Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1003/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh «xxxx» ASC tərəfindən hesablanmış 3256,82 manat borcun İddiaçı abunə hesabından silinməsi, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim Rafik Kazımov). Qətnamədən cavabdeh “xxxx” ASC apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia qaldıraraq, cavabdeh xxxx ASC-nin X5 Enerji təchizatı və satış idarəsinin X2 tərəfindən hesabına qanunsuz və əsassız olaraq yazılmış 3256,82 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx» ASC apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş 30.12.2009-cu il tarixdən 07.06.2012-ci il tarixə qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 6667,30 manat olmuş və o bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 2812,00 manatını ödəmişdir. 2012-ci ilin dekabr ayından 2015-ci ilin iyul ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 1316,28 manat olmuş və o bu müddət ərzində elektrik enerjisinin dəyərinin cəmi 1151.00 manatını ödəmişdir. 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 917.24 manat olmuş və o 4109.00 manat pul ödəmişdir. Həmin bu dövrlər ərzində iddiaçını istifadə etdiyi elektrik enerjisi 146544 kvts, dəyəri 8900.78 manat olmasına baxmayaraq iddiaçı cəmi bu dövrlər üzrə 8072.00 manat pul ödəmişdir. Buradan açıq görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 828.82 manat qalıq borcu qalmışdır. Məhkəməyə iddiaçının elektrik sayğacı üzrə istifadə etdiyi enerji və onun dəyərini, həmçinin ödənişlərini əks etdirən və ayrı-atrı dövrləri əhatə edən 3 ədəd abunə haqqı cədvəli təqdim edilmişdir. Yaranmış borc tam şəkildə sübut olunmuş, cavabdeh tərəfindən bunun əksini sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş, lakin bütün bu qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə hesablanmış 3256.82 manat borcun iddiaçının hesabından silinməsini qət etmişdir. İddiaçıya cavabdeh təşkilat hər hansı borc hesablamamışdır. Yaranmış borc iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin dəyəridir. Digər tərfəfdən məhkəməyə iddiaçının sonuncu 31.07.2015-05.06.2020-ci illəri əhatə edən “abunə haqqında” məlumat cədvəli təqdim edilmiş və orada iddiaçının 828.82 manat borcunun olduğu öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı 3256,82 manat borcun 2428.00 manatını cavabdehin hesabına ödəmiş və hal-hazırda 828.82 manat borcu qalmışdır. Bu səbəbdən də mövcud olmayan 3256.82 manat borcun hansı formada silinəcəyi qeyrimüəyyəndir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 623/2020 saylı, 07 oktyabr 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, 19.05.2020-ci il tarixdə yaşadığı ünvana cavabdehin X5 Enerji təchizatı və satışı idarəsinin X2 tərəfindən daxil olmuş 24/607 saylı məktubda göstərilən onun adına rəsmiləşdirilmiş **********00305 saylı sayğac və onun üzərində olan 3256 manat 82 qəpik borc məbləği barədə cavabdehin X5 enerji təhcizatı və satış idarəsinin X2nə tərəfindən dəfələrlə bildirilmişdir. Etiraz əlaməti olaraq həmin sayğacdan istifadə tərəfindən dayandırılmışdır. Belə ki, həmin sayğac adına qeydiyyata alındığı vaxt, 2009-cu il tarixdə evinə verilən elektrik xəttinin üzərində quraşdırılan, elektrik enerjisinin ölçmə sayğacı istifadə edilmiş sayğac olduğu üçün, üzərində olan ilkin məbləğ barədə ona məlumat verilməmiş, eləcə də sayğacın rəsmiləşdirilməsi ilə əlaqədar hər hansı bir təhviltəslim aktı və digər müvafiq sənədləşmə aparılmamışdır. Bu barədə sənədləşmə aparılmasını istəsə də cavabdehin nəzarətçiləri ona yalnız 2009-cu il tarixdən istifadə etdiyi elektrik enerjisinin pulunun ödəyəcəyini bildirmişlər. O, istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Bu məqsədlə həmin sayğacın qeydiyyata alınması və təhvil verilməsi ilə əlaqədar hər hansı bir müqavilə və ya akt barədə eləcə də 2009-cu il tarixdə evinə verilən elektrik xəttinin üzərində quraşdırılan, elektrik enerjisinin ölçmə sayğacının adına rəsmiləşdirilməsi barədə sənədlərin surətini əldə etmək üçün cavabdehin X5 enerji təhcizatı və satış idarəsinin X2nə müraciət etmişdir. Cavabdeh məktubla müraciət edərək borcun ödənilməsini tələb edir və bildirir ki, borc ödənilməzsə, elektrik enerjisinin verilməsi dayandırılacaqdır. Odur ki, məcburiyyət qarşısında qanunsuz hesablanmış borcun bir hissəsini ödəmişdir. Bununla da bir istehlakçı kimi onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Nizami oğlunun nümayəndə və vəkili X1 eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətində görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı məxsusudur. İş materiallarında olan abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğac üzrə 30.12.2009-cu il tarixdən 07.06.2012-ci il tarixə qədər olan məlumat cədvəlinə əsasən iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 6667,30 manat olmuş və o bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 2812,00 manatını ödəmişdir. İş materiallarında olan 2012-ci ilin dekabr ayından 2015-ci ilin iyul ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 1316,28 manat olmuş və o bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 1151.00 manatını ödəmişdir. İş materiallarında olan 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin (sayğac oxunması) dəyəri 863.24 manat olmuş, ödəməmə isə 4109.00 manat təşkil etmişdir. Aktlar bölümündə isə borc kimi 41074.58 manat borc yazılmış və həmin borcun 4020.58 manatı ETAİS-dən gələn borc kimi göstərilmişdir. Müəyyən olunmuşdur ki, 30.12.2009-cu il tarixdən 07.06.2012-ci il tarixədək olan dövr ərzində abonenti olduğu Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə verilən elektrik enerjisi sərfiyyatı üzrə iddiaçıya 6667,30 manat borc hesablanmış, iddiaçı həmin vaxt yalnız 2812,00 manat ödəniş etmiş, nəticədə 3855,30 manat ödənilməmiş qalmışdır. İddiaçı ödənilməmiş vəsaitin 3256,82 manat hissəsinin silinməsini tələb etmiş, tələbini bu hissənin borc olaraq qanunsuz və əsassız hesablanması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, cavabdeh elektrik enerjisi sərfiyyatına görə ETAİSdən gələn 4020.58 manat borcun yaranma səbəbini əsaslandıra bilməmiş, qeyd edilən dəyərdə elektrik enerjisi sərfiyyatının hansı dövrlərlə əmələ gəldiyini göstərə bilməmiş, həmin borcun hesablanmasına əsas olmuş halların təsdiqi üçün hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçının 30.12.2009-cu il tarixdən 07.06.2012-ci il tarixdək olan dövr ərzində 6667,30 manat borc hesablanmasına əsas ola biləcək miqdarda elektrik enerjisi istehlak etməsi, onun ETAİS-dən gələn borca aidiyyatının olması halları təsdiq edilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ETAİS-dən gələn borc olaraq 30.12.2009-cu il tarixdən 07.06.2012-ci il tarixdək olan dövr üzrə hesablanmış vəsaitin 3256,82 manat hissəsi iddiaçıya artıq hesablandığından, istehlakçıdan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş alma xarakteri daşıdığından, həmin borc silinməli, iddia tələbi təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-cu iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “xxxx” ASC apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-623/2020 saylı, 07 oktyabr 2020-cu il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1003/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1003/2021
14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver