Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-989/2023 04.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1725/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC BOKT cavabdeh Həsənova Nəzakət Xanlar qızına qarşı «əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsənova Nəzakət Xanlar qızından ümumilikdə 791.06 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1725/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) "xxxx" QSC BOKT -nın cavabdeh Həsənova Nəzakət Xanlar qızına qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1725/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialı tərəfindən xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi ilə cavabdeh Həsənova Nəzakət Xanlar qızına 18 ay müddətinə illik 21 faizlə 1500 manat məbləğində kredit verilmiş, lakin cavabdeh öhdəliyini pozaraq əsas borc və faizləri vaxtında və lazımı qaydada ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(062)-16592020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Həsənova Nəzakət Xanlar qızından iddiaçı Aqrarkredit QSC-nin xeyrinə 1213.78 manat əsas borc, 472.50 manat faiz borcu, cəmi 1686 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etmədiyi üçün, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 1213,78 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 791,06 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Tovuz Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi möbqeyini nəzərə almayaraq, qanunsuz qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" QSC BOKT-nun nümayəndəsi məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1725/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Həsənova Nəzakət Xanlar qızından xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış 485,51 manat ( dörd yüz səksən beş manat 51 qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx" QSC BOKT-nun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialı tərəfindən Həsənova Nəzakət Xanlar qızına 18 ay müddətinə illik 21 faizlə 1500 manat məbləğində kredit verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC- yə keçmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" QSC BOKT ilə Həsənova Nəzakət Xanlar qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixinə 1213,78 manat əsas borc qalığı olmaqla, həmin borca faiz dərəcəsinə uyğun olaraq 791,06 manat əldən çıxmış fayda hesablanmışdır. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı mülki iş üzrə əldən çıxmış fayda barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyindən iddia əsaslı hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi ilə Bank tərəfindən Həsənova Nəzakət Xanlar qızına 18 ay müddətinə illik 21 faizlə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh Həsənova Nəzakət Xanlar qızı üzərinə düşən öhdəlikləri icra etməyərək, kredit borcunu və ona hesablanmış faizləri vaxtlı-vaxtında Banka ödəməməklə, borclu qalmış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(062)-16592020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Həsənova Nəzakət Xanlar qızından iddiaçı Aqrarkredit QSC-nin xeyrinə 1213.78 manat əsas borc, 472.50 manat faiz borcu, cəmi 1686 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Həsənova Nəzakət Xanlar qızının kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün iddiaçı "xxxx" QSC BOKT hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2022ci il tarixədək 1213,78 manat əsas borca Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış 791,06 manat məbləğində əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra əldən çıxmış faydanın tutulması tələbini əsaslı sayır və qeyd edir ki, birinci intansiya məhkəməsi iddiaçı tərəfin qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilməməsini əsas gətirərək həmin hissədə iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, icranın borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditora zərər dəyir. Ona görə də, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə, icranın gecikdirilməsinə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdur. Həmin müqavilənin 8.2-ci bəndində müqavilənin tərəflərin imzaladığı andan hüquqi qüvvəyə minməsi və tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam icra edilməsinə qədər qüvvədə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi nəzərdə tutur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi 18 ay müddətinə bağlanılmaqla, kredit müqaviləsi üzrə ödənişlərin son tarixi xx.xx.2014-cü il müəyyən edilməsinə baxmayaraq, cavabdeh həmin müddət bitdikdən sonra da öhdəliyini icra etmədiyindən iddiaçı Bank öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqin əsasları qismən düzgün müəyyən edilməmişdir.Ona görə də, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1725/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Həsənova Nəzakət Xanlar qızından xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış 485,51 manat ( dörd yüz səksən beş manat 51 qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx" QSC BOKT-nun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1725/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Həsənova Nəzakət Xanlar qızından xx.xx.2012-ci il tarixli, 635B saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış 485,51 manat ( dörd yüz səksən beş manat 51 qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx" QSC BOKT-nun xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-989/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-989/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver