Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-114/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı1 hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(060)-4909/2018 saylı qətnaməsindən İddiaçı1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı1 Cavabdeh1 qarşı cavabdehin adına verilmiş 18.06.2016-cı il tarixli ********** qeydiyyatın ləğv olunması və mülkiyyət hüququnun itirilməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2(105)1932/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(102)-6923/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2(105)1932/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 08.06.2016-cı il tarixdə Cavabdeh1 Corat qəsəbəsi, 549 saylı evin ½ hissəsinə aparılmış ********** qeydiyyatın ləğv edilməsi və cavabdehin həmin hissəyə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 549 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi iş üzrə tərəflərin ataları Novruzov Əliyulla Ağarəhim oğlu olmuşdur. Onun ölümündən sonra Sumqayıt şəhəri 5 saylı Dövlət Notariat Kontorunun 2 V-68 reyestr nömrəli, 25.11.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi (torpaq sahəsinin istisna olmaqla) paylı mülkiyyət hüququ üzrə hər birinə payı ½ hissə olmaqla bölünmüşdür. Həmin hüquqlara dair Sumqayıt Texniki İnventar Bürosu tərəfindən 519 inventar nömrəli, 25.11.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi və onun torpaq sahəsi faktiki aralarında bölünmüşdür. Təqribən 2004 -2005-ci illərdə Cavabdeh1 özünə məxsus olan evi və torpaq sahəsini X2 atasına Sultanov Qurbana satmışdır. Həmin dövrdə torpaq sahəsinin sənədi olmadığından alqı-satqı müqaviləsini bağlamaq mümkün ollmamışdır. Sultanov Qurban Cavabdeh1 məxsus olan evi sökərək torpaq sahəsində başqa bir ev tikmişdir. Sonradan torpaq sahəsini atasının adına sənədləşdirmişlər. 0,1341 ha torpaq sahəsinin üzərində mərhum atası Novruzov Əliyulla Ağarəhim oğlunun mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Sumqayıt şəhəri 5 saylı Dövlət Notariat Kontorunun 2 V1/09 reyestr nömrəli 18.01.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1341 ha torpaq sahəsi barədə mülkiyyət hüququ üzrə hər birinin payı ½ hissə olmaqla cavabdehin və onun mülkiyyətinə verilmişdir. Bununla əlaqədar 15.02.2012-ci il tarixli çıxarış verilmişdir. Çıxarış ********** reyestr nömrəsi ilə Azərbayçan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi və onun üzərində ev mütənasib qaydada aralarında bölünmüşdür. Torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar 2015-ci ildə paylı mülkiyyətinə bölünməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən 0.1341 ha torpaq sahəsi payları ½ olsa da, evin bölünməsi baxımından onun payına 596 kv.m, cavabdehin payına isə 745 kv.m torpaq sahəsi düşmüşdür. Cavabdeh öz torpaq sahəsini dərhal, yəni 26.12.2015-ci il tarixdə 3 saylı Dövlət Notariat Kontorunda 4Ə547 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. X2 hüquqları 29.12.2015-ci il tarixdə qeydiyyatda kecmişdir. Faktiki olaraq, torpaq sahəsi və ev aralarında bölünmüş və cavabdeh öz torpaq sahəsinin onun üzərində olan ev ilə birlikdə satmışdır. 08.06.2016-cçi il tarixdə Cavabdeh1 əvvəllər tanınmış hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və ona yenidən 08.06.2016-ci il tarixdə çıxarış verilmişdir. Çıxarışdan görünür ki, dövlət mülkiyyətində olan və torpaq sahəsinin üzərində yerləşən Sumqayıt şəhəri, Corat qəsəbəsi 549 saylı yaşayış evinin ½ hissəsi Cavabdeh1 məxsusdur. Cavabdeh1 özünə məxsus olan torpaq sahəsini və üzərindəki evi artıq satmışdır. Yeni mülkiyyətçi həmin evi sökmüş və yerində təzə ev tikmişdir. Cavabdehə məxsus olan hissə sökülərkən, ev bütöv olduğundan ona aid olan hissə də sökülmüşdür. Lakin o sonradan sökülmüş evin yerində təzə ev tikmişdir. Hal hazırda həmin həyətdə iki yaşayış evi mövcuddur. Onlardan biri təmsil etdiyi şəxsin mülkiyyətində, ikinçisi isə X2 mülkiyyətindədir. Cavabdeh1 artıq 15 ilə yaxındır ki, həmin ərazini tərk edərək Xızı rayonu, Şurabad qəsəbəsində yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 09 oktyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7, apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan 15.02.2012-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ******* saylı kserosurətindən görünür ki, Sumqayıt şəhəri, Çorat qəsəbəsi, 549 yerləşən 0,1341 ha torpaq sahəsinin ½ hissə İddiaçı1 və ½ hissə Cavabdeh1 adına 47 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş ******* saylı surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 549 Yeni qaydalarla AZ 502, Corat qəsəbəsi, Xədicə Məmmədova kücəsi,45 yerləşən 0,0596 ha torpaq sahəsi İddiaçı1 adına 130 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ******* saylı surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 549 yerləşən 0,0154 ha torpaq sahəsində yerləşən fərdi yaşayış eviin ½ hissə İddiaçı1 və ½ hissə Cavabdeh1 adına 26 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 13.10.2016-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 549 ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi istisna olmaqla) mülkiyyət hüququ üzrə Novruzov Əliyulla Ağarəhim oğlunun adına dövlət qeydiyyatına alınmış və Sumqayıt Texniki İnventar Bürosu tərəfindən 519 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhəri 5 saylı Dövlət Notariat Kontorunun 2V-68 reyestr nömrəli, 25.11.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi (torpaq sahəsi istisna olmaqla) paylı mülkiyyət hüququ üzrə hər birinə payı ½ hissə olmaqla İddiaçı1 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və Sumqayıt Texniki İnventar Bürosu tərəfindən 519 inventar nömrəli, 25.11.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinə (torpaq sahəsi istisna olmaqla) dair Cavabdeh1 07 iyun 2016-ci ildə əvvəllər tanınmış hüququn qeydiyyata alınması ilə bağlı müraciəti əsasında ********** qeydiyyat nömrəli, 07 iyun 2016-ci il tarixli Dövlət reyestrindən cıxarış verilmişdir. Fərdi yaşayış evinə (torpaq sahəsi istisna olmaqla) dair İddiaçı1 22 iyun 2016-ci ildə əvvəllər tanınmış hüququn qeydiyyata alınması ilə bağlı müraciəti əsasında ********** qeydiyyat nömrəli, 22 iyun 2016-ci il tarixli Dövlət reyestrindən cıxarış verilmişdir. Torpaq sahəsi ilə bağlı bildirilir ki, DTXK-nin Sumqayıt şəhər şöbəsinin verdiyi 4926 nömrəli 13 dekabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü və Dövlət Arxivinin Sumqayıt filialının 788 nömrəli, 25.07.2008-ci il tarixli arxiv çıxarışı əsasında dövlət reyestrindən Sumqayıt şəhəri, Corat qəsəbəsi 549 ünvanında 0,1341 ha torpaq sahəsi üzərində mərhum Novruzov Əliyulla Ağarəhim oğlunun mülkiyyət hüquqları rəsmiləşdirilməsi barədə «Müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydi alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə» **********78 nömrəli, 14 yanvar 2012-ci il tarixli arayışı (F37) verilmişdir. Sumqayıt şəhəri 5 saylı Dövlət Notariat Kontorunun 2V1/09 reyestr nömrəli, 18.01.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1341 ha torpaq sahəsi barədə paylı mülkiyyət hüququ üzrə hər birinin payı ½ hissə olmaqla İddiaçı1 Cavabdeh1 adına 15.02.2012-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 3 saylı notariat kontorunun (şəhadətnamə N 110) 26 dekabr 2015-ci il tarixdə təsdiq etdiyi paylı mülkiyyətin bölgüsünə dair 3M-1263 reyestr nömrəli müqavilə və 7E-20324 reyestr nömrəli bölgü sxemi əsasında torpaq sahəsinin 0.0596 ha hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 30 dekabr 2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 3 saylı notariat kontorunun (şəhadətnamə N 110) 26 dekabr 2015-ci il tarixdə təsdiq etdiyi 7E-20324 reyestr nömrəli bölgü sxemi və 4Ə-547 reyestr nömrəli alqı-satqı müqavilə əsasında torpaq sahəsinin 0.0745 ha hissəsi mülkiyyət hüququ üzrə X5 adına 29 dekabr 2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı, Cavabdeh1 adına verilmiş 18.06.2016-cı il tarixli ********** qeydiyyatın ləğv olunması və mülkiyyət hüququnun itirilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13.17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263- 264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(060)-4909/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh1 qarşı cavabdehin adına verilmiş 18.06.2016-cı il tarixli ********** qeydiyyatın ləğv olunması və mülkiyyət hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-114/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-114/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver