Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1090/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Quba Regional “ASAN” Xidmət Mərkəzinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X29 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və onun vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Quba Regional “ASAN” Xidmət Mərkəzinə qarşı bağışlamadan imtina edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuşdur.
2. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə sərəncam vermək, satmaq, bağışlamaq və sair səlahiyyətləri həyata keçirməsi üçün X6 01 avqust 2015-ci il tarixdə etibarnamə vermişdir.
3. 21 avqust 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 150,4 kvadrat metr, yaşayış sahəsi 78,8 kvadrat metr, yardımçı sahəsi 71,6 kvadrat metr olan 5 otaqlı fərdi yaşayış evi hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 bağışlamışdır (İddiaçı adından bağışlamanı nümayəndəsi X9 həyata keçirmişdir). Bağışlanan daşınmaz əmlak 8739 manat məbləğində qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı X19 məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin Cavabdeh1 bağışlanmasına dair Quba rayonu Notariat Kontorunun xüsusi notariusu X23 tərəfindən təsdiq edilən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bağışlamaqdan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 2-da tək yaşayır. Vəfat etmiş oğlu Fikrətin qızı və onun nəvəsi olan Cavabdeh1 anasının onu evdən qovmasından şikayət edərək yaşadığı evi ona bağışlamasını təklif etmiş, bağışlama həyata keçəcəyi təqdirdə ona qayğı göstərəcəyinə və ölənə qədər həmin evdə qalacağına onu inandırmışdır. Bu səbəbdən, o, yaşadığı evi Nigara bağışlamağa razılıq vermiş, sənədlərin hazırlanmasını və bağışlama müqaviləsinin tərtib edilməsini Quba rayonu, Alekseyevka kəndində yaşayan X6 tapşırmış və xahiş etmişdir ki, bağışlama müqaviləsində ölənə qədər bağışladığı evdə yaşaması və nəvəsi tərəfindən ona himayəçilik edilməsi qeyd olunsun. Həmin bağışlama müqaviləsi xx.xx.2015-ci il tarixdə X22 notarius X23 tərəfindən təsdiq edilmişdir. Bağışlama müqaviləsinin surətini vəkil Nümayəndə1 vasitəsilə xx.xx.2021-ci il tarixdə almışdır. Bağışlama müqaviləsini aldıqdan sonra ona məlum olmuşdur ki, onun ölənə qədər həmin evdə yaşaması və hədiyyə alan nəvəsinin ona himayəçilik etməsi müqavilədə qeyd edilməmişdir. Bundan istifadə edən nəvəsi Cavabdeh1 3 aydır ki, mütəmadi olaraq yaşadığı evə gəlməklə onu söymüş, döymüş və ölümlə hədələyərək evdən çıxmasını tələb etmişdir. Cavabdehin ona qarşı olan cinayət əməllərini nəzərə alaraq, o, evi bağışlamaqdan imtina etmək istəyir. Evini bağışlayarkən oğlundan və qızından artıq hesab etdiyi nəvəsi Nigarın gələcəkdə evsiz qalmağını istəməmişdir. Yaşadığı evdən başqa evinin olmamasını bildiyi halda cavabdeh yaxşılığının qarşılığı olaraq onu təhqir edir, döyür və evdən qovur.
6. Məhkəmədə cavabdeh X24 iddia tələbini qəbul etməyərək, iddiaçıya qarşı heç bir hörmətsizlik etmədiyini, onu evdən qovmadığını, iddia ərizəsində qeyd olunanların əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, İddiaçı onun anasıdır. Cavabdeh 16 dekabr 2021-ci il tarixdən iddiaçını qovaraq onun evə gəlməsinə icazə vermir, onu incidir, təhqir edir, hətta iddiaçının pensiya kartını da götürüb. Cavabdehin öz anası və qardaşına qarşı da münasibəti yaxşı deyil, öz ailəsi ilə də küslüdür.
8. Şahid kimi dindirilmiş X10 göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə iddiaçının evinə gedən zaman qapının bağlı olduğunu və iddiaçının ev paltarları ilə market yaxınlığında soyuqdan titrəyərək dayandığını görmüşdür. Niyə çöldə olduğunu soruşduqda isə iddiaçı Cavabdeh1 tərəfindən döyülərək evdən qovulduğunu bildirmişdir.
9. X1 göstərmişdir ki, iddiaçı onun anasıdır. Mübahisə predmeti olan evə qarşı heç bir marağı və tələbi yoxdur. Cavabdeh rəhmətlik qardaşı Fikrətin yadigarıdır. Atası müharibə iştirakçısı olduğundan iddiaçı aylıq 800 manat məbləğində pensiya alır. Keçən ilin sentyabr ayında eşitmişdir ki, iddiaçı evini cavabdehə bağışlayıb. Cavabdeh iddiaçıya qarşı heç bir hörmətsizlik etməmişdir. Qeyd olunan ev təmirsiz olduğundan iddiaçı özü evdən çıxıb getmişdir.
10. Quba Rayon Məhkəməsinin 2(027)-366/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X14) iddiaçı X12 Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı “bağışlamadan imtina edilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, yaşayış evinin bağışlamadan imtina olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilməmiş, iddiaçı irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.4, 666.1, 666.2, 667.1, 669, 670, 673.1, 673.2, 673.3-cü və 673.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə düşən vəzifələri yerinə yetirməmiş, ölənə kimi həmin evdə yaşamasına və iddiaçıya himayəçilik edəcəyinə dair öhdəliyini pozaraq onu öz evindən qovub küçələrə atmışdır. Bağışlama müqaviləsi iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim olunmuş və müqavilənin əsası ona məlum olan kimi qanunda müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq onun vəsatəti ilə dindirilmiş şahid ifadələrini sübut kimi qəbul etməmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), X25 və X20) İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı bağışlamaqdan imtina olunmasına dair iddiasının təmin edilməsi, 21 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 05 noyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhəri, 20 Yanvar küçəsi, 29 saylı evə dair İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi qət olunmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin nənəsidir. Ev cavabdehə bağışlandıqdan və cavabdeh həmin evdə yaşamağa başladıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçıya qayğı göstərməmiş, 2021-ci ilin dekabr ayında isə 92 yaşlı iddiaçı 65 ildən çox yaşadığı evdən çıxmağa məcbur olmuş və kirayələrdə yaşamağa başlamışdır. Cavabdeh iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi 21 avqust 2015-ci il tarixdə bağlansa da, iddiaçının hüquqları 2021-ci ilin dekabr ayında pozulmuş və iddiaçı həmin tarixdən 1 illik bağışlamadan imtina müddətini ötürməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində iddiaçının bağışlamaqdan imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imtina barədə bildirişin hədiyyə alana təqdim olunması kimi qiymətləndirilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsi və 38-ci maddəsinin 2-ci hissəsi, Ailə Məcəlləsinin 6.2 və 90-cı maddələrinə, Mülki Məcəllənin 673.1.3, 673.3 və 673.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-735/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X15 və X34) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2169/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hədiyyə alan Cavabdeh1 hədiyyəni qəbul edəndən sonra ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq hədiyyə verən nənəsinə qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, iddiaçıya qayğı göstərməmiş, 2021-ci ilin dekabr ayında isə 92 yaşlı iddiaçı 65 ildən çox yaşadığı evdən çıxmağa və kirayələrdə yaşamağa məcbur olmuşdur. Cavabdeh iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Bu hallar Mülki Məcəllənin 673.1.2-ci və Ailə Məcəlləsinin 90-cı maddəsinə əsasən bağışlamaqdan imtina üçün əsasdır.
22. Apellyasiya məhkəməsinin göstərilən qənaəti işin hallarına uyğun deyildir, məhkəmə tərəfindən Mülki Məcəllənin 673.1.2-ci və Ailə Məcəlləsinin 90-cı maddəsi səhv təfsir edilmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Ailə Məcəlləsinin 90-cı maddəsinə görə isə əmək qabiliyyətli olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
23. Maddələrin məzmunundan göründüyü kimi nəvənin baba və nənəni saxlamaq vəzifəsinin mövcud olması üçün bir sıra zəruri şərtlər; 1) nənənin və ya babanın əmək qabiliyyətli olmaması, 2) onların yardıma ehtiyacı olması, 3) yetkinlik yaşına çatan övladlarından yardım almasının istisna edilməsi, yəni ya yetkinlik yaşına çatmış övladların olmaması, ya da övladları olsa belə onların yardım etmək iqtidarında olmamaları, 4) nəvənin yardım etməyə zəruri vəsaitə malik olması kimi şərtlər mövcud olmalıdır.
24. Lakin işdən görünür ki, hədiyyə verən iddiaçının iki övladı, oğlu X13 və qızı X8 vardır və onlar iş üzrə şahid kimi dindirilmişdir. İddiaçının övladlarından aliment tələb etməsi, onların aliment öədəmək iqtidarında olmamaları, yaxud qanunla üzərlərinə qoyulmuş yaşlı valideynin qayğısına qalmaq kimi vəzifələri yerinə yetirməmələri öz təsdiqini tapmır. Həmçinin iş materialları ilə hədiyyə verən nənənin hədiyyə alan nəvəsi cavabdehdən aliment tələb etməsi, cavabdehin bundan boyun qaçırması da müəyyən olunmamışdır. Həmçinin tərəflər arasında bağışlama müqaviləsində bağışlamanın şərtlərlə və ya öhdəliklərin yerinə yetirilməsi ilə asılı olması nəzərdə tutulmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi 21 avqust 2015-ci il tarixdə bağlansa da, iddiaçının hüquqları 2021ci ilin dekabr ayında pozulmuş və iddiaçı həmin tarixdən 1 illik bağışlamadan imtina müddətini ötürməmişdir. Lakin məhkəmə qətnamədə daha əvvəl qeyd etmişdir ki, ev cavabdehə bağışlandıqdan və cavabdeh həmin evdə yaşamağa başladıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçıya qayğı göstərməmişdir. Bununla da məhkəmə iddiaçının hüquqlarının pozulduğu vaxtın müəyyən olumasında ziddiyyətli nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şahid kimi dindirilən şəxslərin ifadələrini qiymətləndirərkən onlardan X8 və X4 iddiaçının övladları olmaqla işin nəticəsində maraqlı olmaları, digər şahid X5 isə iddiaçının nümayəndəsi və vəkilindən daimi məsləhət alan şəxs oduğunu diqqətdən qaçırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (...)
Maddə 670. Bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. (...)
Maddə 673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya baxışının hədləri
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-735/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 2169/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinə əsasən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, mövcud mübahisə üzrə istinad olunan Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
36. Ailə Məcəlləsinin 90-cı maddəsinə görə isə əmək qabiliyyətli olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
37. Göründüyü kimi nəvənin baba və nənəni saxlamaq vəzifəsinin mövcud olması üçün bir sıra zəruri şərtlər; 1) nənənin və ya babanın əmək qabiliyyətli olmaması, 2) onların yardıma ehtiyacı olması, 3) yetkinlik yaşına çatan övladlarından yardım almasının istisna edilməsi, yəni ya yetkinlik yaşına çatmış övladların olmaması, ya da övladları olsa belə onların yardım etmək iqtidarında olmamaları, 4) nəvənin yardım etməyə zəruri vəsaitə malik olması kimi şərtlər mövcud olmalıdır.
38. İşdən görünür ki, hədiyyə verən iddiaçının iki övladı, oğlu X13 və qızı X8 vardır və onlar iş üzrə şahid kimi dindirilmişdir. İddiaçının övladlarından aliment tələb etməsi, onların aliment öədəmək iqtidarında olmamaları, yaxud qanunla üzərlərinə qoyulmuş yaşlı valideynin qayğısına qalmaq kimi vəzifələri yerinə yetirməmələri öz təsdiqini tapmır. Həmçinin iş materialları ilə hədiyyə verən nənənin hədiyyə alan nəvəsi cavabdehdən aliment tələb etməsi, cavabdehin bundan boyun qaçırması da müəyyən olunmamışdır. Həmçinin tərəflər arasında bağışlama müqaviləsində bağışlamanın şərtlərlə və ya öhdəliklərin yerinə yetirilməsi ilə asılı olması nəzərdə tutulmamışdır.
39. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X8 və X13 iddiaçının övladları, digər şahid X10 isə iddiaçının nümayəndəsi və vəkilindən daimi məsləhət alan şəxs olmuşdur. Bu isə onların işin nəticəsində maraqlı olmalarını istisna etmir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mövcud tələb üzrə bağışlamaqdan imtina üçün Mülki Məcəllənin 673-cü maddəsində nəzərdə tutlan əsaslar mövcud olmadığından, iddianın təmin edilməməsi barədə iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmuşdur.
41. Digər tərəfdən, iş materiallarından görünür ki, tərəflər arasındakı bağışlama müqaviləsi 2015-ci il tarixdə bağlansa da, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə 2021-ci ildə müraciət etmişdir.
42. Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir...
43. Bağışlama iddiaçının iradə ifadəsinə uyğun olmuş və müqavilə bağlandığı andan məlumatlı olmuşdur. Bağışlama müqaviləsinin surətini xx.xx.2021-ci il tarixdə alması, onun ölənə qədər həmin evdə yaşaması və hədiyyə alan nəvəsinin ona himayəçilik etməsi barədə müqavilədə qeydlərin olmamasından həmin vaxt məlumatlı olması barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsasları sübuta yetirilmədiyindən, bağışlamadan imtina olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
46. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.