Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-10/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş hasarın sökülməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, özbaşına inşa edilmiş hasarın sökülməsi və çıxarışın etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 İddiaçı prosessual hüquq varisi Qanuni nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş hasarın sökülməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(029)-108/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşıqılı iddia üzrə cavabdeh İddiaçı tərəfindən (sonradan prosessual hüquq varisi Qanuni nümayəndə tərəfindən davam etdirilmiş) verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,1484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,01462 ha hissəsi İddiaçı, 0,04462 ha hissəsi X1, 0,08924 ha hissəsi Qanuni nümayəndə adlarına xüsusi mülkiyyət hüququ əsasında 17 oktyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İddiaçı, X1 və Qanuni nümayəndə adlarına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,1484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 15 oktyabr 2016-cı il tarixdə A seriyalı, 099120 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında 13 iyun 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 12 iyun 2018-ci il tarixdə A seriyalı, 287593 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
5. Qusar rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-in 102 xidmətizəng mərkəzinə verilmiş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
6. Qusar Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(029)4/2015 nömrəli qətnaməsi ilə İddiaçı və qeyrilərinin cavabdeh X6 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh X5 iddiaçılara məxsus Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,178487 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıların qanuni sahibliyinə verilməsi, cavabdeh X6 iddiaçıların həmin torpaq sahəsindən istifadə edilməsinə hər hansı maneçilik törədilməsinin qadağan edilməsi qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(105)-71/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(029)-4/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11690 saylı, 29 avqust 2019-cu il tarixli rəyindən görünür ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Çiləgir kəndində yerləşən, İddiaçı məxsus olan 0.1484 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada (yerində) ölçüləri həmin çıxarışda göstərilən ölçülərə uyğun gəlmədiyi müəyyən olunmuşdur. - Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Çiləgir kəndində yerləşən, İddiaçı məxsus olan 0.1484 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh yerində baxış zamanı iştirakı olmadığından, Cavabdeh tərəfindən zəbt olunmaqla qanunsuz istifadə olunubolunmadığını müəyyən etmək mümkün olmamışdır. - Seriya RX 09657641 saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Çiləgir kəndində yerləşən, İddiaçı məxsus olan 0.1484 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə RX ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Çiləgir kəndində yerləşən, Cavabdeh məxsus olan 0.499 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş çıxarışın üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3605 saylı, 14 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 15 oktyabr 2016-cı il tarixli, A seriyalı, 099120 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 12 iyun 2018-ci il tarixli, A seriyalı, 287593 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar ilə natura arasında uyğunsuzluq (sürüşmə) vardır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyildir. - Bu kimi uyğunsuzluqlar mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacaqdır. Ekspert tərəfindən qeyd olunur ki, mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki,Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-99/2021 nömrəli qərarındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanını ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra araşdırılması mümkün olacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması və özbaşına inşa edilmiş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.1484 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunluğu təxminən 93 metr, eni təxminən 11 metr olan hissəsinin cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması, cavabdeh tərəfindən inşa edilmiş təxminən 93 metr uzunluğunda hasarın həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Bundan başqa, Cavabdeh nümayəndəsi və vəkili X13 məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddianın irəli sürülməsinin zəruriliyinin aradan qalxdığını, Cavabdeh İddiaçı qarşı heç bir iddiasının olmadığını göstərərək qarşılıqlı iddianın geri qaytarılmasını və baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.1487 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh xeyli müddətdir ki, ona məxsus həmin torpaq sahəsinin uzunluğu təxminən 93 metr, eni təxminən 11 metr olan hissəsini qanunsuz olaraq tutmuş və orada torpaq sahəsinin uzunluğu boyunca hasar inşa etdirmişdir. Bu barədə o, Qusar rayon Polis Şöbəsinə müraciət etmiş və faktla bağlı cinayət işinin başlanması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh onun həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onun qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, Cavabdeh zəbt etdiyi, ona məxsus torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi həmin şəxsin qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin, Cavabdeh tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində inşa edilmiş hasar onun öz hesabına sökülməlidir.
14. Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 03 oktyabr 2019-cu il tarixli, 2(029)- 108/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
15. İddiaçı 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir
16. Qətnamədə həmçinin Cavabdeh nümayəndəsi və vəkili X10 İddiaçı və qeyrisinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının baxılmamış saxlanılması qeyd edilmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Çiləgir kəndində yerləşən 0.1484 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, həmin kənddə yerləşən 0.499 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşsələr də, bir-birilərinə aidiyyəti yoxdur və üst-üstə düşmürlər. Cavabdeh özünün xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və ona sahiblik edir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin naturada ölçüləri çıxarışda göstərilən ölçülərlə uyğun gəlməsə də, çıxarışda göstərilən torpaq sahəsinin ilkin iddiada göstərildiyi kimi uzunluğu təxminən 93 metr, eni təxminən 11 metr olan hissəsinin məhz Cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulması, hasara alınması məhkəmə iclasında öz təsdiqini tapmamış, əksinə təqdim olunmuş sübutlarla təkzib olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin hər hansı hissəsi qeyri-qanuni şəkildə tutulmamış, hasara alınmamış, sahiblik və istifadə etdiyi torpaq sahəsi özünün xüsusi mülkiyyətindədir və bununla da həmin şəxs İddiaçı mülkiyyət hüququna qanunsuz müdaxilə etməmiş, həmin hüququnu pozmamışdır.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1, 118.1, 217.2-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,1484 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin uzunluğu təxminən 93 metr, eni təxminən 11 metr olan hissəsini qanunsuz olaraq tutmaqla orada hasar inşa etdirmişdir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanladığı müraciət əsasında idarənin mütəxəssisləri tərəfindən ona məxsus olmaqla Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,1484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Döngə nöqtələrinin ona göstərilməsi apellyasiya şikayətinə əlavə etdiyi məktubdan və döngə nöqtələrinin çəkildiyi fotoşəkillərdən də açıq-aydın görünür.
22. İddiaçı məhkəmə araşdırması zamanı (xx.xx.2021-ci ildə) vəfat etdiyindən MPM-in 58.1-ci maddəsinə əsasən oğlu Qanuni nümayəndə onun prosessual hüquq varisi kimi tanınaraq, işə cılb edilmiş, sonrakı prosessual hərəkətlər sonuncunun iştirakı ilə davam etdirilmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə iclasında iştirak etmiş İddiaçı prosessual hüquq varisi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, torpağın qanuni sənədinin olmasına baxmayaraq ekspert koordinat nöqtələrini müəyyən edə bilmir. Bu gün də öz aralarında razılığa gəlmək istəyirlər, lakin istədiyi budur ki, torpağının nöqtələri müəyyən edilsin. Necə olur ki, digər şəxslərə qarşı iddia verəndə torpaq sahəsinin koordinat nöqtələri müəyyən olunur, indi isə mümkün olmur. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. 25.Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, dəfələrlə qarşılıqlı razılığa gəlmək istəsələr də sözləri üst-üstə düşmür. Bu gün yenə öz aralarında danışıq aparmış və belə qərara gəlmişlər ki, bu məsələni məhkəmədənkənar qaydada həll etsinlər. Yəni RX-də mübahisəli məsələyə aydınlıq gətirən bir qrum var. İstəyirlər həmin qruma müraciət edərək, məsələni orada həll etsinlər. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş RX-nin nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. 27.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 28.Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
31. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
32. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
34. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
40. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri 44.Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator özü tərəfindən verilmiş iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilmir. 45.Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəriri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir. 48.Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. 49.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 50.Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 51.Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 52.Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,1484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,01462 ha hissəsi İddiaçı, 0,04462 ha hissəsi X1, 0,08924 ha hissəsi Qanuni nümayəndə adlarına xüsusi mülkiyyət hüququ əsasında 17 oktyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 15 oktyabr 2016-cı il tarixdə A seriyalı, 099120 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 53.RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında 13 iyun 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmış, hətta sonuncunun adına 12 iyun 2018-ci il tarixdə A seriyalı, 287593 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 54.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və bildirir ki, iddiaçı tərəf mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ olmasına baxmayaraq, həmin torpağın bir hissəsinin məhz cavabdeh tərəfindən zəbt edildiyini, cavabdehin müdaxiləsi ilə qarşılaşdığını sübut edə bilməmişdir. 55.Birincisi ona görə ki, hazırki mübahisənin obyektiv həlli məqsədilə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya icraatı zamanı bir neçə dəfə ekspertiza təyin edilmiş, lakin sonda iddiaçının torpaq sahəsinin məhz hazırki iş üzrə cavabdeh tərəfindən zəbt olunması təsdiqini tapmamış, hətta səlahiyyətli orqanlar ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişlər. 56.İkincisi, araşdırılan işin təhlilindən həmçinin görünür ki, iddiaçının qonşuluğunda yerləşən cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən mövcuddur və sonuncunun torpaq sahəsi öz koordinatları çərçivəsində yerləşir. 57.Üçüncüsü, kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 58.Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 59.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 60.İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. 61.Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. 62.Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiacı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(029)-108/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.