K00200669 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən Xiaomi Redmi 5 Plus 3 markalı telefon, 1 ədəd Sandisk markalı yaddaş kartı və Mi markalı 1 ədəd power bank avadanlığını 24 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır; xx.xx.2018-ci il tarixli, K00243635 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən Samsung J2 2018 DS markalı və Xiaomi Redmi 5 Plus 3 markalı telefonları 12 ay müddətinə hər ay 34 manat ödəmək şərtilə almışdır; xx.xx.2018-ci il tarixli 14862 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung J 106 DS markalı telefonu 18 ay müddətinə hər ay 16 manat ödəmək şərti ilə almışdır; xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3690 manat ödənilməmiş məbləğ 1207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 840 manat ödənilməmiş məbləğ 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 408 manat ödənilməmiş məbləğ 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 111,8 manat ödənilməmiş məbləğ 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55,48 manat ödənilməmiş məbləğ 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat borcu qalmışdır; xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh İmkan oğlu tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 252,15 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarxidə 246 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246,84 manat, xx.xx.2018-ci il tarixdə 250 manat və xx.xx.2018-ci il tarixdə 258 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdə 35 manat ödəniş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 252,15 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarxidə 246 manat,xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246,84 manat,xx.xx.2018-ci il tarixdə 250 manat və xx.xx.2018-ci il tarixdə 258 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdə 35 manat ödəniş edilmişdir və həmin qəbzlərin ümumi məbləği 2029.99 təşkil edir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəməyə təqdim edilmiş 05 dekabr 2023- cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müxtəlif vaxtlarda ödədiyi məbləğ 2430.72 manat təşkil edir. Məntiqi olaraq belə bir sual meydana çıxır ki cavabdeh nə üçün ödənilən məbləği faktiki ödənilmiş məbləğdən az göstərmişdir ? Çünki cavabdeh öz korporativ maraqlarını önə çəkərək, müqavilələrin iddia müddətinin “başa çatdığını” süni şəkildə sübut etmək üçün, müqavilələrin iddia müddətinin davamlığını təmin edən son ödənişləri təsdiq edən qəbzləri, bilərəkdən məhkəməyə təqdim etməmişdir. Nəticədə məhkəməni aldatmağa cəhd etmiş və buna nail olmuşdur. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi sübutları təqdim etmək məqsədi ilə dəfələrlə şifahi şəkildə məhkəmə prosesininin təxirə salınmasını xahiş etmiş, xahişi təmin edilməyi üçün mülki işin baxılmamış saxlanılması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə və sübutlara istinad etməklə iddia tələbini təmin etməmişdir. Cavabdehin müqavilələr üzrə etdiyi son ödənişlər, ödəniş sistemindən çıxarılmış kassa qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixinə təsadüf edir. Bu isə müqavilələr üzrə iddia müddətinin başa çatmadığını sübut edir. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinin ümumi məbləği bu səbəbdən maliyyə və ödəniş cədvəlində göstərilən ümumi məbləğə uyğun gəlmir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasındakı nisyə alqısatqı müqavilələri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış, müqavilələr üzrə öhdəliklərin icra müddəti isə müvafiq olaraq xx.xx.2018-ci il tarixli müqvilə üzrə 26 ay, xx.xx.2018-ci il tarixli müqvilə üzrə 24 ay müddətinə, xx.xx.2018-ci il tarixli müqvilə üzrə 12 ay və xx.xx.2018-ci il tarixli müqvilə üzrə 16 ay müddətinə müəyyən edilmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı bank isə 18 dekabr 2023-cü il tarixdə, yəni müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə bağlı yaranan mübahisədir və qanunvericiliyin həmin münasibətləri hüquqi baxımdan tənzim edən normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2.1ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən nisyə alqı-satqı müqavilələri iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri). İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Məsələn, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddəti müvafiq olaraq xx.xx.2018-ci il tarixli müqvilə üzrə 26 ay olmaqla 30 mart 2020-ci il tarixdə, xx.xx.2018-ci il tarixli müqvilə üzrə 24 ay olmaqla xx.xx.2020-ci il tarixdə, xx.xx.2018-ci il tarixli müqvilə üzrə 12 ay olmaqla xx.xx.2020-ci il tarixdə və xx.xx.2019-cu il tarixli müqvilə üzrə 16 ay olmaqla 13 may 2019-cu il tarixdə bitmişdir. İddiaçı bank isə 18 dekabr 2023-cü il tarixdə, yəni müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İş materiallarından göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır. Həmin Məcəllənin 379-cu maddəsində isə sənədlərin istintaq orqanları tərəfindən götürülməsinin iddia müddətinin axımının dayandırılmasına əsas olan səbəb kimi nəzərdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə vermiş və birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış qeyd olunan müqavilələr üzrə tələbə iddia müddətini tətbiq edib iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-973/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-973/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver