Məhkəmə qərarları › İş №2(105)-1113/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1113/2021

25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1113/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Cavabdeh1 nümayəndəsi X4, Cavabdeh4 MMC-nin nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir (hakim S.M.Quliyeva). Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın ona dair hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdeh "xxxx” MMC-yə qarşı mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “xxxx” LTD MMC arasında bağlanmış 04 sentyabr 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı 129.168 manat pul ödəməklə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən binanın təhvil verilmə müddəti 2009-cu il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 19.250 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 29.750 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 29.750 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-cü blokunun 4-cü mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini artıraraq ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən Cavabdeh2 çıxarılması və ona təhvil verilməsi, həmçinin hər bir cavabdehdən xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi, cavabdehlər «xxxx» ilə 11.08.2008ci il tarixdə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev keçəsi , 1 ünvanda yerləşən 50 kv.metr sahəsi olan 19 saylı mənzilin tikintisinə dair müqavilə, 16.09.2007-ci il tarixində «xxxx» MMC ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında 82 kv.metr sahəsi olan 192 saylı mənzilin tikintisinə dair müqavilə, 16 may 2008-ci il tarixdə “xxxx” MMC ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında 87 kv.metr sahəsi olan 194 saylı mənzilin tikintisinə dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında cavabdehin Cavabdeh1 nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Barəsində şikayət verilən məhkəmə aktında iddianın təmin edilməsi belə əsaslandırılmışdır ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Barəsində şikayət verilən məhkəmə aktının 6-cı səhifəsinin 3-cü abzasında “lakin qətnamənin nəticə hissəsində “xxxx” MMC ilə 11.08.2008-ci il tarixdə aralarında ünvan 4 ünvanda yerləşən, 50 kvadrat metr olan otaqlı 19 saylı mənzilin tikintisinə dair müqavilənin etibarsızlığına dair heç bir yekun qərar yoxdur. Bundan başqa məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməsinə dair hissəni sübutlar baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, həmin hökmə görə “xxxx” MMC cinayət məsuliyyətinə cəlb edilmiş, məhkum edilmiş rəhbər vəzifəli şəxsləri tərəfindən Cavabdeh1 ödəməli olduqları pul ödənilməmişdir. “xxxx” MMC-nin hüquqi varisinin Cavabdeh4 MMC olduğu barəsində şikayət verilən məhkəmə aktında da göstərilmişdir. Cavabdeh4 MMC qanunla müəyyən edilmiş qaydada fəaliyyətinə icazə verilmiş sahibkarlıq subyektidir. “xxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh4 MMC ilə müqavilə bağlaması, nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməməsi, əksinə Cavabdeh1 əlavə pul ödəyərək faktiki mülkiyyətində olan mənzilə görə «Cavabdeh4” MMC-yə pul ödəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə nəzərə almalı idi ki, «Cavabdeh4” MMC ilə aralarında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hazırda da qüvvədədir, mübahisəli mənzil həmin müqaviləyə uyğun olaraq Cavabdeh1 mülkiyyətindədir, həmin müqavilə mübahisə predmeti olmamışdır. Qətnamədən göründüyü kimi iddiaçı ilə “xxxx” MMC arasında müqavilə 14 dekabr 2009-cü il tarixdə, Cavabdeh1la isə 11.08.2008-ci il tarixdə bağlanmışdır. Yəni iddiaçı müqavilə ilə tikilib Cavabdeh1 mülkiyyətinə verilməli olan mənzilə həmin müqavilə qüvvədə ola-ola müqavilə bağlanmışdır ki, bu da iddiaçı ilə “xxxx” MMC arasında müqavilə 14 dekabr 2009-cu il tarixli müqavilənin etibarsızlığı kimi qiymətləndirilməlidir. Qəbul edilmiş qətnamə Cavabdeh1 mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh1 dair hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4” MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında müqavilə 14 dekabr 2009-cü il tarixdə, Cavabdeh1la isə 11.08.2008-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, Cavabdeh1 arasında evin alqı-satqısına dair müqavilə daha əvvəl bağlanmışdır. İddiaçı ilə “xxxx” MMC arasında müqavilə 14 dekabr 2009-cü il tarixdə müqavilə bağlanarkən “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə qüvvəsində olmuşdur. Belə olan halda həmin müqavilənin etibarsızlığına hər hansı səbəb olmamışdır. Eləcə də digər cavabdehlərlə müqavilə iddiaçıdan əvvəl bağlanmışdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh “xxxx” LTD MMC arasında bağlanmış 04 sentyabr 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı 129.168 manat pul ödəməklə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən binanın təhvil verilmə müddəti 2009-cu il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009cu il tarixli müqaviləyə əsasən 19.250 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 29.750 manat ödəməklə iddiaçı ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 29750 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-cü blokunda 4-cü mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasların, iddiaçıın nümayəndəsi isə sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddiasını onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən və iddiaçı tərəfin izahatından görünür ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında 14 dekabr 2009-cu il tarixdə kooperativ binada mənzillərin tikintisinə dair müqavilələr və 04 sentyabr 2008-ci il tarixdə “xxxx” MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilə bağlanmışdır. Həmin müqavilələrdə binaların təhvil verilmə müddəti 2009-cu və 2011-ci illər göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında aldıqları mənzillərin və qeyri-yaşayış sahəsinin cavabdeh “xxxx” MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə onlara təhvil verilmədiyini bildirərək cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin ağlabatan müddət ərzində yerinə yetirilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Eləcə də məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf ona 10000 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, müvafiq sübutlarla təsdiqini tapmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublkası Mülki Məcəlləsinin 351, 352, 353, 354-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş oluğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan 16 may 2008-ci il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi Cavabdeh3 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür.Mənzilin ümumilikdə dəyəri 34.800 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 16 may 2008-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 11 avqust 2009-cu il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 10.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2ci bəndindən və 11 avqust 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 16 sentyabr 2007-ci il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi Cavabdeh2 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 6 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 82 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 28.372 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 16 sentyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 14 dekabr 2009-cu il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi İddiaçı arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 19250 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 14 dekabr 2009-cu il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi İddiaçı arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 14 dekabr 2009-cu il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi İddiaçı arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 04 sentyabr 2008-ci il tarixdə icraçı kimi “xxxx” MMC ilə payçı kimi İddiaçı arasında “xxxx” MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 2-ci blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumilikdə dəyəri 129168 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 04 sentyabr 2008-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüiarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3 oğlu, Cavabdeh2 oğlunun xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən şəxsdən tutulması müəyyən edilmişdir. Sumqayt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-63/206 saylı, 08 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X5 Azərbaycan Resublikası CM-nin178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə oan cinayət təqibinə təqsirlənirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 8 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, ünvan 9 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, ünvan 10 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması qət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə isə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azorbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarışlı poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin tapşırığı ilə həmin şəxsə həvalə edilə bilər. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan bu normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehlərin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. İş materiallarında məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən bildirişlərin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmir. Beləliklə müəyyən olunmuşdur ilk öncə cavabdehlərlə mübahisəli mənzilə dair alqısatqı müqavilələri bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə bağlanan zaman qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4. maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1. maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. «T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vəasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunvericiliyin tələblərinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələridir. Müqavilələrdə cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərə əsasən podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. İş materiallarından isə görünür ki, cavabdehlər tərəfindən müqavilərin dəyəri daha əvvəl ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə mübahisəli mənzillərə dair müqavilə daha əvvəl bağlandığı üçün iddia tələbi əsassızdır. Müəyyən olunmuşdur ki, İddiaçı ilə mübahisəli mənzilə dair müqavilələr bağlanılarkən cavabdehlərlə bağlanmış müqavilələr qüvvədə olmuşdur, yəni bir mənzilə dair iki müqavilə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası maddi və mənəvi zərərə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasını həmin hissədə də əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.[ Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin izahına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinin izahına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Lakin iş materiallarında iddiaçının hər hansı bir fiziki və mənəvi sarsıntı keçirməsi barədə məlumatlar mövcud deyildir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddia tələbinin müqavilələrin etibarsız hesab olünmasına dair hissəsinin də təmin edilməsti qeyd olunsa da qətnamənin nəticə hissəsində buna münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası onu da qeyd edir edir ki, digər cavabdehlər apelyasiya şikayəti verməsə də, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq normalarının yuxarıda şərh olunan pozuntuları ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozduğu üçün qətnamə həm də digər cavabehlərə aid olan hissə də olmaqla, bütövlükdə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmiun Məcəllənin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar