Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1130/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-13/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-13/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətova) İddiaçı Cavabdeh qarşı ağacın kəsilməsi, toyuq damının sökülməsi, əmlaka edilən qəsdlərə son qoyulması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı ddia ilə məhkəməyə müraciət edərək ona məxsus evin arxasında Cavabdeh həyətində əkilmiş əncir ağacının çıxarılması, evinin arxa divarına birləşik tikilmiş toyuq damının sökülməsi və cavabdeh tərəfindən əmlakına edilən qəsdlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, A.M.Şərifzadə küçəsindəki 55 saylı evdə yaşayır. Onun evinin arxasında Cavabdeh evi və həyəti yerləşir. Qonşusu Cavabdeh həyətində əkdiyi əncir ağacı ilə evinin divarı arasında 50 sm məsafə vardır. Hazırda həmin ağac böyümüş, budaqları evinin üstünə çıxmışdır. Evinin arxasındakı su novları həmin əncir ağacının yarpaqları ilə dolmuş, əncir ağacının kökləri evinin divarını dağıtmışdır. Cavabdeh ona məxsus evin divarının bir hissəsində toyuq damı tikmişdir. Dəfələrlə əncir ağacını evinin bünövrəsindən və toyuq hinini isə divardan uzaqlaşdırmasını tələb etməsinin heç bir nəticəsi olmamışdır. Onun evinə bitişik tikilmiş toyuq damı sökülməli, əncir ağacı da çıxarılaraq evin bünövrəsindən kənarlaşdırılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir.Belə ki, məhkəmə qətnaməsi belə təəssürat yaradır ki, guya o, yaşadığı evi 2015-ci ildə əldə etmişdir və ona tövsiyyə olunur ki, evin bu vəziyyətdə olduğunu bilmirdisə, müqaviləni ləğv etdirib pulunu geri almalı idi. Məhkəmə bu işlə tam tanış deyildir. O, evi 1974-cü ildə almış, ev öz adına olmuşdur. Bir neçə il əvvəl evi oğluna bağışlamışdır. Oğlu vəfat edəndən sonra yenə də ev onun adına qeydiyyata alınmışdır. O, 46 ildir bu evdə yaşayır. Cavabdeh ilə də heç vaxt yaxın qonşuluq münasibəti olmamışdır və cavabdehin öz həyətində nə işlər görməsindən xəbərsiz olmuşdur. 2019-cu ilin fevralında baş verən zəlzələdən sonra evinə gəlib baxanlar ona evin arxasında olan əncir ağacı, su çəninin onun evini pis hala saldığını demişdilər. Bundan sonra o, maraqlanıb qonşusunun həyətinə keçəndə evinin bünövrəsindən yarım metr aralı əncir ağacı olduğunu, budaqlarının evinin üstünə çıxıb su novlarını doldurduğunu, evin üstünün suyunun su novlarından çıxıb evin dibinə töküldüyünü görmüşdür. Cavabdeh su çəninin nəzarət borusunun axını onun evinin bünövrəsinə doğrudur, toyuq hininin divarı onun evinin arxasıdır. Qonşunun həyətində əlavə su kranı qoyulub və suyu onun evinin bünövrəsinə axır. O, Cavabdeh artıq suları su boruları vasitəsilə küçəyə çıxararaq, kanalizasiya xəttinə qoşmasını bildirmişdir. Lakin cavabdeh həyətin özünün olduğunu, suyu hara axıdacağını da özü bildiyini deyir. Məhkəmə qətnaməsində guya onun evi əldə edəndə elə bu vəziyyətdə olduğu göstərilmişdir. Hətta mütəxəssis də onun evinin zirzəmisinə girib vəziyyəti öz gözləri ilə görmüş, lakin nə yazdığı ona məlum deyildir. Cavabdeh həyətindən gələn sular zirzəminin içərisinə keçir, lakin nə rəy verildiyini bilmir. Cavabdeh ona münasibətdə birgəyaşayış qaydalarını pozur və əmlakına qəsd edən hərəkətlərə son qoymaq istəmir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbil edilməsini xahiş etdi. xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, A.M.Şərifzadə küçəsindəki 55 saylı ev hər birinin payı ¼ hissə olmaqla İddiaçı, X6, X3 və İddiaçı Tərlanovnanın adlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx xxxx 2019-cu il tarixli, 7161 saylı rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında cavabdehin həyəti tərəfindən hər hansı yenidənqurma (tikinti, söküntü, qazıntı və s.,) işlərinin aparılması müəyyən edilməmişdir. Həyətyanı sahədə hər hansı ağacın əkilib-əkilmədiyinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən, eləcə də həmin ağacın yaşayış evinin dayanıqlığına hər hansı təsir göstərməsinin müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinəaid olmadığından, bu suallar üzrə tədqiqat aparılmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının evinin və cavabdehin toyuq damının arxa divarları iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divara (ortaq divar) birləşik tikilmişdir. Cavabdehin həyətində əncir ağacı əkilmişdir. İddiaçı iddia tələbini əncir ağacının ortaq divardan 50 sm aralıda əkilməsi, budaqlarının evinin üstünə çıxması, köklərinin evinin divarlarını dağıtması, yarpaqlarının novuna tökülməsi, toyuq damının evinin arxa divarına birləşik tikilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərinə tənqidi yanaşaraq bu dəlillərin iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlmişdir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehin həyətindəki əncir ağacı ortaq divardan 50 sm aralıda əkilmişdir və köklərinin iddiaçının evinin divarlarını dağıtması halı təsdiq edilməmişdir. Eyni zamanda əncir ağacının ortaq divardan 50 sm aralıda əkilməsi və ağacın yarpaqlarının iddiaçının novuna tökülməsi, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratma və ya hüququnu əhəmiyyətli dərəcədə pozmasi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus toyuq damının arxa divarı ortaq divara birləşik tikildiyi kimi, iddiaçıya məxsus evin də arxa divarı ortaq divara birləşik tikilmişdir. Azərbaycan Respublikası MM-nin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın rədd edilməsi iddiaçının, mülkiyyətinə ziyan vurmaları halında, çıxıntılı budaqların və uzanan köklərin onun həyətinə keçən hissələrini kəsib özündə saxlamaq hüququnu istisna etmir. Belə ki, Azərbaycan Respublikası MM-nin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-13/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1130/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1130/2020
10.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver