Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1036/2021 19.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcunun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2842/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2842/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh ASC tərəfindən İddiaçı oğlunun yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsi, 1 nömrəli SMD idarəsinin binasında sudan istifadəyə görə hesablanmış 1573,76 manat borcun silinməsi qət edilmişdir. (hakim C.Səfiyeva). Qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2842/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının faktiki yaşadığı ünvana dair əsassız olaraq hesablanmış 1573,76 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsi, 1 nömrəli SMD idarəsinin binasında onun yaşadığı ünvana Cavabdeh ASC tərəfindən əsassız olaraq 1573,76 manat borc hesablanmışdır. Bu borc qanuni deyil və hansı əsaslara görə hesablandığı naməlumdur. Bu səbəbdən də həmin borc silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onların təqdim etdikləri sənədləri sübut kimi qəbul etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə bağlanmış 1938408/28848784 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən onun mənzilinə su təchizatı kanalizasiya xidməti göstərilmişdir. İddiaçı borclu əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində 2002-cı ildən istifadə etdiyi xidmətlərə görə ailə tərkibi 2020-ci ilir aprel ayına kimi 8 nəfər, 2020-ci ilin may ayından sonrakı dövr üçün isə ailə tərkibi 3 nəfər olmaqla su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərindən istifadə etmişdir. İddiaçı borclu kimi su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə ayda 12,00 manat, 15,00 manat pul məbləği ödəməli olduğu halda o, bunu etməmiş və nəticədə onun xx.xx.2020-ci il tarixinə “Cavabdeh ASCnin X5 1.848,71 manat məbləğində borcu yaranmışdır. Lakin, xx.xx.2020-ci il tarixdə iddiaçı A.Məmədov “Azərsı ASC-yə ailə tərkibinin 3 nəfər olması barədə arayış təqdim etdikdən sonra dəqiqləşmə aparılmış və onun borcundan 274,95 manat borcu silinmişdir. Keçən illər ərzində, yəni xx.xx.2005-ci ildən 2020-ci ilin iyun ayına kimi İddiaçı İdarəyə müraciət etmədən, məlumatlandırmadan su təchizatından istifadə etməklə, bu günə kimi ödənişlərdən yayınmaqla, məhkəmədə yaranmış borcunun silinməsini xahiş etmişdir. Əgər abonent bazasında idiaçı 8 nəfər ilə qeydiyyatda olmuşsa, yalnız sonradan 3 nəfər hesabatı ilə qeydə alınmışdırsa, bu yanlışlıq barədə Cavabdeh ASC-yə məlumat verməmişdirsə borc iddiaçı tərəfindən qəbul edilmiş hesab olunur. Borclunun yaşadığı mənzildə 2020-ci ilin aprel ayına kimi 8 nəfər, 2020-ci ilin may ayından sonrakı aylar üçün isə ailə tərkibi 3 nəfər olmaqla işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə borcunun xx.xx.2020-ci il tarixə 1.573,76 manat təşkil etməsinə baxmayaraq abonent ödənişdən yayınmışdır. “ Cavabdeh” ASC-nin X10 tərəfindən borcun ödənilməsi tələbi ilə borclunun ünvanına hər ay borc məbləğin dair bildirişlər təqdim olunmuşdur. Lakin borclu xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Yalnız 2018-ci ildə (50 manat+10 manat) 60 manat borca görə pul məbləğinin ödənişini etmişdir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, mülki işin materiallarından olan Abşeron RİH başçısının Ceyranbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında xx.xx.2020-ci il tarixli, 91 nömrəli arayışdan müəyyən edilir ki, həqiqətən də, İddiaçı, X6 və X8 ilə birgə Ceyranbatan qəsəbəsində, Nərimanov küçəsi, 1 saylı SMD İdarəsində müvəqqəti məskunlaşıb. İşdə olan hesab fakturadan müəyyən edilir ki, İddiaçı məskunlaşdığı qeyd edilən ünvan üçün qalıq borc 1807,21 manat təşkil edir. Abonentin saldosundan görünür ki, yekun borc 1573, 76 manat, ödənilmiş məbləğ isə 334,95 manatdır. “Sudan istifadə qaydalarının istifadəsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərd yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texnik qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, ailə tərkibi 3 nəfərdən ibarətdir və ondan 8 nəfər üçün su pulunun tutulması qanunsuzdur. O, dəfələrlə Cavabdeh ASC-nin işçilərinə ailə tərkibi haqqında arayış təqdim etmişdir. Lakin həmin arayışların niyə nəzərə alınmaması ona məlum deyil. 2017-ci ilə qədər su pulunu məcburi köçkün kimi dövlət ödəyib, 2017-ci ildən sonra o, özü ödəyir. Hesab edir ki, ona su pulu əsassız hesablanmışdır. Buna görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron RİH Başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 91 saylı arayışdan görünür ki, İddiaçı, X6 və X8 ilə birgə Ceyranbatan qəsəbəsində, Nərimanov küçəsi, 1 saylı SMD İdarəsində müvəqqəti məskunlaşmışlar. İşdə olan hesab fakturadan görünür ki, İddiaçı məskunlaşdığı qeyd edilən ünvan üçün qalıq borc kimi 1807,21 manat qeyd olunmuşdur. Abonentin iş materiallarında olan saldosundan görünür ki, Aşur Məmmədovun məskunlaşdığı qeyd edilən ünvan üçün qalıq borc 1573,76 manat, ödənilmiş məbləğ isə 334,95 manat təşkil edir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2842/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı özü və iki nəfər ailə üzvü olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Nərimanov küçəsi, 1 saylı SMD İdarəsində müvəqqəti məskunlaşmışlar. Tərəflər arasında bağlanmış 1938408/28848784 saylı, 01.01,2005-ci il tarixli müqaviləyə əsasən onun mənzilinə su təchizatı və kanalizasiya xidməti göstərilmişdir. Lakin cavabdeh təşkilatda abonentin ailə tərkibi 2020-ci ilir aprel ayına kimi 8 nəfər, 2020-ci ilin may ayından sonrakı dövr üçün isə 3 nəfər göstərilmişdir. Nəticədə isə Cavabdeh ASC abonent üçün 1.848,71 manat məbləğində borc hesablamış, iddiaçı bundan sonra 274,95 manat ödəniş etdikdən sonra borc 1573,76 manat təşkil etmişdir. Hazırda İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının faktiki yaşadığı ünvana dair əsassız olaraq hesablanmış 1573,76 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Qeyd edilən Qaydaların 7.4-cü bəndinin tələblərinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Yenə həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihazlar quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı su larının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzrədə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istifadə edilmiş suyun həcmi və ona görə ödənilməli vəsait dəqiq hesablanmalı və əsaslandırılmalıdır. Bu cür hesablama olmadıqda isə abonentin yaranmış borcun silinməsini tələb etmək hüququ vardır. İşin faktiki hallarından görünür ki, iddaçı-abonent üçün hesablınmış məbləğin hüquqi əsası yoxdur və buna görə də Cavabdeh ASC tərəfindən İddiaçı oğlunun yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsi, 1 nömrəli SMD idarəsinin binasında sudan istifadəyə görə hesablanmış 1573,76 manat qalıq borc silinməlidir. İş materiallarından görünür ki, bu borc iddiaçının guya 8 nəfər ailə üzvü olmasına görə hesablanmışdır, halbuki işdə olan mötəbər sübutlardan görünür ki, iddiaçı özündən əlavə iki nəfər ailə üzvü ilə birlikdə yaşayır. Beləliklə, cavabdeh iddiaçıya 8 nəfər ailə üzvü ilə birlikdə qeyd edilən ünvanda yaşamasını və sudan istifadə etdiyinə görə 1573,76 manat borc yaranmasını əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X11 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı barədə qeyd edilən borcun hesablanması əsassızdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2842/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1036/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1036/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver