Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1133/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, vahid daşınmaz əşya) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X25 (sədrlik edən və məruzəçi), X26 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-256/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Payın mülkiyyətə verilməsinə dair JN 309F, Kod 30317018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə Quba rayonu Qəçreş kəndində 0.08 ha torpaq sahəsi İddiaçı, X4, X12, X9, X10 verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********36-10301 reyestr nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi İddiaçı, X5, X2, X15, X6 ümumi birgə mülkiyyətində, fərdi yaşayış evi isə tam payla İddiaçı xüsusi mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə onun xüsusi mülkiyyətində olan Quba rayon Qəçrəş kəndində yerləşən evdən istifadə hüquqlarına xitam verilməli və cavabdehə məxsus əşyalar evdən çıxarılması və əşyaların yerləşdirildiyi otaq boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 oktyabr 1994-cü ildə onun oğlu X16 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, aralarındakı nikah Quba rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə oğlu X11 toy mərasimi Quba rayonu, Qəçrəş kəndində baş tutsa da, onun eləcə də oğlunun daimi yaşayış yeri Bakı şəhəri olduğundan, toydan bir neçə gün sonra daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Özünə məxsus bütün əşyaları da Bakı şəhərində yaşadığı evdə olmuşdur. 1994-cü ildən 1998-ci ilədək birgə Bakı şəhərində yaşasa da, 1999-ci ildə özlərinə məxsus evi və əşyaları sataraq, daimi yaşamaq üçün Niderland Krallığına getmişlər. 1999-cu ildən hal-hazırkı vaxtadək cavabdeh Ərəbova X8 Krallığında yaşayır. İldə bir dəfə yalnız tətil vaxtında bir neçə gün müddətində 30 gündən artıq olmamaq şərti ilə Azərbaycan Respublikasına gəlir. Cavabdeh oğlu X16 ilə birgə nikahından olan uşaqları Niderland Krallığında oxuyur, orada işləyir və onların daimi yaşama üçün Azərbaycan Respublikasına qayıtmaq ehtimalı belə yoxdur. Birgə nikahlarından olan uşaqları X17 da Niderland Krallığında doğulmuş və Niderland Krallığının vətəndaşıdır. Heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamış və heç vaxt Azərbaycan Respublikasında yaşamamışdır. 20 ilə yaxın müddətdə birgə yaşadıqdan sonra Cavabdeh ilə oğlu X13 münasibətləri pozulmuş, hər ikisinin nümayəndəsinin iştirakı ilə Quba rayon Məhkəməsində boşanma prosesi keçirilmişdir. Bundan sonra, cavabdeh Ərəbova (Əlirzayeva) Humay Osmanpaşa qızı guya Azərbaycanda yaşamaq üçün yaşayış yerinin olmamasını, azyaşlı qızı ilə guya aciz vəziyyətdə qaldığından, keçmiş qayınatası olan onun atasından miras qalmış Quba rayon Qəçrəş kəndində yerləşən yaşayış üçün yararsız olan evə köçürülməsi barədə iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh Əlirzayeva (Ərəbova) Humay Osmanpaşa qızı 1999-cu ildən halhazrıkı vaxtadək daimi olaraq Niderland Krallığında yaşayır və orada oğlu tərəfindən ona 5 otaqlı, hər bir əşya ilə təmin edilmiş ev vermiş və hal-hazırda cavabdeh həmin evdə yaşayır. Quba rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(027)-3681/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və X14 qarşı evə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 cavabdehlər İddiaçı və X14 qarşı evə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək, iddia Quba rayon Qəçrəş kəndində yerləşən İddiaçı məxsus evdən istifadə hüququ tanınmaqla onun azyaşlı qızı X17 ilə birlikdə həmin evə köçürülməsi hissəsində təmin edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(102)-6742/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(102)-6742/2018 saylı qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ümumiyyətlə Azərbaycanda yaşamayan, ildə bir neçə gün istirahət məqsədi ilə Azərbaycan Respublikasına gələn cavabdehin bir neçə əşyasını ona məxsus evin bir otağına yerləşdirməklə, sanki X2 azyaşlı qızı X17 ilə birlikdə ona məxsus Quba rayon Qəçrəş kəndində yerləşən evə köçürülməsini təmin etmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, məhkəmə qətnaməsi ilə köçürülməsi təmin edilmiş X7 ildə bir dəfə sadəcə 10-15 gün olmaqla istirahət məqsədi ilə Azərbaycan Respublikasına gəlir və ümumiyyətlə bir gün olsa belə, ona məxsus evin bir otağında yaşamamışdır. Həmin evin fotoşəkillərini də məhkəməyə təqdim edərək, evin yaşamaq üçün yararsız vəziyyətdə olmasını məhkəmənin diqqətinə çatdırmaq istəyir. Ev onun atası tərəfindən 1935-ci ildə inşa edildiyindən, evdə nə mətbəx, nə sanitar qovşaq yoxdur. Evin birinci mərtəbəsi onun atasının sağlığında heyvan saxlamaq üçün tövlə kimi istifadə edilmiş, hal-hazırda qəzalı vəziyyətdədir. Evin çöl divarlarında da çatlar yaranmış, evin çökmə təhlükəsi vardır. İş materiallarına əlavə edilmiş vəsiqələrdən və Azərbaycan Respublikasının X3 tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, X1 Krallığının vətəndaşıdır. Cavabdeh isə əvvəllər xaricdə daimi yaşayan azərbaycanlı statusuna malik olsa da, 2023-cü ildən Niderland Krallığının vətəndaşıdır. O, xx.xx.1941-ci il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasında, özünə məxsus Quba rayon Qəçrəş kəndində yerləşən mübahisələndirilən evdə yaşayır. Yaşadığı ev atasından miras qalmış ev olduğundan, halhazırda yararsız vəziyyətə düşmüşdür. Yaşayış üçün normal şəraiti belə yoxdur. Cavabdehin bir neçə əşyasının ona məxsus evin bir otağına yerləşdirərək, qapısını bağlı saxlaması səbəbindən, mülkiyyətində olan evdə təmir-tikinti işləri apara bilmir. Evin birinci mərtəbəsinin dayaqları olan konstruksiyalar çürümüş və evin 2-ci mərtəbəsinin çökmə təhlükəsi vardır. Lakin o, mülkiyyətində olan evi sökərək yenidən inşa etdirə, və ya təmir tikinti işləri apara bilmir. Cavabdehin bir neçə əşyasının yerləşdirildiyi otağın qapısı məhkəmə qətnaməsi icra olunduğu vaxtdan bağlıdır. Onun isə həmin otağa daxil olaraq orada təmir işləri apara bilmir. Otaq illərlə təxminən 6-7 ildir qapısı və pəncərəsi bağlı qaldığından, siçan yuvasına çevrilmişdir. Bunun isə nəticəsində onun mülkiyyət hüquqları pozulur. Xüsusi mülkiyyətində olan evdən istədiyi kimi istifadə edə və barəsində sərəncam verə bilmir. Cavabdeh Quba rayon Qəçrəş kəndində yerləşən ona məxsus evdən isifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya verilməklə xitam verilməsi və özü isə Azərbaycan Respublikasında yaşamadığından, ona məxsus əşyaların evdən çıxarılma hissəsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, Cavabdeh onun ailə üzvü olmadığından, cavabdehə təklif etdiyi 8000 (səkkiz min) məbləğində kompensasiya məhkəmə tərəfindən ədalətli və ağlabatan hesab edilməlidir. Çünki bu məbləğ Cavabdeh mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
5. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
6. Qeyd oluna hüquq normasının tələblərinə əsasən iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onun xüsusi mülkiyyətində olan Quba rayon Qəçrəş kəndində yerləşən evdən istifadə hüquqlarına xitam verilməli və cavabdehə məxsus əşyalar evdən çıxarılması və əşyaların yerləşdirildiyi otaq boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-256/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən evə olan istifadə hüququna 10000 (on min) manat konpensasiya ödənilməklə xitam verilsin və Cavabdeh məxsus əşyalar evdən çıxarılsın və əşyaların yerləşdirildiyi otaq boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Aydın Babayev).
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcələsinin 123- cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarınlarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-256/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi məhkəməyə mübahisələndirilən yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyi təqdim etmişdir. Lakin rəyə əlavə olunmuş guya mübahisələndirilən yaşayış evinin şəkilləri evin faktiki vəziyyətini əks etdirmirdi. Həmin şəkillər həyətdəki yararsız yardımçı tikililərin şəkilləri idi və rəyə bu şəkilləri əlavə etməklə mütəxəssis və iddiaçı məhkəməni aldatmağa cəhd edirdilər. Məhkəməyə mübahisələndirilən yaşayış evinin və onun istifadəsində olan otağın fotoşəkillərini təqdim etmişdir. Bu fotoşəkillərdən məlum olmuşdur ki, ev təmirlidir və mütəxəssis rəyində göstərilənlər həqiqətə uyğun deyil. Həmçinin mütəxəssis rəyində yaşayış evinin bir otağında kirayə haqqının 150 manat təşkil etməsinin göstərilməsi də düzgün deyildi. Birincisi, rəydə 150 manat kirayə haqqının hansı dövr üçün, yəni aylıq, illik və ya günlük olması göstərilmirdi. İkincisi, Qəçrəş kəndi bütün respublikada məşhur olan istirahət zonasıdır və hamı bilir ki, burada daşınmaz əmlakın qiyməti bahadır. Üçüncüsü, mövsüm vaxtı, yəni may ayından oktyabr ayına qədər, həmçinin başqa dövrlərdə istirahət və bayram günlərində Qəçrəş kəndində bir otağın kirayə haqqı 1 gündə 100-150 manat olur.
11. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən mütəxəssislər də qiymətləndirmə üzrə rəy vermək üçün səlahiyyətli orqanlardan ayrıca şəhadətnamə almalıdırlar. Lakin Quba Rayon Məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyini vermiş Davud Sultanovun belə bir şəhadətnaməsi yox idi və onun verdiyi mütəxəssis rəyi məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilməzdi.
12. Göstərilənlərlə əlaqədar, iş üzrə mübahisələndirilən yaşayış evinin qiymətinin, həmçinin evin kirayə qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə qiymətləndirmə ekspertizasının təyin olunması barədə vəsatətlə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzin eksperti Amid Əliyev 10 aprel 2025-ci il tarixində mübahisə obyektinə yerində baxış keçirmişdir. Amid Əliyev məhkəmə tərəfindən qoyulmuş birinci suala cavab verərək, bildirmişdir ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ərazilərdə həmin fərdi yaşayış evinə anoloji olan hər hansı fərdi yaşayış evinin satışına dair məlumat olmadığına görə tədqiq olunan fərdi yaşayış evinin bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Lakin bildirir ki, Qəçrəş kəndində evlərin satışı və kirayəsi ilə əlaqədar internetdə saysız-hesabsız elanlar vardır (onlardan ikisini apellyasiya şikayətinə əlavə edir). Qərardaddakı ikinci suala da ekspert rəyində eyni məzmunlu cavab verilmişdir. Lakin ən maraqlısı budur ki, bu sualı yerində baxış keçirmiş ekspert Amid Əliyev yox, digər ekspert Vüsalə Şıxəliyeva cavablandırmışdır. X31 yerində baxışda iştirak etməmişdir, o, necə rəy verə bilər?
13. Hakim onun vəsatətini müzakirəsiz qoymuş və cavabdehin ədalətli məhkəmə araşdırması və məhkəmə müdafiəsi hüquqlarını pozaraq, tez-tələsik qətnamə çıxarmışdır. Qətnamə çıxarılarkən hakim iddiaçının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə əsaslanmışdır. Lakin bildirir ki, yuxarıda göstərdiyi səbəblərdən həmin mütəxəssis rəyini vermiş mütəxəssisin belə bir səlahiyyəti yoxdur və həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilməzdi. Bütün göstərilənlərin nəzərə alınaraq, apellyasiya instansiyası məhkəməsindən iş üzrə qiymətləndirmə üzrə müstəqil mütəxəssis rəyinin alınması üçün qərardad qəbul olunmasını xahiş edir. Qərardad qəbul olunduğu təqdirdə mütəxəssis qarşısında aşağıdakı sualların qoyulmasını xahiş edir: 1. İddiaçı mülkiyyətində olan, Quba rayonu, Qəçrəş kəndində yerləşən yaşayış evinin real bazar qiyməti nə qədərdir? 2. Göstərilən evdə cavabdehin istifadə etdiyi otağın və ümumi istifadə sahələrinin real bazar qiyməti nə qədərdir? 3. Göstərilən evdə cavabdehin istifadə etdiyi otağın və ümumi istifadə sahələrinin, mövsüm vaxtı - yəni may ayından oktyabr ayına qədər, həmçinin başqa dövrlərdə istirahətvə bayram günlərində kirayə haqqı nə qədərdir? 4. Göstərilən ərazidə bir otaqlı mənzilin real bazar qiyməti nə qədərdir?
14. Qətnamə qəbul olunarkən prosessual və maddi hüquq pozuntularına yol verilmişdir. Belə ki, qətnamənin 3-cü vərəqinin aşağıdan dördüncü abzasında göstərilir: “Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir”. Lakin qətnamənin “Qət etdi” hissəsində isə hakim iddianın tam təmin edildiyini göstərir. Quba Rayon Məhkəməsi işə baxarkən sübutları tam araşdırmamış və nəticə etibarı ilə həmin sübutları düzgün qiymətləndirməmişdir. Bu isə mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyət kəsb edən amillərdən biridir. Qətnamədən məlumdur ki, hakim iş materialları ilə tam tanış olmamışdır. Belə ki, qətnamənin 4-cü vərəqinin yuxarıdan dördüncü abzasında göstərilir: “Mübahisə predmetini təşkil edən ev təmirsiz vəziyyətdədir”.
15. Göstərilənlə əlaqədar bildirir ki, onun istifadəsində olan otaq tam təmirlidir, o bu otağı təzə təmir etdirmiş və bunu təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir və həmin şəkillər məhkəmə işinin materiallarındadır. Hakimin yazdığı qətnamə ziddiyyətlidir. Belə ki, hakim qətnamənin 5-ci vərəqinin yuxarıdan ikinci abzasında “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsaslanır və göstərir: “... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”.
16. Hakim özü qətnaməsində kompensasiyanın başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməli olmasını göstərir, ancaq 10.000 manata haradan heç olmasa bir otaqlı mənzil ala bilər, bunu göstərmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-256/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 oktyabr 1994-cü ildə iddiaçının oğlu X16 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, aralarındakı nikah Quba rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə oğlu X11 toy mərasimi Quba rayonu, Qəçrəş kəndində baş tutsa da, onun eləcə də oğlunun daimi yaşayış yeri Bakı şəhəri olduğundan, toydan bir neçə gün sonra daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Özünə məxsus bütün əşyaları da Bakı şəhərində yaşadığı evdə olmuşdur. 1994-cü ildən 1998-ci ilədək birgə Bakı şəhərində yaşasa da, 1999-ci ildə özlərinə məxsus evi və əşyaları sataraq, daimi yaşamaq üçün Niderland Krallığına getmişlər. 1999-cu ildən hal-hazırkı vaxtadək cavabdeh Ərəbova X8 Krallığında yaşayır və 2024-cü ildə artıq Niderland Krallığının vətəndaşlığını qəbul etmişdir. Bununla bağlı, cavabdeh məhkəməyə hər hansı sənəd təqdim etməmiş, iddiaçı isə Cavabdeh Niderland Krallığının vətəndaşlığını qəbul etməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, müraciətə mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdeh ildə bir dəfə yalnız tətil vaxtında bir neçə gün müddətində 30 gündən artıq olmamaq şərti ilə Azərbaycan Respublikasına gəlir. Cavabdeh oğlu X16 ilə birgə nikahından olan uşaqları Niderland Krallığında oxuyur, orada işləyir və onların daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmaq ehtimalı belə yoxdur. Birgə nikahlarından olan uşaqları X17 da Niderland Krallığında doğulmuş və Niderland Krallığının vətəndaşıdır. Heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamış və heç vaxt Azərbaycan Respublikasında yaşamamışdır. 20 ilə yaxın müddətdə birgə yaşadıqdan sonra Cavabdeh ilə oğlu X13 münasibətləri pozulmuş, hər ikisinin nümayəndəsinin iştirakı ilə Quba rayon Məhkəməsində boşanma prosesi keçirilmişdir. Bundan sonra, cavabdeh Ərəbov (Əlirzayeva) Humay Osmanpaşa qızı guya Azərbaycanda yaşamaq üçün yaşayış yerinin olmamasını, azyaşlı qızı ilə guya aciz vəziyyətdə qaldığından, keçmiş qaynatası olan onun atasından miras qalmış Quba rayon Qəçrəş kəndində yerləşən yaşayış üçün yararsız olan evə köçürülməsi barədə iddia tələbi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh Əlirzayeva (Ərəbova) Humay Osmanpaşa qızı 1999-cu ildən hal-hazrıkı vaxtadək daimi olaraq Niderland Krallığında yaşayır və orada oğlu tərəfindən ona 5 otaqlı, hər bir əşya ilə təmin edilmiş ev vermiş və hal-hazırda cavabdeh həmin evdə yaşayır. Quba Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(027)-3681/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və X14 qarşı evə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 cavabdehlər İddiaçı və X14 qarşı evə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək, iddia Quba rayon Qəçrəş kəndində yerləşən İddiaçı məxsus evdən istifadə hüququ tanınmaqla onun azyaşlı qızı X17 ilə birlikdə həmin evə köçürülməsi hissəsində təmin edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(102)-6742/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(102)-6742/2018 saylı qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ümumiyyətlə Azərbaycanda yaşamayan, ildə bir neçə gün istirahət məqsədi ilə Azərbaycan Respublikasına gələn cavabdehin bir neçə əşyasını ona məxsus evin bir otağına yerləşdirməklə, sanki X2 azyaşlı qızı X17 ilə birlikdə ona məxsus Quba rayon Qəçrəş kəndində yerləşən evə köçürülməsini təmin etmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, məhkəmə qətnaməsi ilə köçürülməsi təmin edilmiş X7 ildə bir dəfə sadəcə 10-15 gün olmaqla istirahət məqsədi ilə Azərbaycan Respublikasına gəlir və ümumiyyətlə bir gün olsa belə, ona məxsus evin bir otağında yaşamamışdır. Həmin evin fotoşəkillərini də məhkəməyə təqdim edərək, evin yaşamaq üçün yararsız vəziyyətdə olmasını məhkəmənin diqqətinə çatdırmaq istəyir. Ev onun atası tərəfindən 1935-ci ildə inşa edildiyindən, evdə nə mətbəx, nə sanitar qovşaq yoxdur. Evin birinci mərtəbəsi onun atasının sağlığında heyvan saxlamaq üçün tövlə kimi istifadə edilmiş, hal-hazırda qəzalı vəziyyətdədir. Evin çöl divarlarında da çatlar yaranmış, evin çökmə təhlükəsi vardır. Bunu iş materiallarında olan fotoşəkillər və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Quba rayon Məhkəməsində işə baxılan zaman guya iş materiallarında olan fotoşəkillərin əslində evin real vəziyyətini əks etdirmədiyini, guya evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə aid olduğunu bildirsə də, evin tamamilə bütün otaqlarını əhatə edən videogörüntüsü və fotoçəkilləri Quba rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin iştirakı ilə tədqiq edilmişdir. Bundan başqa, 10 aprel 2025-ci il tarixdə məhkəmə-tikinti texniki ekspertizasının icra edilməsi ilə əlaqədar, ekspert iddiaçıya məxsus evə baxış keçirən zaman cavabdehin nümayəndəsi və vəkili baxışda şəxsən iştirak etmiş və həmin həyətyanı sahədə hər hansı yardımçı tikilinin olmamasını, evin yaşamaq üçün yararsız vəziyyətdə olmasını, evdə nə mətbəx, nə sanitar qovşaq, nə hamam yoxdur və evdə su, qaz, elektrik enerjisi ilə belə təminatı yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətində yenə də evin həyətyanı sahəsində yardımçı tikilinin olmasını, evin isə yaşamaq üçün yararsız vəziyyətdə olması barədə həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrdən və Azə Azərbaycan Respublikasının X3 tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, X1 Krallığının vətəndaşıdır. Cavabdeh isə əvvəllər xaricdə daimi yaşayan azərbaycanlı statusuna malik olsa da, 2024- cü ildən Niderland Krallığının vətəndaşıdır. İddiaçı xx.xx.1941-ci il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasında, özünə məxsus Quba rayon Qəçrəş kəndində yerləşən mübahisələndirilən evdə yaşayır. Yaşadığı ev atasından miras qalmış ev olduğundan, hal-hazırda yararsız vəziyyətə düşmüşdür. Yaşayış üçün normal şəraiti belə yoxdur. Cavabdehin bir neçə əşyasının ona məxsus evin bir otağına yerləşdirərək, qapısını bağlı saxlaması səbəbindən, mülkiyyətində olan evdə təmir-tikinti işləri apara bilmir, qazla, elektrik enerjisi ilə təmin edə bilmir. Evin birinci mərtəbəsinin dayaqları olan konstruksiyalar çürümüş və evin 2-ci mərtəbəsinin çökmə təhlükəsi vardır. Lakin o, mülkiyyətində olan evi sökərək yenidən inşa etdirə, və ya təmir tikinti işləri apara bilmir. Cavabdehin bir neçə əşyasının yerləşdirildiyi otağın qapısı məhkəmə qətnaməsi icra olunduğu vaxtdan bağlıdır. Onun isə həmin otağa daxil olaraq orada təmir işləri apara bilmir. Otaq illərlə təxminən 6-7 ildir qapısı və pəncərəsi bağlı qaldığından, siçan yuvasına çevrilmişdir. Bunun isə nəticəsində onun mülkiyyət hüquqları pozulur. Xüsusi mülkiyyətində olan evdən istədiyi kimi istifadə edə və barəsində sərəncam verə bilmir. Cavabdeh Quba rayon Qəçrəş kəndində yerləşən ona məxsus evdən isifadə hüququna 10000 ( on min) manat kompensasiya verilməklə xitam verilməsi və özü isə Azərbaycan Respublikasınd yaşamadığından, ona məxsus əşyaların evdən çıxarılma hissəsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına daşərait yaratmışdır. Bununla yanaşı, Cavabdeh onun ailə üzvü olmadığından, cavabdehə təklif etdiyim 10000 (on min) məbləğində kompensasiya məhkəmə tərəfindən ədalətli və ağlabatan hesab edilməlidir. Çünki bu məbləğ Cavabdeh mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
25. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
26. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-256/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.
44. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh 1994-cü ildə iddiaçının oğlu X16 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, aralarındakı nikah pozulmuşdur. İddiaya görə cavabdeh 1999-cu ildən hal-hazırkı vaxtadək daimi olaraq Niderland Krallığında yaşayır.
45. Birinci instansiya məhkəməsi Cavabdeh Quba rayonu, Qəçrəş kəndində yerləşən evə olan istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehə məxsus əşyaların evdən çıxarılması, əşyaların yerləşdirildiyi otağın boşaldılması və iddiaçıya təhvil verilməsinə dair qənaətinə gəlmişdir.
46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiy nəticəsi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********36-10301 reyestr nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi İddiaçı, X5, X2, X15, X6 ümumi birgə mülkiyyətində, fərdi yaşayış evi isə tam payla İddiaçı xüsusi mülkiyyətindədir.
48. Göründüyü kimi, mübahisəli ev hazırkı mülki iş üzrə tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşir.
49. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
50. Həmin Məcəllənin 135.10-cu maddəsində qeyd olunmuşdur ki, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
51. Kollegiya hesab edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçının və cavabdehin ümumi birgə mülkiyyətində olduğundan, torpaqla ev isə vahid daşınmaz əmlak və mülkiyyət obyekti təşkil etdiyindən, torpağın birgə mülkiyyətçisi olan cavabdehin həmin evdən istifadə hüququ itirilə bilməz.
52. Kollegiya vurğulayır ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
53. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
54. Kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi tərəfindən işin mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmadan, Cavabdeh Quba rayonu, Qəçrəş kəndində yerləşən evə olan istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehə məxsus əşyaların evdən çıxarılması, əşyaların yerləşdirildiyi otağın boşaldılması və iddiaçıya təhvil verilməsi tələblərinə dair iddia təmin edilmişdir.
55. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).
56. Lakin işə baxan Quba Rayon Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, qətnaməni qəbul edərkən, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
58. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 256/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-256/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.