Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1149/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusun qızının katibliyi ilə, Ərizəçi3 nümayəndəsi, eyni zamanda Ərizəçi1, Ərizəçi3 vəkili Vəkil iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsindən iş üzrə Ərizəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının İV-ЖГ № 485463 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X2, AZ-İ № 398095 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X6, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, AZE Seriyalı, ******** №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4 və AZE Seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi, Torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin AZE Seriyalı, AZ-İİ № 144224 saylı saylı ölüm haqqında şəhadətnamədə göstərilən X7, AZ-İ № 398095 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X6, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, AZE Seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4 və AZE Seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi, ərizənin 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin Ərizəçi3 məxsus olması hissəsində təmin edilməməsi qət edlmişdir. Qətnamədən Ərizəçi3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsinin Ərizəçi3 münasibətdə qismən ləğv edilərək ərizənin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyət hüququna dair J№-0069 dövlət aktında X3, X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, kimi JN-139A X1, X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, kimi oxunub tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, torpağa mülkiyyət hüququna dair 19 aprel 1999-cu il tarixli, JN0069 saylı Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin Ərizəçi1, Ərizəçi5, Ərizəçi3 Yunus oğlu, Ərizəçi2, Ərizəçi4, X10, X12, X4 adlı şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Ərizəçi3 nümayəndəsi, eyni zamanda Ərizəçi1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə digər ərizəçilərə münasibətdə ərizəni təmin etsə də, yalnız Ərizəçi3 Yunus oğluna münasibətdə təmin etməmişdir. Qətnamənin həmin hissəsindən narazıdır. Qeyd edilən şəxsin adı da dövlət aktında səhv yazılıb. Dövlət aktının 6-cı sırasında, Şəhadətnamənin 5-ci sırasında Cəfərov Cavid kimi göstərilən şəxs Ərizəçi3dur. Aktda və şəhadətnamədə bütün ailə üzvlərinin adı səhv yazılıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsinin Ərizəçi3 münasibətdə qismən ləğv edilərək ərizənin tam təmin edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi3 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Dövlət aktının 6-cı sırasında, Şəhadətnamənin 5-ci sırasında Cəfərov Cavid kimi göstərilən şəxs Ərizəçi3dur. Onun adının səhv yazılması təqdim edilmiş arayışlarla təsdiqini tapır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsinin Ərizəçi3 münasibətdə qismən ləğv edilərək ərizənin tam təmin edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də ərizəçilər Ərizəçi5, Ərizəçi2 və Ərizəçi4, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ərizənin Ərizəçi3 münasibətdə təmin edilməməsi hissəsi mübahisələndirilir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsi qismən, Ərizəçi3 münasibətdə ərizənin təmin edilməməsi hissəsində ləğv edilməli, ərizə həmin hissədə də təmin edilməlidir. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi5 xx.xx.1981-ci ildə Masallı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1997-ci ildə Masallı rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1973-cü ildə Masallı şəhərində anadan olmuşdur. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi4 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 fevral 2010-cu il tarixli, AZ-İ № 398095 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2010-cu ildə dünyasını dəyişmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 fevral 2021-ci il tarixli, AZİİ № 144224 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2006-cı ildə dünyasını dəyişmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 oktyabr 1998-ci il tarixli,İV-ЖГ № 485463 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1998-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktından görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli 27 nömrəli qərarı ilə verilmiş 0,81 hektar ölçüsü olan torpaq sahəsi Cəfərov Mirnağı, Cəfərova Tamilə, X15, X13, X16, X17, X18 və Ərizəçi5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli 27 nömrəli qərarı ilə verilmiş 0,20 hektar ölçüsü olan torpaq sahəsi X14, Cəfərova Tamilə, X15, X13, X17, X18 və Ərizəçi5 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin Ərizəçi3 məxsus olması faktını təsdiq edən halların ərizəçi tərəfindən sübuta yetirilməməsi əsası ilə ərizəni qeyd edilən şəxsə münasibətdə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin qeyd edilən hissədə gəldiyi nəticə ilə razılamayaraq hesab edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda həmin hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, X4, X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 adı 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktında səhv olaraq Cəfərov Mirnağı M, Cəfərova Tamilə, X15, X13, X17 olaraq göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzbiati Ərazi Dariəsi üzrə nümayəndəsiunin xx.xx.2022-ci il tarixli, 1388 və 1389 nömrəli arayışlarından görünür ki, 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının 8-ci sırasında və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin 6-cı sırasında texniki səhv olaraq X5 yazılmışdır, texniki səhvi nəzərə alıb şəxsiyyət vəsiqəsindəki kimi- Ərizəçi3 kimi qeyd edilməlidir. Göründüyü kimi, Ərizəçi3 adının 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının 8-ci sırasında və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin 6-cı sırasında texniki səhv olaraq X5 yazılması təqdim edilmiş arayışlarla təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, digər ərizəçilər kimi Ərizəçi3 adının 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktının 8-ci sırasında və torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin 6-cı sırasında səhv yazılması təsdiqini tapdığından ərizənin Ərizəçi3 dair hissədə də əsaslı hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsi qismən, Ərizəçi3 münasibətdə ərizənin təmin edilməməsi hissəsində ləğv edilməli, ərizə həmin hissədə də təmin edilməli, 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktı və Torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin AZE Seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi3 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(012)-5160/2021 saylı qətnaməsi qismən, Ərizəçi3 münasibətdə ərizənin təmin edilməməsi hissəsində ləğv edilsin. Ərizə Ərizəçi3 münasibətdə təmin edilsin. 19 aprel 1999-cu il tarixli, JN-0069 saylı Dövlət Aktı və Torpağın mülkiyyətə verilməsinə dair 15 aprel 1999-cu il tarixli, JN-139 A nömrəli şəhadətnamənin AZE Seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1149/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1149/2022
16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver