Məhkəmə qərarları › İş №2(105)-116/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-116/2023

06.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-116/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 İddiaçı nümayəndəsi X1 Cavabdeh nümayəndəsi Atakişiyev Baba Babaş oğlunun iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Şamaxı şəhəri, D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə Cavabdeh tərəfindən 2 mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur.

2. İddiaçı Ağsu RQİİ tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Şamaxı şəhəri, D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 mərtəbəli fədi yaşayış evi orta təzyiqli qaz xəttinin mühafizə zonasında inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir.

3. Şamaxı bələdiyyəsinin 18 aprel 2005-ci il tarixli, 65 saylı qərarının surətindən görünür ki, Şamaxı şəhər sakini Cavabdeh fərdi yaşayış evi tikmək üçün şəhərin Dədə Qorqud massivində 600 m2 torpaq sahəsinin ayrılıb satılması qərara alınmışdır.

4. Şamaxı bələdiyyəsinin 18 aprel 2005-ci il tarixli, 65 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsi barədə Şamaxı bələdiyyəsi və Cavabdeh arasında 04 may 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt 04 may 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 217 nömrə ilə qeydiyyata alınmışdır.

5. Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 10/6685 nömrəli rəyindən görünür ki, qaz kəməri yeraltı çəkildiyi və baxış iştirakçıları tərəfindən kəmərin keçdiyi hissə təqdim edilmədiyi üçün, qaz kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasında olan məsafəni müəyyən etmək mümkün olmamışdır. Qaz kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasında məsafənin müəyyən edilməsi mümkün olmadığından, tikilinin qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus Şamaxı şəhəri, D.Qorqud küçəsində inşa edilmiş tikilinin İddiaçınə məxsus diametri 315 mm-lik qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır.

6. Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-ci il tarixli, 10/7065 nömrəli rəyindən görünür ki, X2 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının! 2 nömrəli əlavəsinin tələbinə əsasən İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında yerləşir.

7. X2 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərindən 2.2 metr məsafədə yerləşir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azəriqaz İB Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşalıdılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sady qızı tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, D.Qorqud küçəsi, ərazisində Cavabdeh Əhmədov qızı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Tikili diametri 315 mm-lik orta təzyiqli qaz kəmərində 2 (iki) metr məsafədə yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirəsalınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Odur ki, Cavabdeh Sady qızı tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fədi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İBin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə ekspertin mühəndislik sahəsində xüsusi biliyi olaraq cavabdehə məxsus Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, № 10/6685 saylı ekspert rəyilə müəyyən edilməməsi ilə razılaşır. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, cavabdeh sökülməsi tələb olunan tikintiyə və onun yerləşdiyi torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu itirmədiyindən iddia tələbi təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, Mülki Məcəllənin 152.1, 203.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və sadə bir araşdırma əsasında qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrinin təsbit olunmuş maddi və peosessual hüquq normalarının pozulması ilə əsassız çıxarılmış qətnamədir. Qeyd olunan ərazidən keçən qaz xəttinin zədələnməsi və qaz sızması baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrə səbəb olur. İddiaçı tərəfindən cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikiliyə dair akt sənəd və fotoşəkillər məhkəməyə təqdim edilməsinə baxmayaraq Birliyin təqdim etdiyi sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkil və aktla müəyyən edilir ki, cavabdeh tərəfindən qaz xəttinin mühafizə zonasında tikili inşa edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

15. Qeyd edilənlərə əsasən Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)- 85/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh Sady qızı tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak etmiş İddiaçı” nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instnsiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, mübahisəli əraziyə dair müvafiq ekspertiza mərkəzinə təqdim edilmədiydən rəyin alınması mümkün deyildir. Bununla da, məhkəmə mütəxəssis və ya ekspert rəyinin olmaması səbəbindən iddianı təmin etməkdən imtina etmişdir. Halbuki məhkəmə işin hallarını araşdırılması üçün müvafiq rəyin alınmasını təmin etməli idi. Lakin iddia tələbi təmin olunmadığından verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, cavabdehə məxsus tikilinin qaz kəmərlərinin mühafizə zonasında mövcud olması təsdiqini tapmışdır. Göründüyü kimi apellyasiya şikayəti əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir.

17. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Atakişiyev Baba Babaş oğlu izahatında bildirmişdir ki, Şamaxı rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 65 saylı qərarına əsasən Cavabdeh Şamaxı şəhərinin Dədə Qorqud massivində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin alqısatqı yolu ilə satılması qərara alınmışdır. Torpaq sahəsində yaşayış sahəsi inşa olunmuş, lakin tikilin Dövlət reyesterində qeydə alınması ilə bağlı çıxarış yoxdur. Buna səbəb tikilinin qaz kəmərlərinin mühafizə zonasında və elektrik xəttinin yaxınlığında olmasıdır. Torpaq sahəsi ayrılan zaman həmin ərazidə qaz xətti mövcud olmamış, 2010-2012-ci illər ərzində qaz boru xətti çəkilmişdir. Yaşayış evi 2013-cü ildə tikilmişdir. Torpaq sahəsi alınan zaman əvvəlcə dəmir hasara alınmış, sonradan hasarın çəkilməsi üçün mişar daşı tökülmüşdür. Ərazidə gələcəkdə qaz xəttinin çəkilməsi ilə bağlı heç bir nişangah qoyulmamışdır. Yaşayış evinin arxasında qeyri-yaşayış sahəsi yerləşir və tikililər arasında məsatə 4 metrdir. Yaşayış evi tikilərkən tikiliyə dair müvafiq icazələr alınmamışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin "xxxx"ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir

21. “X13” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

23. “Texniki təhlükəsizlik haqqında” 02.11,1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir.

24. 30 iyun 1998-ci il tarixli, 513-İQ nömrəli “X13” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: Bənd 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Bənd 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Bənd 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlärınin yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na əsasən, magistral qaz kəmərlərinin, mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır.

27. "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 metr» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinin "a" hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir ve müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarini pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş üzrə cavabdeh arasında mövcud olmamışdır. "X13" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator İddiaçı Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

31. Belə ki, hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədədir.

32. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.

33. İddiaçının iddia ərizəsindən görünür ki, ünvan 3 ünvanda qeydiyyatında olan Cavabdeh Sady qızı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.

34. İddiaçı qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

35. İşin faktiki halları ilə müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsi Şamaxı rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 65 saylı qərarına əsasən Şamaxı şəhər sakini Cavabdeh alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

36. Öyrənilən işdən görünür ki, mübahisəsi gedən yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyyata alınmamış, həmçinin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur. Kollegiya tərəfindən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi təqdim edə bilməmiş, tikilinin yaxınlığından qaz xəttinin keçməsini inkar etməmişdir.

37. Göründüyü kimi tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur.

38. Mülki Məcəllənin 180.3-cü maddəsinin 3-cü bəndi isə müəyyən edir ki, «… Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.»

39. “X13» Azərbaycan Respublikası Qanunu isə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasını qadağan edir.

40. Qeyd edilməlidir ki, iddiaçı tərəfin iddia tələbində və müvafiq olaraq şikayətlərində olan dəlilləri - mübahisəli tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən "xxxx"ın tələbləri pozulmaqla qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin və digər şəxslərin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin istifadəsinə və sahibliyinə verilməsindən xeyli əvvəl inşa edilməsi ilə bağlı olmuşdur.

41. Hazırkı apellyasiya şikayətinin dəlilləri də məhz bu halların (dəlillərin) birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması ilə bağlıdır.

42. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin dəlillərin tam araşdırmamış, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcud olmamasına, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməklə qaz xəttinin istismarından sonra inşa edilməsinə diqqət yetirməmiş, həmin tikilinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır.

43. Çünki iş materiallarında olan ekspert rəyinə əsasən müəyyən olunur ki, X2 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının! 2 nömrəli əlavəsinin tələbinə əsasən İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında yerləşir. X2 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərindən 2.2 metr məsafədə yerləşir.

44. Bu halda isə məhkəmənin təqdim olunmuş sübutları tam araşdırmaması ilə bağlı iddiaçının dəlillərinin əsaslı olması müəyyən olunmuş olur.

45. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

47. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

48. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci (dövlət rüsumu və ekspertiza xərci) cavabdehə аid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Sady qızı tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi (inşa olunan tikili) cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülsün, mühafizə zonasından çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı hesabına, 100 manat ekspertiza xərci isə Cavabdeh alınaraq X5 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar