Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1043/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(026)-52/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh 20 oktyabr 2023-cü il tarixə 12108 manat gecikdirilmiş borcun, hesablanmış 4308,31 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilə üzrə 12108,00 manat gecikdirilmiş borcu və hesablanmış 4308,31 manat cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)- 52/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 12108 manat gecikdirilmiş borc, 4308,31 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, 140,75 manat dövlət rüsumunun Cavabdeh alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)-52/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrdə iddia tələbi təmin edilərkən vətəndaşların maddi vəziyyəti nəzərə alınmaqla Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilir. Məhkəmə 500 manat vəkil xərcinin ondan tutulması barədə qətnamə qəbul etmişdir. Bu tamamilə əsassız və qanunsuzdur. Çünkü vəkilin xidmətin istifadə edilməsinə dair, vəkilin hesabına 500 manat ödənilməsinə dair kiçik yazı da olsa, heç bir sübut, sənəd işdə olmadığı təqdirdə, bu sübut qətnamədə qeyd olunmadığı təqdirdə qətnamənin belə çıxarılması onun hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh təşkilat hər hansı bir vəkillə rəsmi müqavilə bağlasaydı pul ondan tutula bilərdi. Belə bir hal da işin materiallarında yoxdur. Lakin indiki halda vəkil cavabdeh təşkilatın işçisidir. Həmin hissədə də tələbin rədd olunması labüddür. İddiaçı apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki,cavabdehin hüquqi yardımla bağlı ödənilmiş pul məbləğini qəbul etməməsi ilə bağlı iddiası tam esassızdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC və Agentlik arasında bağlanmış 23 may 2023cü il tarixli məhkəmə hüquq xidmətlərinin göstərilməsi ile bağlı hüquqi yardım haqqının ödenilməsinin təşkili barədə müqaviləyə əsasən “Azerlex Group" MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə hüquqi yardım xidmətlərinin göstərilməsini öhdəsinə götürür. Bununla bağlı xx.xx.2023-cü il tarixli, 2628 nömrəli hüquqi yardımın göstərilməsi müqaviləsindən, həmçinin xx.xx.2023cü il tarixli, 0001PX1233483B5B nömrəli ödəniş qəbzindən görünür ki, "Azerlex Group” MMC tərəfindən vəkil xidmətlərinin göstərilməsi məqsədi ilə vəkilə 500 manat ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddesinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qerara alır. Göründüyü kimi nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nazərə alınan "konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir.Həmçinin, cavabdehin 4308,31 manat məbləğində dəbbə pulunu qəbul etməməsi ilə bağlı etirazı tam esassızdır. Belə ki, MPM-nin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun ve ya müqavile ile müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümleden icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola biler. Həmçinin iş materiallarında olan 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyi üçün ondan hesablanmış 4308,31 manat cərimə borcunun tutulması qanunauyğundur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilməli, Cavabdeh 1000 manat cərimə borcu tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməli,qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 fevral 2016- cı il tarixli 415-GL/16 nömrəli müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 921194 mühərrik nömrəli, ******* şassi nömrəli, 90K-777 dövlət nömrə nişanlı “traktor Belarus-892” markalı, ********* mühərrik nömrəli, ********* şassi nömrəli, 90K-850 dövlət nömrə nişanlı “kombayn taxılyığan New Holland TC 5050, 152998 şassi nömrəli “Kotan 4 gövdəli asma AG-MP 14-4 və 152668 şassi nömrəli “taxılsəpən gübrəsəpən AGHBM-N24 markalı kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilə üzrə 12108,00 manat gecikdirilmiş və 4308,31 manat cərimə borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 noyabr 2023-cü il tarixli 3-22-2/2-G-16- 1231/2023 saylı pretenziya məktubundan görünür ki, borcun ödənilməsi Cavabdeh bildirilmişdir. Birinci instansiya məhkəməsində araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqaviləyə əsasən Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə 23 fevral 2016-cı il tarixli 415- GL/16 nömrəli müqavilə üzrə 12108,00 manat gecikdirilmiş borcu və hesablanmış 4308,31 manat cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Cavabdeh apellyasiya şikayətində cərimə borcu və vəkil üçün ödənilmiş xərcləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cərimə borcunu müəyyən edərkən mülki qanunvericiliyin vicdanlılıq prinsipini öndə tutaraq cavabdehin hazırki maddi, əmlak vəziyyəti, həmçinin borcluya qarşı tələb hüququna malik olan kreditorun da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsipinə riayət etməsi, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamasını və s. diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cərimə borcu azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilən maddi hüquq normasının məzmunundan aydın olur ki, dəbbə pulu tələbi tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 23 fevral 2016-cı il tarixli 415- GL/16 nömrəli müqavilə üzrə hesablanmış 4308,31 manat cərimənin əsas borca mütənasib olmadığından azaldılaraq 1000 manat müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Apellyasiya şikayətinin vəkilə ödənilmiş məbləğlə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə tərəflər arasında bağlanmış 2628 nömrəli hüquqi yardımın göstərilməsi barədə müqavilə, həmçinin xx.xx.2023-cü il tarixli, 0001PX1233483B5B nömrəli ödəniş qəbzi əlavə edilmişdir. Həmin müqavilə və qəbzin məzmunundan da müəyyən edilir ki, “Azerlex Group" MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə hüquqi yardım xidmətlərinin göstərilməsini öhdəsinə götürür və bununla bağlı "Azerlex Group” MMC tərəfindən vəkil xidmətlərinin göstərilməsi məqsədi ilə vəkilə 500 manat ödənilir. Beləliklə qeyd olunanlara əsasən cavabdehin həmin dəlili əsassızıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(026)-52/2024 nömrəli qətnaməsi cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdeh 1000 (min) manat cərimə borcu tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1043/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1043/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver