Məhkəmə qərarları › İş №2(105)-1021/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1021/2022

24.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1021/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyat ləğv edilməklə, həmin torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmışdır (hakim R.Qoşqarlı). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən irs aldığı torpaq sahələrinin alqı-satqı müqavilələri və məhkəmə qətnaməsi əsasında başqalarının mülkiyyətinə keçməsini, belə halda dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-863/2022-nömrəli qərarı ilə iş üzrə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi və bu şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014cü il tarixli qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahələrinə onların vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və maddi və prosessual hüquq normaları baxımındanda əsassızdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar məhrum atalarında miras qaldığını iddia etdiyi 3 torpaq sahəsinə,yəni Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha və 0,12 ha torpaq sahələrinə iddia tələbi irəli sürərək həmin əmlaklara vərəsəlik hüquqlaranın tanınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə iddia tələbi təmin edilərkən ona əsaslanmışdır ki, vərəsəlik şəhadətnaməsi verilərkən təlimatın tələbləri pozulmuş, qəyyumluq və himayəçilik komissiyasına məlumat verilməmiş, habelə iddiaçıların adından onun valideyini Y.Əliyeva tərəfindən müvafiq ərizə verilə bilərdi, lakin vaxıntda hüquqları izah edilmədiyinə görə yetkinlik yaşma çatmayan iddiaçıların valideyinləri müvafiq ərizə verməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən miras əmlakın kütləsi, habelə miras əmlakın birinci növbəli vərəsələr tərəfindən qəbul edilib-edilməməsi, habelə miras əmlakın hazırki hüquqi statusu aydınlaşdırılmadan maddi hüquq normalaraının pozulması ilə əlaqədar qətnamə qəbul edilmişdir. Belə ki, miras əmlakın 3 hissədən yəni torpaq sahəsindən ibarət olması və həmin torpaq sahələrinə dair 30.09.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və miras əmlak hesab edilən torpaq sahələrindən 0,08 ha torpaq sahələri 23.08.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələri ilə Turanə Məmmədovaya satılmışdır.Digər miras hesab edilən əmlak isə birinci instansiya məhkəməsinə təqdim edilmiş qanuni qüvvəsini almış Ağstafa Rayon Məhkəməsinin 15.05.2013-cü il tarixli 2(105)- 444/2013 saylı qətnaməsi ilə müəyyən edilir ki, hazırki miras əmlak olduğu iddia edilən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 163,8 kvm olan yaşayış sahəsi üzərində X2 hüquqları tanınmış və həmin əmlak onun mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən isə iddiaçıların mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etməmələri aydınlaşdırılmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, miras qoyan Zəfər Məmmədov 16.08.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MM-in 1246cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçılar iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 2020-ci ilin noyabr ayında müraciət edərək, mərhum atalarından miras əmlak qaldığını, həmin miras əmlakı isə onlar yox digər vərəsə tərəfindən öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın aldığını, nəticədə onların hüquqlarının pozulduğunu göstərmişdir. Cavabdeh Mülki Məcəllənin 139,140, 1151, 1159.1.1, 1243, 1246-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, atası Zəfər 2012-ci ildə vəfat edib. 2014-cü ildə qardaşı İddiaçı1 17, onun isə 15 yaşı var idi. Atasının adına olan bütün torpaqları cavabdeh, yəni bibisi Cavabdeh1, onlar atasının birinci dərəcəli vərəsələri olmalarına baxmayaraq, heç bir məlumatları olmadan 2014-cü ildə vərəsə kimi öz adına keçirib. 2019-cu ildə torpaqları onların rayondakı qonşularına satıb. Hesab edir ki, onlar vərəsə kimi tanınmalıdırlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1326/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinə, üçüncü şəxs X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Sumqayıt Regional Cavabdeh2ərkəzinin Notariat Ofisinin 30.09.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış 17.10.2014cü il tarixli qeydiyyatın ləğv edilməsi hissəsində Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-863/2022-nömrəli qərarı qanuni qüvvəsini almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, iddiaçıların kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2022ci il tarixli, 2(102)-863/2022-nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinə dair hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və digər iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2020-ci il tarixli məktubundan görünür ki, X4 adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 20.12.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0.08 ha, ********** qeydiyyat nömrəsi ilə 21.12.2011ci il tarixində 0.08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir, lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun 30.09.2014-cü il tarixli, 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bacısı Cavabdeh1 adına 17.10.2014-cü il tarixində qeydiyyata alınmışdır. X5 adına Azərbaycan Respublikasının digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan AZ-İ №397557 saylı, 13.11.2020-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə X6 doğulmuş X11 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ №397556 saylı, 13.11.2020-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə X6 doğulmuş X9 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İİ № 128194 saylı, 04.10.2008-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 xx.xx.1998-ci il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Ata qrafasında-X10, ana qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan İ-AZ № 129859 saylı, 14.12.2000-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu il tarixdə Ağstafa rayonu, A.Kəsəmən kəndində anadan olmuşdur. Ata qrafasında-X10, ana qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 856953 saylı, 08.04.2017-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 16.08.2012-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahələri X7 məxsus olmuş və onun 16 avqust 2012-ci il tarixdə baş vermiş ölümü ilə əlaqədar həmin əmlaka miras açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Müəyyən olunduğu kimi miras qoyanın vəfatından sonra onun birinci növbə iki vərəsəsi qalmışdır. Həmin vərəsələr miras qoyanın uşaqları olan iddiaçılar olmaqla onların iddia etmələrinə görə ataları ölənə kimi onlarla birlikdə yaşamış və mübahisə predmeti olan torpaq sahələrinin mövcudluğundan xəbərsiz olmuşlar. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Lakin müəyyən olunduğu kimi miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras qoyanın ikinci növbədə vərəsəsi olan bacısı Cavabdeh1 verilmiş, bununla da, birinci növbə vərəsələr olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılarının ataları miras qoyan X5 16.08.2012-ci il tarixdə ölümündən sonra onun birinci növbəli vərəsələri onun övladları İddiaçı1 və İddiaçı2dır. Notarius yetkinlik yaşına çatmamış vərəsələr İddiaçı1 və İddiaçı2 adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onun əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməli olduğu halda, bu haqda heç bir məlumat vermədən vərəsəlik işi üzrə notariat hərəkətləri aparmış, miras əmlaka miras qoyan Zəfər Məmmədovun birinci növbə üzrə bacısı Cavabdeh1 vərəsəlik hüququ tanınmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə də təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyantın qətnamənin müzakirə edilən hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apelyant dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eləcə də apellyasiya şikayətinin dəlillərinə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin müzakirə edilən hissəsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar