Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1089/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 ċavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb İddiaçı X5-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın İddiaçı X5-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(026)-52/2018 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “FİNCA Azerbaijan” X5-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ċavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb İddiaçı X5-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın İddiaçı X5-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb “FİNCA Azerbaijan” X5 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin ev boşaldılması, həmin ev açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın “FİNCA Azerbaijan” X5 Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi və Cavabdeh1, X2 və Cavabdeh2 50 manat ekspertiza xərci alınıb Məhkəmə- Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Mirələm Quliyev) Cavabdeh2 vəkili Sarıyev X4 Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(026)- 52/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-52/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunmuş bir aylıq müddətdə verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan Cavabdeh2 vəkili Vəkil2 şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-52/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 vəkili Vəkil2 şikayət ərizəsində göstərmişdir ki, Qobustan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadında qeyd olunur ki, Cavabdeh2 qeyd olunan qətnamədən məlumatlı olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh2 qətnamənin mənzilin boşaldılması hissəsində izah edilməsinə dair 25 aprel 2022-ci il tarixli ərizəsi vardır. Həmin ərizəyə 13 may 2022-ci il tarixdə Cavabdeh2 iştirakı ilə baxılmış və xahiş edilən hal ona izah olunmuşdur. Ərizədən və iclas protokolundan göründüyü kimi, cavabdeh Pulatov X3 Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(026)-52/2018 saylı qətnaməsindən məlumatlı olmuşdur. Apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət buraxılmışdır. Buraxılmış müddətin bərpası üçün müraciət edilməmişdir. Ona görə də apelyasiya şikayəti qanunla müəyyən olunmuş bir aylıq müddətdə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh məhkəmənin qərardadında göstərilən ərizədən xəbərinin olmadığı, həmin ərizənin kim tərəfindən verildiyindən məlumatının olmadığını bildirdiyi göstərilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi cavabdehə rəsmi qaydada verilmiş olsaydı, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsi barədə 13 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edən zaman, qətnamənin ona verildiyi bildirilərdi. Məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada 13 fevral 2023-cü il tarixdə verilmiş, qətnamədən də apelyasiya şikayəti Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş müddətdə verilmişdir. Həmin qərardadla razı deyil, ona görə də Qobustan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(026)-52/2018-saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-52/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 qeyd olunan qətnamədən məlumatlı olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh2 qətnamənin mənzilin boşaldılması hissəsində izah edilməsinə dair 25 aprel 2022ci il tarixli ərizəsi vardır. Həmin ərizəyə 13 may 2022-ci il tarixdə Cavabdeh2 iştirakı ilə baxılmış və xahiş edilən hal ona izah olunmuşdur. Ərizədən və iclas protokolundan göründüyü kimi, cavabdeh Pulatov X3 Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(026)-52/2018 saylı qətnaməsindən məlumatlı olmuşdur. Qanunla müəyyən edilmiş bir aylıq müddət buraxılmışdır. Buraxılmış müddətin bərpası üçün müraciət edilməmişdir. Ona görə də apelyasiya şikayəti qanunla müəyyən olunmuş bir aylıq müddətdə verilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək qeyd edir ki, mübahisləndirilən məhkəmə qətnaməsi cavabdehə xx.xx.2018-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2018-ci il tarixdə qətnamə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, icra işi üzrə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə izah verilməsini xahiş etmiş, ərizəyə baxılmasının xx.xx.2022ci il tarixə təyin edilməsi barədə cavabdehə məlumat göndərilmiş, ərizəyə baxılmasında cavabdeh özü iştirak etmiş, qətnaməyə izah verilməsi barədə qərardad cavabdehin iştirakı ilə qəbul edilmişdir. Bundan sonra Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2023—cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini almış, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Göründüyü kimi qətnamə xx.xx.2018-ci il tarixdə qəbul edilsə də, cavabdeh xx.xx.2022-ci il tarixdə qətnaməyə izah verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bununla da müəyyən edilir ki, cavabdehin məhkəmə qətnaməsindən xx.xx.2022-ci il tarixdən əvvəl məlumatı olmuşdur. Bundan 10 ay sonra qətnamənin təqdim edilməsi barədə ərizə ilə müraciət edərək qətnamənin surətini almış və müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddət ötürülməklə apellyasiya şikayəti vermişdir. Bu səbbədən birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Sadalananlardan yekun nəticəyə gələn,məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(026)-52/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qobustan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(026)-52/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1089/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1089/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver