Məhkəmə qərarları › İş №2(105)-1147/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1147/2022

02.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1147/2022 02.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin, reyestr qeydlərinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr və bununla əlaqədar aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı aparılmış qeydiyyatlar ləğv edilmişdir. (hakim Rahim Həsənov) Cavabdeh4 qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş apellyasiya baxışında olan zaman birinci instansiya məhkəməsi tərəfindən qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün geri istənilmiş və Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(027)-305/2020 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək qətnamədə 21 sentyabr 2013-cü ildə verilmiş reyestrdə 2V/01-385 və 2V/01-386 nömrə reyestrdə 2V/01-385 və 2V/01-383 yazılmaqla yanlışlığın düzəldilməsi qərara alınmışdır. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində edilmiş xx.xx.2007-ci il tarixli, **********90 reyestr nömrəli, ********* nömrəli qeyd və həmin qeyddən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarış əsasında Quba rayonu Gəray kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə X6 adına mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-386 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş xx.xx.2013-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin 1/8 hissəsinə X6, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə X10 “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-383 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə X6, Cavabdeh3 və X10 ümumi mülkiyyət hüququ haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2013cü il tarixli **********90 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X6 mülkiyyətində olan 5/8 hissəsinin Cavabdeh3 və X16 bağışlanmasına dair Quba rayon notariat kontorunda edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə/01-359 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş bir aprel iki min on dördüncü il tarixli “Bağışlama Müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin 7/16 hissəsinin Cavabdeh3 və 7/16 hissəsinin X10 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2014-cü il tarixli, **********90 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin 7/16 hissəsinin X10 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2019cü il tarixli, **********90 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi; həmin torpaq sahəsinin 7/16 hissəsinin X10 mülkiyyətinə verilmiş torpaq sahəsinin hər birinə 4/23 hissəsi olmaqla Cavabdeh4, X20, X21 və X22 qanun üzrə vərəsəlik hüququ əsasında paylarının ayrılmasına dair dörd iyul iki min on doqquzuncu il tarixdə Bakı şəhəri Yasamal rayon 5 saylı notariat ofisində 2V85 nömrə ilə reyestrdə edilmiş qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin 7/64 hissəsinin Cavabdeh4, 7/64 hissəsinin X20, 7/64 hissəsinin X22 və 7/64 hissəsinin X21 mülkiyyətinə verilməsinə dair ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2019-cu il tarixli, **********90 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində edilmiş xx.xx.2008-ci il tarixli, qeyd nömrəsi **********, reyestr nömrəsi **********40 – 10301, seriya nömrəsi MH ******* olan Çıxarışa əsasən Quba şəhəri, 33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi116,4 kv.metr olan fərdi yaşayış evinin 1/2 hissəsinə X6 adına mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-385 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş xx.xx.2013-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, Quba şəhəri, 33cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə X6, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə X10 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-384 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, Quba şəhəri, 33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 5/8 hissəsinə X6, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə X10 adına mülkiyyət hüququ haqqında ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2013-cü il tarixli **********40 – 10301 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Quba şəhəri, 33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X6 mülkiyyətində olan 5/8 hissəsinin Cavabdeh3 və X16 bağışlanmasına dair Quba rayon notariat kontorunda edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə/01-360 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş bir aprel iki min on dördüncü il tarixli “Bağışlama Müqaviləsi”nin etibarsız hesab edilməsi, Quba şəhəri, 33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh3 və X10 adına ümumi mülkiyyət hüququ haqqında ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2014-cü il tarixli **********40 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin 7/16 hissəsinin X10 adına ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2014-cü il tarixli, **********40-10301 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv və 7/16 hissəsinin Cavabdeh3 mülkiyyətinə verilməsinə dair ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2014cü il tarixli, **********40-10301 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeydlərdən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2019-cü il tarixli, **********40-10301 reyestr nömrəli, ********** nömrəli qeyd əsasında Quba şəhəri, 33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X7 miras qalan 7/16 hissəsinin, hər birinə 4/23 hissəsi olmaqla Cavabdeh4, X20, X21 və X22 qanun üzrə vərəsəlik hüququ əsasında paylarının ayrılmasına dair dörd iyul iki min on doqquzuncu il tarixdə Bakı şəhərinin Yasamal rayon 5 saylı notariat ofisində 2V-86 nömrə ilə reyestrdə edilmiş qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş “Qanun ürə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin 7/64 hissəsinin Cavabdeh4, 7/64 hissəsinin X20, 7/64 hissəsinin X22 və 7/64 hissəsinin X21 mülkiyyətinə verilməsinə dair ƏMDKY DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2019-cu il tarixli, **********40-10301 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, atası X11 xx.xx.2011-ci il tarixdə vəfatından 17 gün sonra 10 yanvar 2012-ci il tarixdə Quba rayon notariat kontoruna ərizə təqdim edərək, mirası qanun üzrə qəbul etmışdir. X23, Cavabdeh3 və X26 X2 mirasını qanuni qəbul etmək üçün olan 3 aylıq müddəti ötürdüklərindən Quba rayon notariat kontoru onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Cavabdeh3 və X26, Quba rayon notariat kontorunun notariusu Zaur Dəmirovun üzərinə vəzifə olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsindən ötrü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Sumqayit İnzibati-İqtisadi Məhkəməsi, iddiaçılar Cavabdeh3 və Əlizadə İlhamənin iddialarını xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 saylı qərarı ilə təmin etmiş və Quba rayon notariat kontorunun notariusu Zaur Dəmirov, xx.xx.2013-cu il tarixdə X12, Cavabdeh3 və X16 vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Quba rayon notariat kontorundan xx.xx.2014-cü il tarixdə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman miras payının niyə 1/8 olmasını soruşduqda notarius ona Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-493/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının surətini vermişdir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin X1 şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Apellyasiya Məhkəməsinin 2-2(105)-210/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qərardadı ilə qərar ləğv etmişdir. Belə ki, məhkəmə vərəsəliyin qəbulu müddətinin üzürlü keçməsini və vərəsəlik şəhadətnaməsi verilməsi üçün kifayət qədər dəlillərin olmamasını nəzərə alaraq iddianı təmin etməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərardadından narazı olan X26 və Cavabdeh3 Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qərardadı dəyişdirilməmişdir. Quba notariat kontoru tərəfindən pozulmuş vərəsəlik hüquqlarının bərpa olunması üçün xx.xx.2018-ci il tarixdə Quba Rayon Məhkəməsinə Quba rayon notariat kontoruna qarşı “vərəsəlik qeydinin ləğv olunması və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli 26 aprel 2007-ci il tarixli və MH seriyalı ******* nömrəli 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X17 məxsus olan və ondan miras qalmış Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri məhəllə 33 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmən torpaq sahəsi üzərində olan 2007-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 59,3 kv.m olan fərdi yaşayış evinə dair X23, Cavabdeh3 və X10 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Bu müddət ərzində varislərdən X26 xx.xx.2018-ci il tarixdə, X23 isə xx.xx.2019cu il tarixdə ölmüşlər. Quba Rayon Məhkəməsinin qətnaməsi İcra və Probasiya şöbəsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya şöbəsi, Quba regional ASAN xidmət mərkəzində notariat ofisinə və DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə qətnamənin icra olunmasından ötrü məktub ünvanlamışdır. Quba regional ASAN xidmət mərkəzinin notariat ofisi, Quba rayon İcra və Probasiya şöbəsinə İcra vərəqəsinin icra edildiyi barədə 01 sentyabr 2019-ci il tarixli, 1239 saylı cavab məktub göndərmiş və məktubda qeyd olunmuşdur ki, “Quba rayonu notariat kontoru tərəfindən verilmiş xx.xx.2013cü il tarixdə X12, Cavabdeh3 və X16 verilmiş 2V-384, 2V-386 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 740/2018 nömrəli icra vərəqəsi əsasında ləğv edilmişdir.” DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi isə bildirmişdir ki, həmin icra sənədinin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Reyestr xidmətindən bildirmişlər ki, qətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsindən ötrüdür. İndi də, etibarsız hesab edilmiş şəhadətnamələrlə əldə edilmiş çıxarışların etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş qanunsuz qeydlərin ləğvi və qanunsuz alınmış çıxarışların etibarsız hesab edilməsi üçün məhkəməyə yenidən müraciət etməlidir. Hər iki əmlakda yaşamaq mümkün deyildir və hal-hazırda əmlakların heç birində yaşayış yoxdur. Əmlakların heç birinə qaz, su, işiq və konalizasiya qoşulmayıb. Mülkiyyətçilərin payları üzrə bölgü aparılmamış və əmlakların hər ikisi miras qoyanın sağlığında olan vəziyyətdədir. Hər iki əmlakın açarları ondadır. Əmlakların qorunması və nəzarəti onun tərəfdən aparılır. Həmçinin Quba Rayon Məhkəməsinin 2-103 2006-cı il nömrəli, 05 aprel 2006-cı il tarixli qətnaməsi ilə ərizəçi X11 mərhum atası X5 miras qalmış, Quba rayonu, Gəray kəndində yerləşən evə və 0,25 ha həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilmişdir. Həmin evə və 0,25 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə MH ******* saylı çıxarış verilmişdir. Quba rayon notariat kontoru mirası qəbul etməmiş, anası X12 həmin torpaq sahəsi üçün mülkiyyət hüququ haqqında 1/2 hissə üçün Şəhadətnamə vermişdir. Həmin əmlak nigah dövründə mərhum X17 atasından vərəsəlik qaydasında keçmişdir və bu mülkiyyətdən X23 üçün 1/2 pay ayırmalı deyildi. Ona görə də, həmin torpaq sahəsindən X23 üçün 1/2 hissədə ibarət paya görə Quba notariat kontoru tərəfindən xx.xx.2013-cu il tarixdə verilmiş, reyestrdə, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında Şəhadətnamə etibarsızdır. Bundan başqa məhkəmə qərarları əsasında təsdiq edilmişdir ki, X11 mirasını qəbul etməyən X23, X26 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli deyildi. Buna görə də, Quba rayon notariat kontoru tərəfindən, 0,25 ha həyətyanı torpaq sahəsindən X12 1/8 hissədən ibarət, Cavabdeh3 1/8 hissədən ibarət, X16 1/8 hissədən ibarət paylar üçün cəm halda verilmiş xx.xx.2013-cü il tarixli, 2V/01383 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ləğv edilməlidir. Eyni zamanda 0,25 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxslərin adına verilmiş çıxarış ləğv edilməlidir. Quba rayon notariat kontoru, X12, mərhum əri X8 miras qalmış paylar üçün verdiyi, mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr nəticəsində əldə edilmiş çıxarışlar vasitəsilə bağışlama müqaviləsi tərtib etmiş və təsdiqləmişdir. X23 bağışlama müqaviləsi ilə Quba rayonu, Gəray kəndində olan 0,25 ha həyətyanı torpaq sahəsinin 5/8 pay hissəsini qızı X16 və Cavabdeh3 bağışlamışdır. Həmin müqavilə də, ləğv edilməlidir. Bağışlama müqaviləsi ilə X23 özünə aid olmayan payının qanunsuz olaraq, 50%-ni Cavabdeh3, 50 %-ni isə X16 bağışladığından payların həcmi artmış və çıxarışların qeydiyyat nömrələri dəyişmişdir. Bağışlama müqaviləsi ləğv edildikdə, bağışlama müqaviləsinin nəticəsi olan, çıxarışlar da ləğv edilməlidir. Əlizadə İlhamənin vərəsələri üçün, Bakı şəhəri, 5 saylı notariat ofisinin xüsusi notariusu 0,25 ha torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə 116 kv.m və ya 7/16 hissə pay üzrə 04 iyul 2019-cu il tarixli reyestrdə 2V-85 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və bunun əsasında çıxarış verilmişdir ki, həmin şəhadətnamənin və çıxarışın reyestr qeydi ləğv olunaraq qeyd olunan sənədlər eribarsız hesab edilməlidir. Eyni zamanda X2 müraciəti əsasında ona, Quba şəhər XDS İK-nin torpaq bölgüsü komissiyasının, xx.xx.1988-ci il tarixli, 1 nömrəli protokolu əsasında 400 (dörd yüz) kv.metr torpaq sahəsi verilmişdir. Atasının və onun maliyyə vəsaiti hesabına inşa edilmiş və daxili hissəsi yaşayış üçün tamamlanmamış, Quba şəhərinin, 33-cü məhəllədə yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bunla əlaqədar DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, seriya nömrəsi MH ******* saylı çıxarış verilmişdir. X2 mirasını qəbul etməmiş X23, vərəsələr arasında, miras paylar naturada tam bölünməmiş xx.xx.2019-cu il tarixdə ölmüşdür. Quba rayon notariat kontoru tərəfindən, mirası qəbul etməmiş X12 xx.xx.2013-cü il tarixidə verilmiş, reyestrdə 2V/01- 385 nömrə ilə qeyd olunan 273-274-275/2012 saylı, Mülkiyyət hüququ haqqında şəhadətnamə ilə Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin 1/2 pay hissəsi ayrılmışdır. Həmin şəhadətnamənin reyestr qeydi ləğv olunaraq, şəhadətnamə etibarsız hesab edilməlidir. Bununla əlaqədar qeyd olunan fərdi yaşayış evi üçün X12 1/8 hissədən ibarət pay, Cavabdeh3 1/8 hissədən ibarət pay, X16 1/8 hissədən ibarət paylar üçün cəm halda verilmiş 21.09. 2013-cü il tarixli, 2V/01-384 nömrə ilə qeyd edilmiş 273- 274-275/2012 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə reyestrdə ləğv olunaraq etibarsız hesab edilməlidir. Həmçinin DƏDRXnin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən X12 5/8, X16 1/8, Cavabdeh3 1/8 hissə paylar üçün xx.xx.2013-cü il tarixdə verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, seriya nömrəsi ******* saylı çıxarış üzrə reyestr qeydi ləğv olunaraq həmin sənəd etibarsız hesab edilməlidir. Quba rayon notariat kontoru, X12 mərhum əri X8 miras qalmış paylar üçün verdiyi, mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr nəticəsində əldə edilmiş çıxarışlar vasitəsilə bağışlama müqaviləsi tərtib edərək, həmin müqavilə təsdiq etmişdir. xx.xx.2014-cü il tarixdə Quba notariat kontorunda təsdiq edilmiş bağışlama müqaviləsi ilə X4 şəhəri, məhəllə 32-33də yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən özünə aid olmayan 5/8 pay hissəsinin 50%-ni qızı X16 və digər 50%-ni isə qızı Cavabdeh3 bağışlamışdır. Hər iki əmlak üzərində çoxsaylı qanunsuz hərəkətlər aparıldığından, vərəsəlik hüququnun bərpa edilməsi üçün Quba rayon notariat kontoru tərəfindən reyestrində qeydə alınmış Mülkiyyət hüququ haqqında şəhadətnamələr, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və payların bağışlanma müqavilələri reyestrdə ləğv olunaraq, mülkiyyət hüququ haqqında şəhadətnamələr, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və payların bağışlanma müqavilələri etibarsız hesab edilməli və DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş çıxarışlar, DƏDRXnin reyestrində aparılmış bütün qeydlər ləğv edilərək, çıxarışlar etibarsız hesab edilməlidir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələrin və bununla əlaqədar aparılmış qeydiyyatların etibarsız hesab edilməsi, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışların və bununla bağlı aparılmış qeydiyyatların, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələrinin və bununla əlaqədar aparılmış qeydiyyatların, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V-85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bununla bağlı aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, atası X13 vəfatından 17 (on yeddi) gün sonra, yəni xx.xx.2012-ci il tarixinda Quba rayon notariat kontoruna ərizə təqdim edərək, mirası qanun üzrə qəbul etmişdir. Lakin, digər vərəsələr X24, Cavabdeh3, X18 mərhum X13 mirasını qanuni qəbul etmək üçün olan 3 (üç) aylıq müddəti ötürdüklərindən Quba rayon notariat kontoru qanun üzrə varəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Sumqayıt İnzibati-iqtisadi Məkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 nömrəli qararına əsasən Quba rayon notariat kontoru tərəfindən X14, Cavabdeh3, X9 vərəsəlik hüququ haqqında şəhadətnamalər verilmişdir. Quba rayon notarit kontoru va işə baxan məhkəmə tərəfindən İddiaçı mirası qabul etmiş şəxs kimi tanımamış və vərəsəlik hüququ haqqında şəhadətnamələr vərməmişdir. Bunun nəticesi olaraq birinci instansiya məhkəməsi əsası olmayan bir qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən məlum olmuşdur ki, mərhumun vərəsəsİ İddiaçı çatan 1/8 hissə pay açıq saxlanmışdır. Belə olduğu halda iddiaçı qismində bütün məhkəmə instansiyalarına böhtan və şər xarakterli, əsassız iddia ərizələri verməklə İddiaçı onları incidir, süründürür və ətrafdakı insanların yanında rüsvay edir. İddiaçı işin araşdırılması zamanı özünün qeyd etdiyi kimi, mübahisələndirilən hər iki əmlakda halhazırda heç birinde yaşayış yoxdur. Əmlakların heç birində qaz, su, işıq va kanalizasiya qoşulmayıb. Mülkiyyatçilərin payları üzrə bölgü aparılmamış, əmlakın açarları ondadır va əmlakların hər ikisi miras qoyanın sağlığında olan vəziyyətdədir. Əmlakın qorunması va nəzarəti onun tərəfindən aparılır. Bunun nəticəsində məhkəmə qanunsuz nəticəyə gəlmişdir ki, göstərilənlərə əsasən qətnamə ləğv olunmalıdır. İddiaçı şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh3, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27, X28 və X29 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarından görünür ki, X30 və X6 birgə nikahından xx xxxx 1962-ci il tarixdə X34, xx xxx 1963-cü il tarixdə İddiaçı və 28 mart 1976-cı il tarixdə X26 anadan olmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, X11 mərhum atası X5 miras qalmış Quba rayonu, Gəray kəndində yerləşən evə və 0,25 ha torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Quba şəhər XDS İK-nin torpaq bölgüsü komissiyasının xx.xx.1988-ci il tarixli, 1 nömrəli protokolunun surətindən görünür ki, X17 Quba şəhəri 33cü kvartaldan 400(dörd yüz) kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26 aprel 2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X11 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 530254 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 24 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 05/Q-502/69 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-493/2013 saylı, 17 iyul 2013-cü il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilərək X16 və Cavabdeh3 vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Quba rayon notariat kontorunun üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. İş materiallarında olan Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-383 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X11 vərəsələri arvadı X23, qızları Cavabdeh3 və X19r və onların hər biri miras əmlakdan bərabər hissələrlə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Xaçmaz İdarəsi tərəfindən 16 aprel 2013-cü il tarixdə verilmiş 4/1263 saylı arayış və DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən 26 aprel 2007-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********90, reyestr nömrəsi 280701856, seriya nömrəsi MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi X14 1/8, Cavabdeh3 1/8 və X16 çatan 1/8 hissədən ibarətdir. Mərhumun vərəsəsi İddiaçı çatan 1/8 hissə açıq saxlanılır. İş materiallarında olan Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-384 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X11 vərəsələri arvadı X23 və qızları Cavabdeh3 və X19r və onların hər biri miras əmlakdan bərabər hissələrlə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Xaçmaz İdarəsi tərəfindən 20 iyun 2012-ci il tarixdə verilmiş 5/2202 saylı arayış və DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən 09 sentyabr 2008-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********40-10301, reyestr nömrəsi **********, seriya nömrəsi MH ******* saylı çıxarışa əsasən Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evi X15 1/8, Məmmədova X31 1/8 və X16 çatan 1/8 hissədən ibarətdir. Mərhumun vərəsəsi İddiaçı çatan 1/8 hissə açıq saxlanılır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli, 2-2(105)-210/2014 saylı qərardadının surətindən görünür ki, üçüncü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-493/2013 saylı, 17 iyul 2013-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçılar X26 və Cavabdeh3 cavabdeh Quba rayon notariusuna qarşı vərəsəliyin qəbulu müddətinin üzürlü keçməsini və vərəsəlik şəhadətnaməsi verilməsi üçün kifayət qədər dəlillərin olmasını nəzərə alaraq cavabdehin üzərinə vərəsəlik haqqında şəhadətnamə vermək öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2-1(102)-92/2015 saylı qərarından görünür ki, iddiaçılar X26 və Cavabdeh3 vəkilləri X32 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)740/2018 saylı qətnaməsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26 aprel 2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24 dekabr 2011ci il tarixdə vəfat etmiş X17 məxsus olan və ondan miras qalmış Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evinə dair X23, Cavabdeh3 və X10 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş, 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. İş materiallarında olan Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi arvadı X6, mərhuma məxsus olan və ondan miras qalmış Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzrə birgə nikah müddətində əldə edildiyindən ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İş materiallarında olan Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi arvadı X6, mərhuma məxsus olan və ondan miras qalmış Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evi üzrə birgə nikah müddətində əldə edildiyindən ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında X6, Cavabdeh3 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin müəyyən hissəsi mülkiyyət hüququ üzrə X6, Cavabdeh3 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4ə/01-359 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, X4 rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ona çatan 5/8 hissəsini qızları Cavabdeh3 və X16 bağışlamışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4ə/01-360 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, X4 şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ona çatan 5/8 hissəsini qızları Cavabdeh3 və X16 bağışlamışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır.İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş və reyestrdə 2V-85 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 vərəsələri əri Cavabdeh4 və qızları X36 və X37, X33r və onların hər biri miras əmlakdan bərabər hissələrlə pay almalıdır. Həmin pay X16 verilmiş Quba rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin 7/16 hissəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş və reyestrdə 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 vərəsələri əri Cavabdeh4 və qızları X36 və X37 və X33r və onların hər biri miras əmlakdan bərabər hissələrlə pay almalıdır. Həmin pay X16 verilmiş Quba şəhəri, 33cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 7/16 hissəsindən ibarətdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4, X21, X25 və X20 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin müəyyən hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4, X21, X25 və X20 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş mərhum atası X8 Quba rayonu Gəray kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsi və orada yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 saylı qərarına əsasən Quba rayon notariat kontorunun notariusu Zaur Dəmirov xx.xx.2013-cu il tarixdə X12 reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr, X12, Cavabdeh3 və X16 reyestrdə 2V/01-383 və 2V/01-384 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermiş, həmin şəhadətnamələr əsasında isə daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən şəxslərin mülkiyyət hüququ qeydə alınaraq bu barədə onlara çıxarışlar verilmişdir. Daha sonra X4 rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ona çatan 5/8 hissəsini və Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ona çatan 5/8 hissəsini qızları Cavabdeh3 və X16 bağışlamışdır. Sonuncuların isə həmin əmlaklara dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra İddiaçı şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 2(105)-210/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qərardadı ilə Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən şəhadətnamələrin verilməsi üçün əsas olmuş xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 saylı qərarı ləğv etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərardadından narazı olan X26 və Cavabdeh3 Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddiası əsasında Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 saylı qətnaməsi ilə X8 miras qalan əmlaka dair X23, Cavabdeh3 və X10 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Qətnamə icra edilmişdir. Bu müddət ərzində varislərdən X26 xx.xx.2018-ci il tarixdə, X23 isə xx.xx.2019-cu il tarixdə ölmüşlər. xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 vərəsələri əri Cavabdeh4, qızları X36, X37 və X20 hər birinə mübahisəli miras əmlakdan 7/16 hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və onlar da hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq çıxarış əldə etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıdakı qaydada həll edilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli miras əmlaklara dair mülkiyyət və vərəsəlik şəhadətnamələrinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir. Eləcə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, qətnamə icra edilmişdir. 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-383 və 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməmiş qalmışdır. Hazırda iddiaçı 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385 və 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələri və onların nəticələrini mübahisələndirərək etibarsızlığını tələb edir. Qeyd edildiyi kimi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Buna görə də, məhkəmə həmin hissədə işin icraatına xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, bir halda ki, miras əmlaklara dair mübahisələndirilən şəhadətnamələrin verilməsi üçün əsas olmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 nömrəli qərarı ləğv etmişdir, onda həmin məhkəmə qərarı əsasında verilmiş istər mülkiyyət, istərsə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr məhkəmə qaydasında etibarsız sayılıbsayılmamasından asılı olmayaraq etibarlı sayıla bilməz. Digər tərəfdən, daha öncə də qeyd olunduğu kimi Quba Rayon Məhkəməsinin 2(027)-740/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsilə 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Həmin qətnamədə də, qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinin əsası kimi həmin şəhadətnamələrin verilməsi üçün əsas olmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 nömrəli qərarının ləğv edilməsi göstərilmişdir. AR Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə isə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir Həmin Məcəllənin 1159.1-ci və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. AR Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Yenə həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcələnin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, notarius mübahisəli şəhadətnamələri verərkən məhkəmə qətnaməsini əsas götürməklə üzərinə düşən digər vəzifələri yerinə yetirməmiş, mirasqoyanın vərəsələri arasında mübahisə olmasına əhəmiyyət verməmişdir, halbuki bu, onun vəzifə borcu olmuşdur. Belə ki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yenə həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Bundan əlavə notariusun üzərinə vəzifə qoyan məhkəmə qərarından görünür ki, məhkəmə notariusun üzərinə iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi qoymuşdur. Miras əmlakda payların müəyyən edilməsi mübahisə predmeti olmamışdır. İşdən göründüyü kimi notarius miras əmlaklara dair vərəsəlik şəhadətnaməsi verərkən kobud qanun pozuntusuna yol verərək miras əmlakları ərlə arvadın birgə mülkiyyəti kimi qiymətləndirib və ona uyğun da həmin əmlakların ½ hissəsinə dair mərhumun arvadı Firəngiz Əliyevaya mülkiyyət hüququna dair şəhadətnamə vermişdir. Halbuki, işdən göründüyü kimi 0,25 ha torpaq sahəsi mərhum Məcnun Əliyevə atası Mərdəli Əliyevdən miras qalmış və bu fakt məhkəmə qətnaməsilə təsdiq edilmişdir. Eləcə də, 0,04 ha torpaq sahəsi də Respublikada aparılan torpaq islahatı zamanı əvəzsiz olaraq Məcnun Əliyevə verilmişdir. Qeyd olunanlardan göründüyü kimi yol verilmiş qanun pozuntuları səbəbindən iddiaçının vərəsəlik hüquqları pozulmuş, dolayısı ilə ona çatmalı olan miras paydan mərhum olmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Yenə həmin Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. İşin tədqiq olunan hallarından göründüyü kimi mübahisəli bağışlama müqavilələri bağlanarkən Firəngiz Əliyeva səlahiyyətli şəxs olmamış, daha doğrusu sərəncam verdiyi daşınmaz əmlaklara dair hüquqlarının qeydiyyatı düzgün olmamış, həmin əmlaklar vərəsəlik hüququ ilə məhdudlaşmış vəziyyətdə olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etsə də, artıq tərəflər arasında mübahisə predmeti olmuş və məhkəmə qətnaməsilə həllini tapmış predmet üzrə yenidən qətnamə çıxarmış, bununla da MPM-in 261.0.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi işə baxan məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsini təmin edərək qətnamədə “xx.xx.2013-cü ildə verilmiş reyestrdə 2V/01-385 və 2V/01-386 nömrə” reyestrdə “2V/01-385 və 2V/01-383” yazılmaqla yanlışlığın düzəldilməsini qərara almışdır. Bu barədə ərizə onunla əsaslandırlımışdır ki, guya şəhadətnamədə reyestr nömrəsi səhvən 2V/01-386 əvəzinə, 2V/01-383 yazılıb. Məhkəmə kollegiyası hesab edir ki, bu fakt həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsindən görünür ki, məhz 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş şəhadətnamələrin etibarsızlığı tələb olunur, həmin tələb sonradan dəyişdirilməmişdir. Digər tərəfdən isə yuxarıda da qeyd edildiyi kimi miras əmlaka dair xx.xx.2013-cu il tarixdə X12 reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr, X12, Cavabdeh3 və X16 reyestrdə 2V/01-383 və 2V/01-384 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Başqa sözlə, məhkəmə əsassız olaraq prosessual pozuntuya yol vermişdir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə (2V/01-384 və 2V/01-386 nömrəli şəhadətnamələr məhkəmə qətnaməsilə etibarsız sayılmışdır) və onların nəticəsi olaraq daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatlar etibarsız hesab edilməli, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı aparılmış qeydiyyatlar ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İddiaçı qeyd olunan tələblər baxımından öz iddiasını qismən də olsa sübut edə bilmişdir. Cavabdeh4 isə apellyasiya şikayəti üzrə dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər formal mülahizələrdir və birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətində tələb edilən formada ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə (2V/01-384 və 2V/01-386 nömrəli şəhadətnamələr məhkəmə qətnaməsilə etibarsız sayılmışdır) və onların nəticəsi olaraq daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatlar etibarsız hesab edilsin. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar