Məhkəmə qərarları › İş №2(105)-1074/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1074/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1074/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Ərizəçi nümayəndəsi X12 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli, 2(067)-2217/2021 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 115 F saylı, 30207038 kodlu şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 115 F saylı, 30207038 kodlu şəhadətnamədə adı səhvən Çinarə kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin şəhadətnamədə adı səhv yazıldığından müraciətinin həlli mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli, 2(067)-2217/2021 nömrəli qətnaməsi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. (hakim Anar Sadiqov) Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən hesab etmişdir ki, “Torpağn mülkiyyətinə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi X13, X14, X8, X6, X9 və X4 birgə mülkiyyətində olmasına baxmayaraq ərizəçi həmin torpaq sahəsinə aid sənədin yalnız Ərizəçi məxsus olması faktının müəyyən olmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5, 308, 309.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli, 2(067)-2217/2021 nömrəli qətnaməsinin ləğv edilib, əriənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: “Torpağın mülkiyyətə verilməsinə dair” JN 115 F saylı, 30207038 kodlu şəhadətnaməyə əsasən yaşadıqları Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisindən onun və digər ailə üzvlərinin mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ata soyadı Vəlibəyova olmuşdur, lakin rəsmi nikaha daxil olduğundan ər soyadı olan Hacıbabayeva soyadını qəbul etmişdir. Dövlət idarəsinin nümayəndəsinin səhvi nəticəsində verilmiş şəhadətnamədə adı Çinarə kimi yazılmışdır. Bu səbəbdən də o, sənədin şəxsə məxsus olmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, o, ərizəsində səhvə yol verərək ümumilikdə ailəsinə verilmiş torpaq sahəsini birgə yox, tək özünün olmasını göstərmişdir. Savadsız adamdır, hüquqşünas deyildir ki, ərizəsində hər şeyi dəqiqliklə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yazsın. Məhkəmədə iştirak edərkən ərizədə texniki səhvə yol verilməsi barədə ona bildirilməmiş və bildirilsəydi ərizəsində dəqiqləşmə apararaq texniki səhvi aradan qaldırardı. Lakin hakim ərizədəki texniki səhvi şişirdərək əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi və nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosesual Məcəllə Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 115 F saylı, 30207038 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05.12.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən X7, X10, X3, X2, X5 və X4 mülkiyyətinə Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisində 0,10 hektar torpaq sahəsi verilmişdir. DƏDRX-nin 5 saylı ünvan 1 ünvanladığı 24 iyun 2021-ci il tarixli məktubla bildirilmişdir ki, DT və XK-si tərəfindən verilmiş JN 115 F saylı, 30207038 saylı “Torpağn mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırlması və düzəlişlərin həyata keçirilməsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Xaçmaz Rayon İcra Hakimiyyət başçısının Hülövlü kənd İnzibati Ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 iyul 2021-ci il tarixdə verilmiş 493 nömrəli arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonu, Qobuqıraq kəndində qeydiyyatda olmaqla, evlidir. JN 115 F nömrəli, 30207038 saylı “Torpağn mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı və soyadı Ərizəçi kimi oxunmalıdır. Xaçmaz rayon VVAQD şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ nömrəıi “Nikahın bağlanması haqqında” şədatnamədən görünür ki, X17 və X11 10 iyul 2001-ci il tarixdə rəsmi nikaha girməklə evlənmiş və bu barədə akt qeydləri kitabında 291 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Hacıbabayeva soyadı verilmişdir və hazırda da həmin soyadı daşıyır. Xaçmaz RPŞ Q və ŞV bölməsi tərəfindən 13 aprel 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1979cu ildə Quba rayonu, Qonaqkənd kənində doğulmuş və Xaçmaz rayonu, Qobuqıraq kəndində qeydiyyatdadır. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2020-ci il tarixdə verilmiş AZ- İİ nömrəli, 131749 seriyalı Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 10 dekabr 2020-ci il tarixdə “Dəm qazının tiksiki təsiri” nəticəsində ölmüşdür. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2020-ci il tarixdə verilmiş AZ- İİ nömrəli, 131748 seriyalı Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 10 dekabr 2020-ci il tarixdə “Dəm qazının tiksiki təsiri” nəticəsində ölmüşdür. Hazırkı mübahisənin mahiyyəti Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05.12.1997-ci il tarixli 15 nömrəli qərarına əsasən Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisindən X13, X14, X8, X6, X9 və X4 mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsi barədə Azərbaycan Respublikası DT və XK-si tərəfindən verilmiş JN 115 F saylı, 30207038 saylı “Torpağn mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə ailə üzvü olaraq X1 qeyd olunmuş şəxsə aid hissəsində şəhadətnamənin ərizəşi Ərizəçi məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Ərizəçinin şəhadətnamədə adının səhv yazılması barədə qeydinin başqa qaydada bərpası mümkün deyildir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, torpaq sahəsi tək ərizəçinin yox, bir neçə şəxsin mülkiyyətinə verilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Beiəliklə, məhkəmə kollegiyası işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05.12.1997-ci il tarixli 15 nömrəli qərarına əsasən Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisindən X13, X14, X8, X6, X9 və X4 mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsi barədə Azərbaycan Respublikası DT və XK-si tərəfindən verilmiş JN 115 F saylı, 30207038 saylı “Torpağn mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə ailə üzvü olaraq X1 qeyd olunmuş şəxsə aid hissəsində şəhadətnamə Ərizəçi məxsusdur. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəni heç bir əsas olmadan rədd etmişdir. Ona görə də, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə təmin olunmalı və apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli, 2(067)-2217/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin olunsun. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05.12.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Xaçmaz rayonu Qobuqıraq kəndi ərazisindən X13, X14, X8, X6, X9 və X4 mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsi barədə Azərbaycan Respublikası DT və XK-si tərəfindən verilmiş JN 115 F, 30207038 saylı “Torpağn mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ailə üzvü olaraq X1 qeyd olunmuş şəxsə aid hissəsində şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar