Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1111/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X3 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və müqavilələrə xitam verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)- 90/2023 nömrəli qətnaməsindən X1 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) ilkin iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı xeyrinə 150.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 225.000 manat məbləğində, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 108.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd və qarşılıqlı iddanın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(105)-1111/2023 nömrəli qərardadı ilə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman, xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə və maraqlarına toxunan şəxs X1 nümayəndəsi və vəkili X5 tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli qərardadı ilə Mülki Kollegiyanın 20 aprel 2023-cü il tarixli, 2(105)-1111/2023 nömrəli mümkünlük qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, X1 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün mülki işin Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli müşayət məktubu ilə X1 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İlk iddia üzrə İddiaçı və onun nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda qətnamənin X1 maraqlarına toxunmamasını bildirib, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası X1 nümayəndəsi və vəkili X2 şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. H ü q u q i m ə s ə l ə l ə r: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Mülki iş 14 iyun 2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş materialından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli qərardadının göstərişlərinə əməl edilməmiş, apellyasiya şikayətinin prosessual tələblərə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, apellyasiya şikayətinin kim tərəfindən verilməsi, işdə iştirak etməyən şəxs tərəfindən verilmiş şikayətin onun hüquq və vəzifələrinə toxunması məsələsi aydınlaşdırılaraq qiymət verilməmiş, bununla bağlı müvafiq qərardad qəbul edilməmiş, şikayətin göstərilən tələblərə uyğunluğu müəyyən edilmədən iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 363-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə də hazırkı vəziyyətdə baxılmasını mümkünsüz edir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, X1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti prosessual qanunvericilyə uyğun hesab edilərsə hər iki şikayətə eyni vaxtda baxılması prosessual qənaətcilik prinsipinə uyğun olmaqla, işin obyektiv, tam və hərtərəfli araşdırılıb qiymət verilməsi baxımından daha məqsədəmüvafiqdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsindən X1 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. X1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1111/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1111/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver