Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1113/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin və digər alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı xx.xx.2022-ci il tarixli alqı-satıq və ipoteka müqaviləsinin və digər alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 7 a, mənzil 23 ünvanı ilə bağlı saxta yolla bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsnasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmənin icraatında olan 2(034)-268/2024 nömrəli işin adiyyəti üzrə məhkəməyə göndərilməsi barədə vəsatətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-268/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 12 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılmışdır. İddia ərizəsinə bu məhkəmədə baxılması məhkəmə aidiyyətinin pozulmasına səbəb olacaqdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində bildirilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbi isə belədir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hesab edir ki, məhkəmənin icraatına götürdüyü 2(034)-268/2024 №-li işin baxış predmeti məhz iddiaçının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən əmlakla əlaqəli olduğundan və həmin əmlaka dair aparılmış əməliyyatlar mübahisələndirildiyindən mübahisəyə baxımalı olan məhkəməsi də məhz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi olmalıdır. Vəsatətinin yuxarıda qeyd olunan əsaslarından çıxış edərək, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 12 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı "müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadı ilə Cavabdeh4 məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatəti təmin edilməməsi qərara alınmışdır (hakim Gülsarə İmanova). Cavabdeh Vəlizadə X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, şikayətin təmin olunmasını, Zəngilan Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadın ləğv edilməsi, əks təqdirdə şikayəti işlə birlikdə adiyyəti üzrə məhkəməyə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı xx.xx.2022-ci il tarixli alqı-satıq və ipoteka müqaviləsinin və digər alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 7 a, mənzil 23 ünvanı ilə bağlı saxta yolla bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsnasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdeh, o, Cavabdeh4 da məhkəmənin icraatında olan 2(034)-268/2024 nömrəli işin adiyyəti üzrə məhkəməyə göndərilməsi barədə vəsatətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətinə 2(034)-268/2024 nömrəli iş olaraq baxan məhkəmə özünün 24 aprel 2024-cü il tarixli qərardadı ilə vəsatətini təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin adiyyətlə bağlı vəsatətinə etiraz edərək, bildirmişdir ki, onlar aidiyyəti düzgün vermiş və Zəngilan Rayon Məhkəməsində baxılmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində bildirilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbi isə belədir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Lakin, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia tələbi müqsavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi tətbiq olunmur. Hesab edir ki, qərardad ləğv edilməlidir. Belə ki, iddia tələbinə baxdıqda aydın görmək olur ki, iddiaçı özünü mübahisəli əmlakın mülkiyyətçisi kimi görür və əmlakın başqa şəxsin adına keçməsinin qanunsuz olduğunu iddia edir, yəni dolayısıyla əmlakını qanunsuz sahiblikdən geri alınmasını istəyir. O, da vəsatətini belə əsaslandırmışdır ki, məhkəmənin icraatına götürdüyü 2(034)-268/2024 №-li işin baxış predmeti məhz iddiaçının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən əmlakla əlaqəli olduğundan və həmin əmlaka dair aparılmış əməliyattlar mübahisələndirildiyindən mübahisəyə baxmalı olan məhkəməsi də məhz Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-31.2-ci maddələrinin tələbləri belədir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir; aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsində bildirilir ki, hakimin özü mübahisənin məhkəməyə aidiyyəti olubolmadığını müəyyən edə bilər. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 35.1-ci maddəsində bildirilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində müstəsna adiyyət olaraq bildirilir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddənin dispozisiyasında vurğulanan əşyaya mülkiyyət hüququnun tanınması, əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi iddialara əşyanın olduğu yerin məhkəməsində baxılması impriativ göstəriş bir başa hazırkı iddiaya baxmalı olan məhkəmənin məhz mənzilin yerləşdiyi Nərimanov rayon Məhkəməsinin olduğunu təsdiq edir. Belə ki, iddiaçı özünün mübahisəli mənzilin mülkiyyətçisi olduğunu iddia edir və mənzillə əlaqədar aparılmış əməliyyatları mübahisələndirir, mənzilin onun sahibliyinə, mülkiyyətinə qaytarılmasını istəyir. Məhz mövcud hallara əsaslanaraq da o, hesab edir ki, iddia tələbinə mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə məhkəmədə, yəni Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Bundan başqa bu iddiadan öncə tərəfindən İddiaçı qarşı mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və iddiası icraata götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarı üzrə hüquqi mövqeyi baxımından da Zəngilan rayon Məhkəməsinin icraatına götürdüyü iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiasına bir icraatda baxılması mübahisənin tez və obyektiv həllinə xidmət etmiş olar. Nəzərə alınsa ki, onun müraciəti daha əvvəlki müraciətdir, eləcə də Zəngilan Rayon Məhkəməsinin icraatına götürülmüş iddia predmeti, yəni mübahisəli əmlakın yerləşdiyi yerin məhkəməsi də məhz Nərimanov Rayon Məhkəməsinə aiddir, o halda vəsatətinin təmin olunması həm qanunilik baxımından, həm də mübahisənin obyektiv həlli baxımından düzgün olmuş olar, nəyin ki, onun təmin olunmaması. Şərh olunanlardan çıxış edərək hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadı ləğv edilməlidir. Əks təqdirdə şikayəti işlə birlikdə aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.2-269.3-cü maddələrinin tələblərinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)- 268/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Vəlizadə X1 rayonu, Zəngilan şəhəri, 28 May küçəsi, ev 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırkı iş üzrə məhkəməyə verilmiş iddia tələbi müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı olduğundan İddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq cavabdehlərdən biri olan Cavabdeh4 rəsmi qeydiyyatda olduğu yer üzrə Zəngilan Rayon Məhkəməsinə iddianı təqdim etmiş və birinci instansiya məhkəməsi prosessual hüquq normalarına əsasən məhkəmə aidiyyəti qaydalarına riayət etməklə işi icraatına qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan əsasla mülki işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə vəsatətin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-268/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1113/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1113/2024
12.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver