Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-996/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında xx.xx.2010-cu il tarixdə Bərdə rayon 2 saylı dövlət notariat kontorunda torpaq alqısatqısına dair Reyestrdə 4Ə-07 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğvi və mülkiyyət hüquq sahibi Cavabdeh2 olmaqla xx.xx.2011-ci il qeydiyyat tarixli, **********264 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Tahir Qubadov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinixahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli ,14 saylı qərarı ilə onun və ailə üzvləri X1, X10, X3, X8 və mərhum qızı X4 mülkiyyətinə Tərtər rayonu, Poladlı kəndinin ərazisində 2.597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, və bu barədə onlara Torpağa mülkiyyət hüququna dair JN-0035 KOD-61108028 olan Dövlət Aktı verilmişdir. Aralarında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsi 10 il müddətinə, yəni 2019cu il tarixədək Cavabdeh2 istifadəsinə verilmişdir. 2019-cu il tarixdə torpaq sahəsini geri tələb etdikdə Cavabdeh2 alqı-satqı müqaviləsini və Çıxarışı ona göstərərək torpağın onun mülkiyyətində olduğunu bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 onu aldadıb notariat kontorunda alqı-satqı müqaviləsi yazdırmış və **********264 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Cavabdeh2 həmin Çıxarışı hansısa saxta yolla əldə etmişdir. Çünki Çıxarış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsində qeydə alınmamışdır. Ona görə də, onun və ailə üzvlərinin adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli **********7 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ümumi birgə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Hazırda Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsində həmin 2.597 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyəti kimi qeydiyyatdadır, Cavabdeh2 adına 2.597 ha torpaq sahəsi yoxdur. Hətta ona və ailə üzvlərinə torpaq sahəsinin subsidiya ödəniş kartı da verilmişdir. Bu illər ərzində Cavabdeh2 həmin torpaq sahəsinə görə vergi ödəməmiş və subsidiya almamışdır. Əgər torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmış olsa idi, o, torpaq sahəsinə görə subsidiya pulu alardı. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı ilə aralarında notariat qaydasında bağlanmış xx.xx.2010-cu il tarixli alqısatqı müqaviləsinə əsasən, İddiaçı və onun digər ailə üzvləri mülkiyyətlərində olan Tərtər rayonunun Poladlı kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.16 ha hissəsini ona satmışlar. Mülkiyyətçilərdən X9 0.43 ha hissəsi satılmamış qalmışdır. O, həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Sözügedən alqı-satqı müqaviləsi notarit kontorunda bağlanmış, alqı-satqı zamanı satıcılara (hazırkı iddiaçıya) hər hansı bir zorakılıq, kənar təsir göstərməmiş, nə də ki, aldatmamışdır. Alqı-satqı müaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X14 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı və onun digər ailə üzvləri - X6, X17, X11, X15 və hazırda mərhum qızı X4 mülkiyyətinə Tərtər rayonunun Poladlı kəndi ərazisində 2.597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0035 Kod 61108028 olan Dövlət Aktı verilmişdir. Sonradan İddiaçı və onun digər ailə üzvlərinə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2009-cu il, qeydiyyat nömrəsi ********** olan ümumi birgə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Aralarında notariat qaydasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı və onun digər ailə üzvləri mülkiyyətlərində olan həmin 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.16 ha hissəsini hazırkı Cavabdeh2 satmışlar. Mülkiyyətçilərdən X9 0.43 ha hissəsi satılmamış qalmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. X9 valideyinləri İddiaçı və Gülnarə Qocayeva cari ilin mart ayında Cavabdeh1nə müraciət edərək qızları Ülviyyə Qocayevadan miras qalan torpaq sahəsinin 0.43 ha hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışlar. Həmin Şəhadətnamə əsasında hazırkı İddiaçı adına payları müəyyən edilməklə qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********7 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarış tərtib edilərkən texniki səhvə yol verilərək torpaq sahəsinin ölçüsü 0.43 ha əvəzinə səhvən əvvəlki, yəni yuxarıda qeyd edilən alqı-satqıya qədərki 2.597 ha göstərilmişdir. Hesab edir ki, haqqında mübahisə qaldırılan alqı-satqı müqaviləsi və Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarış tamamilə qanunidir. Həmin alqı-satqı müqaviləsinin ləğv və alqı-satqı müqaviləsi əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmiun edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: notariat qaydasinda tərtib edilmiş İş № 2V-453, 454 saylı notariat işinin materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0035 Kod 61108028 olan Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı və onun digər ailə üzvləri - X6, X17, X11, X15 və X4 mülkiyyətinə Tərtər rayonunun Poladlı kəndi ərazisində 2.597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. notariat qaydasinda tərtib edilmiş İş № 4Ə-07 saylı notariat işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2009-cu il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı və onun digər ailə üzvləri - X6, X17, X11, X15 və X4 Tərtər rayonunun Poladlı kəndi ərazisində 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. notariat qaydasinda tərtib edilmiş İş № 2V-453, 454 saylı notariat işinin materiallarında olan Tərtər rayon Mamırlı kənd İƏV üzrə nümayəndəliyi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı ildə ölmüşdür. notariat qaydasinda tərtib edilmiş İş № 4Ə-07 saylı notariat işinin materiallarında olan torpağın alqı-satqısına dair xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı və onun digər ailə üzvləri - X6, X17, X11, X15 tərəfindən Tərtər rayonunun Poladlı kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.1666 ha hissəsi 3500 manat müqabilində Cavabdeh2 satılmışdır. X7 məxsus 0.4333 ha hissə satılmamış qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın əslindən görünür ki, Cavabdeh2 Tərtər rayonunun Poladlı kəndi ərazisində yerləşən 2.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. notariat qaydasinda tərtib edilmiş İş № 2V-453, 454 saylı notariat işlərinin materiallarında olan İddiaçı və X6 tərəfindən Cavabdeh1nə ünvanlanmı xx.xx.2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, onlar qızları X4 xx.xx.2006-cı ildə vəfat etdiyini bildirmiş və ondan qalan əmlaka dair omlara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. notariat qaydasinda tərtib edilmiş İş № 2V-453, 454 saylı notariat işlərinin materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V- 453 № və 2V-454 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrnin surətindən görünür ki, İddiaçı və X6 xx.xx.2006-cı ildə vəfat etmiş X2 miras qalan Tərtər rayonunun Poladlı kəndi ərazisində yerləşən 0.43 ha torpaq sahəsindən ½ hissədə pay almışlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3/12 hissədə, X1 3/12 hissədə, X13 2/12 hissədə, X3 /12 hissədə və X8 /12 hissədə Tərtər rayonunun Poladlı kəndi ərazisində yerləşən 2.597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 ilə aralarında xx.xx.2010-cu il tarixdə Bərdə rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış torpaq alqı-satqı müqaviləsinin ləğv və həmin müqavilə əsasında Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi **********264 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsini iddia etsə də, iddiasını sübut edə bilməmiş, yəni sözügedən alqı-satqı müqaviləsinin ləğv və onun əsasında verilən Çıxarışın etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı və onun digər ailə üzvləri - X6, X17, X11, X15 və hazırda mərhum qızı X4 mülkiyyətinə Tərtər rayonunun Poladlı kəndi ərazisində 2.597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0035 Kod 61108028 olan Dövlət Aktı verilmişdir. Sonradan İddiaçı və onun digər ailə üzvlərinə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2009-cu il, qeydiyyat nömrəsi ********** olan ümumi birgə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Aralarında notariat qaydasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı və onun digər ailə üzvləri mülkiyyətlərində olan həmin 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.16 ha hissəsini Cavabdeh2 satmışlar. Mülkiyyətçilərdən X9 0.43 ha hissəsi satılmamış qalmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi onların razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmışdır. Belə ki, iddiaçı və cavabdeh öz iradələri əsasında notariat kontoruna müraciət etməklə, daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlamaq istəklərini nümayiş etdirmişlər. Məhkəmə kollegiyası iddiaçının torpaq sahəsini 10 il müddətinə icarəyə vermələrinə dair dəlillərini əsassız hesab edir. Belə ki, onlar bu barədə məhkəməyə heç bir sübut növü təqdim etməmiş və həmin dəlil işin yuxarıda qeyd edilən halları ilə təkzib edilir. Digər tərəfdən, alqı-satqı müqaviləsi bağlandığı vaxtdan, mübahisəli toprpaq sahəsi cavabehin istifadəsində və sahibliyində olmaqla, 13 ildən sonra iddiaçının belə bir iddianı qaldırılması onun izahatında qeyri-səmimi olmasına dəlalət edir. Heç şübhəsiz əgər tərəflər arasında icarə müqaviləsi bağlanılmasına iradə ifadələri olsa idi, buna heç bir maneə yox idi. Belə ki, qanunvericiliyin mənasına görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Mübahisənin ağlabatan mühakiməsi isə, tərəflər arasında icarə münasibətlərinin mövcud olmasını inkar edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəf aralarında olan alqı-satqı müqaviləsinin etibarsızlığını yox, ləğvini iddia edirlər ki, bu isə o deməkdir ki, onlar əslində əqdi etibarlı hesab edərək, onun əsasında əmələ gələn mövcud və davam edən hüquq münasibətinin birtərəfli olaraq aradan qaldırılması istəyini ifadə edir. Hazırkı halda isə, müqavilənin ləğv edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, X9 valideyinləri İddiaçı (hazırkı iddiaçı) və Gülnarə Qocayeva 2023-cü ilin mart ayında Cavabdeh1nə müraciət edərək qızları Ülviyyə Qocayevadan miras qalan torpaq sahəsinin 0.43 ha hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışlar. Həmin Şəhadətnamə əsasında hazırkı İddiaçı adına digər ailə üzvlərinin də payları müəyyən edilməklə qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********7 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarış tərtib edilərkən texniki səhvə yol verilərək torpaq sahəsinin ölçüsü 0.43 ha əvəzinə səhvən əvvəlki, yəni yuxarıda qeyd edilən alqı-satqıya qədərki 2.597 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-76/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-996/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-996/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver