Məhkəmə qərarları › İş №2(105)-1176/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1176/2023

11.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1176/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 4qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə ünvan 4qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-65/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ünvan 4qayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır.

2. ünvan 4qayıt şəhər Bələdiyyəsinin 16 sentyabr 2005-ci il tarixli qərarı ilə Cavabdeh2 ünvan 4qayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində ticarət köşkünün qoyulması üçün torpaq sahəsi ayrılmışdır.

3. Tərəflərin istifadəsindəki qeyri-yaşayış sahələri qonşuluqda yerləşmiş və tərəflər arasında mübahisə hər iki obyektin ümumi istifadəsində olan sanitaq qovşağa girişin cavabdeh tərəfindən məhdudlaşdırılması ilə bağlı olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ünvan 4qayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyriyaşayış sahəsi ilə cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin arasında yerləşən ayaq yoluna gedən yolun girişində cavabdeh tərəfindən hörülmüş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi xx.xx.2013-cu il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsini çay evi və bərbərxana kimi işlədir. Cavabdeh də onunla qonşuluqda kafe işlədir. İki obyektin arasında ümumi istifadədə olan ayaq yolu var. Cavabdeh həmin ayaq yoluna gedən yolun girişini kərpiclə hörərək bağlayıb və həmin ayaq yolundan istifadə etmək mümkün deyil. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, tələb etmişdir ki, həmin tikilini söksün. Lakin cavabdeh bunundan imtina edir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh1 tərəfindən iddiaya yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini iddia etdiyi tikilinin ona məxsus olan qeyriyaşayış sahəsinə hər hansı aidiyyəti yoxdur. Cavabdeh ona məxsus olan əraziyə girməmiş, zəbt etməmişdir. Tərəfindən aparılan tikili ona qanuni əsaslarla ayrılmış, istifadəsinə verilmiş torpaq sahəsi üzərindədir. Bundan başqa həmin ərazidə o, qanuni əsaslarla istifadə edərək vergi ödənişini həyata keçirir. İddiaçının ona qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı iddia tələbində qeyd edir ki, cavabdeh onunla qonşuluqda kafe işlədir. Halbuki, həmin kafe cavabdehə məxsus deyil. Kafe Cavabdeh2 adınadır və həmin şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır.

7. İddiaçının vəsatəti əsasında Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb olunmuşdur.

8. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixində qeydiyyata alınmışdır.

9. ünvan 4qayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2007-ci il tarixli məktuba əsasən ona məxsus olan 9-cu mikrorayon ərazisində yerləşən, sahəsi 12 kv.m ticarət köşkünün Memarlıq və Şəhərsalma idarəsinin tərtib etdiyi eskiz layihəsinə uyğun olaraq yenidən qurulmasına etiraz edilmir.

10. ünvan 4qayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktuba əsasən ünvan 4qayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 9-cu mikrorayon ərazisində yerləşən sahədə mövcud ticarət köşkünün yenidən qurulması məqsədilə Memarlıq və Şəhərsalma idarəsinə təqdim etdiyi tikinti layihəsinə müvafiq qaydada baxılaraq razılaşdırılmışdır.

11. İş materiallarına Cavabdeh2 məxsus olan ünvan 4qayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 652/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7232 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli, 652/1 saylı “İnşaat Pasportu”ndakı göstəricilərə uyğun olmadığı müəyyən olundu. Ərazinin zəbt edilibedilməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. X1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin, xx.xx.2013-cü il tarixli, **********27-06301 reyestr nömrəli, texniki pasporta əsasən İddiaçı məxsus ünvan 4qayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, 21В ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığı müəyyən olundu.

13. İşin hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən tərəflərin və onların nümayəndələrinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahələri qonşuluqda yerləşir. Həmin qeyri-yaşayış sahələrini plastik arakəsmə ayırır. Plastik arakəsmə Cavabdeh2 məxsus obyektin sonunda bitir və iddiaçının ona məxsus olduğunu iddia etdiyi ayaqyolunun qapısı buraya açılır. Plastik arakəsmənin sonu cavabdeh tərəfindən kərpiclə hörülmüşdür.

14. ünvan 4qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-65/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi ayaqyoluna gedən yol kimi qiymətləndirdiyi ərazi iddiaçının mülkiyyətində və ya hər hansı qanuni istifadəsində deyildir. İddiaçı həmin ərazinin ona məxsusluğunu və ya həmin ərazinin əvvəllər ümumi istifadədə olan yol olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.1, 157.2, 180, 159, 166.3-cü maddəsinin, Mülki Prosessual Məcəllənin 119, 216-220, 360-cı maddəsinin tələbləri ilə əsaslandırmışdır.

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7232 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli, 652/1 saylı “İnşaat Pasportu”ndakı göstəricilərə uyğun olmadığı müəyyən olunmuşdur. Mübahisə predmeti olan tikilinin, hörülmüş hissənin kimə məxsus olması ekspert rəyi ilə müəyyən edilməmişdir. Hörgünün hörülməsini cavabdeh özü də etiraf edir. Ayaqyoluna gedən yol əvvəllər açıq olub. Belə olan halda, iddia tələbinin təmin olunmaması tamamilə əsassızdır. Ekspert iş üzrə düzgün rəy verməyib. Məhkəmə həmçinin belə nəticəyə gəlib ki, iddiaçı tərəfin əsas dəlillərindən biri iş üzrə məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyində Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli, 652/1 saylı “İnşaat Pasportu”ndakı göstəricilərə uyğun olmadığının qeyd edilməsi olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, ekspert rəyində Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin, xx.xx.2013-cü il tarixli, **********27-06301 reyestr nömrəli, texniki pasporta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığı da qeyd edilmişdir. Yəni, hətta Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsində texniki pasporta uyğun olmayan hansısa tikinti işləri aparılmışsa belə, bunun iddiaçıya məxsus obyektə hər hansı aidiyyəti yoxdur. İddiaçının qeyd etdiyi hörgü işi cavabdeh tərəfindən aparılsa belə, həmin hörgü Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin hüdudlarında aparılmış və iddiaçıya aid sahəyə hər hansı müdaxilə edilməmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, həmin sanitar qovşaq iddiaçının vəsaiti hesabına tikilib və cavabdeh sonradan həmin sanitar qovşağa gedən yolu özü də etiraf etdiyi kimi hörmüşdür. Ümumiyyətlə, ekspert həmin sanitar qovşağın iddiaçının yoxsa cavabdehin ərazisinə aid olduğunu müəyyən etməyib. Hesab edir ki, bu hallar apellyasiya məhkəməsində araşdırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. ünvan 4qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

27. Hazırkı halda tikilinin sökülməsi ilə bağlı iddia irəli sürmək üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüququnun olması və ya onun mülkiyyət hüququnun pozulması müəyyən edilməlidir.

28. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə dair rəydən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən 47,1 kv.metr qeyri-yaşayış tikilisi İddiaçı mülkiyyətindədir. Həmin qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4qayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə olan vəziyyətinə dair **********27-06301 reyestr nömrəli, 16967 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən mülkiyyətə verilmiş qeyri-yaşayış sahəsi müxtəlif təyinatlı 5 tikilidən ibarətdir. 6 nömrəli tikili (sanitar qovşaq) isə sahəsi 2,6 kv.metr olmaqla, zəbt torpaq sahəsində inşa olunmuş özbaşına tikili kimi qeyd olunmuşdur.

29. Rəyin nəticə hissəsində isə qeyd olunmuşdur ki, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli, 652/1 saylı “İnşaat Pasportu”ndakı göstəricilərə uyğun olmadığı müəyyən olundu. Ərazinin zəbt edilib-edilməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. X1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin, xx.xx.2013-cü il tarixli, **********27-06301 reyestr nömrəli, texniki pasporta əsasən İddiaçı məxsus ünvan 4qayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, 21В ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığı müəyyən olundu.

30. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin və onların nümayəndələrinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahələri qonşuluqda yerləşir. Həmin qeyri-yaşayış sahələrini plastik arakəsmə ayırır. Plastik arakəsmə Cavabdeh2 məxsus obyektin sonunda bitir və iddiaçının ona məxsus olduğunu iddia etdiyi ayaqyolunun qapısı buraya açılır. Plastik arakəsmənin sonu cavabdeh tərəfindən kərpiclə hörülmüşdür.

31. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının sökülməsini tələb etdiyi tikili onun mülkiyyətinə verilmiş sahəyə aid deyil və həmin tikili cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsində yerləşir. Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin isə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığı müəyyən olunmuşdur.

32. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə iddiaçının mülkiyyətçi kimi hər hansı hüququnun pozulması müəyyən olunmadığından, mübahisələndirilən tikili özbaşına tikili olmaqla ona məxsus qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığından, iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı hazırkı iddianı qaldırmaq hüququ yoxdur.

34. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, hörgü işi Cavabdeh2 istifadəsində olan qeyri-yaşayış sahəsinin hüdudlarında aparılmış və iddiaçıya aid sahəyə hər hansı müdaxilə edilməmişdir.

35. Sanitar qovşağının iddiaçının vəsaiti hesabına inşa edilməsi ilə bağlı kollegiya qeyd edir ki, ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən sanitar qovşaq zəbt torpaq sahəsində inşa olunmuş özbaşına tikilidir. Cavabdehin həmin sanitar qovşaqdan iddiaçının istifadəsinə maneə törətməsi halı işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən edilməmiş, o cümlədən bu barədə iddiaçı tərəf məhkəməyə hər-hansı sübut növü təqdim etməmişdir. Cavabdeh2 isə məhkəmə iclasında həmin sanitar qovşağdan iddiaçının istifadəsinə heç bir maneə törətmədiyini bildirmişdir.

36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. ünvan 4qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-65/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində ünvan 4qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar