Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1147/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Ərizəçi X7 iştirakı ilə, Ərizəçi X7 torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1836/2020 saylı qətnaməsindən ərizəçi X9 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1836/2020 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim A.Sadıqov) Qətnamədən narazı qalan ərizəçi X9 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 148-A saylı, 30213018 kodlu şəhadətnamənin mərhum X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat komissiyasının xx xxxx 2001-ci il tarixli, 01 saylı qərarı ilə X4 0,07 ha torpaq sahəsi ayrılmış, bu torpaq sahəsinə dair JN 148-A saylı, 30213018 kodlu şəhadətnamə verilmişdir. Bayramgül Babayeva vəsiyyətnamə ilə özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bayramgül Babayeva xx.xx.2018-ci ildə vəfat etmişdir. Vərəsəliklə əlaqədar sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ad səhvi vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Ərizəçi X9 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Ərizəsində və məhkəmə iclasında verdiyi izahatında o, tələbini onunla əsaslandırmışdı ki, xx.xx.2018-ci ildə vəfat etmiş X8 xx.xx.2014-cü il tarixdə natorial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Mərhumun başqa heç bir yaxın qohumu olmadığı üçün onun bütün dəfn mərasimlərini o, həyata keçirmiş və vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş 0,07 ha həyətyanı torpaq sahəsini Bayramgül Babayevanın ölümündən sonra o, idarə etməklə torpaq vergiləri ödəmişdir. Miras qalmış torpaq sahəsini adına keçirmək üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdə ona izah edilmişdir ki, mərhum X3 adına olan JN-148A saylı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ata adı ümumiyyətlə göstərilməmişdir və bu səbəbdən müvafiq qaydada məhkəməyə müraciət etməlidir. İşə baxmış məhkəmə ərizəni o əsasla təmin etməmişdir ki, o, mərhum X8 ilə qohum olmağına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Onun mərhum X8 ilə heç bir qohumluq münasibəti yoxdur. O, tənha bir insan olmuş və özünün xahişi ilə ona yaxınlıq etmiş və qulluq göstərmişdir. Bu səbəbdən də o, özünə məxsus bütün əmlakını o cümlədən sözügedən 0,07 ha torpaq sahəsini ona vəsiyyət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-də elə bir norma mövcud deyildir ki, sənədin şəxsə məxsus olması barədə ərizələr yalnız ölmüş şəxsin qohumları tərəfindən verilə bilər. Əgər məhkəmə hesab edirdisə ki, onun hazırki ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır, onda gərək ərizəni baxılmamış geri qaytarardı, ərizənin təmin olunmaması barədə qətnamə qəbul etməzdi. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Ərizəçi X9 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs AR X13 Xidməti yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Xaçmaz rayonu 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN-148A saylı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli, 01 saylı qərarı ilə Bayramgül Babayevaya 0,07 ha torpaq sahəsi ayrılmışdır. Yenə iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X8 ona məxsus olan bütün əmlakını Ərizəçi vəsiyyət edir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum edir. Yenə də iş materiallarında olan AZ-İ 938829 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx xxx 2018-ci il tarixdə ölmüşdür. İşdə olan AR X13 Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmışdır. JN-148A saylı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş hüquq sahibinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi İdarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Yenə işdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 1950-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. X1r. Məhkəmənin sorğusu əsasında Xaçmaz rayonu 1 saylı notariat ofisi tərəfindən göndərilmiş notariat işindən məlum olur ki, xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə Ərizəçi X2 miras qalmış Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Xaçmaz notariat Ofisindən xahiş etmişdir. Həmin notariat işinə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, şöbədə X3 nikah haqqında akt qeydi aşkar olunmamışdır. Yenə notariat işinə əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 950 saylı arayışdan görünür ki, X8 1950-ci ildən 2018-ci ilədək Xaçmaz rayonu, Qusarçay kəndində yaşamış və xx xxx 2018-ci il tarixdə ölmüşdür. Ölümündən sonra, evi və təsərrüfatı Ərizəçi idarə edir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və ərizəçinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1836/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin olunmalıdır. Məhkəmə ərizəni rədd edərkən ərizəçinin mərhum X8 ilə qohum olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməməsinə, beləliklə də ərizəçinin subyektiv hüquqa malik olmamasına istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Əvvəla, qüvvədə olan prosessual qanunvericiliyə əsasən hər hansı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizələrin yalnız ölmüş şəxsin qohumları tərəfindən verilməsi barədə imperativ norma mövcud deyildir. Belə ki, MPM-nin 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İş materiallarından görünür ki, ərizəçi ilə mərhum B.Q.Babayevanın qohumluq əlaqəsi yoxdur. Bununla belə, işdən görünür ki, o, tənha qadın olmuş, ərizəçi onun qayğısına qalmışdır. JN-148A saylı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli, 01 saylı qərarı ilə Bayramgül Babayevaya 0,07 ha torpaq sahəsi ayrılmışdır. O, xx xxxxxx 2014-cü il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan bütüm əmlakını Ərizəçi vəsiyyət etmişdir. X8 xx xxx 2018-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra evini və təsərrüfatını Ərizəçi idarə etmişdir. Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə alması barədə notariat orqanına müraciət etmiş və məlum olmuşdur ki, JN-148A saylı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi Bayramgül Babayeva göstərilmiş, ata adı qeyd olunmamışdır. Bundan sonra, Ərizəçi bu uyğunsuzluq barədə maraqlı şəxsə müraciət etmiş və AR X13 Komitəsi yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubu ilə ona bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi, ərizəçinin niyyəti X2 miras qalmış əmlaka dair hüquq müəyyən edici sənəd əldə etməkdir, yəni tələb əmlak hüquqlarının əmələ gəlməsi barədədir və deməli bununla bağlı faktın müəyyən edilməsi barədə ərizə vermək üçün Ərizəçi subyektiv hüquqa malikdir. İş materiallarından görünür ki, B.Q.Babayevanın ölümündən sonra ona məxsus əmlakı Ərizəçi idarə edir. AR MPM-nin 307.2 və 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarındakı sənədlərdən, o cümlədən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 950 saylı arayışdan müəyyən etmək olur ki, JN-148A saylı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Bayramgül Babayevaya verilmiş 0,07 ha torpaq sahəsi Xaçmaz rayonu, Qusarçay kəndində yerləşir və həmin şəxs məhz ərizədə qeyd edilmiş X5r. Lakin şəhadətnamə tərtib edilərkən texniki yanlışlıq olaraq hüquq sahibi kimi mərhumun soyadı və adı göstərilsə də, ata adı göstərilməmişdir. Ərizəçi isə bu uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq quruma müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, Ərizəçi hazırkı ərizəsi əsaslıdır və yuxarıda qeyd edilən normaların tələbinə əsasən bu ərizə təmin olunmalıdır. Ərizənin təmin olunması digər şəxslərin hüquq və mənafelərinə zidd deyildir, onun rədd edilməsi isə Ərizəçi vərəsəlik hüquqlarının pozulması ilə nəticələnir ki, bu da qüvvədə olan qanunvericiliyə ziddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 1836/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1836/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və ərizə təmin olunsun. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 148-A saylı, 30213018 kodlu şəhadətnamənin xx xxx 2018-ci il tarixdə vəfat etmiş mərhum X4 məxsus olması faktı müəyyən olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1147/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1147/2021
21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver