Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1045/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı cərimə və ziyanın, debitor borcların silinməsi tələbinə dair Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)-2754/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı cərimə və ziyanın, debitor borcların silinməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Quba Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(027)-2754/2022 nömrəli qərardadından verdiyi şikayətin qaytarılması qərara alınmışdır. İddiaçı 24 noyabr 2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)- 2754/2022 nömrəli qərardadından İddiaçı verdiyi şikayət 7 gün müddətində 2(027)-2754/202 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və iddiaçının şikayət verməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə baxılması və onun nəticəsi olaraq yekun məhkəmə aktının qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərardadı ilə ərizəsinin təmin edilməsi, İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)- 2754/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)-2754/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh İB-yə qarşı cərimə və ziyanın, debitor borcların silinməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qərardadı maddi və prossesual hüquq normalarının pozuntusuyla qəbul olunduğundan aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Belə ki, AR Konstitusiyasının, MPM-nin heç bir maddəsinə əməl olunmamışdır. Qərardada onun Quba Rayon Məhkəməsinə şikayətin skayn vasitəsilə göndərdiyi göstərilib, halbuki şikayət öz telefonundan elektron məhkəmə saytına daxil olaraq göndərilib. Məhkəmənin qərardadını Quba Rayon Məhkəməsinin köməkçisi mənə zəng edərək yazıların böyük şifrə ilə çıxdığına görə yenidən göndərməyini bildirəndən sonra həmin şikayət kiçik şifrə ilə yenidən göndərilib, bu barədə köməkçiyə zəng edib bildirsə də sonradan heç nə bildirilməyib. AR Baş Prokurorluğuna da Azəriqazın əməkdaşlarının cinayət əməlləri barədə müraciətinə görə qərəzli olaraq nəyin bahasına olursa-olsun məhkəmələr tərəfindən ərizələrinin baxılmasına imkan vermirlər. Qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə ekspertiza təyin olunur. Məhkəmə tərəfindən AR MPM-nin maddələrinin tələblərini pozmuşdur, belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edərək analiz edəndən sonra qərar qəbul edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli və onunla bağlı 16 mart 2023-cü il tarixli qərardadları ləğv edilməli, şikayətin Azərbaycan Respublikası MPMnin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını şikayətin elektron qaydada verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən elektron qaydada verilməməsini əsas gətirərək, şikayətin geri qaytarılmasını qərara almış, lakin mövcud şikayətin Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadından şikayətin elektron qaydada verilməsinin mümkünsüzlüyünün nədən ibarət olmasını (halbuki iddiaçı şikayətin elektron sistemə yerləşdirilməsini göstərmişdir) aydınlaşdırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli və 16 mart 2023-cü il tarixli qərardadları ləğv edilməli, İddiaçı tərəfindən verilmiş şikayətə (həmin şikayətdə göstərdiyi dəlillər nəzərə alınmaqla) yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli və onunla bağlı 16 mart 2023cü il tarixli qərardadları ləğv edilsin. Şikayətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1045/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1045/2023
28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver