Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1124/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh Allahverdiyev Rauf Musa oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, iddiaçının vəkili Vəkil, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-5/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə iddiaçının əri X13 etibarnamə əsasında ** DL *** (sonrakı nömrəsi ** DR ***) dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı, Yaguar S türe markalı (mühərrik 557059359, ban - SAJAA02D18FN82153) avtomaşını xx.xx.2019-cu ildə 16000 manata cavabdehə satmış və cavabdeh həmin maşına görə X9 ilkin olaraq 2000 manat ödəmiş və aralarında olan razılaşmaya görə o, X9 hər ay 300 manat da ödəməli idi.
2. X3 məxsus Jaquar markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh adına keçərək ** DR *** dövlət qeydiyyat nişanı almışdır. xx.xx.2022-ci il tarixdə isə alğı-satqı müqaviləsinə əsasən X5 adına keçmişdir.
3. X13 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 755 № ilə qeyd edilmişdir.
4. xx.xx.2020-ci ildə vəfat etmiş X6 arvadı - İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2021-ci il tarixdə 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etmişdir və o, X6 varisidir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərnişdir ki, iddiaçının həyat yoldaşı X13 15 dekabr 2020-ci ildə vəfat etmişdir. Cavabdeh onun tanışı olmuş və iddiaçının mərhum həyat yoldaşı bu şəxslə nisyə alver edərək onların birgə nikah dövründə əldə etdikləri və etibarnamə əsasında həyat yoldaşına məxsus olmuş ** DL *** (sonrakı nömrəsi ** DR ***) dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı, Yaguar S türe markalı mühərrik 557059359, ban - SAJAA02D18FN82153 olan ağ mirvari rəngdə olan avtomaşını xx.xx.2019-cu ildə 16000 (on altı min) manata cavabdehə satmış və cavabdeh həmin maşına görə iddiaçının həyat yoldaşına ilkin olaraq 2000 (iki min) manat ödəmiş və aralarında olan razılaşmaya görə o, həyat yoldaşına hər ay 300 manat da ödəməli idi. Cavabdeh bir müddət həmin ödənişləri etsə də, sonradan ödəniş etməmiş və nəticədə onun bu maşına görə 8000 (səkkiz min) manat məbləğində borcu qalmışdır. Onu da qeyd edir ki, cavabdeh bu maşını iddiaçının mərhum həyat yoldaşından alan kimi dərhal öz adına keçirmiş və maşının əvvəlki nömrəsini də dəyişmişdir. Cavabdeh mərhum həyat yoldaşına qeyd edilən şərtlər əsasında həmin maşını alması barədə iltizam və qəbz vermiş, hətta həyat yoldaşının başına bir iş gələrsə, qalan pulu onun ailə üzvlərinə verəcəyi barədə də öhdəlik götürmüşdür. Lakin cavabdeh həmin öhdəliyə əməl etməmişdir.
7. Bundan başqa cavabdehlə X12 arasında 24 yanvar 2020-ci ildə "xxxx" MMC-dəki payın alğı-satqısı barədə müqavilə bağlanmış və həmin vaxt cavabdeh K.Məmmədovun həmin müəssisədəki payını almış və həmin müəssisə sahibinə verdiyi 5000 (beş min) manat vəsaiti iddiaçının həyat yoldaşından alaraq vermiş və bu barədə həyat yoldaşına qəbz verərək 5000 manat məbləğində pulun həyat yoldaşı tərəfindən verildiyini etiraf etmişdir. Lakin pulun iddiaçının həyat yoldaşı tərəfindən verilməsinə baxmayaraq, müəssisə cavabdehin adına rəsmiləşdirilmiş və cavabdeh həmin vəsaiti də qaytarmamışdır. Ümumilikdə cavabdehin həm maşına, həm də müəssisədəki payın alınmasına görə borcu 13000 (on üç min) manat təşkil etmiş, dəfələrlə həmin pulu iddiaçı və oğlu ondan istəsə də, o, hər dəfə bir bəhanə gətirməklə pulu onlara verməmişdir.
8. İddiaçı mərhum A.Rüstəmovun 1-ci növbə qanun üzrə vərəsəsidir, Azərbaycan Respublikası ƏN-nin 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış və o, mərhumun hüquqi varisi kimi tanınmışdır.
9. Bundan başqa cavabdehə verilmiş həmin pul və onun iddiaçının həyat yoldaşından aldığı, öz adına rəsmiləşdirdiyi avtomaşın onların birgə nikah dövründə birgə vəsaitləri hesabına alınmışdır, onların birgə əmlakları hesab olunur. Cavabdeh yazdığı çoxsaylı iltizam və qəbzlərdə iddiaçının həyat yoldaşının başına bir iş gələcəyi təqdirdə həmin pulları onlara (onun ailə üzvlərinə) verəcəyini də öhdəsinə götürmüş, lakin göründüyü kimi o, bu öhdəliyə əməl etməmişdir.
10. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-5/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia təmin edilərək, Cavabdeh 13000 (on üç min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh çoxsaylı qəbzlərində X9 borclu olduğunu etiraf etmiş, lakin həmin pul məbləğlərinin X9 qaytarılması barədə mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 386-cı maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80,106, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsi heç bir araşdırma aparmadan fikirlərini nəzərə almadan, şahidlərin məhkəmədə dindirilməsinə şərait yaratmadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. X1 ** DL *** dövlət nişanlı “Yaquar S” avtomaşını 2000 manat əvvəlcədən ödəməklə hər ay 300 manat ödəmək şərti ilə 16000 manata almışdır. Sonra maşını Humay adlı şəxsə satmışdır. Bundan sonra iddiaçının oğlu ona bildirmişdir ki, onlara çatası pulu Humay adlı şəxsdən özləri alacaqlar. Humay adlı şəxs də hər ay həmin məbləğləri ödəmişdir. Buna dair kifayət qədər sübutları var. İddiaçının oğlu ilə səs yazıları mövcuddur. Apellyasiya məhkəməsində X10 şahid kimi təqdim edə bilər. Həmin epoizod üzrə iddiaçılara 8000 manat yox, 4500 manat borc qalıb. İkinci epizod üzrə yəni 5000 manatın alınması hissəsində isə ümumiyyətlə iddianı qəbul etmir. Belə ki, həmin məbləği ümumiyyətlə almamışdır. Müəssisədəki payını başqa şəxsə yəni, X7 verib, ona etibar etmədiyi üçün qəbzi imzalamışdır. Müəssisədəki payını da həmin şəxs onun özünə qaytarır. Yəni, həmin hissədə heç bir mübahisə yoxdur. Sadəcə iddiaçı hüquqdan sui-istifadə edərək əsassız varlanmaq niyyətinə düşüb. Bu epizod üzrə də iddiaçı ilə arasında səs yazısı mövcuddur ki, onu məhkəməyə təqdim edəcək.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçının əri X13 ona məxsus olmuş ** DL *** (sonrakı nömrəsi ** DR ***) dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı, Yaguar S türe markalı (mühərrik 557059359, ban - SAJAA02D18FN82153) avtomaşını xx.xx.2019cu ildə 16000 manata cavabdehə nisyə satmış və cavabdeh həmin maşına görə X9 ilkin olaraq 2000 manat ödəmiş və aralarında olan razılaşmaya görə o, X9 hər ay 300 manat da ödəməli idi.
23. İddia tələbinin avtomobilin satılmasına görə ödənilmədən qalmış 8000 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh avtomobilə görə 4500 manat pul vəsaitinin ödənilmədən qaldığını göstərsə də, məhkəməyə həmin halı təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir.
24. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
26. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
27. İddia tələbinin müəssisədəki payın alğı-satqısına görə 5000 manat pulun ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan X12 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müəssisədəki payın alğı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı X12 "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 10 (on) manat olmaqla X8 məxsus 100 % pay hissəsini Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə qəbul etməyi öhdəsinə götürür. Satıcı müəssidəki payı 10 (on) manata satdı, alıcı isə həmin qiymətə aldı.
28. İşdə olan (səh.14) cavabdeh tərəfindən yazılmış qəbzdə qeyd edilmişdir ki, “"xxxx" MMC-ni X16 Kamildən 5000 manata aldı. Buna baxmayaraq bizim dostluğumuza görə mənim adıma alğı-satqı etmişdir. Bütün bunlara baxmayaraq mən, Cavabdeh Musa oğlu bildirirəm ki, adı gedən "xxxx" MMC-nin pulunu Arzu verdiyi üçün firmanın sahibi Füzuli rayonu, Horadiz kəndində qeydiyyat olan X9 məxsusdur.”
29. İddiaçı isə ərizəsində cavabdehlə X12 arasında 24 yanvar 2020-ci ildə "xxxx" MMC-dəki payın alğı-satqısı barədə müqavilə bağlanmasına və cavabdehin həmin müəssisə sahibinə verdiyi 5000 (beş min) manat vəsaitin onun həyat yoldaşından alaraq verildiyinə və yuxarıda qeyd olunan qəbzə istinad edərək, onun xeyrinə 5000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir.
30. Kollegiya qeyd edir ki, qəbzdən müəyyən olunur ki, Cavabdeh X6 qarşısında 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişdir. X13 "xxxx" MMC-dəki paya görə Kamil Məmmədova 5000 manat vermiş, həmin paya hüququnu isə cavabdehin adına rəsmiləşdirmişdir.
31. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Hazırkı iş üzrə cavabdehlə iddiaçının əri arasında isə qeyd edilən məzmunda münasibətlər olmamışdır, iddiaçının əri müəssisədəki payın alğı-satqısına görə Kamil Məmmədova pul vermiş, cavabdehin isə üzərinə buna görə hər hansı vəzifə qoymamışdır.
32. Apellyasiya şikayətində və məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, müəssisədəki payın dəyərini X13 ödədiyindən, həmin paya dair hər hansı tələbi yoxdur və onu iddiaçıya qaytarmağa hazırdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, 5000 manat pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçının əri arasında hər hansı öhdəlik münasibəti olmadığından, həmin məbləğ MMC-dəki payın dəyəri olaraq ödənildiyindən, iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətini bu hissədə əsaslı hesab edir.
34. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
35. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-5/2023 nömrəli qətnaməsi qismən - 5000 (beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-5/2023 nömrəli qətnaməsi qismən - 5000 (beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə - 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.