Məhkəmə qərarları › İş №2(105)-1125/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1125/2024

21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1125/2024 21.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərı̇ qaz” İ̇stehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun mübahisələndirilməsi, sübutetmə yükü) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Abbasov Əlvahı̇ d Xanmurad oğlunun cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(067)-443/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq Azəriqaz İB Xaçmaz RQİİ-nin xidmət sahəsinin işçiləri tərəfindən fərdi həyətyanı evinin qaz xəttinə quraşdırılan ZENNER G 4T markalı qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli qüsur barədə tərtib olunmuş akt onun təqsiri üzündən əmələ gəlmədiyinə görə ləğv olunması və təyin olunmuş cərimənin silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinə bayır tərəfdən qaz xəttinə zavod nömrəli ZENNER G4T mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə həmin sayğac Xaçmaz Qaz xidməti tərəfindən akt tərtib olunub xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz istehsalat birliyinin qaz sayğacının yoxlanılması barədə ******* nömrəli aktına əsasən zavod nömrəli **********1, Zenner markalı qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq tərtib olunmuş akta əsasən “X7 Dair Tələbnamədə” X7 əsas olaraq qaz sayğacının nominal qaz sərfi 43 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. Hesablama nəticəsində cəmi 34560 kub metr sərfiyyat göstərilmiş və əmələ gəlmiş borcun tərəfindən ödənilməsi tələb edilmişdir. Dəymiş ziyanın bərpası əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə tərtib edilmiş “qazdan istifadə qaydaların"ın 1.3 bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqaviləsinin 2.4-cü bəndinin (istehlakçının təqsirli hərəkətləri) (hərəkətsizliyi, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qazın bərpa edilməsi göstərilmişdir. Hesab edir ki, bu qanunsuz və əsasızdır. Belə ki, həmin sayğacdan kənar qaz istifadə edilməsi onun tərəfindən olmamış, məsələ ortaya çıxdıqda və ona cərimə təyin olunduqdan sonra yaşadığı ünvana quraşdırılmış qaz sayğacına müdaxilə olunmasından xəbərdar olmuşdur. Məlum məsələ ilə bağlı maraqlanıb öyrəndikdə müdaxilənin evində kirayədə yaşayan X6 tərəfindən olunması aşkar olunmuş, N.Tağıyev özü də könüllü şəkildə qaz sayğacına müdaxilə etməsini etiraf etmişdir. Buna baxmayaraq qaz sayğacına olunmuş müdaxilə onun adına hesablanaraq barəsində akt tərtib olunaraq yaşadığı ünvana gələn təbii qazın istifadəsi dayandırılmışdır. Ona görə də hesab edir ki, əməkdaşlar tərəfindən onun adına tərtib edilmiş xx.xx.2023-cü İİ tarixli, ******* nömrəli qüsur aktı ləğv olunmalıdır.

3. Cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinin nümayəndələri Nümayəndə1 və X2 tərəfindən iddia ərizəsinə qarşı eyni məzmunlu yazılı etirazlar daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətinə, qaz sayğacına və qaz işlədici cihazlarına 06 mart 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl, qaz xəttinin dəmir dayağının içərisindən üfüqi istiqamətdə xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin tərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2023-cü il tarixli ******* saylı akt təitib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq abonent üçün 34560 m3 və ya hər kubmetr qaz üçün 12 qəpik hesabı ilə 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Sayğacdan kənar qanunsuz qaz xətti aşkar olunan zaman İddiaçı və ya onun ailə üzvlərindən heç kim qapını açmamış, qaz idarəsinin işçilərini həyətə buraxmamışlar. Həmin vaxt İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmişdir, lakin o, qanunsuz yolla təbii qazdan onun deyil, evində qalan kirayəşinin istifadə etdiyini qeyd etmişdir. Belə ki, iddia ərizəsində İddiaçı kirayəşin X6 tərəfindən qanunsuz xətlə təbii qazdan istifadə edildiyini, bu işdə onun günahının olmadığını bildirir. Lakin İddiaçı bilməlidir ki, onun evində və ona verilmiş abonent kodunda istifadə olunan təbii qazın dəyərinin ödənilməsi məhz İddiaçı öhdəliyidir. Buna görə də evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmalı və onun tərəfindən ödənilməldir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, ’’Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təlimata uyğun olaraq 4m3 x 24 saat x 360 gün 34560 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4147,20 manat edir. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xəttlə təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda abonentin sayğacdan kənar qazdan istifadə etdiyi aşkar olunmuşdur.

6. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 1 ədəd disk “HP” markalı kompüterdə nümayiş etdirilərkən iddiaçının evinə kənar xətt çəkməklə təbii qazdan istifadə etməsi halı müəyyən olunmuşdur.

7. Abonentin saldosundan görünür ki, Vahid Abbasova məxsus abonent hesabına akta görə 4147,20 manat cərimə hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(067)-443/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8, 2.7, 2.8, 3.1.5, 3.1.7, 4.4, 4.8, 4.9, 2.1.10 və 2.1.11-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 1097 və 1108.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.2, 14.2, 217.4, 88, 216-220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı Abbasov Əlvahı̇ d Xanmurad oğlu apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(067)-443/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Onun tərəfindən məhkəməyə təqdim olunan sübutlar qiymətləndirilməmişdir. Bildirir ki, iş materiallarından da göründüyü kimi cavabdeh əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə ona aparılan hesabat da düzgün aparılmamışdır. Hallar bunlardan ibarətdir: Yeni qanunvericilkdə olan dəyişikliyə əsasən hesabat mövsümə uyqun olaraq 3 ay müddətinə aparılmalıdır; Hər ay bildiriş verilərkən sayğaca baxılmadılıdır ki, qeyri qanuni qoşulma var ya yox. Ümumiyyətlə əsaslı şəkildə bir ildə 2 dəfədən az olmayaraq qaz xəttlərinə baxış keçirilməlidir. Lakin məhkəmə tərəfindən bu halların heç biri nəzərə alınmamışdır. Ünvana yazılan hesaba Cavabdeh İB tərəfindən akt əsasında itirdikləri qazın bərpası üçün yazılmalıdır. Lakin Cavabdeh İB ona tam qanunsuz bir miqdarda bu məbləği hesablamış və məhkəmə buna qiymət verməmişdir. Bundan əlavə hesabat onun ünvanının Saldosunda olan keçmiş aylıq sərfiyyata uyğun yazılmalıdır. O isə Saldodan göründüyü kimi ayda orta hesabla cəmi 30 və 40 manat təbii qazdan istifadə edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, abonentin qaz xəttlərinə, qaz sayğacına, qaz işlədici cihazlarına 06 mart 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin istehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə "Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında" həmin vaxt xx.xx.2023-cü il tarixli ******* saylt akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı üçün 34560 m3 və ya hər kübmetr qaz üçün 12 qəpik hesabı ilə 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar, qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf edirdi, lakin o, itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı idi. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbausan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, "Qazdan qanunsuz istifadə halları nətisəsində dəymiş zərərin hesablanması üzrə təlimat"-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığın və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nətisəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibtdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması, İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3 x 24 saat x Z60 gün = 34560 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4147.20 manat edir. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xəttlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndina əsasən Qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nətisəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-4431/2024 saylı Qətnaməsindən İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə verdiyi Apellyasiya şikayəti Apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, o, sayğacdan kənar qaz istifadə edilməsi məsələsini mübahisələndirmir, müdaxilə onun tərəfindən yox, evində yaşayan kirayəşinlər tərəfindən olunmuşdur. O, ona hesablanmış cərimənin miqdarından narazıdır.

15. İş üzrə Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iş sıxlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf birinci intstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

19. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin xidmət sahəsinin işçiləri tərəfindən fərdi həyətyanı evimin qaz xəttinə quraşdırılan ZENNER G 4T markalı qaz sayğacından kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə bağlı pozuntunun onun təqsirindən yaranmadığını iddia edərək xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və təyin olunmuş cərimənin silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Birinci intansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «abonent təbii qazdan qeyri-qanuni istifadə edir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 1 ədəd disk “HP” markalı kompüterdə nümayiş etdirilərkən iddiaçının evinə kənar xətt çəkməklə təbii qazdan istifadə etməsi halı müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının evində qaz sayğacından kənar xətt mövcud olduğundan iddia tələbi təmin oluna bilməz.

26. İddiaçı Abbasov Əlvahı̇ d Xanmurad oğlu apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(067)-443/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Kollegiya apellyasiya şikayətinin dəlliləri üzrə qiymətləndirmə apararaq, şikayəti qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə tam razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd edir:

28. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini göstərsə də əsas etibarı ilə cərimənin hesablanması qaydasını mübahisələndirmişdir.

29. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh İB dəymiş ziyan həcminin hesablanması barədə tələbnaməyə əsasən abonentə məxsus qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3 x 24 saat x Z60 gün = 34560 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təlimata uyğun olaraq abonent üçün 34560 m3 və ya hər kubmetr qaz üçün 12 qəpik hesabı ilə 4147,20 manat edir.

30. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tələbnamədə hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığı müəyyən deyildir.

31. Apellyasiya kollegiyası hesab edir ki, qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşadığı evə sayğacdan kənar qaz xəttinin qoşulması faktı təqdim edilmiş sübutlarla öz təsdiqini tapır, bu hissədə şikayətin dəlilləri əsassızdır.

33. Belə ki, iş materialları ilə həqiqətən də iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə sayğacdan kənar qoşulma faktı təsdiqini tapır, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Akt tərtib etmişdir.

34. Bundan başqa məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 1 ədəd disk “HP” markalı kompüterdə nümayiş etdirilərkən iddiaçının evinə kənar xətt çəkməklə təbii qazdan istifadə etməsi halı müəyyən olunmuşdur.

35. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (X7 dair tələbnamə və Aktla, videogörüntü ilə), o cümlədən iddiaçının özünün izahatı ilə sübut olunur.

36. Bununla yanaşı, kollegiya vurulmuş zərərin hesablanması qaydası ilə razılaşmır və hesab edir ki, vurulmuş zərərin miqdarı Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün üçün xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə (4 x 12 x 90=4320 kub.metr x 0,12 = 518,40; 4147,20-518,40=3628,80) 518,40 manat müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

38. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

39. Sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, silinməli borcun miqdarı 3628,80 manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Abbasov Əlvahı̇ d Xanmurad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(067)-443/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçı Abbasov Əlvahı̇ d Xanmurad oğluna (abonent kodu-**********0000) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 3628,80 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar