Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-113/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, onun nümayəndə və vəkili X28, Cavabdeh5 nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Sumqayıt Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(060)-8215/2018 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 və digərlərinə qarşı torpaq sahələrinə dair müqavilələrin etibarsız hesab edilməsi və torpaq sahələrinin boşaldılaraq sərəncamına verilməsi barədə iddiası rədd edilmişdir (sədrlik edən hakim İ.M.Mahmudov). Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(105)-1315/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.20.2019-cu il tarixli, 2(102)-6524/2019 saylı Qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(105)1315/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 ona miras qalmış Sumqayıt şəhəri, Novxanı bağlar (Qurd dərəsi) massivində yerləşən torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə bağlanmış 24.04.1995-ci il tarixli, 2764 saylı, Cavabdeh4 ilə bağlanmış 28.12.2005-ci il tarixli, 3495 saylı, Cavabdeh5 ilə bağlanmış 05.03.1993-cü il tarixli, 12821 saylı müqavilələrin etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılaraq onun sərəncamına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSES İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iş üzrə bir çox qaranlıq məsələlərə aydınlıq gətirməmiş, onun təqdim etdiyi sübutlar aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə doğuran bağ sahəsi atası X6 Sumqayıt kərpic zavodunda işləyən zaman verilmişdir. Həmin vaxt zavodun 10 nəfər işçisinə Sumqayıt şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin 11 iyun 1965-ci il tarixli, 12 saylı protokoluna əsasən torpaq sahəsi ayrılmışdır. Həmin ərazi Novxanı bağlar sahəsində yerləşməklə bağ evi tikmək üçün 0,25 ha torpaq sahəsindən ibarətdir, orada atası tərəfindən taxta materialdan ev inşa edilmiş və cavabdehlərin müdaxiləsinə qədər həmin evdən və bağ sahəsindən istifadə etmişlər. Ancaq 2014-cü ildə onlara məlum olmuşdur ki, atasına məxsus olan bağ sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən zəbt edilmişdir. Cavabdehlər bələdiyyə ilə cinayət əlaqəsinə girməklə adlarına saxta sənəd düzəltmişlər. Halbuki bələdiyyənin hazırki mübahisəli bağ sahəsi barədə sərəncam verməsi barədə heç bir səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kolleg\iyasının iclasında iddiaçının nümayəndə və vəkili X28 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, valideynlərinin 50 ildir ki, Novxanı Bağlar massivi (Qurd dərəsi) ərazisində torpaq sahələri vardır. 1990-cı ildə isə əlavə torpaq sahəsi almışır. Aldıqları torpaq sahəsi, torpaqdan imtina edən şəxsin imtinasından sonra əldə edilmişdir. İddiaçını tanımırlar. Qonşular iddiaçıya deyiblər ki, onların bu ərazidə torpağı olub, onlar da atasına müraciet etmişlər. Atası da onlara əgər buna dair hər hansı sənədləri varsa təqdim etmələrini bildirmişdir. Lakin həmin torpaq sahəsinə dair iddiaçı tərəfin heç bir sənədi mövcud deyildir. İstifadələrində olan torpaq sahəsini Çingiz adlı şəxsdən alıblar. Sonradan məlum olmuşdur ki, iddiaçının Çingizlə əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndə və vəkili X4 aredlyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir Məhkəmə kollegiyasının iclasında cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X29 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iş materiallarında olan sənədlərdən, o cümlədən Sumqayıt şəhər Arxiv İdarəsinin arayışıdan görünür ki, iddiaçının mərhum atası X6 ayrıldığını iddia etdiyi bağ torpaq sahəsi “Novxanı” bağları ərazisində yerləşdiyi halda, cavabdehlərə məxsus mübahisələndirilən bağ torpaq sahələri “Saray” bağları ərazisində yerləşir. Eyni zamanda birinci instansiya məhkəməsinə Bələdiyyə tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, mübahisələndirilən “Saray” bağları ərazisində yerləşən 3943 və B-3943 saylı bağ torpaq sahələri əvvəllər sahəsi 0,18 ha olan vahid bağ torpaq sahəsi şəklində X17 icarəsində olmuş, o, vəfat etdikdən sonra həmin bağ torpaq sahəsi keçmiş Bağ Təsərrüfatı İdarəsi ilə bağlanılmış 26 fevral 1990-cı il tarixli, 7237 saylı torpaq icarə müqaviləsi əsasında mərhumun həyat yoldaşı X3 icarəsinə verilmişdir. Sonuncu da öz növbəsində ailə üzvləri ilə birlikdə 1995-ci ilin aprel ayında keçmiş Bağ Təsərrüfatı İdarəsinə notarial qaydada təsdiqlənmiş ərizələrlə müraciət edərək qeyd olunan bağ torpaq sahəsindən imtina etdiklərini bildirmiş və bağ sahəsinin qohumları Cavabdeh2 və Cavabdeh3 adlarına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin imtina ərizələri də nəzərə alınaraq adı çəkilən bağ torpaq sahəsi keçmiş Bağ Təsərrüfatı İdarəsi tərəfindən geri alınmış, hər birinin sahəsi 0,09 ha olmaqla iki yerə ayrılaraq 1995-ci ilin aprel ayında müvafiq icarə müqavilələri əsasında Cavabdeh2 və Cavabdeh3 istifadəsinə verilmişdir. Mübahisələndirilən "Saray” bağları ərazisində yerləşən 3945 və B- 3945 saylı digər bağ torpaq sahələrinin də iddiaçının mərhum atası X6 hər hansı aidiyyəti yoxdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Saray” bağları ərazisində yerləşən sahəsi 0,10 ha olan B-3945 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Bağ sahələrinin verilməsi üzrə komissiyasının 14.08.1991-ci il tarixli qərarı və keçmiş Bağ Təsərrüfatı İdarəsi ilə bağlanılmış 05.03.1993cü il tarixli, 12821 saylı torpaq icarə müqaviləsi əsasında Cavabdeh5, “Saray” bağları ərazisində yerləşən sahəsi 0,10 ba olan 3945 saylı bağ torpaq sahəsi isə Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Bağ sahələrinin verilməsi üzrə komissiyasının 14.08.1991-ci il tarixli qərarı və keçmiş Bağ Təsərrüfatı idarəsi ilə bağlanılmış 05.03.1993-cü il tarixli, 12820 saylı torpaq icarə müqaviləsi əsasında X13 istifadəsinə verilmişdir. X23 vəfat etdikdən sonra isə “Saray” bağları ərazisində yerləşən sahəsi 0,10 ha olan 3945 saylı bağ torpaq sahəsinə dair X13 həyat yoldaşı Cavabdeh4 ilə Sumqayıt Bələdiyyəsi arasında 28 dekabr 2005-ci il tarixli, 3945 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sumqayıt Bələdiyyəsinin Bağ Təsərrüfatı Şöbəsi tərəfindən tərtib edilmiş digər müqavilələr isə torpaq icarəçilərinin müraciəti əsasında hazırlanmış keçmiş Bağ Təsərrüfatı idarəsi ilə bağlanılmış müqavilələrin yalnız dublikatları olaraq hər hansı hüquqi mahiyyət daşımırlar. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi bağ torpaq sahələrinin heç birinin onun mərhum atası X6 aidiyyəti yoxdur. İddiaçı bağ torpaq sahəsinin yerini tanımadığı və X7 “Novxanı” bağları ərazisində 0,25 ha torpaq sahəsi ayrıldığı halda, “Saray” bağları ərazisində yerləşən toplam sahələri 0,38 ha olan dörd bağ sahəsinə iddia edərək əsassız tələblər irəli sürmüşdür. İddiaçı1 iddia tələbi əsassız olmaqla onun məhkəmə qətnaməsindən verdiyi apelyasiya şikayətinin də hüquqi əsası mövcud deyildir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 3-cü şəxs Azərbaycan Re.spublikası ƏMDK Yanında DƏDRX Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdehlər və nümayəndələr məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 76 saylı, 28.07.2015-ci il tarixli Arxiv çıxarışından görünür ki, 11 iyun 1965-ci ildə bağ evinin tikintisi məqsədi ilə X18 12 saylı Protokol əsasında Novxanı bağlar sahəsində 0.25 ha bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 26 sentyabr 2012-ci ildə verilmiş AZ-İ seriyalı, 577190 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 02 avqust 1993-cü ildə kəskin ürək çatışmazlığından ölmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1471/2016 saylı, 27 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, Nurməmmədov Gülməmməd oğluna Novxanı bağlar sahəsində 0,25 ha bağ sahəsi ayrılmasına dair 11 iyun 1965-ci il tarixli, 12 saylı Protokolun ərizəçi İddiaçı1 atası X6 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10815/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, İddiaçı1 atası X8 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt “ASAN xidmət” mərkəzinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 Saylı Ərazi idarəsinə 18 oktyabr 2016-cı ildə ünvanladığı 6876 saylı məktubda göstərilmişdir ki, Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notariat kontoruna 02.08.1993-cü ildə vəfat etmiş mərhum X5 qızı İddiaçı1 müraciət etmiş və vərəsə kimi tanınmışdır. X2 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağlar massivi ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notariat kontoruna verilməsi xahiş olunmuşdur. İş materiallarında olan bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair 05 mart 1993-cü il tarixli, 12821 saylı müqavilənin surətindən görünür ki, “Saray” bağları massivində yerləşən sahəsi 0,10 ha olan 3945 saylı bağ torpaq sahəsinə dair icarə müqaviləsi Sumqayıt şəhər Bələdiyyəsi Bağlar Təsərrüfatı Şöbəsi ilə X19 arasında bağlanılmışdır. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, X19 tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinin hesabına 2002-2005-ci illər üzrə ödəniş dövrü üçün 102.000 (yüz iki min) manat, 2006-cı il üzrə ödəniş dövrü üçün 49.792 (qırx doqquz min yeddi yüz doxsan iki) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 2019 saylı texniki pasportun surətindən görünür ki, “Saray” bağları massivində yerləşən sahəsi 0,10 ha olan 3945 saylı bağ torpaq sahəsinin Cavabdeh5 verilməsini təsdiq edən sənəd 12821 saylı müqavilədir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə» dair JN-2989B seriyalı KOD 30800086 saylı şəhadətnamənin təsdiq edilmiş surətlərindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.10 ha olan B-3945 saylı bağ sahəsi Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 14.08.1991-ci il tarixli, 01 saylı qərarı və 05.03.1993-cü il tarixli, 12821 saylı icarə müqaviləsi ilə Cavabdeh5 verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Bağışlanması barədə 05.10.2018-ci il tarixli müqavilədən görünür ki, X9 istifadəsində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3943 ünvanında yerləşən 0.09 ha torpaq sahəsini Cavabdeh5 bağışlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Bağışlanması barədə 09.10.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 istifadəsində olan Sumqayıt şəhəri, Saray bağlar massivi B-3943 ünvanında yerləşən 0.09 ha torpaq sahəsini Cavabdeh5 bağışlamışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.28 ha torpaq sahəsindən ibarət 3943 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5Möhübbət oğlunun adına 16.10.2018-ci il tarixdə qeydə alınıb. İş materiallarında olan bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair 24 aprel 1995-ci il tarixli, 2764 saylı müqavilənin surətindən görünür ki, “Saray” bağları massivində yerləşən, sahəsi 0,09 ha olan 3943 saylı bağ torpaq sahəsinə dair icarə müqaviləsi Sumqayıt şəhər Bələdiyyəsi Bağlar Təsərrüfatı Şöbəsi ilə X14 arasında bağlanılmışdır. İş materiallarında olan qəbzin surətindən görünür ki, X14 tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinin hesabına 2006-cı il üzrə ödəniş dövrü üçün 49.792 (qırx doqquz min yeddi yüz doxsan iki) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 2021 saylı texniki pasportun surətindən görünür ki, “Saray” bağları massivində yerləşən, sahəsi 0,09 ha olan 3943 saylı bağ torpaq sahəsinin X10 verilməsini təsdiq edən sənəd 2764 saylı müqavilədir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.09 ha olan, B-3943 saylı bağ sahəsi Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 24.04.1995-ci il tarixli, 10 saylı qərarı və 24.04.1995-ci il tarixli, 2764 saylı icarə müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-3013B seriyalı, KOD 30800086 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.09 ha olan B-3943 saylı bağ sahəsi Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 24.04.1995-ci il tarixli, 10 saylı qərarı və 24.04.1995-ci il tarixli 2746 saylı icarə müqaviləsi ilə Cavabdeh2 verilmişdir. İş materiallarında olan bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair 21 aprel 1995-ci il tarixli, 2763 saylı müqavilənin surətindən görünür ki, “Saray” bağları massivində yerləşən sahəsi 0,09 ha olan, 3943 saylı bağ torpaq sahəsinə dair icarə müqaviləsi Sumqayıt şəhər Bələdiyyəsi Bağlar Təsərrüfatı Şöbəsi ilə X11 arasında bağlanılmışdır. İş materiallarında olan 2022 saylı texniki pasportun surətindən görünür ki, “Saray” bağları massivində yerləşən, sahəsi 0,09 ha olan, 3943 saylı bağ torpaq sahəsinin Cavabdeh3 verilməsini təsdiq edən sənəd 2763 saylı müqavilədir. İş materaillarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2990B seriyalı, KOD 30800086 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.09 ha olan 3943 saylı bağ sahəsi Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 24.04.1993-ci il tarixli, 10 saylı qərarı və 21.04.1995-ci il tarixli, 2763 saylı icarə müqaviləsi ilə Cavabdeh3 verilmişdir. İş materillarına əlavə olunmuş bağ sahəsinin qısa müddətli icarəyə verilməsinə dair 28 dekabr 2005-ci il tarixli, 3945 saylı müqavilədən görünür ki, “Saray” bağları massivində yerləşən sahəsi 0,10 ha olan, 3945 saylı bağ torpaq sahəsinə dair icarə müqaviləsi Sumqayıt şəhər Bələdiyyəsi Bağlar Təsərrüfatı Şöbəsi ilə Cavabdeh4 arasında bağlanılmışdır. İş materillarına əlavə olunmuş 2020 saylı texniki pasportun surətindən görünür ki, “Saray” bağları massivində yerləşən sahəsi 0,10 ha olan, 3945 saylı bağ torpaq sahəsinin Cavabdeh4 verilməsini təsdiq edən sənəd 12820 saylı müqavilədir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2996B seriyalı, KOD 30800086 saylı şəhadətnamənin təsdiq edilmiş surətlərindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.10 ha olan 3945 saylı bağ sahəsi Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 24.08.1991-ci il tarixli, 01 saylı qərarı və 28.12.2005-ci il tarixli, 3945 saylı icarə müqaviləsi ilə Cavabdeh4 verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.09 ha olan 3943 saylı bağ sahəsi Sumqayıt şəhər XDS-nin 24.04.1993-cü il tarixli, 10 saylı qərarı və 21.04.1995-ci il tarixli, 2763 saylı icarə müqaviləsi ilə Cavabdeh3 mülkiyyətinə, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0.10 ha olan, 3945 saylı bağ sahəsi Sumqayıt şəhər İK-nin BT məsələləri üzrə komissiyasının 14.08.1991-ci il tarixli, 01 saylı qərarı və 28.12.2005-ci il tarixli, 3945 saylı icarə müqaviləsi ilə Cavabdeh4 verilmişdir. İş materiallarına əlavə olunmuş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.10 ha torpaq sahəsindən ibarət 3945 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına 01.10.2018-ci il tarixdə qeydə alınıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasəqn kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Müəyyən edilmişdir ki, kassasiya instansiyası məhkəməsi öz qərarında iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini, sərhədlərini, ölçüsünü və sair parametrlərini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirilməsini, cavabdehlərin istifadəsində olan torpaq sahələrinin ünvanlarına aydınlıq gətirilməsini, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının tələblərinə əsasən baxılmış 2(060)-1471/2016 saylı və 2(060)-10815/2016 saylı mülki işləri, o cümlədən iddiaçının müraciətinə əsasən notariat orqanında açılmış vərəsəlik işini tələb edib onlara baxış keçirilməsini, iddiaçının iddia etdiyi torpaq sahəsinin Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində, cavabdehlərə məxsus torpaq sahələrinin isə Sumqayıt şəhəri “Saray” bağlar massivində yerləşməsi və həmin torpaq sahələrinin üstüstə düşməməsini araşdırıdlmasının zəruriliyini qeyd etmişdir. Qeyd ediləndlərə əsasən məhkəmə kollegiyası tərəfindən 2(060)-1471/2016 saylı və 2(060)-10815/2016 saylı mülki işlər tələb edilərək müayinə edilmişdir Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1471/2016 saylı, 27.04.2016-cı il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı1 Gülməmməd qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, «X26»na Novxanı bağlar sahəsində 0,25 ha bağ sahəsi ayrılmasına dair 11 iyun 1965-ci il tarixli, 12 saylı protokolun ərizəçi İddiaçı1 atası X6 məxsus olması faktı müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10815/2016 saylı, 15.08.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı1 Sumqayıt Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 atası X2 miras qalmış Novxanı bağlar massivində olan mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Sumqayıt «Asan Xidmət» mərkəzinin notariusunun AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 18 oktyabr 2016-cı il tarixli məktubun surətindən görünür ki, 02.08.1993-cü ildə vəfat etmiş mərhum Nurməmmədov Güləhməd oğlunun qızı İddiaçı1 vərəsə kimi tanınmışdır. G.M.Nurməmmədovdan miras qalmış Sumqayıt şəhəri, Novxanı Bağlar massivi ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi xahiş olunur. Kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən iş üzrə keçirilmiş 10/1132 saylı, 06 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, "xxxx" MMC-nin, Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən məhkəmə tərəfindən təqdim edilmiş sənədlər toplusunda Sumqayıt şəhəri İcraiyyə komitəsinin 12 saylı qərarı ilə iddiaçının atası X6 Novxanı bağları massivində (Qurd dərəsi) ayrılmış 0.25 ha torpaq sahəsinin texniki kadastr sənədləri, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və sxemi olmadığından sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Sumqayıt Bələdiyyəsi tərəfindən cavabdehlərə müqavilə əsasında verilmiş “Saray” bağları ərazisində yerləşən 3945 və B-3945, 3943 və B-3943 saylı torpaq sahələrinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən çıxarışlar və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış sorğu əsasında təqdim olunmuş torpaq sahəsinin plan və ölçülərində göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən torpaq sahələrinin sərhədləri müəyyən olundu. Mütəxəssis rəyinə əsasən məhkəmə tərəfindən təqdim edilmiş sənədlər toplusunda Sumqayıt şəhəri İcraiyyə komitəsinin 12 saylı qərarı ilə iddiaçının atası X6 Novxanı bağları massivində (Qurd dərəsi) ayrılmış 0.25 ha torpaq sahəsinin texniki kadastr sənədləri, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və sxemi olmadığından sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 0.25 ha torpaq sahəsinin, Sumqayıt Bələdiyyəsi tərəfindən cavabdehlərə müqavilə əsasında verilmiş “Saray” bağları ərazisində yerləşən 3945 və B-3945, 3943 və B-3943 saylı torpaq sahələrinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlarla üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri İcraiyyə komitəsinin 12 saylı qərarı ilə iddiaçının atası X6 Novxanı bağları massivində (Qurd dərəsi) ayrılmış 0.25 ha torpaq sahəsinin texniki kadastr sənədləri, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və sxemi təqdim olunmadığından 3-cü suala dair tədqiqat aparılmadı. Qeyd edilən ekspert rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi müəyyən olunmur. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən daxil olmuş 12.03.2021-ci il tarixli məktubdan görünür ki, Nurməmmədov Güləhməd Məmməd oğlunun adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Sumqayıt Bələdiyyəsinin məhkəmə kollegiyasının sorğusuna daxil olmuş 08.07.2021-ci il tarixli məktubundan görünür ki, 3943 və 3945 saylı bağlar Saray bağları ərazisinə aiddir. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən məhkəmə kollegiyasına daxil olmuş 17.07.2021 və 26.07.2021-ci il tarixli məktublardan görünür ki, Sumqayıt Şəhər Soveti İcraiyyə Komitəsinin 11 iyun 1965-ci il tarixli, 12 saylı protokolu ilə Sumqayıt şəhərində yerləşən kəraic zavodunun işçiləri üçün ayrılmış torpaq sahəsinin ayrılma əsası olmuş sənədlər, ərazinin xəritəsi, sahənin konkret hansı işçi üçün ayrılması, işçilərə ayrılmaya dair verilmiş sənədlər barədə idarədə hər hansı bir məlumat yoxdur. Saray bağlarının və Novxanı bağlarının dəqiq sərhədləri barədə məlumat yoxdur. Sumqayıt şəhəri, bağlar massivində yerdləşən 3943 və 3945 saylı bağ sahələrinin şqeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərdə ünvanları Saray bağları ərazisi kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir kti, iddiaçı öz iddiasını və apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir, onun iddiası iş materialları ilə təkzib olunur. Müəyyən edilmişdir ki, iddiaçının mərhum atasına torpaq sahəsi Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində ayrılmışdır. Cavabdehlərə məxsus torpaq sahələri isə Sumqayıt şəhəri “Saray” bağlar massivində yerləşir. İddiaçı tərəfindən tələb etdiyi torpaq sahəsinin məhz cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. AR Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həimin Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə müəyyən edtilmişdir ki, mübahisəli torpaq sahələrinin məhz iddiaçının atasına ayrılmış torpaq sahələri olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir. Onun adına iddia edilən 0,25 ha torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. Göstərilənlərin əksinə cavabdehlərin hazırda sahiblik etdikləri mübahisəli torpaq sahələrinə dair hüquqları dövlət qeydiyyatına aldıraraq müvafiq çıxarış əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Mülki iş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı1 tutularaq Az MEM VÖEN **********, AZ 34CTREE ********************, X16, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22. Büdcə Təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3 nömrəli hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-113/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-113/2021
11.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver