Məhkəmə qərarları › İş №2(105)-1001/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1001/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1001/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il, 2(060)-1469/2003 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və köçürülmə” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 5, 17 saylı yataqxana, otaq 6-ya köçürülməsi, Cavabdeh isə ailə üzvləri ilə birlikdə həmin otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddiaçının iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasını Cavabdeh məxsus mənzil boşaldılanədək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququ bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan o, həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 saylı 27 dekabr 2003-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti, həmçinin apellyasiya aşikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1469/2003 nömrəli qərardadı ilə (hakim Gülnarə Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətinin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1469/2003 nömrəli qərardadından Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1469/2003 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(105)-549/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1469/2003 nömrəli qərardadı və həmin qərardadla bağlı 17 yanvar 2024-cü il tarixli, 2-1469/2003 nömrəli qərardadı ləğv edilmiş və Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinin yerinə yeritilməsi, qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadı ilə Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması, tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpası barədə ərizənin təmin edilməsi, apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadından İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsi, Maraqlı şəxs ərizəsinin təmin edilməməsi, onun tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəbdən ötürülmüşdür. Məhkəmənin bu yanaşması tam əsassızdır. Belə ki, iddia tələbi üzrə Cavabdeh olmuş və məhkəmə qətnaməsi ilə cavabdehin mənzili boşaltması qeyd edilmişdir. Bundan başqa məhkəmə qətnaməsi ilə Cavabdeh ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verilmişdir ki, həmin mənzilə dair orderdə hazırda apellyasiya şikayəti vermiş Maraqlı şəxs da adı qeyd olunmuşdur. Yəni 2003-cü ildə qəbul edilmiş qətnamə Maraqlı şəxs hər hansı bir hüququna toxunmur və bu mülki iş üzrə mübahisə onunla Cavabdeh arasındadır və məhkəmə qət etdi hissədə yalnız cavabdehin evi boşaltması ilə bağlı mübahisəyə qiymət vermiş və həmin qətnamə Cavabdeh bu mənzildə ona verilmiş mənzili zəbt etmiş məcburi köçkünlər mənzili boşaldana kimi yaşamağa möhlət vermişdir. Lakin özünü yataqxananın sahibi kimi qələmə verən Maraqlı şəxs apellyasiya şikayətində 2003-cü ildə onun 18 yaşının olduğunu və qətnamənin surətini almadığını qeyd edir. Halbuki bu qətnaməyə əsasən bu mənzildə yaşayan Maraqlı şəxs sonradan 2009-cu ildə otağa order əldə etməklə, bu otağı özəlləşdirmiş və sonra da onu ailə üzvləri ilə bu otaqdan qeydiyyatdan çıxarmışdır. Bunu bildikdən sonra Sumqayıt Şəhər Məhkəməsində həmin mənzilə dair onun adına verilmiş orderin və protokolun ləğvi, adına olan çıxarışın ləğvi barədə iddia qaldırmış, onun və ailə üzvləri ilə qeydiyyatdan çıxarılmaları barədə Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilərək həmin iddia mümkünsüz hesab olunmuşdur. 2003-cü il tarixli qətnamədən Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi şikayət verməklə onun iddiası üzrə məhkəmələrdə baxılan iş üzrə icraatın dayandırılması barədə ərizə vermiş və nəticədə iddia tələbi üzrə işlərin baxılması dayandırılmışdır. Halbuki bu gün də həmin mənzildə Maraqlı şəxs yaşayır və 2003-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsi onun yaşadıgı həmin ünvana göndərilmiş və onun ailə üzvü olan anası Cavabdeh almış və Maraqlı şəxs da bu qətnamədən məlumatı olmuşdur. Bundan başqa bu qətnamə onun hər hansı bir maraqlarına toxunmur, o qətnamədə tərəf kimi qoyulmamış və qətnamədə onun bu mənzildən cıxarılması qeyd edilməmişdir. Göründüyü kimi Maraqlı şəxs qanunsuz və saxta sənədlər əsasında bu mənzilə sonradan yiyələnmişdir. Belə ki, onlar həmin mənzillə qeydiyyatda olduqları halda, saxta forma 2 əldə etməklə bu yataqxana otağını özəlləşdirmiş və indi də onun hər hansı bir hüququna toxunmayan 22 il bundan qabaq qəbul edilmiş bir qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə qərardadda qətnamə ilə onun hüquqlarına toxunduğunu qeyd edir, lakin onun hansı hüquqlarına toxunması və bu qətnamənin Maraqlı şəxs üçün hansı məhdudiyyətlər yaratması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əksinə bu qətnamə ilə onun anası Cavabdeh bu mənzildə yaşamasına möhlət verilməsindən istifadə edən Maraqlı şəxs 6 il sonra, o zavodda işləmədiyi halda zavod işçisi kimi order əldə edir və 2012-ci ildə bu mənzili özəlləşdirir, 2023-cü ildə isə onu uşaqları ilə mənzildən qeydiyyatdan çıxarır. Lakin o bugün 2003-cü il tarixli qətnamədən apellyasiya şikayətini bu mənzilin sahibi kimi təqdim edir, qətnamə ilə onun mülkiyyət hüquqlarının pozulduğunu göstərir, halbuki qətnamə qəbul olunan vaxt onun bu mənzilə hər hansı bir hüququ olmamışdır, hətta əgər olmuşsa da belə qətnamə onun anası Cavabdeh münasibətdə qəbul edilmiş və bu qətnamə ilə onun anasına müvəqqəti bu mənzildə yaşamağa icazə verilmişdir.Çünki həmin vaxt Maraqlı şəxs da daxil olmaqla onun anası Cavabdeh Sumqayıt şəhəri 47-ci məhəllədə 3 otaqlı mənzil verilmiş, yəni bu ailə ayrıca mənzil sahəsi ilə təmin olunmuş və yataqxana otağı ona və ailə üzvlərinə ayrılmışdır. Lakin, 22 il bundan qabaq qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətində Maraqlı şəxs dövlət tərəfindən onun anasına (özü də daxil olmaqla) verilmiş 3 otaqlı mənzilə yiyələnməklə yanaşı zavod işçisi kimi övladları ilə birlikdə verilən bu 1 otaqlıya da yiyələnməyə nail olmuş, indi də bu otağın əlindən çıxmaması üçün belə bir qanunsuz üsullardan istifadə edir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli 2-1469/2003 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(105)-549/2024 nömrəli qərardadından görünür ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verilərkən ilk növbədə Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə əsasən qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunubtoxunmamasını aydınlaşdırmalı, bundan sonra isə bu Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmaqla məhkəmə aktı qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi Maraqlı şəxs hüquq və mənafelərinə toxunmasını müzakirə etməmiş, nəticədə prosessual statusu belə olmayan şəxsin müddətin bərpası barədə vəsatətinə baxaraq şikayətin qəbul edilməsindən imtina etmişdir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs kimi tanıyıb, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etsə də qərardadında Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsinin Maraqlı şəxs hansı hüquq və vəzifələrinə toxunmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 5, 17 saylı yataqxana, otaq 6-ya köçürülməsini, Cavabdeh isə ailə üzvləri ilə birlikdə həmin otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddiaçının iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasını Cavabdeh məxsus mənzil boşaldılanədək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququ bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan o, həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs apellyasiya şiakyətindən görünür ki, o qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını məhkəmə mübahisəsi zamanı onun 15 yaşı olması, yetkinlik yaşına çatmaması, həmçinin Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Həmkarlar İttifaqı Komitəsinin 20 aprel 2009-cu il tarixli, 32 nömrəli protokoluna əsasən mübahisəli evin ona verilməsi və həmin mənzil üzərində mülkiyyət hüquqlarının 04 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyrstrində qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını tələb etsə də, ailə üzvləri anlayışı qeyri-müəyyən olduğundan konkret olaraq cavabdeh qismində hər hansı bir şəxsi ehitva etməməkdədir. Maraqlı şəxs məhkəmə mübahisəsi zamanı onun 15 yaşı olmasını, yetkinlik yaşına çatmamasını qeyd etsə də iş materialalrından göründüyü kimi o, xx.xx.1985-ci il təvəllüdlü olmaqla, qətnamə qət edilən zaman 18 yaşında olmaqla, yetkinlik yaşına çatmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsinin nəticə hissəsindən isə belə aydın olur ki, həmin qətnamə ilə mübahisəli evdən yalnız Cavabdeh çıxarılması qət edilmişdir. Mübahisəli mənzildən Maraqlı şəxs çıxarılması ilə bağlı qətnamə ilə qərar qəbul edilməsi müəyyən edilmədiyindən, mübahisəli evdən çıxarılma tələbinə münasibətdə qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının mübahisəli evə köçürülməsi tələbinə münasibətdə isə qeyd edir ki, həmin tələb də Maraqlı şəxs qarşı deyil, Cavabdeh qarşı yönəlmişdir. Bundan başqa Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Həmkarlar İttifaqı Komitəsinin 20 aprel 2009-cu il tarixli, 32 nömrəli protokoluna əsasən mübahisəli evin ona verilməsi və həmin mənzilə dair mülkiyyət hüquqlarının 04 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyrstrində qeydə alınması da qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını deməyə əsas verməməkdədir. Belə ki, mübahisələndirilməsi istənilən qətnamə 2003-cü il tarixdə qət edilmiş, qeyd olunan hüquqmüəyyənedici sənədlər isə Maraqlı şəxs tərəfindən həmin qətnamə çıxarıldıqdan təxminən 6 il sonra əldə edilmişdir. Buna görə də mübahisəli evə köçürülmə tələbinə münasibətdə də qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermək hüququ yoxdur və Maraqlı şəxs münasibətdə MPM-in 357.2-ci maddəsinin tələbi tətbiq edilə bilməz. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermək hüququ istisna olunduğundan, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması da əsassız hesab olunur. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, hər hansı bir əsaslandırma aparmadan, əsassız olaraq qətnamənin Maraqlı şəxsun hüquq və vəzifələrinə toxunması qənatinə gəlmiş və verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasına dair ərizəyə baxmışdır. Buna görə də şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsinin qətnamənin şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunmaması qənatinə gəlməsi verilmiş apellyasiya şikayətinin qeyri-mümkünlüyünə səbəb olur. Buna görə də mübahisələndirilən qərardadlar ləğv edilməklə yanaşı, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti də qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 130, 133, 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli, 2-1469/2003 saylı qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar