Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1056/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdehin nümayəndəsi: X4 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı mülkiyyət sənədlərinin ləğv edilməsi, özbaşına tikililərin sökülməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı Mülkiyyət sənədlərinin ləğv edilməsi, özbaşına tikililərin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon X3 xx xxxxxxxx 2002-ci il tarixli 06 saylı qərarı əsasında Cavabdeh adına verilmiş CN:5617A nömrəli şəhadətnamənin, DƏDRX-nin ******* nömrəli çıxarışın ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kvm torpaq sahəsinin 500 kvm torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kvm torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Dəvəçi (Şabran) rayon İHnə daxil olmuş xx xxxxxx 2002-ci il tarixli ərizəsi və xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikilməsindən ötrü 100 kvm torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. O, qeyd olunan torpaq sahəsində hər hansı tikili inşa etməsə də, ərazini çəpərə almış və iki maşın tikintinin bünövrəsi üçün beton bloklar tokmüş və həmin bloklar traktor vasitəsi ilə qonşunun həyətyanı sahəsinə daşınmış və halhazırda orada saxlanılır. Sonradan cavabdeh onun xəbəri olmadan ona məxsus 1000 kvm torpaq sahəsinin 500 kvm hissəsini özbaşına olaraq zəbt etmiş, adına saxta heç bir kökü olmayan formada Dəvəçi rayon X3 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı əsasında xx.xx.2005-ci il tarixdə kod nömrəsi 30401004 olan CN-5617A nömrəli şəhadətnamə (bunun əsasında DƏDRX-dən xx.xx.2018-ci il tarixdə RX № ******* nömrəli çıxarış) almışdır və orada özbaşına olaraq fərdi yaşayış evi inşa etmişdir. O, cavabdehdən qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, özbaşına olaraq inşa etdiyi tikilini söküb yığışdırmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də müraciətləri əsasında DT və XK-nin Şabran rayon şöbəsinin və Dövlət X1 Abşeron Rayonlararası Yerqurluşu İdarəsinin əməkdaşlarının iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, xx.xx.2014-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, «şadlıq sarayı» nın tikilməsi üçün verilmiş torpaq sahəsinin 500 kvm sahəsi Cavabdeh keçmiş Dəvəçi rayon X3 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş CN 5617A (DƏDRX-nin ******* nömrəli çıxarışı) nömrəli şəhadətnaməyə əsasən tikilmiş 2 mərtəbəli yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, CN5617 A nömrəli şəhadətnamənin və bunun əsasında verilmiş DƏDRX-nin ******* nömrəli çıxarışının ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən iddiaçıya Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kvm torpaq sahəsinin 500 kvm torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kvm torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddia ərizəsi rədd edilmişdir ki, Cavabdeh adına verilmiş hüquqmüəyyənedici sənədlərin saxta olmasına dair dəlillərini sübut edə bilməmişdir. Məhkəmə tərəfindən sübutlara obyektiv qiymət verilməmişdir. Onun dediklərini mütəxəssis rəyləri və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-27/2020 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi S.İ.Babayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi Ü.N.Abidov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh S.Q.Balabəyova və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işə əlavə edilmiş Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamından görünür ki, İddiaçı Dəvəçi (Şabran) rayon İH-nə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ərizəsi və xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikilməsindən ötrü 100 kvm torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X8 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh adına olan 0.05 ha torpaq sahəsinə verilmiş CN-5617A kod 30401004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X7 təhvil verilmiş, şəhadətnamələrin verilməsi kitabından keçmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-5617A KOD 30401004 olan şəhadətnamədən görünür ki, Dəvəçi (Şabran) rayonu X3 xx xxxxxxxx 2000-ci tarixli 06 saylı qərarı ilə Dəvəçi (Şabran) şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 5 saylı X8 tərəfindən verilmiş reyestr nömrəsi: **********66-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi ev 111-də yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/3671 saylı arayışdan görünür ki, Şabran şəhəri Zərifə Əliyeva küçəsi ev 111-də yerləşən fərdi yaşayış evinin xx xxxxxxx 2018-ci il tarixinə bazar dəyəri 125000 manat təşkil edir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Şabran şəhəri, Z.Əliyeva küçəsi ev 111 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəifndən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış mübahisəli torpaq sahəsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı verilmiş 1000 kvm torpaq sahəsinin 396 kvm hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsində baxış zamanı tikililərin olduğu müəyyən olunmuşdur. İnşa edilmiş tiklilərin özbaşına tikilibbikilməməsini müəyyən etmək Xaçmaz LTİ-nin mütəxəssisinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon X3 xx xxxxxxxx 2002-ci il tarixli 06 saylı qərarı əsasında Cavabdeh adına verilmiş CN:5617A nömrəli şəhadətnamənin, DƏDRX-nin ******* nömrəli çıxarışın ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kvm torpaq sahəsinin 500 kvm torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kvm torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ləğv olunmasını tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasını Dəvəçi rayon X3 xx xxxxxxxx 2002-ci il tarixli 06 saylı qərarı təşkil edir. Tələb həmin qərarın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsindən sonra əmlak barədə hüquqlar nəticəsini tapa bilər. Həmin qərarın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli onqanlar inzibati orqanlardır – Dəvəçi rayona ZDS-nin İcrayyə Komitəsi (hazırda hüquqi varisi) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-27/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı mülkiyyət sənədlərinin ləğv edilməsi, özbaşına tikililərin sökülməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1056/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1056/2021
01.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver