Məhkəmə qərarları › İş №2(105)-1060/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1060/2023

13.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1060/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən Cavabdeh1 mülkiyyətində olan və hüququların X6 daşınmaz əmlakın Dövlət reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla digər Cavabdeh2 icarə müqaviləsinə əsasən istifadəsində olan Quba şəhəri, 28ci məhəllə ünvanında yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğində birdəfəlik əvəzi ödənilməklə zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyai ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, qeyd edilən torpaq sahəsini fərdi yaşayış evi tikmək məqsədi ilə satın almışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirərkən Cavabdeh2 onun ailə üzvlərinin giriş-çıxışına maneə olaraq həmin torpaq sahəsinə yeganə giriş-çıxış yolunun onun istifadəsində olduğunu və onların həmin ərazidən istifadə etməməyini tələb etmişdir. O, bununla bağlı aralarında yaranan mübahisənin həlli üçün “giriş-çıxış yolunun açılmasına yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı ekspertiza təyin edilərək müəyyən edilmişdir ki, ümumiyyətlə ona məxsus qeyd olunan torpaq sahəsinə elektron baza məlumatlarına əsasən gediş-gəliş yolunun nəzərdə tutulmadığı, alternativ və gediş-gəliş üçün maşın yolunun olmaması müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 saylı, 09 mart 2021-ci tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-134/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməməklə yanaşı, öz qətnaməsində izah etmişdir ki, iddiaçı, yəni o, ictimai yola zəruri keçidin ayrılması üçün qonşu torpaq sahiblərinə, o cümlədən cavabdehə kompensassiya ödənilməsi barədə təklif irəli sürməklə mübahisəsini həll edə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeydindən və hazırki mövcud məhkəmə təcrübəsindən çıxış edərək məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi səlahiyyətli dövlət orqanlarının məsuliyyətsizliyi nəticəsində ona torpaq sahəsi satılaraq mülkiyyət hüququ qeydə alınsa da həmin torpaq sahəsinə onun gedib-gəlməyi üçün heç bir yol nəzərdə tutulmamışdır. Bu hal isə qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun həyata keçirilməsini faktiki olaraq mümkünsüz edir. Onun ictimai yola yeganə çıxışı Cavabdeh2 istifadəsində olan 0,34 ha torpaq sahəsindən zəruri keçid almaqdan keçir. Əvvəlki məhkəmə araşdırmaları zamanı ona məlum olmuşdur ki, Cavabdeh2 Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən qeyd edilən 0,34 ha torpaq sahəsi üzərində istifadə hüququ 20 iyun 2020-ci il tarixdən etibarən 3M-369 reyestr nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi əsasında yaranmış və daşınmaz əmlakın Dövlət reyestri xidmətində 09 iyul 2020-ci il tarixdə qeydə alınmışdır. Qeyd edilən çıxarışdan göründüyü kimi həmin əmlakın mülkiyyətçisi və hüquqları yüklü edilən qurum Cavabdeh1dir. O, Cavabdeh1nə servitut verilməsinə dair müqavilənin bağlanmasına dair oferta (təklif) göndərərək mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyətində olan və hal-hazırda Cavabdeh2 istifadəsində olan Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,034 torpaq sahəsindən gediş-gəliş yolunun açılması üçün onun onunla daimi və əvəzsiz servitut təyin edilməsi barədə müqavilə bağlanmağını təklif etmişdir. Lakin Cavabdeh1 onun servitut təyin edilməsinə dair müqavilə bağlamaq təklifinə cavabında qeyd olunan torpaq sahəsinə dair hüququ yüklü edilən şəxs Rayon İcra Hakimiyyət olsa da, hazırda icarə əsasında xeyrinə yüklü edilən şəxs Cavabdeh2 olduğundan onun təklifinin qəbul edilməsi digər şəxsin hüquqlarına təsir etdiyindən təmin edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Servitut müəyyən etməyin məhkəmə qərarı ilə məcburi həyata keçirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmadığından və bu halda qonşu torpaq sahəsi mülkiyyətçiləri arasında yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsi şamil edildiyindən həmin qanun norması tələblərindən çıxış edərək hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, hazırki vəziyyətdə onun torpaq sahəsinə ictimai yola zəruri keçid cavabdehlərin mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən keçir və onlara qarşı iddia qaldırmağı daha yolveriləndir. İş üzrə Cavabdeh2 iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, istifadəsində olan 0,034 ha torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə ayrılmış və bu bununla əlaqədar müvafiq sənədləşmə işi aparılmışdır. Cavabdeh əvvəllər də eyni məzmunlu iddialarla məhkəmələrə müraciətlər etmiş və nəticədə onun iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə elektron baza məlumatlarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gedən yol onun tərəfindən bağlanmamışdır. Həmçinin, servitutla yüklülük həmin əşyanın mülkiyyətçisini, sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etməməlidir. Hazırki iddianın təmin edilməsi isə onun istifadə hüququ əsasında ona məxsus olan torpaq sahəsinin təyinatı üzrə istifadədən məhrum edir və onun Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və pozulmasına gətirib çıxarır. Cəmi 0,034 ha torpaq sahəsinin bir hissəsinin servitutla yüklü edilməsi oranın tamamən istifadəyə yararsız hala düşməsi deməkdir və bu da mülkiyyət hüquqlarının kobud şəkildə pozulması hesab edilir. Eyni zamanda, iddiaçının torpaq sahəsinə giriş-çıxışı mövcuddur. Torpaq sahəsinin digər hissəsi isə onun yaxın qohumlarına məxsus torpaq sahələri ilə qonşuluqda yerləşir. İddiaçının həmin şəxslərdən giriş-çıxış yolu tələb etməsi daha məntiqli olardı. İddiaçı torpaq sahəsini alarkən nəzərə almalı idi ki, həmin torpaq sahəsinə giriş-çıxış üçün yol mövcuddurmu və onun digər kommunal ehtiyacları necə qarşılanacaq. Məhkəmə qərarlarından da göründüyü kimi mübahisəli torpaq sahəsinə giriş-çıxış yolu ümumiyyətlə onun istifadəsində olan torpaq sahəsindən olmamışdır. Hazırda iddiaçı özünü zərərçəkmiş şəxs hesab edirsə, bunun təqsiri onda yox, iddiaçının özündə və müvafiq bələdiyyədədir. İddiaçı müvafiq konpensasiyanın ödənilməsi və ya yerinin başqa torpaq sahəsi ilə əvəz edilməsi üçün bələdiyyəyə müraciət edə bilər. O, torpaq sahəsini alarkən müvafiq dövlət qurumları ilə araşdırma apardı və vicdanlı alıcı kimi aşkar etdi ki, hazırda istifadəsində olan torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, ərazidən komminikasiya xətləri və yol keçmir. Cavabdeh1 torpaq sahəsi üzrə hüququ yüklü edilən şəxs olsa da, daşınmaz əmlak müddətsiz olaraq onun istifadəsinə verilmiş və bu barədə əvvəlki icarədarla notarial qaydada istifadə hüququnun alqı-satqısı müqaviləsi bağlanmışdır. Onun icazəsi və xəbəri olmadan Rayon İcra Hakimiyyəti ilə bu formada razılığın alınması və ya Rayon İcra Hakimiyyətini tərəf kimi işə cəlb etmək mülkiyyət hüquqlarına müdaxilə sayılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının “ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması” tələbinə dair iddiası əsassız olduğundan və onun mülkiyyət hüquqlarına bərpası mümkün olmayan ziyan vuracağından təmin edilməməlidir. Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba şəhəri, ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən Hüququların X6 daşınmaz əmlakın Dövlət reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli Çıxarışla Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğində birdəfəlik əvəzi ödənilməklə zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması, iddianın digər Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa İddiaçı məxsus torpaq sahəsinə gediş-gəliş yolunun (maşın yolunun) olmaması müəyyən edilmiş, İddiaçı ictimai yola yeganə çıxışı Cavabdeh1nə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Quba şəhəri 28-ci məhəllədə yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,034 ha torpaq sahəsindən mümkündür. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 175.1, 175.2, 152.1, 157.4-cü maddələrinə istinad edərək əısaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 10 fevral 2023cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı təmin edərkən hakim iddianın barəsində təmin olunduğu 0,034 ha torpaq sahəsinin elə yuxarıda göstərilən Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən **********86070 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla onun istifadəsində olmasını nəzərə almamışdır. Həmçinin bildirir ki, qətnamənin “Qət etdi” hissəsində bu Çıxarşıla 0,034 ha torpaq sahəsinin Cavabdeh1 mülkiiyyətində olması göstərilsə də, əslində bu Çıxarış onun həmin torpaq sahəsinə istifadə hüquqlarını təsdiq edən Çıxarışdır. Göstərilən torpaq sahəsinin Cavabdeh1 mülkiiyyətində olması barədə sənəd isə tamamilə başqa sənəddir və nə iddiaçı, nə də ki, Cavabdeh1 tərəfindən bu sənəd məhkəməyə təqdim olunmamış, nə də ki, məhkəmə həmin sənədin alınması üçün müvafiq orqanlara müraciət etməmişdir. İddiaçı iddiası tamamilə əsassızdır. Onun iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun ancaq onun istifadəsində olan torpaqdan keçməklə olmasını göstərməsi tam yalandır. Əslində isə işin əsil mahiyyəti aşağıdakı kimidir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi digər tərəflərdən onun zəbt etdiyi, sənədlə Quba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə əhatələnmişdir ki, əslində iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu həmin tərəfdən açılmalıdır. Məhkəmə bu məsələləri araşdırmamış, Quba bələdiyyəsini maraqlı şəxs qismində prosesə cəlb etməmiş, İddiaçı torpaq sahəsini Quba bələdiyyəsindən alarkən torpağın alqı-satqısı ilə əlaqədar tərtib olunmuş ilkin torpaqayırma sənədlərini araşdırmamışdır ki, müəyyən olunsun ki, bələdiyyə torpağı İddiaçı satarkən gediş-gəliş yolu müəyyən edib, ya yox. Həmçinin məhkəmə bir məsələni də araşdırmalı idi ki, torpaq sahəsi bələdiyyə tərəfindən vətəndaşa satılarkən Cavabdeh1 Memarlıq və Tikinti şöbəsi tərəfindən müvafiq rəy alır ki, həmin yorpaq sahəsinin vətəndaşa satılması məqsədəuyğundur və həmin torpaq sahəsinin vətəndaşa satılmasını istisna edən hallar, həmçinin gediş-gəliş yolunun olmaması mövcud deyil. Əgər gediş-gəliş yolu olmasa idi, Cavabdeh1 Memarlıq və Tikinti şöbəsi tərəfindən müvafiq rəy verilməzdi ki, mübahisə üzrə ədalətli qərar çıxması üçün bu hal vacib şəkildə araşdırılmalı idi. Həmçinin məhkəmə iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, onun əvvəlki iddiası üzrə alınmış mütəxəssis rəyində göstərilənlərlə kifayətlənməməli idi, məhkəmə torpaqşünaslıq ekspertizası təyin edərək, birinci növbədə iddiaçının mülkiyyətində olan torpaq sahəsini hər tərəfdən əhatə edən torpaq sahələrinin hüquqi statusunu, mülkiyyətçilərini və istifadəçilərini, iddiaçı tərəfindən mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən artıq torpaq sahəsinin zəbt olunub-olunmadığını, zəbt olunmuş torpaq sahəsindən onun ictimai yola çıxışının olub-olmamasını və iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi satılarkən gediş-gəliş yolunun doğrudan da müəyyən olunub-olunmamasını ekspert vasitəsi ilə müəyyən etməli idi. Belə ki, hakimin iddianı təmin edərkən qanun norması kimi qətnaməsində (qətnamənin dördüncü vərəqinin axırıncıl abzası) əsaslandığı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175-ci maddəsində göstərilir ki, tələb ilki növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Göstərilənlərdən əlavə olaraq bildirir ki, məhkəmə işinə baxılarkən Quba Rayon Məhkəməsi tərəfindən məhkəmə aidiyyatı qaydaları da pozulmuşdur. Belə ki, bu işə inzibati mübahisə kimi, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblər əsasında İnzibati Məhkəmədə baxılmalıdır. Çünki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, servitut müəyyən etməyin məhkəmə qərarı ilə məcburi həyata keçirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmamışdır. Yuxarıda da qeyd etdiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və təbii ki, servitut əsasında gediş-gəliş yolunun müəyyən olunması üçün vətəndaş mülkiyyətçiyə, yəni Cavabdeh1nə müraciət etməli idi ki, o, bunu etmişdir. Qeyd edir ki, torpağın mülkiyyətçisi olan Cavabdeh1 inzibati orqandır və o, mülkiyyətində olan torpaq sahəsindən vətəndaşa servitut əsasında gediş-gəliş yolu vermək üçün qərar – yəni inzibati akt qəbul etməlidir ki, Cavabdeh1 də bundan imtina etmişdir. Bu halda vətəndaş inzibati orqan – yəni Cavabdeh1 tərəfindən inzibati aktın - mülkiyyətində olan torpaq sahəsindən vətəndaşa servitut əsasında gediş-gəliş yolu vermək üçün qərarın qəbul edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə inzibati iddia ilə İnzibati Məhkəməyə müraciət etməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı bələdiyyədən yolu olmayan formada torpaq alıb. Bələdiyyə torpağı ayırarkən heç bir araşdırma aparmayıb. Xəritə bir neçə dəfə dəyişdirilib. Onun torpaq sahəsinə sənədi var. İddiaçı əvvəlcə bələdiyyə tərəfindən başqa sahə ayrılmışdır. O, öz ərizəsi ilə imtina edərək başqa sahəni seçmişdir. Bələdiyyə iddiaçı üçün torpaq ayıranda onun üçün çıxış yolu müəyyən etmişdi, amma Elşən Mirzəyev həmin sahədən öz ərizəsi ilə imtina edib. Apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnamə qəbul olunarkən qətnamənin əsası iş materiallarındakı mütəxəssis rəyidir. Hansı ki, həmin mütəxəssis rəyi X1rşı əvvəlki iddiası üzrə alınmış mütəxəssis rəyidir. Həmin iddianın predmeti giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması barədə olub. Həmin iddia təmin olunmayıb. Qətnamə Ali Məhkəmədə də qüvvədə qalıb. Cari tələb ictimai yola servitut qaydasında çıxışdır. Mütəxəssis rəyində göstərilir ki, çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə xəritələrə əsasən giriş-çıxış yolu müəyyən edilməmişdir. İddiaçıya məxsus torpaq sahəsinə olan gediş-gəliş yolunun cavabdeh Babayev Seyidməhəmməd tərəfindən bağlanmaması da mütəxəssis rəyində təsbitini tapmışdır. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə başqa maşın yolu yoxdur və iddiaçının torpaq sahəsinə keçmək üçün iddia etdiyi sahə cavabdehin torpaq sahəsinin daxilində yerləşir. Bu rəyin alındığı iddia rədd olunub. Amma başqa iddia üzrə eyni rəylə məhkəmə iddianı təmin edir. Məhkəmə ilk növbədə iddiaçının torpağından başqa çıxış yolunun olub-olmamasını araşdırmalı idi. Əgər torpaqdan mütəxəssis rəyində göstərildiyi kimi çıxış yolu olmasa idi, həmin torpaq satıla bilməzdi. Çünki torpağa çıxarış alınanda icra hakimiyyətindən rəy alınır. Reyestr xidməti də bu barədə rəy verir. Rəydə torpaq sahəsinə girişə və çıxışa dair sxem də olur. Məhkəmə torpaqayırma sənədlərini araşdırmalı idi. Gediş-gəliş yolu yoxdursa, torpaq mülkiyyətdə ola bilməz. Hesab edir ki, iş üzrə Quba Bələdiyyəsi maraqlı şəxs qismində cəlb olunmalıdır. Torpağın iddiaçıya ayrılmasına dair sənədlər tələb olunmalıdır. Həmin sənədlər alınqıdan sonra məlum olsa ki, torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulub və yol cavabdehin deyil, başqa şəxsin torpaq sahəsindən keçir, bu zaman iddia əhəmiyyətini itirəcək. Əgər məlum olsa ki, torpaqdan başqa çıxış yolu yoxdur, onda iddia üzrə araşdırma aparmaq olar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpağı 2003-cü ildə növbəlilik əsasında almış, xx.xx.2018-ci ildə rəsmi qaydada torpağı almışdır. Cavabdeh torpağı ondan sonra alıb. Konserv zavodun ərazisində yaşayırlar. Həmin torpaqlardan 30 ilə yaxındır ki, istifadə edir. Torpaq sahəsinə çıxarış var. 2018-ci ildə torpağı alanda bələdiyyədə Zakir adlı şəxs fəaliyyət göstərirdi. O, torpağı ayırarkən çıxışın olub-olmamasını müəyyən etdi və torpağı sonra ayırdı. O, yer alanda mübahisəli ərazi heç kimin mülkiyyətində deyildi. Oradan yüksək gərginlikli xətt keçirdi. Birinci instansiya məhkəməsində torpaq sahəsinə yerində baxış keçirilib, bu barədə ekspert rəyi də var ki, onun torpaq sahəsinə alternativ çıxış yoxdur. Cavabdeh torpağını o, həmin hissədə torpaq alandan sonra alıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)- 171/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə görə sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri əriazisində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri 28-ci məhəllədə yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,034 ha torpaq sahəsi Cavabdeh2 adına yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 saylı xx.xx.2021-ci il tarixli, qətnaməsindən görünür ki, İddiaçı X7 qarşı “giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə olunmuş mütəxəsis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh2 tərəfindən bağlanmamışdır. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə başqa, yəni alternativ gediş-gəlişi üçün maşın yolu yoxdur. İddiaçının gediş-gəliş yolu olduğunu iddia etdiyi sahə cavabdehin istifadəsində olan 0,034 ha torpaq sahəsindən keçir. Birinci instansiya məhkəmsi müəyyən etmişdir ki, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa İddiaçı məxsus torpaq sahəsinə gediş-gəliş yolunun (maşın yolunun) olmaması müəyyən edilmiş, İddiaçı ictimai yola yeganə çıxışı Cavabdeh1nə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Quba şəhəri 28-ci məhəllədə yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,034 ha torpaq sahəsindən mümkündür. Həmçinin mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 olduğundan, Cavabdeh2 isə həmin torpaq sahəsindən icarə qaydasında istifadə etdiyindən iddia digər Cavabdeh2 münasibətdə təmin edilməməldir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, İş materiallarından görünür ki, iddaçının özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolunun (maşın yolunun) açılması müəyyən edilmiş, Quba şəhəri 28-ci məhəllədə yerləşən 0,034 ha torpaq sahəsindən Cavabdeh1nə mülkiyyətində olsa da həmin torpaq sahəsi hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla cavabdehin istfiadəsindədir. Bununla da müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən xx.xx.2020-ci ildən qanuni əsaslarla istifadə edilir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 175.1-ci maddəsinə istinad edərək iddianı təmin etmişdir ki, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmayaraq qeyd edir ki həmin maddədən görünür ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, iş üzrə cavabdeh hazırki gündə qeyd edilən torpaq sahəsindən icarə əsasında istifadə etsə də, onun istifadəsində olan torpaq sahəsindən iddiaçıya nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə çıxış yolu verilərkən onun da mənafeləri nəzərə alnmalıdır, torpaq sahəsindən istifadəçi olan cavabdehin mənafelərinin nəzərə alınmaması onun hüquqları əhəmiyyətli dərəcədə pozur. Birinci instansiya məhkəməsi qeyd edilən halları, torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmasını əsas götürmüş, istifadəsi dövlət reyestrində qeydə alınmış həmin torpaq sahəsinin istfiadəçisi olan Cavabdeh2 mənafeyini nəzərə almamış, iddiaçıya nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə çıxış yolunun ayrılması nəticəsinə gəlmişdir ki, bu da cavabdehin istifadəsində olan torpaq sahəsinin əhəmiyyətli dərəcədə geniş hissəsindən istfiadəsinə mane yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə çıxış yolunun ayrılması Cavabdeh1 mülkiyyyətində və Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən gələcəkdə həm mülkiyyətçinin, həm də istifadəçinin iftidadəsinə əhəmiyyətli dərəcədə mane yaradacaqdır. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-171/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar