Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1165/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-3072/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-3072/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 210 manat məbləğində pul hissəsi və dövlət rüsumu üçün ödənilmiş 10 manat pulun tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi R.V.Əliyev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-3072/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandımışdır ki, İddiaçı 30.08.2013-cü il tarixli, 34292 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********04480 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 40013674 nömrəli qaz sayğacı quraşdırılmışdır. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı aktlar tərtib edilmişdir. Tərtib olunmuş aktlardan müəyyən olunur ki, cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya 4364 manat ziyan vurmuşdur. Cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği isə hazırda 2351,30 manat təşkil edir. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 2351,30 manat zərərin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2381,30 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı İB-nin nümayəndəsi R.V.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 10 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək itirilmiş qaza görə hesablatlar aparılaraq ümumilikdə 2351,30 manat dəymiş ziyan hesablanmışdır. Qaldırılmış iddianın mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsdiqlənmiş foto şəkillər, protokollar, aktlar və s. müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş Dövlət müəsissəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yaranmış ziyan məbləğini araşdırmamış, bununla bağlı hər hansı ekspertiza keçirməmiş, abonent bazasında bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməyərək qeyriobyektiv qərar qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.V.Əliyev apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materialında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 30.08.2013-cü il tarixli, 34292 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarına əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 18.09.2017-ci il tarixli, ******* saylı akt əsasında 324,20 manat, 29.11.2017-ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat, 24.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 397,20 manat, 26.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 214 manat, 30.03.2018-ci il tarixli, 58/1745 saylı akt əsasında 194,40 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, 14.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 28,80 manat, 30.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 230,40 manat, 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 172,80 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 16,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat və 04.2020-ci il tarixli, ******* saylı akt əsasında 210 manat məbləğində pul cavabdehin qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən edilir. 17.06.2020-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə 2351,30 manat ziyan dəymişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, 18 sentyabr 2017-ci il tarixdə ******* saylı akt tərtib olunaraq abonent Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 324,20 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Bu hal təsdiqini tapdığı halda Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsinə şərait yaradılmış və 18 sentyabr 2017-ci il tarixdən etibarən 30 mart 2020-ci il tarixə qədər müxtəlif tarixlərdə 27 akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Nəzərə alınmalıdır ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində İddiaçı İB-nə maddi zərərin dəyməsi halı təsdiq edildikdən sonra bir daha bu hala yol verməyəcəyinə nəzarət olunması və Cavabdeh sayğac vasitəsi ilə istifadə etməsi üçün tədbirlər görülməsinə nəzərət İddiaçı İB-nin vəzifəsi olmuşdur. Belə olan halda 18 sentyabr 2017-ci il tarixdən etibarən 30 mart 2020-ci il tarixə qədər müxtəlif tarixlərdə 27 akt tərtib olunmuş aktlar əsaslı hesab edilib, maddi ziyanın tutulması üçün əsas deyildir. Birinci instansiya məhkəməsi istifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq hesab etmişdir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********04480) ünvan 2 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığını, 04.2020-ci il tarixli ******* saylı sonuncu akt əsasında 210 manat pulun Cavabdeh tutulub İddiaçı hesabına tutulması nəticəsinə gəlmişdir. Qətnamənin həmin hissəsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyasının iddiaçının nümayəndəsi R.V.Əliyevə dəfələrlə təklif edilməsinə baxmayaraq, Birliyin əməkdaşları tərəfindən cavabdehin yaşayış evinə qaz sayğacından kənar qanunsuz olaraq qaz xətinə qoşulma halları barədə tərtib olunmuş aktlar üzrə iştirak etmiş şəxslərin şahid qismində dindirilməsi üçün heç bir tədbirlər görülməmiş, apelyaisya şikayətində ekspertiza təyin edilməsi barədə dəlilini əsaslandıra bilməmiş, hansı ekspertizanın təyin edilməsi və nə kimi xüsusuatların araşdırılması hallarını göstərə bilməmiş, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq hansı tədbirlərin görülməsi və sayğacdan kənar qaz xəttinin ləğv dilməsi barədə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Cavabdeh digər aktlar əsasında hesablanmış zərərin tutulması hissəsində dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada tam təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında tam ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 18 sentyabr 2017-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 324,20 manat məbləğində pul vəsaiti tutulub İddiaçı müvafiq hesabına ödənilməsi hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPMnin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 18 sentyabr 2017-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 324,20 manat pulun tutulması» hissəsində ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İB-nin nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-3072/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 18 sentyabr 2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 324,20 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə – «Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 210 manat məbləğində pul hissəsi və dövlət rüsumu üçün ödənilmiş 10 manat pul tutulub İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin, iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1165/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1165/2021
21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver