Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-101/2024 19.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, Ağakişiyeva (Bağırova) Günay Ağakişi qızı, Ağakişiyeva (Fətəhova) Xatirə Ağakişi qızı, Ağakişiyeva (Əhmədəliyeva) Ülkər Ağakişi qızı, Ağakişiyeva (Bahadirova) Samirə Ağakişi qızı, X29, X26, X22 və X17 cəlb olunmaqla) mülki iş üzrə (Açar sözlər: vəsiyyət və qanun üzrə vərəsəlik, mirasda məcburi pay) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X56 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X14 və İddiaçı Ağasəf oğlunun adına verilmiş JN:0003; KOD 30124028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Akta əsasən, Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin şəxslərin ümumi mülkiyyətinə verilmişdir. Miras qoyan Oğlanbacı Ağakişiyeva xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş üzrə İddiaçı və (cavabdeh Asif Ağakişiyevin atası) Ağakişi Ağakişiyev onun vərəsələri olmuşlar. Miras əmlak Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun Oğlanbacı Ağakişiyeva aid hissəsi olmuşdur. Qusar rayon notariat ofisi tərəfindən verilmiş 11 iyul 2012-ci il tarixli, 2V1251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1ində qeydiyyatda olan oğlu X27, şəhadətnamənin verildiyi miras əmlak kimi isə Əmanət Kassasına qoyulmuş 3462 nömrəli hesabdakı pul göstərilmişdir. X27 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Oğlu Cavabdeh1 onun vərəsəsidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-603/2020 nömrəli qətnaməsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X6 və İddiaçı Ağasəf oğlunun adına verilmiş JN:0003 KOD 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının İddiaçı və X9 məxsus olması faktı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır. Qusar rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi X18r, sonuncu xx.xx.2017-ci il tarixdə vəfat etdiyinə görə miras əmlakı Cavabdeh1 keçmişdir. Şəhadətnamə verilən miras əmlak kimi xx.xx.2020-ci il tarixdə X9 verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.3742 hektar torpaq sahəsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin digər 1/2 hissəsinə dair hüquq sahibi kimi İddiaçı göstərilmişdir. Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 255 saylı arayışa əsasən, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X15 vəfat edənə kimi ünvan 1ində yaşamışdır. Onun vəfatından sonra 7 vərəsəsi qalmışdır: İddiaçı, X23 (vəfat edib), X29, X26, X30 (vəfat edib), X22, X17. Mərhumun vəfatından sonra əmlakını X23 (vəfat edənə kimi, sonra onun oğlu Cavabdeh1) və İddiaçı idarə edir. X24, X28 və X45 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli akta əsasən 30 iyul 2006- cı il tarixdə vəfat etmiş X5 və onun oğlu İddiaçı ünvan 1ində yerləşən 2,3742 hektar torpaq sahəsi olmuşdur. X33 vəfat edənədək Cavabdeh1 atası X27 ilə birlikdə yaşamış və ona məhz Ağakişi Ağakişiyev baxmışdır. X33 vəfat etdikdən sonra ünvan 1ində yerləşən 2,3742 hektar torpaq sahəsinin həmin şəxsə məxsus 1,1871 hektar hissəsi məhz Ağakişi Ağakişiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. Ağakişi Ağakişiyev 2017-ci ildə vəfat etmişdir. Həmin şəxs vəfat etməmişdən əvvəl qardaşı İddiaçı ilə razılığa gəlmişlər ki, 2,3742 hektar torpaq sahəsinin yarısını, yəni 1,1871 hektar hissəsini İddiaçı, digər 1,1871 hektar hissəsini isə Ağakişi Ağakişiyev istifadə etsin. Həmin vaxtdan etibarən uzun müddət razılıq əsasında həmin qaydada torpaq sahəsi istifadə olunmuşdur. Ağakişi Ağakişiyev xəstələndikdən sonra isə sonuncunun oğlu Cavabdeh1 həmin 1,1871 hektar torpaq sahəsindən istifadə etməyə başlamış, orada bağ sahəsi salmışdır. Cavabdeh1 6-7 ildir ki, həmin torpaqdan istifadə edir. İddiaçı isə özünün 1,1871 ha hissəsini istifadə etmişdir. İddiaçı torpaq sahəsinin X33ya məxsus 1,1871 ha hissəsini heç vaxt istifadə etməmiş, ona sahiblik etməmişdir. 19. Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, yerli vergi ödəyicisi kodu 47251xxxxxxx olan Cavabdeh1 ünvan 1ində yerləşən torpaq sahəsinə görə 2021-ci il üçün 10.07 manat, ötən dövrlər üçün 10.07 manat, faiz məbləği 3.16 manat, cəmi ödəniləcək məbləğ 23.30 manat hesablanmaqla həmin borcun bələdiyyənin X59 filialında yerləşən VÖEN **********, AZ33AİİB******************** nömrəli hesabına X57 üzərindən bank və poçt şöbələri, ödəniş terminalı vasitəsilə nağd, www.gpp.az saytından isə ödəniş kartları vasitəsilə ödənilməsi tələb olunmuşdur. 20. xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən Qusar rayonu Şirvanlı bələdiyyəsinin hesabına torpaq vergisi kimi 36,88 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qusar rayonu, Şirvanlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 93 saylı arayışından görünür ki, ünvan 1 sakini Cavabdeh1 xx.xx.2022-ci il tarixə kimi qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 1.1871 hektar torpaq sahəsinin vergisini ödəyir Qusar rayon notariat ofisinin 11 mart 2022-ci il tarixli, X-379 saylı məktubu ilə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ona xx.xx.2006-cı ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün mümkün deyildir. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyə olunmuşdur. Qusar rayon İcra Hakimiyyəti Şirvanovka kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən xx.xx.1999-cu il tarixində təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Oğlanbacı Ağakişiyeva ona məxsus olan evini, əmlakını və malını harada olursa olsun nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 5 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və onun özünün adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə və X2ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ½ hissədə - yəni 0,59355 hektar hissədə onun və ½ hissədə, yəni 0,59355 hektar hissədə Cavabdeh1 miras paylarının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1i ərazisində onun və mərhum anası X8 ümumi birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. X55 əvəzinə həmin torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2020-ci il tarixdə onun və mərhum X2nın adına **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X2 30 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbədə vərəsələri o və onun X3 qalmışlar. Anasının ölümündən sonra ondan miras qalmış torpaq sahəsini birinci növbədə vərəsələri, o və X3 faktiki qəbul edərək sahiblik etmişlər. X3 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra anasından miras qalmış torpaq sahəsindən o və qardaşının oğlu, iş üzrə Cavabdeh1 birlikdə istifadə etmişlər. Onun və mərhum X2nın ümumi birgə mülkiyyətlərində olan həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adlarında səhvlər olmuşdur. O, həmin səhvləri aradan qaldırmaq üçün 2020-ci ildə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 24 iyul 2020-ci il tarixli 2(029)- 603/2020 saylı qətnaməsinə əsasən JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı səhvlər aradan qaldırılaraq həmin Dövlət Aktının ona və mərhum X2na məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra o, həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən onun və mərhum X2nın adına 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. İş üzrə Cavabdeh1, ondan gizlin, mərhum X3nun ölümündən sonra onun vərəsəsi olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum anası X8 ümumi birgə mülkiyyətində olan 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən anasının payına düşən torpağın yarısına qanunsuz olaraq bütünlüklə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qusar rayon Notariat Ofisi 5 oktyabr 2021-ci il tarixdə 2V-981 saylı reyestrdə qeydiyyata almaqla, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum X2nın ümumi birgə mülkiyyətində olan 2,3742 hektar torpaq sahəsindən anasının payına düşən torpağın yarısına bütünlüklə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, X2nın birinci növbədə vərəsələri olmaqla həm onun, həm də ki, X3nun vərəsəsi olaraq iş üzrə Cavabdeh1 adlarına hərəsinə 1/2 hissədə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilərdi. Bundan sonra Cavabdeh1 Qusar rayon Notariat Ofisinin verdiyi 5 oktyabr 2021-ci il tarixli, 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən həmin 2,3742 hektar torpaq sahəsinin 1/2 hissəsinə özünün və 1/2 hissəsinə onun mülkiyyət hüquqlarına dair 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Qusar rayon Notariat Ofisi X2nın birinci növbədə vərəsələrinin dairəsini dəqiq müəyyənləşdirmədən, qanunsuz olaraq Cavabdeh1 adına 05 oktyabr 2021-ci il tarixli 2V-981 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki X2nın birinci növbədə vərəsəsi olaraq onu heç axtarmağa da ehtiyac yox idi, vərəsəlik məsələsinin həll edildiyi torpaq sahəsinə dair çıxarışda onsuz da onun adı var idi. Bir daha qeyd etmək istəyir ki, mübahisənin predmeti olan ünvan 1ində yerləşən 2,3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və mərhum X2nın ümumi birgə mülkiyyətində olmuş, həmin torpaqda payları notariat və ya məhkəmə qaydasında ayrıca müəyyənləşdirilməmişdir. Qanunun tələbinə uyğun olaraq həmin 2,3742 ha torpaq sahəsinin yarısı, yəni 1,1871 ha hissəsi ona, digər yarısı olan 1,1871 ha hissəsi isə X2na məxsusdur. Buna uyğun olaraq o, X2ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/2 hissədə, yəni 0,59355 ha hissədə onun və 1/2 hissədə, yəni 0,59355 ha hissədə Cavabdeh1 paylarının müəyyənləşdirilməsini tələb edir. Cavabdeh1 iddiaya qarşı verdiyi yazılı etirazında göstərmişdir ki, X36 vəfat edənədək atası Ağakişi Ağakişiyevin yanında yaşamışdır. ünvan 1i ərazisində mərhum nənəsi X7 və əmisi olan İddiaçı birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Nənəsi vəfat etdikdən sonra həmin torpaq sahəsi atası Ağakişi Ağakişçiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. İddiaçı isə həmin torpaq sahəsindən istifadə etməmiş və torpaq sahəsindən atasının istifadə etməsinə heç bir etirazı olmamışdır. Hətta, bankda nənəsinin adına olan pul vəsaiti də 2012-ci ildə atası Ağakişi Ağakişiyevə verilmiş və bu barədə Qusar rayon Dövlət notariat kontoru tərəfindən müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçının buna da heç bir etirazı olmamışdır. 2015-ci ildən sonra atası Ağakişi Ağakişiyev xəstələnmiş və 2017-ci ildə vəfat etmişdir. Atası xəstələndikdən sonra isə yuxarıda göstərilən torpaq sahəsini istifadə etməyə başlamış və orada bağ sahəsi salmışdır. Əmisi İddiaçı onun həmin torpaq sahəsindən istifadə etməsinə heç bir etirazı olmamışdır. Atası xəstə olarkən əmisi İddiaçı yanına çağırmış və bildirmişdir ki, 2.3742 ha torpaq sahəsinin yarısını, yəni özünə məxsus 1.1871 ha hissəsini əmisi istifadə etsin, qalan hissəsini, yəni digər 1.1871 ha hissəsini isə onun istifadəsində qalsın. Əmisi İddiaçı bununla razılaşmış və bundan sonra torpaq sahəsini öz aralarında bölmüşlər. Həmin vaxtdan etibarən 1.1871 ha torpaq sahəsinin torpaq vergilərini ödəyir, orada saldığı bağa qulluq etməklə torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Atası vəfat etdikdən bir il neçə il keçdikdən sonra əmisi İddiaçı onunla mübahisə edərək onun faktiki istifadə etdiyi 1.1871 ha torpaq sahəsindən pay tələb etmişdir. Halbuki, nənəsi vəfat etdiyi vaxtdan artıq 16 il, atası vəfat etdiyi vaxtdan isə 5 il müddət keçmişdir. Həmin müddətlər ərzində iddiaçı mirasın qəbulu ilə bağlı nə notariat kontoruna ərizə vermiş, nə də həmin mirası faktiki qəbul etmişdir. Mübahisəli torpaq sahəsinin mərhum atası, daha sonra onun tərəfindən istifadə olunmasına isə heç bir etirazını bildirməmiş, bununla bağlı mübahisə yaratmayaraq hər hansı iddia irəli sürməmişdir. İddiaçı istər mirasın qəbul edilməsi müddətini, istərsə də, mirasın qəbulu ilə əlaqədar mübahisənin qaldırılması üçün nəzərdə tutulan 2 aylıq müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim etməklə iddiaçı tərəfindən hazırkı iddia üçün nəzərdə tutulmuş iki ay iddia müddətinin ötürüldüyünü göstərərək iddia müddəti tətbiq edilməklə iddiadan imtina olunmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin e-2(029)-454/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Adil Vəliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 və İddiaçı adına qeydiyyata alınmışdır. Oğlanbacı Ağakişiyeva xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat edənə kimi ünvan 1ində oğlu X27 ilə birlikdə yaşamış, onun oğlu, iş üzrə İddiaçı isə həmin kənddə qeydiyyatda olsa da, uzun müddətdir ki, Qusar şəhərində yaşayır. Oğlanbacı Ağakişiyeva vəfat etdikdən sonra onun cəmi yeddi vərəsələri qalmışdır. X39 istisna olmaqla digər vərəsələrdən heç biri X33nın mirasını qanunla müəyyən edilmiş müddət daxilində qəbul etməmiş, bu barədə ərizə ilə müvafiq notariat orqanına müraciət etməmişlər. Ağakişi Ağakişiyev isə həmin şəxsin Əmanət Kassasında olan hesabdakı pulunu miras əmlak kimi qəbul etmiş, bu barədə Qusar rayon Notariat Kontoruna müraciət etmiş və onun adına 11 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, X35 Ağakişiyevanın vərəsəsi olaraq onun həmin mirasını qəbul edib ona yiyələnmişdir. Onun həmin mirası qəbul etməsinə iddiaçı da daxil olmaqla digər vərəsələrin heç biri etiraz etməmiş, bununla bağlı ona qarşı hər hansı iddia irəli sürməmişlər. Bundan başqa, Ağakişi Ağakişiyev mərhum X25 rayonu Qullar kəndində yerləşən mübahisəli torpaq sahəsinə də sahiblənməklə ondan istifadə etmiş, bunu iddiaçı tərəf də bildirmişdir. Ağakişi Ağakişiyev həmin torpaq sahəsinə məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq sahiblənmiş və ondan istifadə etmiş, oğlu Cavabdeh1lə birlikdə orada bağ sahəsi salmışdır. Ağakişi Ağakişiyev xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin torpaq sahəsinə onun oğlu, iş üzrə Cavabdeh1 sahiblənmiş, ondan istifadə etmiş, Qusar rayonu Şirvanlı bələdiyyəsində 1.1871 ha torpaq sahəsinə dair vergi ödəyicisi kimi qeydiyyata alınmış və torpaq sahəsinin torpaq vergilərini ödəmişdir. İddiaçı miras qoyan X33nın mirasını qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra onun oğlu Cavabdeh1lə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Məcəllənin vərəsəlik hüququ və mirasın qəbuluna dair normalarına istinad edərək göstərmişdir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras açıldığı vaxtdan təxminən 16 il müddət keçməsinə baxmayaraq belə bir ərizə verməmiş, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, yalnız 11 mart 2022-ci il tarixdə bu barədə Qusar rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. İddiaçı özünün iddiasını onun özünün miras qoyanla birlikdə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan istifadə edilməsi isə vərəsəlik hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X33nın mirasını faktiki qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu Asəf Ağkişiyevlə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 255 saylı arayışını isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda İddiaçı Ağakişi Ağakişiyevlə və Cavabdeh1lə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 ha torpaq sahəsinin torpaq vergisi ödəyicisi yalnız Cavabdeh1dir. Bundan başqa, İddiaçı özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. İddiaçı anası öldükdən sonra da, onun evinə köçərək orada yaşamamışdır. Bu, isə əslində həmin şəxsin əvvəlcədən valideynlərinin, o cümlədən miras qoyan anası Oğlanbacı Ağakişiyevanın mirasına yiyələnməklə həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olmadığına dəlalət edir. İddiaçı qardaşı Ağakişi Ağakişiyevlə torpaq sahəsinin formal bölüşdürülməsi və ondan istifadə edilməsi barədə razılığa gələrkən artıq mirası Ağakişi Ağakişiyev anası öldüyü vaxtdan faktiki olaraq qəbul etmiş, İddiaçı isə mirasın qəbul edilməsi müddətini ötürmüşdü. Həmçinin, o, torpaq sahəsinin formal olaraq bölünməsində və torpaq sahəsindən istifadə edilməsində vərəsə kimi deyil, torpaq sahəsinin birgə mülkiyyətçisi kimi iştirak etmişdir. Ağakişi Ağakişiyevin torpaq sahəsindən istifadə etməsi isə onun miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasına dair vərəsəlik hüququndan irəli gəlmişdir. Bilal Ağakşiyevin mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması isə onun X33nın mirasını faktiki qəbul etmə kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı birgə mülkiyyət hüququnun vərəsəlik hüququna aidiyyəti yoxdur və onun vərəsə olub-olmaması onun həmin torpaq sahəsinin birgə mülkiyyətçisi olmasına heç bir təsir etmir. Bundan başqa, İddiaçı ölən qardaşı Ağakişi Ağakişiyev həm də, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasının bir hissəsini-yəni Əmanət Kassasındakı hesabda olan pul vəsaitini mirasın qəbul edilməsinin formal üsulu ilə-yəni ərizə vermək yolu ilə qəbul etmişdir. Ağakişi Ağakişiyev öldükdən sonra isə onun X33nın mirasına dair bütün hüquqları oğlu Cavabdeh1 keçmiş və bu səbəbdən də, həmin mirasa dair Qusar rayon Notariat Ofisi haqlı olaraq həmin şəxsin adına məlum qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Odur ki, məhkəmə iddiaçının X33nın mirasını faktiki olaraq qəbul etməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 213.1, 213.2, 372.1, 372.2, 373.1, 373.4, 375.2, 382, 1146, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1255 və 1272-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2027/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova). Kassasiya instansiyası məhkəməsindəki icraat İddiaçı (vəkil X50) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə, işin yenidən apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1108/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2027/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır ( hakimlər Zaur Əliyev (məruzəçi hakim), Aqil Abbasov və Vidadi Məmmədov). Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmələr iddiaçının vərəsəlikdən irəli gələn mülkiyyət hüququnu tanımadıqlarını belə əsaslandırmışlar ki, iddiaçı mirası qəbul etməmişdir. Kollegiya bu qənaəti əsaslı saymır ona görə ki, əvvəla, iddiaçı mübahisəli torpaq sahəsinin miras qoyanla birlikdə ümumi mülkiyyətçisidir. Qanuna əsasən, miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır Bundan başqa, işdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2006-cı il tarixdə vəfat edəndən sonra əmlakını X23 (vəfat edənə kimi, sonra onun oğlu Cavabdeh1) və İddiaçı idarə edir. Məhkəmə həmin məlumatı mirasın qəbulu baxımından sübut kimi qəbul etmədiyini belə əsaslandırmışdır ki, arayışda İddiaçı Ağakişi Ağakişiyevlə və Cavabdeh1lə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə qeyd olunmamışdır. 79. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§ 57). 80. Sözügedən arayışda miras qoyanın vəfatından sonra onun əmlakını həm də İddiaçı idarə etdiyi açıq şəkildə qeyd olunmuşdur. Üzərində miras açılan torpaq sahəsi ümumi mülkiyyətdə vahid bir əşya olduğu halda iddiaçının sahibliyinin həmin əşyanın tamamına şamil edilməməsi barədə mövqe sahiblik və mülkiyyətlə bağlı mülki hüquq qaydalarının mahiyyəti ilə də uzlaşmır. Kollegiya bu xüsusat üzrə təkrarən vurğulamaqda yarar görür ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ (o cümlədən sahibliyi) əşyanın naturada bir hissəsinə deyil, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna sahib olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir. Odur ki, paylar ayrılmadığı müddətcə ümumi mülkiyyətçinin vahid əşyanın bir hissəsinə mülkiyyətçi kimi sahiblik etdiyi, digər hissəsinə isə sahiblik etmədiyinə dair qənaət doğru bir yanaşma sayıla bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iddiaçının mərhum X7 birinci növbədə vərəsəsi olmasını, Cavabdeh1 isə mərhumun ikinci növbədə vərəsəsi, yəni atasına çatacaq payı irsi transmissiya qaydasında alan vərəsə olduğunu nəzərə almamış, cavabdeh Qusar rayon Notariat Ofisi tərəfindən yol verilmiş qanun pozuntusunu aradan qaldırmamış, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçı məhkəmə prosesində özünə və mərhum X2na ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan bütövlükdə 2,3742 hektar torpaq sahəsinə görə dövlət tərəfindən ödənilən subsidiyaların artıq uzun illərdir ki, iddiaçı tərəfindən alındığını, iddiaçıda subsidiyaların alındığı “Fermer Kartı”-nın və digər sənədlərin olduğunu, habelə həmin torpaq sahəsinin vergilərinin iddiaçı tərəfindən ödənildiyini, bu barədə sənədlərin olduğunu bildirmiş, həmin sənədləri məhkəməyə təqdim etmək istəmişlər. Lakin məhkəmə həmin sənədlərin təqdim edilməsi üçün iddiaçıya şərait yaratmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı iddiasını özünün miras qoyanla birlikdə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan istifadə edilməsi isə vərəsəlik hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X33nın mirasını faktiki qəbul edərək ondan mərhum atası Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini, yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu ilə, yəni onunla birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 hektar hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 255 saylı arayışı isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda iddiaçının Ağakişi Ağakişiyev və Cavabdeh1 ilə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli, 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 hektar torpaq sahəsinin torpaq vergisi ödəyicisi yalnız özüdür. Eyni zamanda iddiaçının özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. X36 vəfat etdikdən sonra ona məxsus olmuş fərdi yaşayış evində yalnız atası və ailəsi, o cümlədən özü yaşamış, həmin ev də qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İddiaçı isə nənəsi vəfat etdikdən sonra həmin evə köçməmiş, nənəsinin evinə sahiblənmək niyyətini bildirməmişdir. Hətta, məhkəmə iclasında bu barədə iddiaçı özü də bildirmiş və qeyd etmişdir ki, o, nənəsinin mülkiyyətində olmuş fərdi yaşayış evindən pay tələb etməmişdir Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi şəkildə xəbərdar edilmiş İddiaçı, Qusar rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçı, Qusar rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya oğlu Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia qismən təmin olunmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqe nəzərə alınmalıdır. Qeyd olunan Qərarda şərh olunan hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 və İddiaçı Ağasəf oğlunun adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin şəxslərin ümumi mülkiyyətinə verilmişdir. Oğlanbacı Ağakişiyevanın 7 uşağı vardır - İddiaçı, X30 (xx.xx.2009-cu ildə vəfat edib), X23 (xx.xx.2017-ci ildə vəfat edib), X29, X22, X26, və X17 olmuşlar. xx.xx.2006-cı il tarixdə miras qoyan Oğlanbacı Ağakişiyeva vəfat etmişdir. X23 xx.xx.2017-ci ildə vəfat etdikdən sonra arvadı X21, uşaqları Ağakişiyeva (Bağırova) Günay Ağakişi qızı, Ağakişiyeva (Fətəhova) Xatirə Ağakişi qızı, Ağakişiyeva (Əhmədəliyeva) Ülkər Ağakişi qızı, Ağakişiyeva (Bahadirova) Samirə Ağakişi qızı onun vərəsələri olmuşdur. Miras əmlak Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun Oğlanbacı Ağakişiyeva aid hissəsi olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli notariat ərizələrin (iş vər. 52-53) məzmunundan görünür ki, X21, Ağakişiyeva (Bağırova) Günay Ağakişi qızı, Ağakişiyeva (Fətəhova) Xatirə Ağakişi qızı, Ağakişiyeva (Əhmədəliyeva) Ülkər Ağakişi qızı, Ağakişiyeva (Bahadirova) Samirə Ağakişi qızı xx.xx.2017-ci ildə vəfat etmiş X10 qalmış miras əmlakı qəbul etmirlər. Kollegiya hesab edir ki, həmin ərizələr miras açıldığı vaxtdan 3 aylıq müddət ötürülməklə verildiyindən, miras əmlakdan imtina kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, əvvəlki məhkəmə icraatı zamanı formalaşmış məhkəmə təcrübəsinə görə vəsiyyətnamənin təqdim edilməsinə hər hansı zərurət olmamışdır, lakin hazırkı apellyasiya icraatı zamanı qüvvədə