Məhkəmə qərarları › İş №2(105)-1062/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1062/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1062/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə (Cavabdeh MMC)-yə qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin üzərinə xx xxxx 2008ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək, ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzilin ağlabatan müddət ərzində tikilib İddiaçı istifadəsinə verilməsi vəzifəsinin qoyulması qət edilmişdir (hakim İ.Ə.Kərimli). Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-620/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs apelyasiya şikayəti təmin edilərək iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilərək cavabeh Cavabdeh MMC-nin xx xxxx 2008-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək, ünvan 1 ünvanında inşa edilən 14 mərtbəli binanın 1-ci blokunun 1-ci mrtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kv.m olan 5 saylı mənzili ağlabatan müdət ərzində tikilib onun istifadəsinə verilməsi barədə İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı vəkili Səfərov Eldar İbrahim oğlu kassasiya şikayəti verərək Sumqayıt Apelyasya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-620/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7648/2019-cu il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 620/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh MMC-nə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki 1 saylı evdə təmir-tikinti işlərinin başa çatdırılması, həmin evin 5 saylı mənzilinin payçı kimi ağlabatan müddətdə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 10.000 manat məbləğində maddi, 3500 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında kooperativ binada mənzil tikintisinə dair xx xxxx 2008-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə görə Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki inşa etdiyi 1 saylı evin 130 kv.metrlik 5 saylı mənzilini 71500 manat qarşılığında 2009-cu ildə onun istifadəsinə verilməli idi. Mənzilin dəyəri onun tərəfindən MMC-yə tam ödənilsə də hazırkı vaxtadək mənzil ona təhvil verilməmişdir. Pulun ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. Dəfələrlə mənzilin ona təhvil verilməsi barədə cavabdehə müraciət etsə də nəticəsi olmamışdır. Bunun sayəsində ona ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb edilmiş Maraqlı şəxs cavabdehlər «xxxx» MMC-yə və İddiaçı qarşı iddia qaldıraraq İddiaçı adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1ci girişi, 1-ci mərtəbəsindəki 5 nömrəli, 144 kv.m.mənzilin «xxxx» MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı fərqli olaraq mübahisəli mənzilin alınması üçün pul ödəmiş, “xxxx” MMC-dən mübahisəli mənzili almışdır. Bu barədə onların arasında xx xxxxxx 2006-cı il tarixli müqavilə bağlanmışdır. Ona görə də İddiaçı ilə bağlanmış müqavilə ettibarsız hesab edilməli, mənzil ona təhvil verilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb edilmiş) Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini və iddia ərizəsini müdafiə edərək göstərdi ki, iş üzrə çıxarılmış qətnamə ilə razı deyil. Belə ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun deyildir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzilə görə İddiaçı tərəfindən Cavabdeh MMC-yə heç bir ödəniş edilməmişdir. Tərəflər arasındakı xx xxxx 2008-ci il tarixli müqaviləni isə Cavabdeh MMCnin təsisçisi və direktoru X9 imzalamışdır. Onun barəsində aparılan istintaq zamanı İddiaçı mənzilə görə Cavabdeh MMC-yə pul ödəməsi təsdiq edilməmiş, buna görə də o, həmin cinayət işində zərərçəkən tərəf kimi tanınmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2008-ci il tarixli müqavilə “xxxx” MMC ilə “xxxx” MMC arasınada bağlanmış xx xxxxx 2007-ci il tarixli satınalma müqaviləsinin təminatı olaraq imzalanmış, xx xxxxx 2007-ci il tarixli satınalma müqaviləsindən irəli gələn öhdəlikləri “xxxx” MMC tərəfindən yerinə yetirilməmiş, buna görə də hər iki şirkət arasında qarşılıqlı öhdəliklərə xitam verilmişdir. İddiaçı iddia etdiyi müqavilə “xxxx” MMC ilə “xxxx” MMC arasınada bağlanmış xx xxxxx 2007-ci il tarixli satınalma müqaviləsini pərdələmək üçün imzalanmışdır. Maraqlı şəxs isə İddiaçı fərqli olaraq pul ödəmiş, “xxxx” MMC-dən mübahisəli mənzili almışdır. Bu barədə onların arasında xx xxxxxx 2006-cı il tarixli müqavilə bağlanmışdır. Təmsil etdiyi şəxs mübahisəli mənzilə dəfələrlə getməsinə baxmayaraq İddiaçı Fərid İskəndərovun mənzilə daxil olmasına imkan verməmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmadığından apelyasiya şikayətinin təmin olunması, qətnamə ləğv olunması, İddiaçı iddiasının rədd olunması, Maraqlı şəxs iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Cavabdeh MMC ilə onun arasında xx xxxx 2008-ci il tarixdə kooperativ binada mənzil tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 130 kv.m olan 5 N°-li mənzili tikib onun istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 71500 manat məbləğindədir. Müqavilə şərtləri birtərəfli qaydada yerinə yetirilərək tərəfindən mənzilin dəyəri tam şəkildə cavabdehə ödənilmişdir. Qeyd olunan məbləğin ödənilməsi barədə Cavabdeh MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. Müqavilə şərtlərinə əsasən aldığı mənzil 2009-cu ildə təhvil verilməli idi. Lakin aldığı mənzil bu günə kimi tikilib təhvil verilməmişdir. Dəfələrlə aldığı mənzilin tikilib ona təhvil verilməsini cavabdeh təşkilatın rəhbərliyindən xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Qasım Məmmədov isə müraciətinin cavabında binanın tezliklə hazır olacağı barədə vədlər vermişdir. Binanın tikilib mənzilin təhvil verilməməsindən görünür ki, cavabdeh MMC-nin məqsədi bina tikmək deyil, vətəndaşları aldadaraq onların halal zəhmətlə qazandıqları pulları mənimsəmək olmuşdur. Cavabdehdən ödədiyi pulların qaytarılmasını deyil, aldığı mənzilin tikilib ona təhvil verilməsini istəyir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini, 3-cü şəxsin iddiasının təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi, 3-cü şəxsin iddiasının təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh “xxxx” MMC-yə (Cavabdeh MMC) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə qeyd edilən təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakıçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs iddiası təmin edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İş materiallarında olan Maraqlı şəxs ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144 kvadrat metr olan 5 saylı mənzili payçı hesab edilən Maraqlı şəxs təhvil verməyi öz öhdəsinə götürür. Mənzilin hər kv.metrinin dəyəri 320 manat, ümumi dəyəri isə 46080 manat təşkil edir. İşdə olan xx.xx.2006-cı il tarixli, 00144 saylı, xx.xx.2006-cı il tarixli, 00152 saylı, xx.xx.2007-ci il tarixli, 00311 saylı, xx.xx.2007-ci il tarixli, 00555 saylı kassa mədaxil orderlərindən görünür ki, Maraqlı şəxs 2006-cı ildə müqaviləyə əsasən Cavabdeh MMC-yə 15000 ABŞ dolları və 8660 manat pul ödəmişdir. İşdə olan xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Maraqlı şəxs həmin tarixdə Cavabdeh MMC-dən ümumi sahəsi 144 kv.metr olan 3 otaqlı mənzili almış və 2000 manat pul ödəmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2008-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzili payçı hesab edilən İddiaçı təhvil verməyi öz öhdəsinə götürür. Mənzilin hər kv.metrinin dəyəri 550 manat, ümumi dəyəri isə 71500 manat təşkil edir. İşdə olan xx xxxx 2008-ci il tarixli, 288 saylı maliyyə arayışından görünür ki, İddiaçı xx xxxx 2008-ci il tarixdə Cavabdeh MMC-dən ümumi sahəsi 130 kv.metr olan 3 otaqlı mənzili almış və 71500 manat pul ödəmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Cavabdeh MMC-yə göndərdiyi xx xxxxxx 2008-ci il tarixli məktubundan görünür ki, xx xxxxx 2007-ci il tarixli satınalma müqaviləsi və razılaşma protokoluna əsasən “xxxx” MMC tərəfindən nəzərdə tutulmuş işlərin görülməsi artıq mümkün deyildir və buna görə də dəyəri ******* manat olan bazar-satış qiymətinə uyğun dəyəri ödənilmədən bəzi şəxslərin (o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş 3 otaqlı, 130 kv.metrlik mənzilin tikintisi və verilməsi) adına rəsmiləşdirilmiş mənzillərin tikintisi və verilməsi barədə müqavilələrə xitam verilməlidir. Bu mənzillər Cavabdeh MMCnin sərəncamına qaytarılır. Həmin mənzillərlə bağlı müqavilələrin ləğvi və Cavabdeh MMC-nin sərəncamına qaytarılması ilə bağlı məsuliyyəti “xxxx” MMC daşıyır və Cavabdeh MMC-nin heç bir məsuliyyəti yoxdur. İş materiallarında olan “xxxx” MMC-nin İddiaçı göndərdiyi xəbərdarlıqdan görünür ki, onunla Cavabdeh MMC arasında mənzillə bağlı imzalanmış müqaviləyə xitam verilməsi barədə xəbərdar edilmiş və bu məsələ ilə bağlı “xxxx” MMC-yə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan "xxxx" MMC-nin "xxxx" MMC-yə göndərdiyi xx xxxx 2008-ci il tarixli, 23 saylı məktubundan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan müqavilə və razılaşma protokoluna əsasən görüləcək işə görə müqavilədə göstərilən dəyərin bir hissəsinin əvəzinə ödənişin bazar satış qiymətinə uyğun olaraq yaşayış binasının mənzillərindən təxminən 200000 manat dəyərində 3 ədəd 3 otaqlı mənzilləirin ayrılaraq X10, Cəfərov Rövşən İsabala oğlu və X3 adlarına dəyəri ödənilmədən ödənişi əvəzləmə məqsədilə sənədləşdirilməsinə sərəncam verilməsini xahiş edilmiş, ayrılmış mənzillərin müqabilində öhdəliklərin yerinə yetirilməsinə zəmanət verilmişdir. İş materiallarında olan xx xxxxx 2007-ci il tarixli satınalma müqaviləsindən görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin inşa etdiyi binaları PVC qapı-pəncərə sistemləri ilə təchiz etməyi öhdəsinə götürmüşdür. İşlərin ümumi dəyəri ******* manat təşkil etmiş, bunun 50% hissəsi avans ödənişi kimi əvvəlcədən, qalan 50 % hissəsi isə görüləcək işlərə müvafiq olaraq 7 bank günü ərzində təhvil-təslim aktına əsasən ödəniləcəkdir. Razılaşma protokolundan görünür ki, "xxxx" MMC-nin inşa etdiyi binadakı ümumi sahəsi 1536 kv.metr olan 15 ədəd mənzili "xxxx" firmasının direktoruna verilir. "xxxx" firmasının direktoru PVC qapı-pəncərə məmulatlarının qrafik əsasında icrasına başlayır. Əgər gecikmə halları baş verərsə, verilən mənzillərin sənədləşdirilməsi birtərəfli qaydada "xxxx"MMC tərəfindən ləğv edilir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı X4 Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqinin xx xxxxxxx 2013cü il tarixli qərarı ilə Maraqlı şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2-ci maddələri tilə təqsirli bilinərək CM-nin 66.3 maddəsinə əsasə qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallırına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)68/2015 saylı məktubundan görünür ki, İddiaçı və Maraqlı şəxs X6 məhkum edilməsinə dair hökmdə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 1(105)63/2016 qərarı ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-cı il tarixli hökmü ləğv edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Beləliklə müəyyən olunmuşdur ilk öncə Maraqlı şəxs ilə mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə bağlanan zaman qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4. maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1. maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. «T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vəasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunvericiliyin tələblərinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair bağlanmış hər iki müqavilə mahiyyət etibarı ilə podrat müqavilələridir. Müqavilələrdə cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərə əsasən podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. İş materiallarından isə görünür ki, Maraqlı şəxs tərəfindən müqavilə dəyərini daha əvvəl ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs ilə mübahisəli mənzilə dair müqavilə daha əvvəl bağlandığı üçün onun iddiası əsaslıdır və təmin olunmalıdır. Müəyyən olunmuşdur ki, İddiaçı Mahmu oğlu ilə mübahisəli mənzilə dair müqavilə bağlanılarkən F.V.İsgəndərovla bağlanmış müqavilə qüvvədə olmuşdur, yəni bir mənzilə dair iki müqavilə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası maddi və mənəvi zərərə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasını həmin hissədə də əsaslandıra bilməmişdir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 119 və 124-cü maddələrinə əsasən məhkəmə kollegiyasının qəraradı əsasında iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat iddiaçı və cavabdehdən alınaraq dövlət büdcəsinə aşağıdakı hesaba: Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ013601**********3944, SWFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən İddiaçı “xxxx” MMC-yə (Cavabdeh MMC)-yə qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər «xxxx» MMC-yə və İddiaçı qarşı İddiaçı adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədə iddiası təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı oğdlu arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün xx xxxx 2008-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh MMCnin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsindəki 5 saylı, 144 kv.m.mənzili «xxxx» MMC tərəfindən Maraqlı şəxs təhvil verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-yə (Cavabdeh MMC)-yə qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər «xxxx» MMC-yə və İddiaçı qarşı İddiaçı adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədə iddiası təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün xx xxxx 2008-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsindəki 5 saylı, 144 kv.m.mənzili «xxxx» MMC tərəfindən Maraqlı şəxs təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı Mahmud oğlundan, 50 (əlli) manatı da cavabdeh “xxxx” MMC-dən alınaraq dövlət büdcəsinə aşağıdakı hesaba: Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ013601**********3944, SWFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Zaur Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar