Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1002/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-133/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2820018553 qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla ünvan 1 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. X4 xx.xx.2009-cu ildə, X7 xx.xx.2011-ci ildə və X6 xx.xx.2016-cı ildə anadan olmuşlar, ataları İddiaçı, anaları Cavabdehdır.
3. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-711/2020 saylı qətnaməsi ilə Cavabdeh 3 azyaşlı uşağı ilə birlikdə ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir.
4. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-566/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qıına qarşı 5000 (beş min manat kompensasiya ödənilməklə ona məxsus ünvan 2 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir.
5. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2022-ci il tarixli 2702 nömrəli arayışından görünür ki, Qusar şəhəri daxilində evin yerləşdiyi ərazisindən və fərdi yaşayış evinin texniki vəziyyətindən asılı olaraq evlərin kirayə haqqı 50-400 manat civarında təşkil edir.
6. 01.05.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında məhkəmə kollegiyasına iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Həmin ərizə ilə Cavabdeh bildirmişdir ki, İddiaçı ona qarşı olan kompensasiya verilməklə 3 azyaşlı uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə olan hüququnun itirlməsi tələbinə dair iddiasını qəbul etmiş, həmin fərdi yaşayış evində olan istifadə hüquqları üçün İddiaçı kompensasiya alaraq 17000 (on yeddi min) manat almış və evi tərk etmişdir, İddiaçı qarşı hər hansı iddiası və tələbi yoxdur, ona görə apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-133/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı azyaşlı uşaqları ilə birlikdə 15.000 manat kompensasiya verilməklə, ona məxsus, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, onların evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun oğlu X1 həyat yoldaşıdır. Cavabdehin onun şəxsi mülkiyyətində olan evinə istifadə hüququ Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınmış və onun 3 azyaşlı uşağı ilə onun evinə köçürülməsi qət edilmişdir. O, cavabdehin azyaşlı uşaqları ilə birlikdə evə olan istifadə hüquqlarının 5000 manat kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və kompensasiya məbləği az olduğu üçün Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası rədd edilmişdir. Hazırda o, kompensasiya məbləğini artıraraq yenidən iddia ilə məhkəməyə müraciət edir. O da cavabdehə həm kompensasiya təklif etmiş, həm də keçmiş həyat yoldaşına məxsus evi də yaşamaq üçün təklif etmişdir, lakin cavabdeh bununla razılaşmamışdır. O, cavabdehin evindən çıxarılaraq keçmiş həyat yoldaşına məxsus evə köçürülüməsi iddiası ilə məhkəməyə də müraciət etmiş, lakin Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu iddiası da təmin edilməmişdir. Ona görə də o, AR MM-nin 228.2. maddəsinə əsaslanaraq, hazırkı iddia üzrə kompensasiya məbləğini artıraraq yenidən məhkəməyə müraciət edir. Hazırda Qusar şəhərində onun evinə uyğun evlərdə kirayə haqqı 150-200 manatdır. Bu rəqəm əsas götürülərək, cavabdehin uzun müddət bu evə uyğun şəraitdə uşaqları ilə birgə yaşamasını təmin etmək üçün ona uşaqları ilə birlikdə 15.000 manat kompensasiya təklif edir. Belə hesab edir ki, bu kompensasiya qanuna və AR Konstitusiya Məhkəməsinin bu işlər üzrə hüquqi mövqeyinə və qəbul etdiyi Qərarlarına tam uyğundur. Cavabdeh onun evinə istifadə hüququnu məhkəmə qaydasında qazansa da, onun evində davamlı yaşamır, hərdən gələrək özünü evdəki kimi göstərir, gedəndə isə bilərəkdən qazı, suyu açıq qoyaraq ona həm maddi ziyan vurur(sayğaclar onun adına olduğu üçün), həm də qazı açıq qoymaqla onun həyatına təhlükə yaradır. Bu şəxsin özünün istifadəsində olan evlər var, cavabdehin onun bu evinə heç bir ehtiyacı yoxdur, sadəcə olaraq öz hüquqlarından istifadə edərək bu evə istifadə hüququ qazanaraq formal qeydiyyata düşmüşdür. Bu şəxslə bir evdə yaşamaq qeyri-mümkündür və onunla bir evdə yaşamaq həm də onun həyatı üçün bir təhlükədir. Bütün bunları nəzərə alaraq o, hazırkı iddia ilə məhkəməyə müraciət edir və belə hesab edir ki, cavabdehə uşaqları ilə birlikdə təklif etdiyi kompensasiyanın məbləği həm ədalətlidir, həm də kifayətedicidir.
9. Qusar Rayon Məhkəməsinin 2(029)-133/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh həmin məbləğdə pul müqabilində istifadə hüququna xitam verilməsi onun və azyaşlı uşaqlarının mənafeyinə uyğun olmamaqla onların davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayət deyildir, cavabdehin həmin hüququna həmin qaydada xitam verilməsi ədalətli olmamaqla onun və azyaşlı uşaqlarının məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Məhkəmə hesab etmişdir ki, Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsinə əsasən iddiaçının oğlu X8 ilə Cavabdeh arasında 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X7 və 22 iyun 2016-cı il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh qeyd olunan yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi müzakirə olunarkən həmin uşaqların maraqları da mütləq şəkildə nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə tərəflərə kompensasiya məbləği ilə bağlı razılığa gəlməyi, iddiaçıya kompensasiyanın məbləğini artırmağı təklif etmiş, lakin iddiaçı həmin təkliflə razılaşmayaraq kompensasiya məbləğini artırmayacağını bildirmişdir. Bu baxımdan məhkəmə hazırkı halda, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab etmir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2,157.4, 228.1, 228.2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. - məhkəmə işin hallarına, irəli sürülmüş kompensasiyanın məbləğinə düzgün qiymət versəydi, maddi normalara və vahid məhkəmə təcrübəsinə düzgün riayət etsəydi, iddianı təmin edərdi. Amma məhkəmə bu tələbləri pozaraq qətnamə qəbul etmişdir ki, bununla da həm iddiaçının mülkiyyət hüquqlarını,həm də maddi normaların tələblərini pozmuşdur. - Mülki Məcəllənin 228.2-ci maddəsi məhkəmənin öz qətnaməsində göstərilməsinə baxmayaraq, məhkəmə elə özünün də istinad etdiyi normanın tələblərinə zidd qətnamə qəbul etmişdir ki, bu halda hazırkı qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. - yaşayışçının hüquqlarına kompensasiya verməklə xitam verilməsini tələb edib buna nail olmaq mülkiyyətçi kimi qanunda təsbiit edilmiş hüququdur və bu hüquqdan məhrum etmə Konstitusion normaların, eləcə də maddi normaların tələblərinə ziddir. - təklif etdiyi 15.000 manat kompensasiya kifayət qədər yüksək məbləğdir və nəinki rayon yerlərində, hətta şəhərlərdə də təklif edilən məbləğlərdən kifayət qədər artıqdır. Məhkəmə təcrübəsinə görə, hətta şəhərdə də fərdi yaşayış evlərinin mülkiyyətçiləri gəlinlərə 7-10 min manat civarında kompensasiya təklif edirlər və məhkəmələr də həmin təklifləri təmin edir. Hansı ki, şəhər yerlərində həm evlərin qiymətləri,həm də kirayə qiymətləri dəfələrlə çoxdur. Qusar rayonunda kirayə haqqlarının 50-400 manat arasında olmasını nəzərə alaraq ən çox məbləğlə də cavabdehin davamlı surətdə(məhkəmə təcrübəsinə görə 3 il) ən yaraşıqlı və şəraiti yüksək evdə qalmasını təmin edə biləcək kompensasiya təklif etmişdir. - bazar qiymətlərindən kəskin surətdə artıq təklif etdiyi kompensasiya məbləği ilə cavabdeh 3 uşağı ilə hazırda yaşadığı bir otaqdan daha yaxşı şəraitdə davamlı şəkildə (3 - 4 ildən artıq) rahat yaşaya bilər. Yəni, təklif etdiyi məbləğ bazar qiymətlərinə tam uyğundur və bunun uyğun olmaması barədə nə cavabdeh hər hansı bir dəlil və etirazını irəli sürməyib, nə də iddianı rədd edərkən məhkəmə bunu hər hansı bir sübutla, sənədlə təkzib edə bilməmiş, yalnız öz şəxsi fikri və mülahizəsi əsasında iddianı rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına iddianın etiraf edilməsi barədə cavabdehin ərizəsini təqdim edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (...)
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 20. Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
28. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
32. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
33. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
34.Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
42. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
43. Apellyasıya baxışı zamanı məhkəmə kollegiyasına iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli **********949 nömrəli ərizəsini təqdim etmiş və bildirmişdir ki, iddiaçı cavabdehə 17 (on yeddi) min manat məbləğində pul kompensasiyası vermiş və bunun müqabilində cavabdeh müvafiq məzmunlu ərizəni imzalamışdır. Həmin ərizə ilə Cavabdeh bildirmişdir ki, İddiaçı ona qarşı olan kompensasiya verilməklə 3 azyaşlı uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə olan hüququnun itirlməsi tələbinə dair iddiasını qəbul etmiş, həmin fərdi yaşayış evində olan istifadə hüquqları üçün İddiaçı kompensasiya alaraq 17000 (on yeddi min) manat almış və evi tərk etmişdir, İddiaçı qarşı hər hansı iddiası və tələbi yoxdur, ona görə apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-133/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş ərizə notarial qaydada təsdiqlənmiş, onun iradə ifadəsini əks etdirir. İddiaçı tərəfindən cavabdehə 17 (on yeddi) min manat məbləğində pul kompensasiyası verildiyindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə iddiası əsaslıdır.
45. Məhkəmə kollegiyası müvafiq ərizə ilə cavabdehin iddianı etiraf etməsini qəbul edir. Bu isə öz növbəsində iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarılması üçün əsasdır. İddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
46. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İş materiallarında olan arayışdan da görünür ki, Qusar şəhəri daxilində evin yerləşdiyi ərazisindən və fərdi yaşayış evinin texniki vəziyyətindən asılı olaraq evlərin kirayə haqqı 50-400 manat civarında təşkil edir. Qeyd olunan qərarda əks olunmuş mövqeyə müvafiq olaraq iddiaçı tərəfindən verilmiş kompensasiyanın məbləği cavabdehin 3 azyaşlı uşağı ilə birlikdə müəyyən müddət daxilində Qusar şəhərində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-133/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli **********949 nömrəli ərizəsi ilə İddiaçı tərəfindən Cavabdeh 17 (on yeddi) min manat məbləğində pul kompensasiyası ödənildiyindən, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011ci il təvəllüdlü X7 və 22 iyun 2016-cı il təvəllüdlü X6 adlı azyaşlı uşaqları ilə birlikdə İddiaçı məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.