olan Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında əks olunan fərqli mövqeyini nəzərə alaraq, miras qoyanın vəsiyyətnaməsinin təqdim edilməsini zəruri hesab etmişdir. Belə ki, Qusar rayon İcra Hakimiyyəti Şirvanovka kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən xx.xx.1999-cu il tarixində təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Oğlanbacı Ağakişiyeva ona məxsus olan evini, əmlakını və malını harada olursa olsun nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. İşdən göründüyü kimi hazırkı vərəsəlik işi ilə bağlı notarius vəzifə borcunu yerinə yetirib vərəsələrin dəqiq tam dairəsini müəyyən edilməsi üçün tədbirlər görməmiş, Cavabdeh1 adına verilmiş 5 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni vermişdir. Həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Kollegiya hesab edir ki, yuxarıda göstərilən qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, qeyd olunan çıxarış isə ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması, onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməli idi. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi yol verilmiş qanun pozuntuları səbəbindən cavabdeh miras üzrə paylarını rəsmiləşdirməyə müvəffəq olsa da, iddiaçının vərəsəlik hüququ pozulmuş, dolayısı ilə iddiaçı ona çatmalı olan mirasda məcburi payından məhrum olmuşdur. AR Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 5 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəbdən də və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Kollegiya qeyd edir ki, iddia tələbində çıxarışın etibarsız hesab edilməsi qeyd olunsa da, iddia ərizəsinin məzmunundan və işin mahiyyətindən müvafiq çıxarışın ləğv edilməsi tələbinin irəli gəldiyi müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın xx.xx.1999-cu il tarixli vəsiyyətnamə nəzərə alınmaqla, digər qanun üzrə vərəsələrin də mirasda məcburi payları müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-486/2020 nömrəli qətnaməsinə əsasən, miras qoyan X1 miras əmlaka dair payların müəyyən edilməsi barədə iddiası təmin olunmadığından, onun mirasda məcburi payı müəyyən oluna bilməz. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmə kollegiyası, Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 və İddiaçı Ağasəf oğlunun ümumi mülkiyyəti olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 – 49/168 hissədə (vəsiyyətnamə üzrə), İddiaçı – 6/168 məcburi payı və 84/168 özünə məxsus payı, cəmi 90/168 hissədə, X19 - 6/168 hissədə (məcburi payı), X20 – 6/168 hissədə (məcburi payı), X16 – 6/168 hissədə (məcburi payı), X11 – 6/168 hissədə (məcburi payı), X12 vərəsələri X13 – 1/168 hissədə, Ağakişiyeva (Bağırova) Günay Ağakişi qızının – 1/168 hissədə, Ağakişiyeva (Fətəhova) Xatirə Ağakişi qızının – 1/168 hissədə, Ağakişiyeva (Əhmədəliyeva) Ülkər Ağakişi qızının – 1/168 hissədə, Ağakişiyeva (Bahadirova) Samirə Ağakişi qızının – 1/168 hissədə paylar müəyyən olunmalıdır. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)- 454/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-454/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 5 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. JN 0003 KOD 30124028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Qusar rayonu, Qullar kəndində yerləşən 2,37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 90/168 hissəsinə İddiaçı, 49/168 hissəsinə Cavabdeh1, 6/168 hissəsinə X20, 6/168 hissəsinə X16, 6/168 hissəsinə X11, 6/168 hissəsinə X19, 1/168 hissəsinə X13, 1/168 hissəsinə Ağakişiyeva (Bağırova) Günay Ağakişi qızının, 1/168 hissəsinə Ağakişiyeva (Fətəhova) Xatirə Ağakişi qızının, 1/168 hissəsinə Ağakişiyeva (Əhmədəliyeva) Ülkər Ağakişi qızının, 1/168 hissəsinə Ağakişiyeva (Bahadirova) Samirə Ağakişi qızının payları müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-101/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-101/2024
19.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver