Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1161/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin İddiaçı, ilkin Cavabdeh, ilkin cavabdehin vəkili X2 iştirakı ilə, İlkin İddiaçı ilkin Cavabdeh qarşı vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. ilə bağlı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 456/2020 saylı qərardadından ilkin İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı “xx xxxx 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 308000118) torpağın mülkiyyətçisi kimi qeyd olunan X1 payından qanun üzrə vərəsə kimi ona düşən payın miqdarının 0,0645 ha müəyyən edilməsi” tələbinə dair ilkin iddiası üzrə işin icraatına iş məhkəmədə baxılmalı olmadığından, xitam verilməsi qərara alınmışdır. İlkin İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı vərəsə kimi payının müəyyən edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron rayon məhkəməsinə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İlkin İddiaçı Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apelyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin Cavabdeh apelyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin cavabdehin vəkili X4 apelyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, tərəflərin iştirakı təmin edilməklə işə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verərkən ilkin İddiaçı vərəsəlik qaydasında keçən əmlaka - “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na (JN – 1672, KOD 30800118) əsasən X3 ailə üzvləri ilə verilmiş 0.43 hektar torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mirasın açıldığı yerdəki notariat orqanına müraciət etməli olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara qanuni və əsaslı hesab etmir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2014-cü il tarixli qərarı). Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən iddiaçının vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın açıldığı yerdəki notariat orqanına müraciət etmədiyinə, notariat orqanının müvafiq səbəblərdən belə şəhadətnamənin verilməsindən imtina etdikdə, aidiyyəti məhkəməyə müraciət etmədiyinə, yalnız vərəsə kimi ona düşən payın müəyyən edilməsi barədə müraciət etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin prosessual əsası kimi MPM-nin 261.0.1. maddəsinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Qanunun mənasına görə iş üzrə icraata o zaman xitam verilir ki, ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququ olmur və ya o həmin hüququ itirmiş olur. Lakin işin icraatına bu hissədə xitam verən birinci instansiya məhkəməsi işin bu hallarına eləcə də vərəsəlik mübahisəsi üzrə pretenziya qaydasına əməl edilməsi qanunvericiliklə nəzərdə tutulmamasına əhəmiyyət verməmiş və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, işə yenidən tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İlkin İddiaçı ilkin Cavabdeh qarşı vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. ilə bağlı qarşılıqlı iddia tələblərinə dair işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1161/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1161/2021
10.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver