Məhkəmə qərarları › İş №2(105)-1038/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1038/2022

05.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1038/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(027)-740/2018 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26 aprel 2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X2 məxsus olan və ondan miras qalmış Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv. m olan fərdi yaşayış evinə dair X3, Maraqlı şəxs və X1 adına Cavabdeh xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Quba Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin buraxılmış prosessual müddəti bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(027)-740/2018 saylı qərardadının ləğv olunması barədə şikayətin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(027)-740/2018 nömrəli qərardadından cavabdeh Maraqlı şəxs verdiyi şikayət 7 gün müddətində 2(027)-740/2018 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehna qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, X4 və Maraqlı şəxs adına vərəsəlik qeydlərinin ləğv edilməsi və X4 və Maraqlı şəxs adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarszı hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, müddətin bərpa edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə bu qərardadı onu dinləmədən, işdə olan xəbərnamədəki imzanın ona və ya ailə üzvlərinə məxsus olub-olmamasını araşdırmadan və müəyyən etmədən çıxarmış və bununla da onun məhkəmə müdafiəsi, məhkəmə qərarlarından şikayət vermək, dinlənilmək, dəlillərini təqdim etmək hüquqlarını pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını elektron kabinet vasitəsilə verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Maraqlı şəxs şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli və onunla bağlı 04 mart 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar