Məhkəmə qərarları › İş №2(105)-1120/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1120/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1120/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, Cavabdeh6 MMC-nin nümayəndəsi X7 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-801/2020 saylı qətnaməsindən Cavabdeh6 MMC-nin nümayəndəsi N.M.Qazıyevanın verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-801/2020 saylı qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı xx xxx 2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Balabəyova (Məmmədova) Şamama Eldar qızı ilə Cavabdeh6 MMC arasında Qusar rayon notariat kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh6 MMC-nin nümayəndəsi N.M.Qazıyeva apelyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-801/2020 saylı qətnaməsinin ləğv edilib, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonunda keçirilən aqrar islahat zamanı Qusar rayonu Qayakənd kənd sakinləri Cavabdeh2 və ailə üzvləri Cavabdeh3, Cavabdeh1, X2 Torpağa Mülkiyyət Hüququna dair JN-0063 nömrəli 30101018 nömrəli Dövlət Aktına əsasən 2,49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,91 ha və 0,4977 ha hissəsi boş torpaq sahəsidir. Həmin torpaq sahəsini cavabdehlər satmaq istədiklərini ona bildirmişlər. xx xxxx 2006-cı il tarixdə Qusar rayon notariat kontorunda bağlanmış reyestrdə 4Ə-4- 727 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin dövlət aktına əsasən 2,49 ha torpaq sahəsindən 1,42 ha hissəsini 4260 manata satın almışdır. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsindədir. Bu yaxınlarda həmin torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq istəmişdir. Bu zaman ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 adından verilmiş etibarnamə ilə cavabdeh Məmmədov Əbülfərz Əlibala oğlu həmin torpaq sahəsini Cavabdeh6 MMC-yə satmışdır. Göründüyü kimi Cavabdeh2 JN-00xx xxx 30101018 olan Dövlət Aktına əsasən 1,42 ha torpaq sahəsini notariat kontorunda bağlanmış xx xxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satmış, daha sonra isə həmin torpaq sahəsini cavabdehlər təkrar olaraq başqa şəxsə satmışlar. Ona görə də, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə Cavabdeh6 MMC arasında Qusar rayon notariat kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh6 MMC-nin nümayəndəsi N.M.Qazıyeva apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh6 MMC-nin səlahiyyətli nümayəndəsi X8 iddianı etiraf etməmiş və məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi xx xxx 2018-ci il tarixli AN-İ ******* nömrəli, notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 MMC tərəfindən satın alınmışdır. Həmin müqavilə alıcı Cavabdeh6 MMC-nin adından etibarnamə üzrə nümayəndəsi Teymur Əliyev tərəfindən, satıcı kimi isə Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilədə qeyd olunduğu kimi JN:0063 seriya nömrəli, 30101018 kodlu Dövlət aktına əsasən satıcıların birgə mülkiyyətində olan 2.49 ha torpaq sahəsinin 1.49 ha həcmindəki hisssəsi 7850 manat müqabiləndə qanunvericiliyə uyğun qaydada alıcı Cavabdeh6 MMC-yə satılmışdır. Həmin MMC daşınmaz əmlakın dövlət reyestrə əsaslanaraq torpaq sahəsini satın almış, həmin vaxt Forma-1 arayış alınmış, heç bir məhdudiyyət aşkar olunmamış, daha sonra isə notariat kontorunda depozitə pul qoyulmaqla torpaq sahəsi satın alınmışdır. Bu isə Cavabdeh6 MMC-nin mübahisə predmeti olan torpaq sahəsini vicdanlı alıcı qismində əldə etməsinin əyani sübutudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd olunan maddədə əksini tapmış “Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.” müddəaya məhkəmə tərəfindən məhəl qoyulmamışdır və beləliklə Cavabdeh6 MMC-nin hüquqları ciddi şəkildə pozulmuş olur. MMC yaranmış vəziyyətə nisbətdə vicdanlı üçüncü şəxs qismində çıxış etməyinə və dövlət tərəfindən verilmiş Forma - 1 arayışına əsaslamağına baxmayaraq, torpaq sahəsindən məhrum olmuş oldu. Nəticədə onun mülkiyyət hüququ ciddi şəkildə pozulmuş olur. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən ’’Cavabdeh6” MMC-nin səlahiyyətli nümayəndəsi T.V.Əliyev mübahisələndirilən torpaq sahəsini dəqiq eyniləşdirmək məqsədilə ekspertizanın təyin olunması barədə vəsatət qaldırmış, lakin, həmin vəsatət heç bir səbəb göstərilmədən təmin edilməmişdir. Vəsatətin təmin olunmasının zərurətinin əsaslaması olaraq qeyd olunmalıdır ki, rəsmi xəritələrdə sürüşmələr olduğundan bəzən torpaq sahələrinin real koordinatları xəritədə olanlardan kəskin fərqlənir və bu faktlar təcrübəmizdə dəfələrlə aşkar olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən qaldırılan ekspertizanın təyin edilməsi mübahisənin tam və obyektiv həll edilməsi üçün zəruridir. Burada ümumiyyətlə mübahisənin mövcud olub-olmamaması kimi mühüm məsələ əksini tapmış olardı. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 MMC-nin nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Kod 30101018 JN:0063 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Qayakənd kəndində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X1 adlarına qeydiyyata alınmışdır. xx xxxx 2006-cı il tarixli 4Ə-4-727 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 JN:00xx xxx 30101018 saylı xx.xx.1998-ci il tarixli dövlət aktına əsasən özünə və ailə üzvlərinə məxsus olan 1,42 ha torpaq sahəsini 4260 manata İddiaçı satmışdır. xx.xx.2019-cu il tarixli **********83 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qayakənd kəndi ərazisində yerləşən 1.0704 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 adlarına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********12 saylı məktubdan görünür ki, 2,49 ha torpaq sahəsinə dair verilmiş JN-00xx xxx 30101018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1.42 ha hissəsi Qusar rayon notariat kontorunun xx xxx 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 MMC-nin adına özgəninkiləşdirilmiş, yerdə qalan 1.0704 ha hissəsinə isə Cavabdeh1 və ailə üzvlərinin adına dövlət reyestrindən **********83 reyestr nömrəli çıxarış alınmışdır. xx xxx 2018-ci il tarixli AN-İ ******* saylı 4Ə-835 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 adından həmin şəxslərin etibarnamə üzrə nümayəndələri Cavabdeh5 Qusar rayonu Qayakənd kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh6 MMC-nə 7850 manata satmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, KOD 30101018 JN:0063 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Qayakənd kəndində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olmuşdur. 2006-cı ildə o və ailə üzvləri həmin torpaq sahəsinin 1.42 ha hissəsini Elman adlı şəxs vasitəsi ilə İddiaçı satmışlar, bu barədə xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin alqı-satqı müqaviləsi əsasında satılan torpağa dair Raşbilin adına, qalan hissəsinə dair isə onun və ailə üzvlərinin adlarına çıxarış verilməli olmuşdur. Lakin, xeyli müddət həmin çıxarışlar alınmamışdır. O, 2018-ci ildə torpaqların alqı-satqısı ilə məşğul olan Cavabdeh5 özünün və ailə üzvlərinin adından etibarnamə vermişdir ki, yuxarıda qeyd etdiyi, Raşbilə satdıqdan sonra onlara qalmış torpaq sahəsinə dair adlarına çıxarış alsın. Lakin, o, torpaq sahəsinin satılması ilə bağlı etibarnamə verməmişdir. Sonradan ona və ailə üzvlərinə məlum olmuşdur ki, Cavabdeh5 onun və ailə üzvlərinin adından alqı-satqı müqaviləsi bağlayaraq Raşbilə satdıqları 1.42 ha torpaq sahəsini də Cavabdeh6 MMC-nə satmışdır. Halbuki, onların belə bir niyyətləri olmamış və torpaq sahəsinə görə Cavabdeh6 MMC tərəfindən ona və ailə üzvlərinə heç bir pul vəsaiti ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, o, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. Hazırkı işlə bağlı keçmiş “BAKFEM” şirkətinin (indiki Cavabdeh6 MMC) hüquqşünası olan Ramin adlı şəxs ona zəng edərək Cavabdeh2 və ailə üzvlərinə məxsus 1.42 ha torpaq sahəsinin şirkətə satıldığını və həmin torpaq sahəsinin şirkətin adına, qalan hissənin isə Cavabdeh2 və ailə üzvlərinin adlarına rəsmiləşdirilməsini demiş, daha sonra torpaq sahəsinə dair dövlət aktını ona göndərmişdir. Bundan sonra Cavabdeh2 və ailə üzvləri onun adına etibarnamə vermiş və o, alqı-satqı əməliyyatlarını həyata keçirmişdir. O, həmin vaxt torpaq sahəsinə dair Forma-1 arayışı alarkən heç bir hüqüqi maneə ilə rastlaşmamış və buna görə də, notariat qaydasında alqı-satqı müqaviləsini bağlamaqla, Cavabdeh2 və ailə üzvlərinin adından 1,42 ha torpaq sahəsini Cavabdeh6 MMC-nə satmışdır. Həmin əməliyyatları həyata keçirmək üçün həmin MMC tərəfindən ona 7850 manat məbləğində pul göndərilmiş, o, alqı-satqı əməliyyatları üçün zəruri olan xərcləri çıxdıqdan sonra qalan pulu MMC-nə geri qaytarmışdır. Lakin, MMC tərəfindən ona satıcılara hər hansı məbləğdə pul verilməsi bildirilməmiş, o, Cavabdeh2 və ailə üzvlərinə torpağa görə heç bir məbləğdə pul verməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, onun Cavabdeh2 və ailə üzvlərinin adından Cavabdeh6 MMC-yə satdığı 1.42 ha torpaq sahəsi həmin şəxslər tərəfindən 2006-cı ildə İddiaçı satılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. 2006-cı ildə Cavabdeh2 ona bildirmişdir ki, özünün və ailə üzvlərinin mülkiyyətində olan 2,49 ha torpaq sahəsinin 1,42 ha hissəsini satmaq istəyir. İddiaçı isə həmin torpaq sahəsini almaq istədiyini bildirmiuş və həmin torpaq sahəsi onun vasitəçiliyi ilə Raşbilə satılmışdır. Həmin vaxt Eldar və onun ailə üzvləri notariat kontoruna gəlmişlər və alqı-satqı müqaviləsini imzalamışlar. Həmin vaxtdan uzun müddət keçdiyinə görə torpaq sahəsinin hansı qiymətə satılması yadında qalmamışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Qusar rayonu Qayakənd kəndi ərazisində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Balabəyova (Məmmədova) Şamama Eldar qızının adlarına qeydiyyata alınmaqla JN-00xx xxx 30101018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin şəxslər həmin torpaq sahəsinin 1.42 ha hissəsini xx xxxx 2006-cı il tarixli 4Ə-4-727 reyestr nömrəli notarial qaydada təsdiqlənən alqı-satqı müqaviləsinə əsasən 4260 manata iddiaçı İfraimov Raşbil Yovoviçə satmışlar. Bununla da, İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını əldə etmiş və həmin vaxtdan indiyədək torpaq sahəsindən istifadə edir. Lakin, sonradan Cavabdeh2 və ailə üzvlərinin adından verilmiş etibarnamə əsasında Cavabdeh5 tərəfindən həmin torpaq sahəsi yenidən həmin dövlət aktı əsasında Cavabdeh6 MMC-nə satılmaqla bu barədə xx xxx 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi bağlansa da, torpaq sahəsinin mülkiyyətçilərinə torpağın dəyəri ödənilməmiş və ümumiyyətlə həmin müqavilənin bağlanmasından həmin şəxslərin xəbərləri olmamış, alqısatqıda həmin şəxslər şəxsən iştirak etməmişlər. Bununla da, həmin alqı-satqı müqaviləsi bağlanarkən həm İddiaçı həmin torpaq sahəsi üzərində əldə etmiş olduğu sahiblik və istifadə hüquqları pozulmuş, həm də alqı-satqı əqdi faktiki olaraq torpaq sahəsinin mülkiyyətçiləri olmuş şəxslərin-yəni Cavabdeh2 və ailə üzvlərinin iradə ifadəsini əks etdirməmiş, məzmununa görə qüsurlu olmuşdur. Belə olan halda, həmin alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlanmış və ona görə də, özlüyündə etibarsız əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məsəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məsəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məsəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddia ərizəsinin təmin olunması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və onun ailə üzvlərinin adından etibarnamə əsasında iştirak edən Cavabdeh5 ilə Cavabdeh6 MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli AN-İ ******* saylı 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi İddiaçı əmlak hüquqlarını pozduğundan, həmçinin müqavilə üzrə satıcıların iradə ifadəsini əks etdirmədiyindən və bununla da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh6 MMC-nin nümayəndəsi N.M.Qazıyeva apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh6 MMC-nin nümayəndəsi N.M.Qazıyevanın verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)-801/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar