Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1030/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-475/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-475/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-475/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evini X2 alqı-satqı yolu ilə almışdır. Həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı, 31.05.2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarış əsasında onun adına rəsmiləşdirilmişdir. X1 gəlini Cavabdeh həyat yoldaşı ilə boşandıqdan sonra evi tərk etmişdir. Daha sonra həmin evə övladları ilə birgə köçürülməsi üçün məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunmuşdur. Cavabdeh onun ailə üzvi deyil və birlikdə yaşamaları qeyri-mümkündür. Cavabdehin mübahisəli mənzildə yaşamaq niyyəti yoxdur, o, orada yaşamır və hər hansı bir təsərrüfat aparmır. Ona görə də, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya verilməsi yolu ilə onun, azyaşlı övladları 08.11.2007-ci il təvəllüdlü X5 və 09.03.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 14 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron rayonu, Novxanı kəndi, 20 yanvar küçəsində yerləşən 32 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı, 31.05.2018ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarış verilmişdir. Sözügedən fərdi yaşayış evini X2 alqı-satqı yolu ilə almışdır. Cavabdeh X1 gəlinidir. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2018-ci il tarixli Qətnaməsi ilə hazırki iş üzrə cavabdehin “evə köçürülmə” tələbinə dair iddiası təmin olunaraq onun azyaşlı uşaqları ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, 20 Yanvar küçəsi, ev 22 ünvanında yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehlə onun heç bir qohumluq əlaqəsi yoxdur. Sözügedən fərdi yaşayış evini rəsmi alqı-satqı yolu ilə alıb, öz adına rəsmiləşdirən zaman cavabdeh həmin evə köçürülməmişdi. Evə köçürülməyə dair bütün məhkəmə prosesləri ev onun adına rəsmiləşdirildikdən sonra baş tutmuşdur. Həmin evin vicdanlı alıcısıdır və cavabdehin həmin evdə onun birgə yaşaması bu səbəbdən qeyri-mümkündür. Bu hal bir mülkiyyətçi kimi onun hüquqlarının ciddi şəkildə pozulması kimi qiymətləndirilməlidir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 178/E nömrəli ekspert rəyinə əsasən həmin fərdi yaşayış evinin kirayə dəyər qiyməti 100-150 manat arası müəyyən edilmişdir. Beləliklə də, həmin ərazidə oxşar şəraitli evdə yaşmaq üçün 3 illik kirayə haqqının ümumi məbləği 5400 manat təşkil edir (150x36=5400). Hakim qətnamənin əsaslandırma hissəsində isə 10000 manat kompensasiya məbləğinin yalnız cavabdehin özü üçün yetərli olduğunu, övladları üçün hər hansı kompensasiya məbləği müəyyən edilmədiyindən iddianın əsassız olması qənaətinə gəlməsini bildirmişdir. Hesab edir ki, cavabdehin övladları yetkinlik yaşına çatmadıqları üçün cavabdeh qismində cəlb edilə bilməzlər və kompensasiya məbləği cavabdehin sayına əsasən müəyyən olunur. Kirayə məbləği (kirayə haqqı) isə həmin evdə kirayə yaşayanların sayından asılı olmayaraq müəyyən edilir. Cavabdehin özü və yetkinlik yaşına çatmayan övladları üçün ayrı-ayrıqlıqda kompensasiya məbləğinin müəyyən edilməsinin tələb edilməsi əsassızdır. Cavabdeh həmin uşaqların saxlanması üçün aylıq olaraq məhkəmə tərəfindən qət edilən aliment məbləği alır. Həmçinin evin qiymətləndirilməsinə dair keçirilən ekspertizaların nəticəsi olaraq, Əmlak Ekspert Mərkəzi tərəfindən 160000-170000 manat, “xxxx” MMC tərəfindən evin bazar dəyəri 100000 manat, “xxxx” MMC tərəfindən isə 45000-50000 arası təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi ekspertizanın müəyyən etdiyi qiymətlər arasında ciddi şəkildə fərqlər mövcuddur. Əmlak Ekspert Mərkəzi və “xxxx” MMC tərəfindən evin qiymətləndirilməsinə dair müəyyən edilmiş qiymətləndirmə rəyləri həqiqəti əks etdirmir və evin bazar dəyəri şişirdilmişdir. Təəssüflər olsun ki, qeyd olunan faktların heç biri birinci instansiya məhkəməsinin araşdırması zamanı araşdırılmamış və iddia ərizəsi rədd edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili M.M.İsmayılov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edib, birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən bununla əsaslandırmışdır ki, İddiaçı 10.000 manat kompensasiya verilməklə cavabdehin azyaşlı övladları ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. İddiaçı tələbində cavabdehin və onun uşaqlarının hər birinə hansı məbləğdə kompensasiya verilməsini göstərməmişdir. Bununla belə cavabdeh iddianı qəbul etmir, izahatında bildirir ki, hətta iddiaçı 15.000 manat kompensasiya versə də, iddianı qəbul etmir, cavabdeh işləmir, başqa bir qazancı, gəliri olması barədə iş materiallarında hər hansı sübut yoxdur. Təqdim edilən mütəxəsiss rəyindən göründüyü kimi mübahisəli evlə oxşar evlərin kirayə haqqı 100-150 manat təşkil edir. İddiaçı Cavabdeh 10.000 manatdan artıq məbləğdə kompensasiya ödəmək fikrində deyil. Ona görə də, cavabdehin himayəsində azyaşlı övladları 08.11.2007-ci il təvəllüdlü X5 və 09.03.2012-ci il təvəllüdlü X6 da yaşadıqlarından və iddia ərizəsində həmin uşaqlar üçün kompensasiya məbləği müəyyən edilmədiyindən iddia tələbi əsaslı deyildir və təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmiş, ********** qeydiyyat nömrəsi ilə 31.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. “xxxx” MMC tərəfindən verilən 04 mart 2020-ci il tarixli,178/E №-li ekspertiza rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 45.000-50.000 arası, kirayə dəyər qiyməti 100-150 manat arası müəyyən edilirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019 cu il tarixli, 2(102)5240/2019 saylı qərarı ilə müəyyən olur ki, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2018 ci il tarixli qətnaməsinə əsasən iddiaçı Almasova Yeganə Saleh qızının cavabdeh X15 oğluna qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək onun azyaşlı övladları ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, 20 Yanvar küçəsi, 22 saylı ünvanda yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti əsasında Abşeron Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(102) 5240/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, cavabdeh Almasova Yeganə Saleh qızı 2010-cu ildə Namazov Seyfıddin Elman oğlu ilə ailə qurub mübahisəli evə gəlin köçmüş və birgə nikahdan iki uşaqları anadan olmuşdur. Sonradan tərəflərin ər-arvad münasibətləri pozulduğundan nikahları ləğv edilmiş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Yeganə Almazova mübahisəli evə köçüb yaşadığı vaxt həmin ev Namazov Elman Nəriman oğluna aid özbaşına tikili olmuş və sonradan mülkiyyət hüququ əsasında iddiaçı Çərkəz Qəhrəmanovun adına 31.05. 2018-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnaxitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Birinci instansiyası məhkəməsi iddiaçının cavabdehin mübahisəli mənzildə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ədalətli kompensasiya təklif etməməsi qənaətinə gələrkən işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, iddia qanuni və əsaslı olub, işin faktiki halları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilib, İddiaçı tərəfindən Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya verilməsi yolu ilə onun, azyaşlı övladları 08.11.2007-ci il təvəllüdlü X5 və 09.03.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-475/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə onun, azyaşlı övladları 08.11.2007-ci il təvəllüdlü X5 və 09.03.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1030/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1030/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver