Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1148/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Əliyusifovnanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsindən İddiaçı Əliyusifovna tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Əliyusifovna cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində 2934 qeydiyyat nömrəli nikah bağlanmışdır. Cavabdeh ilə birlikdə yaşadıqları dövrdə cavabdeh daim ona qarşı şiddət göstərmiş, o dəfələrlə fiziki və mənəvi zorakılıqlara məruz qalmışdır. Cavabdeh2 ona etibarnamə vermək üçün dəfələrlə təzyiq göstərmiş, onu döymüşdür. Hətta sonuncu dəfə birgə nikah dövründə əldə edilmiş əmlakların satılması üçün onu döyərək sağlamlığına xəsarət yetirdiyi üçün onun barəsində cinayət işi başlanmış və iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin, Cavabdeh2 ona hədə-qorxu gəldiyi üçün məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüşdür. Buna görə də Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, o, cinayət məsuliyyətindən azad olunmuşdur. Cavabdeh2 tərəfindən daim ölümlə təhdid olunduğu, işgəncələrə məruz qaldığı üçün xx.xx.2021-ci il tarixdə ona 7E15324 nömrəli etibarnamə vermişdir. Onun məqsədi verilmiş etibarnamə ilə birgə nikah dövründə alınmış əmlakların özgəninkiləşdirilməsi olmuşdur. Artıq aralarındakı ailə münasibətləri tamamilə korlandığı üçün Cavabdeh2 onun məhkəməyə nikahın ləğvi və əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəcəyini düşünmüşdür. Buna görə də, ondan hədə-qorxu gələrək etibarnamənin alınmasına nail olmuşdur. Cavabdeh2 etibarnamə verildikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə birgə nikah dövründə əldə edilmiş Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsini, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsini, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsini və Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasını anası Cavabdeh1 bağışlamışdır. Bu hal belə Cavabdeh2 aralarındakı əmlak bölgüsünün qarşısını almaq məqsədi ilə daşınmaz əmlakları anasının adına bağışladığını təsdiqləyir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 verdiyi 7E-15324 nömrəli etibarnamə xx.xx.2022-ci il tarixdə onun tərəfindən ləğv edilmişdir. Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə iddia tələbinə etiraz barədə ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırda hüquqlarını müdafiə etdiyi şəxsin adına dövlət reyestrində hər hansı bir əmlak qeydiyyatda deyildir. Bütün birgə nikah dövründə əldə edilmiş əlaklar elə həmin dövrdə də özgəninkiləşdirilmiş və əldə olunan vəsait də ailə xərclərinə sərf edilmişdir. İddia tələbinin bu hissəsində iddiaçının əsaslandığı tək hal Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmüdür. Həmin hökmə əsasən hüquqlarını müdafiə etdiyi şəxs iddiaçı ilə avtomobildə hərəkət edərkən onu yumruqla vuraraq yüngül bədən xəsarəti yetirmişdir. Habelə, hökmdə qeyd edilir ki, hadisənin törənmə səbəbi cavabdehin iddiaçıdan əmlaka dair tam səlahiyyətli etibarnamə verməsi tələbi olmuşdur. İddiaçı da tələbində bu hala əsaslanaraq bildirir ki, etibarnamə təzyiq altında verilmiş və onun hüquqları pozulmuşdur. Bu halda iddiaçı hadisələrin cərəyan etdiyi tarixləri bilərəkdən qarışdırmaqla məhkəməyə yanlış məlumatlar verir. Belə ki, adıçəkilən xx.xx.2021-ci il tarixli etibarnamə hüquqlarını müdafiə etdiyi şəxsə deyil, X7 adlı digər şəxsə verilmişdir. Tərəflər arasında baş vermiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə nəticələnmiş hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. Adıçəkilən hökmlə tanış olduqda müəyyən edilir ki, iddiaçı etibarnamə verməkdən ilkin olaraq imtina etmişdir. Lakin elə həmin hökmdə hazırki iddiaçının məhkəməyə təqdim etdiyi notarial təsdiqli ərizəsi və izahatı barədə məlumat verilir. İddiaçı bildirir ki, biz artıq barışmışıq və hazırki işə xitam verilməsini xahiş edir. Həmin ərizənin tarixi xx.xx.2021-ci ildir. Hazırda iddiaçının əsaslandığı hal olan etibarnamə də məhz xx.xx.2021-ci il tarixdə verilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdə hazırki iş üzrə tərəflər müəyyən maddi vəsait qarşılığında barışığa gəlmiş və həm ərizənin, həm də etibarnamənin verilməsi iddiaçının azad iradə ifadəsi olmuşdur. Əgər zərərçəkmiş qismində şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsi bağışlaması haqda ərizə verməsəydi, hüquqlarını müdafiə etdiyi şəxs cəza alacaqdı. Qeyd edilənlərdən aydın olur ki, məhz tərəflər xx.xx.2021-ci il tarixdə barışığa gəlmiş və qarşılıqlı mənafelərinin təmin olunduğu üçün iddiaçı azad iradə ifadəsi ilə etibarnamə və ərizə vermişdir. Beləliklə qeyd edilənlərdən aydın olur ki, iddiaçı tələbində haqlı deyil, yalnız hazırda həbsdə olan cavabdehin mülki hüquqlarını tam şəkildə həyata keçirmək imkanlarının məhdud olmasından istifadə edərək, məhkəməyə müraciət etməklə əsassız varlanma məqsədi güdür. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsi ilə İddiaçı Əliyusifovnanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı Əliyusifovna apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o və Cavabdeh2 xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsində 2934 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Cavabdehlə birlikdə yaşadıqları dövrdə cavabdeh daim ona qarşı şiddət göstərmiş, dəfələrlə onu fiziki və mənəvi zorakılıqlara məruz qoymuşdur. Bundan başqa Cavabdeh2 ona etibarnamə vermək üçün dəfələrlə ona təzyiq göstərmiş, döymüşdür. Sübut qismində məhkəməyə təqdim edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-573/2021 saylı qərarından da göründüyü kimi, Cavabdeh2, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 2 saylı uşaq poliklinikasının qarşısında idarə etdiyi “Hyundai” markalı avtomaşının içərisində ona 40 illik etibarnamə verməkdən imtina etdiyi üçün baş və bədən nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə xəsarət yetirərək sağlamlığına yüngül zərər vurmuşdur. Hətta onu döyərkən maşının qapılarını içəridən bağlayaraq yardım istəməyinə mane olmuşdur. Buna görə də, ona CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittham elan edilmiş, iş aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin Cavabdeh2 məhkəmə istintaqı dövründə onu ailə üzvlərini öldürməklə hədələdiyi üçün məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüşdür. Buna görə də Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, o cinayət məsuliyyətindən azad olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan halları nəzərə almamış və öz mövqeyini belə əsaslandırmışdır ki, “xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin yeddi ay əvvəl baş vermiş zorakılıqla əlaqələndirilməsi əsaslı görünmür. Çünki, 2021-ci ilin aprel ayının 2-də etibarnamə verməkdən imtina etdiyinə görə iddiaçının zorakılığa məruz qalması, yeddi ay sonra etibarnamə verərkən məcburetmə altında olmasını heç də şərtləndirmir. Məhz xx.xx.2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən məcburetmə nəticəsində verilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir”. Bununla bağlı bildirir ki, o, daim cavabdehin hədə-qorxularına məruz qalmışdır. Yuxarıda qeyd etdiyi kimi onu ailə üzvlərini öldürməklə hədələdiyi üçün o, məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüş, həmçinin onun tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə verilmişdir. Xüsusilə qeyd edir ki, o xx.xx.2021-ci il tarixdə hamilə olmuşdur. Buna görə də, Cavabdeh2 hədə-qorxuları ona öncəki zamanlardan daha çox təsir edirdi. Buna görə də, həmin dövrün onda yaratdığı emosional gərginlik və qorxu hissi Cavabdeh2 etibarnamə verməsinə səbəb olmuşdur. Həmin dövrdə hamilə olduğunu təsdiqləyən tibbi kart apellyasiya şikayətinə əlavə edilmişdir. Hətta bunu da xüsusilə bildirmək istəyir ki, onun hamiləlik dövründə yaşadığı stress və qorxular ona mənfi təsir etmiş, xx.xx.2022-ci il tarixdə dünyaya gələn qız övladı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhz buna görə uzun müddət psixoloji problemlər yaşamış və onun tərəfindən Cavabdeh2 verilmiş etibarnaməni ləğv etdirmək üçün hər hansı aktiv hərəkət həyata keçirilməmişdir. Hansı ki, Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsi ilə məhkəməyə bir müddət sonra müraciət etməyini iddia tələbinin rədd edilməsi üçün əsas hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı Cavabdeh2 tərəfindən daim ölümlə təhdid olunduğunu, işgəncələrə məruz qaldığını bir daha təsdiqləyir. Artıq onun hədə-qorxularını ona mənəvi olaraq təsir etdiyi və qorxduğu üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh2 7E15324 nömrəli etibarnamə vermişdir. Bundan başqa Cavabdeh2 tərəfindən ölümlə təhdid edildiyini təsdiqləyən səs yazısı elektron məhkəmə sisteminə yüklənə bilmədiyi üçün məhkəmə iclası zamanı təqdim olunmuşdur. Belə ki, 3 dəqiqə 41 saniyəlik səs yazısının ilk 35 saniyəsində ona ölümlə hədə-qorxu gəldiyi öz təsdiqini tapır. Həmçinin səs yazısının ümumi məzmunundan da göründüyü kimi cavabdeh ona qarşı dəfələrlə təhqiredici sözlərdən istifadə etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi yenə də səs yazısını mötəbər sübut kimi nəzərə almamış və öz mövqeyini belə əsaslandırmışdır ki, “telefon danışığının disk yazısı səslərin identifikasiyası baxımından mübahisələndirildiyindən, eləcə də adi mübahisə xarakteri daşıdığından, məhkəmə həmin audioyazını mötəbər sübut hesab etmir.” Halbuki məhkəmə bu halı, səslərin identifikasiyasına dair məsələni müvafiq məhkəmə ekspertizasının keçirilməsi barədə qərardad qəbul edərək müəyyənləşdirə bilərdi. Yəni yuxarıda göstərilən cümlələrdən istifadə edərək səs yazısının mötəbər sübut kimi nəzərə alınmaması yolverilməzdir. Bundan başqa Cavabdeh2 mağazaya daxil olaraq 2 nəfər şəxsi döymüşdür. Məhz buna görə barəsində cinayət işi başlanmış və iş aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Onun şəxsiyyəti barədə, daha dəqiq desək həqiqətən ona hədə-qorxu gələrək etibarnamə ala biləcək biri olduğuna inam yaratmaq üçün həmin hökm vəsatətlə məhkəməyə təqdim edilmişdir. Yuxarıda sadalanan işin faktiki halları cavabdehin ona hədə-qorxu gələrək etibarnamə almağa nail olduğunu təsdiqləyir. Bundan başqa xüsusilə bildirmək istəyir ki, Cavabdeh2 tərəfindən daim ölümlə təhdid olunduğu, işgəncələrə məruz qaldığı üçün xx.xx.2021-ci il tarixdə ona 7E-15324 nömrəli etibarnamə vermişdir. Onun məqsədi verilmiş etibarnamə ilə birgə nikah dövründə alınmış əmlakların özgəninkiləşdirilməsi olmuşdur. Artıq aralarında olan ailə münasibətləri tamamilə korlandığı üçün Cavabdeh2 onun məhkəməyə nikahın ləğvi və əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəcəyini düşünmüşdür. Buna görə də, ondan hədə-qorxu gələrək etibarnamənin alınmasına nail olmuşdur. İş materiallarına əlavə edilmiş bağışlama müqavilələrinin surətindən də göründüyü kimi Cavabdeh2 etibarnamə verildikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə birgə nikah dövründə əldə edilmiş Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsini, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsini, ünvan 5 ünavında yerləşən ümumi sahəsi 71.4 kv.m olan fərdi yaşayış sahəsini, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasını anası Cavabdeh1 bağışlamışdır. Bu hal belə Cavabdeh2 aralarında olan əmlak bölgüsünün qarşısını almaq məqsədi ilə daşınmaz əmlakları anasının adına bağışladığını təsdiqləyir. Lakin məhkəmə tərəfindən işin faktiki halları ümumiyyətlə nəzərə alınmamışdır. Hətta məhkəmə tərəfindən qətnamə çıxarılarkən sanki iddia tələbinin rədd edilməsi üçün heç bir hüquqi əsası olmayan, ümumi xarakterli cümlələrə istinad edilmişdir. Bundan başqa bildirir ki, iş materiallarından da göründüyü kimi daşınmaz əmlakların bağışlanılmasına dair razılıq ərizəsi X7 tərəfindən imzalanmışdır. Halbuki onun Əfsanə Hüseynova ilə heç bir qohum və dostluq münasibəti yoxdur. Yəni xx.xx.2021-ci il tarixdə onun tərəfindən Cavabdeh2 baş etibarnamə verilmiş, xx.xx.2021-ci ildə sonuncu etibar edilmişi (bütün əmlak və hüquqları) Əfsanə Hüseynovaya etibar etmiş, həmin tarixdə, mübahisəli birgə nikah dövründə əldə edilmiş əmlaklar Cavabdeh2 tərəfindən anası Cavabdeh1 bağışlanılmış, bu zaman onun əvəzinə bağışlanmaya razılıq ərizələrini, eləcə də Cavabdeh1 yerinə əqdləri müvafiq etibarnamələr əsasında Əfsanə Hüseynova imzalamışdır. Cavabdeh2 tərəfimdən etibarnamə verildiyi gündən bir gün sonra bütün əmlakları yalnız Əfsanə Hüseynovanın iştirakı ilə anası Cavabdeh1 bağışlamışdır. Yəni onun razılıq ərizələrinin heç bir tanışlıq və qohumluq əlaqəsi olmayan Əfsanə Hüseynova tərəfindən imzlanması belə yuxarıda qeyd olunanların doğruluğunu təsdiqləyir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində qeyd edilir ki, tərəflər arasında etibarnamə verilməsindən imtina edilməsi səbəbindən mübahisə yaranmış və nəticədə İddiaçı Əliyusifovna yüngül bədən xəsarəti almışdır. Bildirir ki, həmin hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. Adıçəkilən iş üzrə ibtidai istintaq bitdikdən sonra materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə qərarı ilə tərəflər arasında barışıq olduğu üçün iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə iddiaçı xx.xx.2023-cü il tarixdə notarial təsdiq ərizəsi ilə cavabdehə qarşı hər hansı bir iddia tələbinin və şikayətinin olmadığını bildirmişdir. Həmçinin elə həmin tarixdə də Cavabdeh2 bütün əmlak hüquqları olan etibarnamə vermişdir. Bunun qarşılığında isə İddiaçı Cavabdeh2 külli miqdarda pul vəsaiti və qızıl zinyət əşyaları almışdır. Bu səbəbdən də apellyasiya şikayətinin əsaslandığı, yəni etibarnamənin, barışıq ərizəsinin verilməsinə səbəbin hüquqi savadsızlığın və hədə-qorxu olmasının heç bir əsası yoxdur. Belə ki, işin hallarına nəzər saldıqda müəyyən edilir ki, İddiaçı artıq xx.xx.2021-ci il tarixdə veriləcək etibarnamənin hüquqi nəticələrini bilirdi. Buna sübut olaraq, etibarnamə verilməsindən imtinanı və hətta məhkəmə qərarı ilə nəticələnmiş cinayət işini göstərmək olar. Zeynalova Xıdırovdan vəsait və zinyət əşyalarının almasına sübut kimi isə onu bildirə bilər ki, əgər məhkəmə qərarına qədər barışıq ərizəsi verilməsəydi təqsirləndirilən məhkəmə zalında da həbs ediləcəkdi. Apellyasiya şikayətinin qorxu altında etibarnamə və ərizə vermə arqumentidə buna görə inandırıcı deyildir. Habelə bildirir ki, etibarnamə hal-hazıra qədər mübahisələndirilməmişdir. Bu isə birbaşa iddianın və apellyasiya şikayətinin əsassızlığına birbaşa sübutdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi arayışdan və nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı Əliyusifovna arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində, xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2934 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 4ə-1782 №-li, 4ə-1781 №-li, 4ə-1783 №-li və 4ə-1780 №-li notariat işlərində olan mülkiyyət sənədlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının və Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış **********200 saylı, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı əri Cavabdeh2 ilə barışdığını, ona qarşı heç bir iddia tələbi və şikayəti olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı şəhəri 21 saylı notariat ofisi həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)- 573/2021 nömrəli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə, 7E-15324 reyestrlə Cavabdeh2 verdiyi etibarnamə (bu şəxsə məxsus bütün əmlak və hüquqlar) əsasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-24797 reyestrlə X5 etibar edilmişin başqasına etibaretmə qaydasında etibarnamə verilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamə İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində yazdığı ərizəsinə əsasən ləğv edildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-24797 reyestrlə verilmiş etibarnamə də qüvvədən düşmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrindən görünür ki, mübahisələndirilən əmlaklar Cavabdeh2 tərəfindən anası Cavabdeh1 bağışlanmış, müqavilələri Cavabdeh1, onların bağlanılmasına razılıq ərizələrini İddiaçı əvəzinə X7 imzalamışdır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, mübahisələndirilən əmlakların mülkiyyətçisi Cavabdeh1dır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin yeddi ay əvvəl baş vermiş zorakılıqla əlaqələndirilməsi əsaslı görünmür. Çünki, 2021-ci ilin aprel ayının 2-də etibarnamə verməkdən imtina etdiyinə görə iddiaçının zorakılığa məruz qalması, yeddi ay sonra etibarnamə verərkən məcburetmə altında olmasını heç də şərtləndirmir. Məhz xx.xx.2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən məcburetmə nəticəsində verilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu hala dair telefon danışığının disk yazısı səslərin identifikasiyası baxımından mübahisələndirildiyindən, eləcə də adi mübahisə xarakteri daşıdığından, məhkəmə həmin audioyazını mötəbər sübut hesab etmir. Əksinə, notariat ofisində etibarnamənin verilməsinin hansı nəticələr doğuracağının izahından sonra onun verilməsindən imtina edən, zorakılığa məruz qalmasına baxmayaraq fikrindən dönməyən şəxsin xeyli müddət sonra etibarnamə verməsi və həmin tarixdə də təqsirləndirilənlə (Cavabdeh2) barışıq ərizəsi yazması kimi işin faktiki halları iddiaçının öz iradəsini sərbəst və könüllü həyata keçirərək bütün əmlak və hüquqlara dair etibarnamə verməsi, eyni zamanda bunun hansı reallıqlara səbəb olacağını, həmçinin ona qarşı baş verərək qeyri-qanuni hərəkətlərdən qanunla qorunduğunu bilməsi nəticəsinə gəlməyə əsas verir. Bundan əlavə, iddiaçının sözügedən etibarnamənin verilməsindən 6 ay 15 gün sonra onun ləğvinə dair müraciət etməsi, bundan da 3 aydan bir qədər artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırması, indiyədək nikahın pozulması və ya əmlak bölgüsü barədə ərizənin verilməməsi, yalnız 2023-cü ilin yanvar ayında bununla bağlı mediasiya prosesinin keçirilməsi, həmin etibarnamənin sərbəst və könüllü iradə ifadəsinin təzahürü olduğu fikrini bir daha möhkəməndirir. Belə ki, həmin etibarnamə məcburetmə nəticəsində verilsə idi, onun ləğvi barədə dərhal və ya qısa müddətə müraciət olunar, hazırki iddianın predmetini təşkil edən müqavilələr məhkəmə qaydasında daha tez mübahisələndirilərdi. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əmlakın nikah dövründə əldə olunması onun hələ birgə mülkiyyət kimi tanınması üçün əsas deyildir. Bunun üçün qanunvericiliyin müəyyənləşdirdiyi digər – birgə vəsait hesabına başa gəlmə şərti də ödənməlidir. Göründüyü kimi hazırki işdə birgə mülkiyyət məsələsi sübuta ehtiyacı duyulan arqumentdir. Ona görə də mübahisələndirilən müqavilələr üzrə əmlakların, onlar üzrə paylar müəyyən edilmədən, habelə göstərilən şərtlər sübuta yetirilmədən iddiaçı tərəfindən indidən birgə mülkiyyət kimi qələmə verilməsi ilə məhkəmə razılaşmır, Cavabdeh2 əmlak bölgüsündən yayınma dəlilini əsaslı hesab etmir. Məhkəmə, bununla yanaşı, qeyd etmişdir ki, iddiaçı tərəfindən tələbinin əsasını üzərində qurduğu etibarnaməni hazırki iddiasında da mübahisələndirməmiş, eləcə də etibarsızlığı barədə tələb irəli sürməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.4, 366.2-cı maddəlinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edildi ki, iddiaçı X4 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra tərəflər arasında münasibətlər bir müddət yaxşı olsa da, sonradan münasibətləri korlanmış, münasibətləri korlanandan sonra Cavabdeh2 İddiaçı özünə məxsus bütün əmlak və hüquqların ona etibar edilməsi barədə etibarnamə verməsini tələb etmiş və sonuncu dəfə xx.xx.2021-ci il tarixində Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 2 saylı uşaq poliklinikasının qarşısında idarə etdiyi “Hyundai” markalı avtomaşının içərisində həyat yoldaşı X1 40 illik etibarnamə verməli olduğunu bildirmiş və sonuncu etibarnamə verməkdən imtina edən zaman, bununla bağlı Günel Zeynalova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun baş və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətlərinə görə Cavabdeh2 barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-573/2021 nömrəli qərarı ilə Günel Zeynalovanın şikayətinin olmaması əsası ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə həmçinin müəyyən edildi ki, X4 Bakı şəhəri 21 saylı notariat ofisində özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair xx.xx.2021ci il tarixli, 7E-15324 reyestr nömrəli etibarnamə vermiş, daha sonra Cavabdeh2 həmin etibarnamə əsasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində X5 etibar edilmişin başqasına etibaretmə qaydasında etibarnamə vermiş, Cavabdeh2 etibarnamə verildikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsini, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsini, ünvan 5 ünavında yerləşən ümumi sahəsi 71.4 kv.m olan fərdi yaşayış sahəsini, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasını anası Cavabdeh1 bağışlamış, bu zaman iddiaçı Günel Zeynalovanın əvəzinə bağışlanmaya razılıq ərizələrini, eləcə də Cavabdeh1 yerinə əqdləri müvafiq etibarnamələr əsasında Əfsanə Hüseynova imzalamışdır. Daha sonra Günel Zeynalovanın xx.xx.2021-ci il tarixdə Cavabdeh2 verdiyi 7E-15324 nömrəli etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir. Hazırda X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin bağışlanan əmlaklar birgə nikah dövründə əldə olunsa da, onun iradəsinə zidd olaraq həmin bağışlama müqavilələri bağlanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi həmin əmlakların birgə nikah dövründə əldə edilməsini mübahisələndirmədiklərini bildirmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə baş etibarnamə verilərkən bunun qarşılığında iddiaçıya külli miqdarda pul vəsaiti verilmişdir. Bu həmçinin onun tərəfindən apellyasiya şikayətinə edilmiş etirazda da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən qanunverici tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və ya məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə, eləcə də iş materiallarından mübahisəsiz qaydada görünür ki, iddiaçı X4 özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair xx.xx.2021-ci il tarixli, 7E-15324 reyestr nömrəli etibarnaməni Cavabdeh2 məcburetmə nəticəsində, yəni zorakılıq və ya hədələməyə məruz qaldığından vermişdir. Belə ki, əvəllər Cavabdeh2 İddiaçı özünə məxsus bütün əmlak və hüquqların ona etibar edilməsi barədə etibarnamə verməsini bir neçə dəfə tələb etmiş və sonuncu bundan imtina etdiyindən xx.xx.2021-ci il tarixində Cavabdeh2 onu baş və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq onun sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətlərinə görə Cavabdeh2 barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, zərərçəkmiş şəxsin şikayəti olmadığından iş üzrə icraata xitam verilmiş, xx.xx.2021-ci il tarixində İddiaçı özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair 7E-15324 reyestr nömrəli etibarnaməni verən zaman hamilə vəziyyətində olmuş, bu da onda emosional gərginlik və qorxu hissi yaratmış və məcburiyyət qarşısında özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair xx.xx.2021-ci il tarixli etibarnamə vermişdir. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına heç bir hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş tibbi kartadan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə qız övladı dünyaya gəlmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası Sumqayıt şəhər 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində X2 adından etibarnamə ilə çıxış edən nümayəndəsi X3 Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 5 ünavında yerləşən ümumi sahəsi 71.4 kv.m olan fərdi yaşayış sahəsinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının Cavabdeh1 bağışlanmasına gəldikdə isə apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Mülki qanunvericilik həmçinin əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz və yalnız onun maraqları naminə hərəkət etməlidir. Bu normada göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. İşin mübahisələndirilən halından göründüyü kimi iddiaçı X4 tərəfindən xx.xx.2021-ci ildə Cavabdeh2 etibarnamə verilmiş, o isə öz növbəsində xx.xx.2021-ci ildə X2 adından ona verilmiş səlahiyyətləri X5 ötürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsini, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyriyaşayış sahəsini, ünvan 5 ünavında yerləşən ümumi sahəsi 71.4 kv.m olan fərdi yaşayış sahəsini, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasını anası Cavabdeh1 bağışlamış, bu zaman iddiaçı Günel Zeynalovanın əvəzinə bağışlanmaya razılıq ərizələrini, eləcə də Cavabdeh1 yerinə əqdləri müvafiq etibarnamələr əsasında Əfsanə Hüseynova imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında, eləcə də apellyasiya şikayətinə etrazda Cavabdeh2 nümayəndəsi iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə baş etibarnamə verilərkən mübahisəli əmlaklar qarşılığında iddiaçıya külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarının verildiyini qeyd etsə, iş materiallarına əsasən göstərilən hallar öz təsdiqi tapmamışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələri qüvvədə olan mülki qanunvericiliyinin tələbləri pozulmaqla bağlandığından həmin bağışlama müqavilələri etibarsız hesab olunmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən İddiaçı Əliyusifovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmalı, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyriyaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyriyaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əliyusifovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələri etibarsız hesab edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1148/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1148/2023
26.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver