Məhkəmə qərarları › İş №2(105)-1176/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1176/2022

17.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1176/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2846/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İşdən görünür ki, Cavabdeh1 “X1 Korporasiyası” ASC-yə qarşı hazırkı iş üzrə iddianın predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 10985 saylı mənzilin alğı-satqısı müqavilələrinə əsasən ödənilmiş 417900 manat pulun ASC-dən alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmış, Xətai Rayon Məhkəməsinin 2(011)- 991/2019 saylı iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh ASC-nin apellyasiya şikayətin əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-89051/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-411/2020 saylı iş üzrə 18 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5694/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə həmin işə baxılması hazırkı iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadına əsasən Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsində icraatı dayandırılmış iş üzrə iddia tələbinin əsasını hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələri təşkil edir, tərəflər eynidir, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni alqı-satqı müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını təşkil edir. Mülki Prosessual Məcəllənin 259.0.4. maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizəni baxılmamış saxlayır. Qanunun mənasına görə ərizənin baxılmamış saxlanılması üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında iş olmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında Cavabdeh1 “X1 Korporasiyası” ASC-yə qarşı hazırkı iş üzrə iddianın predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 10985 saylı mənzilin alğı-satqısı müqavilələrinə əsasən ödənilmiş 417900 manat pulun ASC-dən alınıb ona verilməsi barədə iş olduğundan, Azərbaycan Respublikası MPM-in 259.0.4-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.2, 384.0.5, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar