Məhkəmə qərarları › İş №2(105)-1039/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1039/2021

09.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1039/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsindən cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər X15, ünvan 1at ofisinə və Cavabdeh2nə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması tələbləri, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı qarşı miras qoyanın vərəsəsi kimi tanınması tələbi barədə iddia ərizələrinə dair mülki iş üzrə iddianın təmin edilməsi, Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 02 oktyabr 2016-cı ildə vəfat etmiş X16 qanuni vərəsəsi kimi tanınmağına dair iddia tələbinin təmin edilməməsi qət edilmiş, cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, X11 adına verilmiş 26.07.2018-ci il tarixli, **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışa verilmiş 28.07.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yanvar ayında vərəsəlik işi ilə əlaqədər ünvan 1at kontoruna müraciət edərkən ona məlumat verilmişdir ki, tərəfindən vərəsəlik işi açmaq istədiyi torpağa artıq 26.07.2018-ci il tarixli, **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış alınmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə X15 verilmişdir. 26.07.2018-ci il tarixli, **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və X15 ünvan 1at kontoru tərəfindən verilmiş şəhadətnamə qeyri-qanuni və əsassızdır. Çıxarış verilmiş torpaqda bibisi X12 öz övladı, əvvəllər soyadı Pirəliyeva olan, sonradan isə soyadını dəyişən X26 ilə birlikdə yaşamışdır. Bibisi və bibisi qızına 20 ildən çox o baxmışdır. Bundan başqa, həmin torpağın üzərində yerləşən və Raşta Pirəliyeva ilə qızı Nailə Səfərovanın yaşadıqları evi o, öz şəxsi vəsaitinə bir neçə il ərzində tikmişdir. 1999-cu ildə Raşta Pirəliyeva vəfat etmişdir. Bibisi qızı Nailə Səfərova isə ağır onkoloji xəstə olduğu üçün, bütün yaşayış xərclərini və dərmanlarının vəsaitini o ödəmişdir. 2016-cı ildə Nailə Səfərova ürək çatmamazlığından vəfat etmişdir. X34 və Nailə Səfərovanın ondan başqa qohumları qalmamışdır. O, 2016-cı ildə ünvan 1at kontoruna vərəsəliklə əlaqədar müraciət etmişdi. Lakin sənədlərdə müəyyən problemlər yarandığı üçün hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(012)-8950/2017 saylı qətnaməsinə əsasən ərizəsi təmin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərkən ona məlumat verilmişdir ki, həmin torpağın üzərinə Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Məhkəməyə müraciət edərkən ona məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7184/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X11 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş və X11 X16 qardaşı olması faktı təsdiq edilmişdir. Bundan başqa, X22 ona qarşı mirasın qəbul edilməsi və müddətin uzadılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi iddiaçı X11 xeyrinə 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnamə çıxarmışdır. O, 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı və 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnamələrdən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətinə baxaraq 13 noyabr 2018-ci il tarixli, 2(105)-4184/2018 saylı qərardada əsasən 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməni ləğv etmişdir. X3 Nailə Səfərovanın qardaşı olduğu faktını təsdiqləyən qətnamə ləğv olunmuşdur. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(105)-331/2018 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsi də ləğv olunmuş, X11 vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bütün bunlardan sonra o, icrada dönüşlə əlaqədar çıxarışın və vərəsəlik haqqında şəhadətnamənin ləğv olunması üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, qanunvericilikdə icranın dönüşü nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 31.07.2018-ci il tarixli, **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 28.07.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia ilə məhkəməyə müraciət edərək, 1964-cü il təvəllüdlü, 02 oktyabr 2016-cı il tarixdə vəfat etmiş X16 qanuni vərəsəsi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 02 oktyabr 2016-cı il tarixdə vəfat etmiş X16 yeganə vərəsəsi olaraq miras qalmış əmlaka dair onun adına Abşeron rayonu 1 nömrəli notariat kontorunda 28 iyul 2018-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha olan torpaq sahəsindən miras qoyan X16 payına düşən hissəsi onun mülkiyyətinə verilmişdir. Buna dair verilmiş RX seriyalı, ******* nömrəli, 31 iyul 2018-ci il tarixli çıxarışda torpaq sahəsi ümumi paylı mülkiyyət kimi göstərilmiş və pay sahibləri olaraq da onun və X7 adları yazılmışdır. Çıxarışda payçı kimi adı yazılmış X12 isə onun ögey anası, bacısı X16 doğma anasıdır. X12 hələ bacısının sağ olduğu dövrdə, 18 mart 1999-cu ildə ürək-damar çatışmamazlığı səbəbindən vəfat etmişdir. Onların birgə ümumi mülkiyyətində olan torpaq sahəsi isə X7 vəfatından sonra X1 və istifadəsində qalmışdır. X26 anasının yeganə vərəsəsi olaraq anasının vəfatından sonra torpaq sahəsini tam olaraq istifadəsinə keçirməklə torpaq sahəsinə sahiblik etsə də, torpaq sahəsini anasına aid hissədə adına keçirməmiş, torpağın anasından miras qalan hissəsini vərəsə olaraq qəbul etməsi barədə ərizə ilə notariusa müraciət etməmiş, mirası faktiki olaraq qəbul etmişdir. X16 vəfatından sonra o, X16 qardaşı və yeganə vərəsəsi olaraq mirası qəbul etmişdir. Buna dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bacısına anası X6 miras qalmış əmlakı (torpaq sahəsində olan payı) öz adına keçirə bilməyi üçün də ünvan 1at kontoruna müraciət etmişdir. Lakin ona miras əmlaka dair məhkəmədə mübahisənin olduğu deyilərək tələbinin icrasının mümkünsüz olduğu bildirilmişdir. Məhkəmədən də ona bildirilmişdir ki, İddiaçı Abşeron rayonu 1 sayl notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun adına verilmiş şəhadətnaməni və həmin şəhadətnamə əsasında adına dövlət reyestrində aparılmış qeydiyyata dair çıxarışın ləğvini tələb edir. X7 öldüyü günə qədər qızı X26 ilə birgə yaşaması, X7 ölümündən sonra miras qalmış daşınar əşyaların (mebelinin, xalçasının, palazının, qab-qaşığının, eləcə də bütün digər əşyalarının) və torpaq sahəsində olan payının X16 istifadəsində qalması, X16 anasının vəfatından sonra həmin torpaq sahəsində inşa edilmiş tikiliyə köçüb öldüyü günə kimi həmin tikilidə yaşaması, kommunal ödənişləri etməsi torpaq sahəsinin X6 miras qalmış hissəsinin qızı X26 tərəfindən faktiki qəbul edildiyini təsdiq edir. İddiaçı iddia ərizəsini belə əsaslandırır ki, onun adına verilmiş şəhadətnamə və çıxarış əsassızdır, bibisi X21 Səfərova ilə birlikdə Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində inşa edilmiş fərdi tikilidə birlikdə yaşamış və 20 ildən artıq müddətdə həmin şəxslərə baxmış, bibisinin və bibisi qızının yaşadığı həmin fərdi evi də güya öz şəxsi vəsaiti hesabına tikmiş, miras qalmış torpaq sahəsinə də X21 Səfərovanın yeganə qohumu olduğu üçün vərəsəlik hüququ tanınmalıdır. İddiaçı göstərdikləri həqiqətə uyğun deyildir. O, Nailə Səfərovanın ata bir ana ayrı qardaşıdır. Bunu İddiaçı özü də yaxşı bilir, qaldırdığı iddiaların da məqsədi ondan pul ummaqdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X22 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona qarşı qərəzli, işin İddiaçı xeyrinə həllində maraqlı olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, güya mübahisəli torpaq sahəsində inşa olunmuş evi özü tikmişdir. İddiaçı həmin əraziyə bir gün də olsa belə ayağı dəyməmişdir. İddiaçı onun bacısını kimsəsiz kimi qələmə verərək ata bir qardaşı olan onun varlığını gizlətməyə çalışaraq bacısından miras qalmış əmlakı mənimsəməyə çalışır. Məhkəmədə onun və bacısı Nailənin bibisi olan, ataları Sahibin doğma bacısı X17 iştirak edərək bildirmişdir ki, onunla Nailə bacı-qardaş olmaqla, Sahibin övladlarıdır və bunu heç nə təkzib edə bilməz. Məhkəməyə onların uşaqlıq dövrü, ataları ilə birlikdə çəkilmiş foto şəkilləri də təqdim edilmişdir. Bundan başqa, məhkəmədə ifadə vermiş X23 da onun Nailənin qardaşı olduğunu təsdiq etməklə yanaşı, mübahisəli ərazidə inşa edilmiş tikilinin İddiaçı heç bir aidiyyətinin olmadığını, həmin ərazidə heç vaxt olmadığını, Nailənin özünün qardaşı arvadı olduğunu bildirmişdir. Məhkəmə bu faktları qətnaməyə salmamışdır. X12 öldüyü günə qədər qızı X26 ilə birgə yaşamışdır. Raşta Pirəliyevanın ölümündən sonra miras qalmış daşınar əşyaları (mebeli, xalçası, palazı, qabqaşığı, eləcə də bütün digər əşyaları) və torpaq sahəsində olan payı X16 istifadəsində qalmışdır. Nailə Səfərova anasının vəfatından sonra həmin torpaq sahəsində tikilmiş evə köçüb öldüyü günə kimi həmin tikilidə yaşamış, kommunal ödənişləri etmişdir. Bütün bunlar torpaq sahəsinin Raşta Pirəliyevadan miras qalmış hissəsinin qızı Nailə Səfərova tərəfindən faktiki qəbul edildiyini təsdiq edir. O isə Nailə Səfərovanın vəfatından sonra qardaşı və yeganə vərəsəsi olaraq Nailə Səfərovadan qalmış mirası qəbul etmiş, buna dair də ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bacısına anası Raşta Pirəliyevadan miras qalmış əmlakı, yəni torpaq sahəsində olan payı öz adına keçirmək üçün ünvan 1at kontoruna müraciət etdikdə, ona miras əmlaka dair məhkəmədə mübahisə olduğu bildirilmişdir. O, bacısının yeganə vərəsəsi olaraq bacısından miras qalmış və bacısına miras qalmış əmlakı qəbul edən vərəsədir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd olunması, özünün iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X22 və onun nümayəndəsi Vəkil oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd olunması, X11 iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər ünvan 1at ofisi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair kodu 30800118 olan JN – 696A saylı şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli, 28 saylı qərarı ilə X9 və X10 mülkiyyətlərinə Abşeron rayonu Novxanı kəndində 0,08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X26 və X9 adlarına 26 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsinin surətindən görünür ki, X11 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, 1970-ci il təvəllüdlü X11 1964-cü il təvəllüdlü X16 qardaşı olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2(105)-4184/2018 saylı qərardadının surətindən görünür ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X11 X26 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, ərizəçi X18 ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(012)-8950/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, JN-696A, KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X19 ilə Abşeron RİHB-nın Novxanı kəndi üzrə İcra nümayəndəliyi tərəfindən 02 iyun 1999-cu il tarixdə verilmiş V-ЖГ seriyalı, 343088 nömrəli ölüm haqqında şəhadətnamədəki X8 eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsinin surətindən görünür ki, X11 bacısı X13 qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilmiş, bərpa edilmiş müddətin başlanması qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanmışdır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsi üzrə 15 iyun 2018-ci il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün ünvan 1at ofisinə göndərilmişdir. İş materiallarında olan ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 oktyabr 2016-cı il tarixdə ölmüş X16 vərəsəsi qardaşı X22 miras əmlakdan tam hissədə irs almalıdır, şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 26.07.2018-ci il tarixdə verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X16 payına düşən torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(105)-3317/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X11 cavabdehlər İddiaçı və ünvan 1at kontoruna qarşı X16 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında 31 iyul 2018-ci il tarixdə X20 və X11 adlarına daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsinin 29 dekabr 2017-ci il tarixli arayışının surətindən görünür ki, X14 18 mart 1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsinin 06 iyun 2017-ci il tarixli arayışının surətindən görünür ki, X26 02 oktyabr 2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsinin 21 oktyabr 2016-cı il tarixli arayışından görünür ki, 1952-ci ildən 1999-cu ilədək Abşeron rayonu üzrə arxiv məlumatları yoxlanılarkən X14 barəsində həmin şöbədə nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 20 may 2019-cu il tarixli, 122 saylı arayışının surətindən görünür ki, X11 Novxanı kəndi, əvvəlki adı Y.Məmmədəliyev küçəsi, hazırki adı N.Kəsəmənli küçəsində mülkiyyətində 0,08 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsinin 2018-2019-cu illər üçün torpaq vergisini ödəmişdir, 31.12.2019-cu il tarixə borcu yoxdur. İş materiallarında olan Abşeron rayon İHB-nın Novxanı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2017-ci il tarixli, 1162 saylı arayışdan görünür ki, X14 ölən gününə kimi qardaşı oğlu İddiaçı himayəsində yaşamışdır və dəfn xərclərini İddiaçı çəkmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Novxanı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2017-ci il tarixli, 1163 saylı arayışdan görünür ki, X26 ölən gününə kimi dayısı oğlu İddiaçı himayəsində Abşeron rayonu, Novxanı kəndində yaşamışdır, dəfn xərclərini İddiaçı çəkmişdir. İş materiallarında olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 29 iyul 2019-cu il tarixli, 169 saylı arayışından görünür ki, İddiaçı bibisi qızı mərhum X2 yarıtikili evinin tikintisinin başa çatdırılması, xəstə olduğu müddətdə, həmçinin ölümündən sonrakı dəfn mərasimi ilə bağlı bütün xərcləri özü çəkmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Novxanı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 sentyabr 2017-ci il tarixli, 1888 saylı arayışından görünür ki, X16 bacı-qardaşı və övladı olmamışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli, 28 saylı qərarı ilə X9 və X10 mülkiyyətlərinə Abşeron rayonu Novxanı kəndində 0,08 hektar torpaq sahəsi verilmiş, mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair kodu 30800118 olan JN-696A saylı şəhadətnamə ilə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X26 və X9 adlarına 26 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14 18 mart 1999-cu il tarixdə, X26 02 oktyabr 2016-cı il tarixdə ölmüşlər. İş materiallarından görünür ki, X11 ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsi ilə onun X16 qardaşı olması faktı müəyyən edilmiş, eləcə də Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsi ilə X11 bacısı X13 qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilmiş, bərpa edilmiş müddətin başlanması qətnamənin qanuni qüvvəyə mindikdən sonra hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)- 1122/2018 saylı qətnaməsi üzrə 15 iyun 2018-ci il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün ünvan 1at ofisinə göndərilmişdir. ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən X15 28 iyul 2018-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən 02 oktyabr 2016-cı il tarixdə ölmüş X16 vərəsəsi qardaşı X22 miras əmlakdan tam hissədə irs almalıdır, şəhadətnamə verilən miras əmlak Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X16 payına düşən torpaq sahəsindən ibarət olmuşdur. Bu hallar iş materiallarında olan vərəsəlik işinə dair notariat işi ilə də təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. İşdən görünür ki, ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən verilmiş 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 31 iyul 2018-ci il tarixdə X22 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbləri 28.07.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş 31.07.2018-ci il tarixli, **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmaları barədədir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbi 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə olduğu halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmiş, hansı qanunda göstərilən, hansı müstəsna halları nəzərə alaraq iddia tələbindən kənara çıxmasını isə əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxsin verdiyi tələb üzrə qətnamə çıxarmamaqla, yuxarıda qeyd edilən prosessual hüquq normasının tələbini pozmuş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddiaçının verdiyi tələb üzrə yeni qətnamə qəbul edilməlidir. İşdən görünür ki, ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə sonradan ləğv olunmuş məhkəmə qətnamələri əsasında verilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2(105)-4184/2018 qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(012)-7184/2017 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi X11 X26 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(105)-3317/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-1122/2018 saylı qətnaməsi ləğv edilərək iddiaçı X11 cavabdehlər İddiaçı və ünvan 1at kontoruna qarşı X16 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə 31 iyul 2018-ci il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydə alındığından və həmin şəhadətnamə ləğv edildiyindən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X11 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İşdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia tələbi 02 oktyabr 2016-cı il tarixdə vəfat etmiş X16 qanuni vərəsəsi kimi tanınması barədədir və iddia tələbini Nailə Səfərova ilə ata bir ana ayrı bacı qardaş olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MM-nin 1159-cu maddəsində qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsə sayılırlar. İş materiallarında X11 miras qoyan X16 qanun üzrə vərəsəsi hesab olunmasına əsas olacaq hər hansı sübut yoxdur və qanuni qüvvəyə minmiş yuxarıda göstərilən məhkəmə qərarları bu halı istisna edir. X4 miras qoyan X26 ilə qohumluq münasibətləri də müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 28 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-900/2020 saylı qətnaməsi Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə dair ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. X11 adına Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində X16 payına düşən torpaq sahəsinə dair ünvan 1at kontorunun xüsusi notariusu tərəfindən 28 iyul 2018-ci il tarixdə təsdiq edilərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar