Məhkəmə qərarları › İş №2(105)-1100/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1100/2021

20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1100/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-3947/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-3947/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 216 manat və 3 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 219 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2286,4 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 2616,4 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 05.12.2016-cı il tarixli, 14/3613 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı Bakı Regional qazın satış Departamenti tərəfindən **********08250 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron Diafraqma markalı mexaniki, 1602AZ**********75 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıda göstərikən aktlar tərtib edilmişdir. Belə ki, 29.06.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1080 m3, dəyəri 216 manat, 30.07.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri115,20 manat, 28.08.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 31.10.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1152 m3, dəyəri 115,20 manat, 30.11.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, 28.12.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 648 m3, dəyəri 64,80 manat, 31.01.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat, 28.02.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 29.03.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 30.04.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 28.06.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 648 m3, dəyəri 64,80 manat, 31.07.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,4 manat, 30.08.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,4 manat, 30.09.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 648 m3, dəyəri 64,80 manat, 30.10.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, 29.11.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 30.12.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1944 m3, dəyəri 194,40 manat olmuşdur. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi, cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 2286,4 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən Birliyin balansında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehin yaşadığı evdə yerləşən sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Faktla bağlı Birliyin nümayəndələri tərəfindən akt tərtib edilmiş, itirilmiş təbii qazın dəyərinin bərpası üçün Cavabdeh 2286,4 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, 29.06.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Cavabdeh sayğacdan kənar qeyri qanuni qazdan istifadə etməsi sübuta yetirilmişdir. Lakin iş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. İş materiallarında olan digər aktlara əsasən cavabdehin borcu təmin olunmamışdır. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05.12.2016-cı il tarixli, 14/3613 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı 29.06.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan rezin boru vatitəsilə qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29.06.2018-ci tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1080 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.07.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.07.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.08.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.08.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 31.10.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31.10.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1152 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.11.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.11.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.12.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.12.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 31.01.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31.01.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1098 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.02.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.02.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.06.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.06.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.08.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.08.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.09.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.09.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.10.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.10.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 29.11.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29.11.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1944 m3 müəyyən edilmişdir. İş materiallarında olan 10 iyun 2020-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 2286,4 manat dəymiş ziyanın ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçınə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən halda isə təbii qazdan istifadə qaydalarının tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə, həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyat hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. İş materiallarında olan İddiaçı 30.07.2018-ci il tarixli, ******* nömrəli, 28.08.2018-ci il tarixli, ******* nömrəli, 31.10.2018-ci il tarixli, ******* nömrəli, 30.11.2018-ci il tarixli, ******* nömrəli, 28.12.2018-ci il tarixli, ******* nömrəli, 31.01.2019-cu il tarixli, ******* nömrəli, 28.02.2019-cu il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli, 30.04.2019cu il tarixli, ******* nömrəli, 28.06.2019-cu il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* nömrəli, 30.08.2019-cu il tarixli, ******* nömrəli, 30.09.2019-cu il tarixli, ******* nömrəli, 30.10.2019-cu il tarixli, ******* nömrəli, 29.11.2019-cu il tarixli, ******* nömrəli, 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətlərindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş və İddiaçı hesabatlarına və dəymiş ziyanın bərpasına dair tələbnamələrinə əsasən itirilmiş qazın həcmi 14166 m3 müəyyən edilmişdir. İddiaçı iddia tələbində qeyd edilən aktlar üzrə dəymiş ziyan kimi Cavabdeh 2070,4 manat tələb etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 30.07.2018-ci il tarixli, ******* nömrəli, 28.08.2018-ci il tarixli, ******* nömrəli, 31.10.2018-ci il tarixli, ******* nömrəli, 30.11.2018-ci il tarixli, ******* nömrəli, 28.12.2018-ci il tarixli, ******* nömrəli, 31.01.2019-cu il tarixli, ******* nömrəli, 28.02.2019-cu il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli, 30.04.2019-cu il tarixli, ******* nömrəli, 28.06.2019cu il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* nömrəli, 30.08.2019-cu il tarixli, ******* nömrəli, 30.09.2019-cu il tarixli, ******* nömrəli, 30.10.2019-cu il tarixli, ******* nömrəli, 29.11.2019-cu il tarixli, ******* nömrəli, 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar üzrə dəymiş ziyan kimi 2070,4 manat tutulmalıdır. İddiaçı Cavabdeh hüquqi xidmət üçün ödənilmiş 300 manat pulu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardımın göstərilməsinə görə nümayəndə və vəkil kimi X3 300 manat ödəməsinə dair iş materiallarında hər hansı sənəd yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(012)- 4207/2019 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia bu hissədə təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 2070,4 (iki min yetmiş manat 4 qəpik) manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar