Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1167/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(029)-1/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət 26 aprel 2024-cü il tarixdə Qusar Rayon Məhkəməsinə daxil olmuşdur. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(029)-1/2024 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır (hakim Anar Qasımov). İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə faktiki iddiaçı tərəfindən poçt vasitəsilə yaşadığı ünvanda xx.xx.2024-cü il tarixdə alınmışdır. 26 aprel 2024-cü il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Qusar Rayon Məhkəməsi, qətnamənin xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən alındığı üçün və 26 aprel 2024cü il tarixdə apellyasiya şikayətini verdiyinə görə hesab etmişdir ki, iddiaçı apellyasiya şikayəti üçün qanunla müəyyən olunmuş bir ay müddətinin bir gün ötürülmüşdür (buraxmışdır). Şikayət müddəti keçdiyi üçün apellyasiya şikayəti mümkünsüz hesab edilərək qeri qaytarılmışdır. Yəni bir gün keçdiyi üçün apellyasiya mümkünsüz hesab olunmuşdur. Məhkəmə xx.xx.2024 tarixdə onları məhkəməyə çağırsa idi və mülki prosessual məcəlləsinin müddəalarına (MPM-nin 133-cü maddəsi) riayət etsə idi, qeyd etdiyi nöqsanlar aradan qaldırılmış olub (yəni apellyasiya şikayət müddətin uzadılması ərizə təqdim olunardı) apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərib, qanunsuz qərardadı çıxarmış olmazdı. Hesab edir ki, şikayət olunan qərardad ləğv olunmalı, iş üzrə xx.xx.2024-cü il tarixli həmin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilməlidir. Qətnamədən apellyasiya şikayətin bir gün müddətin buraxılması üzürlü səbəbdən hesab olunmalıdır. Həmin şikayət müddət 5 günə uzadılmalıdır və qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, İddiaçı nümayəndəsi Vəkil sistemə proses iştirakçısı kimi daxil edilmiş və onun elektron kabineti vardır. Qusar Rayon Məhkəməsi tərəfindən həmin şəxsin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qusar Rayon Məhkəməsi qanuna əsaslanaraq tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olaraq vəkil tərəfindən tərtib etdiyindən və vəkilin elektron kabinetindən göndərildiyindən vəkili səhvən məhkəmə proses iştirakçısı kimi qəbul etmişdir. İddiaçı poçt vasitəsilə poçt məktubu ilə xx.xx.2024-cü il tarixdə alınması xəbərnamə ilə təsdiq olunur. Lakin, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ağır xəstəlyiə düçar olduğundan (baş beyin hipertoniyanın kəskin serebrokal ağır forması) və apellyasiya şikayətinin xx.xx.2024-cü il tarixdə verdiyindən şikayətin verilmə müddətin bir günlə ötürülməsinin üzürlü təşkil edir. Azərbaycan Respublikası MPM-nin 46-ci (işdə iştirak edən şəxslərin tərkibi) maddəsinə əsasən, tərəflər üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və diqər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 61-ci (prosessin digər iştirakçıları) maddəsinə əsasən görə işdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.Göründüyü kimi, MPM-nin maddələri nümayəndə və vəkilləri prosesi diqər iştirakçılarına aid etməklə onların işdə edən şəxslərdən fərqləndiyini xüsusilə vurğulayır. Ona görə də hesab edir ki, mülki prosesdə sərəncamverici hərəkətlər etmək hüququna ancaq işdə iştirak edən şəxslər malik olduğundan, İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində elektron kabinetinin olmadığından Qusar Rayon Məhkəməsinin xx.xx.2024 tarixli qətnaməsinin xx.xx.2024 il tarixdə Vəkil elektron kabinetində yerlşdirilməsi qətnamənin İddiaçı rəsmi qaydada verilməsi kimi hesab oluna bilməz. Qərardadı bu günədək iddiaçı rəsmi qaydada almamışdır. Bu isə İddiaçı qətnamədən rəsmi qaydada aldığı andan rəsmi şikayət etmək hüququnun prosessual pozulmasıdır. İddiaçı 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək ağır xəstəsi olan əmək qabiliyyəti olmayan şəxs qismində müalicə almış və onun işə başlanması 27 aprel 2024-cü il tarixdən müəyyən olunmuşdur. Bu barədə əmək Əmək qabiliyyətinin olmaması vərəqəsi seriya SN 00008 № ******* şikayətə əlavə olunmuşdur. Eyni zamanda İddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli hazırda şikayət olunan məhkəmənin qərardadın qəbul edilməsi ilə bağlı məlumatlı olsa idi onda həmin günü əmək qabiliyyətinin olmaması haqqında vərəqəni məhkəməyə təqdim edib şikayətinin müddətinin uzadılması ilə bağlı və buraxılmasının üzürlü səbəbin olması ilə bağlı ərizəni məhkəməyə təqdim edərdi. Beləliklə, Qusar Rayon Məhkəməsinin məktubun (qətanmə ilə içində) poçtun zərfində xx.xx.2024 tarixli daxil olması möhürlə təsdiqlənir. Buna qörə məhkəmə hesab etmişdir ki, həmin tarixdə həmin məktub İddiaçı təqdim olunub və o xx.xx.2024-cü ilədək apellyasiya şikayətini verməli olduğu halda xx.xx.2024-cü il tarixdə yəni 1 (bir) gün ötürülməklə həmin şikayəti vermiş, və bununla da qanunla müəyyən olunmuş şikayətin verilmə bir ay müddətini ötürmüşdür. Bununla bağlı hesab edir ki, İddiaçı 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək ağır xəstə olduğundan qeyd olunan ötürülmüşün bir günün buraxılması üzürlü səbəbindən hesab olunmalı və bu bir gün (şikayətinin müddəti bir günə bərpa olunmaqla) uzadılmalıdır. Qeyd edir ki, 26 aprel 2024-cü il tarix cümə gününə düşür. 27 aprel və 28 aprel qeyri iş günləridir. İddiaçı işə başlanması 27 aprel 2024 tarixdə əmək qabiliyyətinin olmaması vərəqəsində qeyd olunur. Beləliklə, İddiaçı qətnamədən apellyasiya şikayətinin verilməsi 29 aprel 2024-cü il tarixdə qurtarır (bitir). Məhkəmənin bu hallardan xəbərdar olmadığı səbəbindən şikayət olunan qərardad qəbul olunmuşdur. Digər tərəfdən, əgər İddiaçı 24 aprel 2024-cü il tarixdə ölmüş olsa idi, onda necə müddətin buraxılması və ya ötürülməsi məhkəmə tərəfindən qiymətləndirəcəkdir? Halbuki, məhkəmə iştirakçıları işindən xəbərdar olunmalı və bu məlumatı məhkəmə tərəfindən onlara qanuna uyğun çatdırılmalıdır. Göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasından məlumatı olmamışdır və bu səbəbdən o məhkəməyə xəstəlik haqqında vərəqəni və müddətin uzadılması haqqında ərizəni göndərməmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 1/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iş üzrə Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsi 19 mart 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda həmin qətnamənin surəti xəbərnaməli poçt xidməti vasitəsilə İddiaçı göndərilmiş və həmin qətnamə xx.xx.2024-cü il tarixdə poçt qəbzinə imza etdirilməklə şəxsən həmin şəxsə təqdim edilmişdir. Bununla da, iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti 19 mart 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək, iddiaçının özünün apellyasiya şikayəti vermə müddəti isə 25 mart 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək davam etmişdir. Buna baxmayaraq, Vəkil həmin müddət daxilində qətnamədən apellyasiya şikayəti verməmiş, həmin müddəti ötürdükdən sonra, yəni 26 aprel 2024-cü il tarixdə həmin şikayəti vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətinin dəlillərində göstərmişdir ki, İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində elektron kabinetinin olmadığından Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ona məxsus elektron kabinetində yerləşdirilməsinin qətnamənin İddiaçı rəsmi qaydada verilməsi kimi hesab olunmamalıdır. Kollegiya həmin dəlillə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddiaçının nümayəndəsi və vəkili iş üzrə tam səlahiyyətli olmuşdur və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin axımı məhkəmə aktının ona məxsus elektron kabinetə yerləşdirilməsindən hesablanır. İddiaçının nümayəndəsi və vəkilinin şikayətində qeyd etdiyi “ötürülmüşün bir günün buraxılmasının üzürlü hesab olunması, şikayətin müddətinin bir gün uzadılması” ilə bağlı kollegiya qeyd edir ki, mülki prosessual qanunvericlikdə buraxılmış müddətin uzadılması yox, bərpası nəzərdə tutulmuşdur. İş materiallarından o da aydın olur ki, iddiaçının nümayəndəsi və vəkili daha sonra həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmiş və Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilərək həmin müddətin bərpa edilməsi və apellyasiya şikayətinin sənədlərlə və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1, 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1167/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1167/2024
27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver