Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1178/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh “xxxx” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 avqust 2019-cu il il tarixli, 2(012)-2599/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2599/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 32817 manat 74 qəpik əsas borc, 5505 manat 25 qəpik faiz, 149 manat 49 qəpik cərimə olmaqla, ümumilikdə 38481 manat 60 qəpik pulun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətində İddiaçı adına açılmış hesaba ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(105)-489/20 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2599/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 37.241,67 (otuz yeddi min iki yüz qırx bir manat altmış yeddi qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(105)4235/2020 saylı qərarı ilə “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-489/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 33124 manat əsas borc, 4820 manat faiz, 290 manat cərimə olmaqla, ümumilikdə 38234 manat pulun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 32817,74 manat əsas borc, 5505,25 manat faiz, 149,49 manat cərimə olmaqla, ümumilikdə 38481,60 manat pulun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməməsi nəticəsində əsassız məhkəmə aktı qəbul etmişdir. Abşeron Rayon Məhkəməsi İddiaçı iddia tələbinə hüquqi qiymət verərək faktiki hal olaraq İddiaçı cavabdeh cəmiyyətlə 01.04.2015-ci il tarixli müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binasının 3 mərtəbəli ümumi sahəsi 62 kv.m.olan 1 otaqlı 22 saylı mənzilə görə ümumilikdə 40300 manat müəyyən olunaraq 4100 manat şəxsi vəsaiti hesabına, 36200 manat pul isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən bağlanmasını müəyyən etmişdir. Məhkəmə müəyyən etdiyi hal üzrə birtərəfli və səthi araşdırma apararaq yekun məhkəmə aktı qət etmişdir. Məhkəmənin istinad etdiyi Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3185/2018 saylı, 27.08.2018-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-545/2019-cu saylı, 25 yanvar 2019-cu il tarixli qərarı üzrə məhkəmə çəkişməsi İddiaçı ilə cavabdehlər “xxxx” MMC və “xxxx" ASC arasında yaranmışdır. Həmin mülki iş üzrə İddiaçı ilə cavabdeh cəmiyyət arasında bağlanmış 01.04.2015-ci il tarixli, ABB YM-0283 saylı mənzilin alqı-satqı müqaviləsi mübahisələndirilmiş və həmin müqavilə üzrə Cəmiyyətə ödənilmiş 4100 manat və digər cavabdeh “xxxx” ASC-nə ödənilmiş 12070 manat pulun cavabdeh “xxxx” MMC-dən tutulması qət edilmişdir. Eyni zamanda 2(105)- 3185/2018 saylı mülki iş üzrə İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və müqavilə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq Abşeron Rayon Məhkəməsi 2(012)-2599/2019 saylı mülki iş üzrə məhz həmin münasibətlərdən irəli gələrək yaranmış borcların "xxxx" MMC-dən tutulmasını qanunsuz hesab edirlər. Belə ki, “xxxx” ASC ilə İddiaçı arasında yaranmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə hüquqi məsələlər hər iki tərəfə aid edilə bilər. Bununla yanaşı 01.04.2015-ci il tarixli, ABB YM-0283 saylı mənzilin alqı-satqı müqaviləsinin 10-cu bəndinə görə alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində alıcıya qaytarılacaqdır. Lakin məhkəmə isə birtərəfli qaydada, əsassız olaraq iddiaçının mübahisəli müqaviləni ləğv etmək istəyini araşdırmadan nəzərə almışdır. Məhkəmə tərəflər arasında bağlanan müqavilədə mənzilin təhvil verilmə müddətini göstərməsə də tərəflərin izahatına görə müqavilə bağlandığı vaxtdan iki il müddətinə mənzil iddiaçıya təhvil verilməli idi, tamamilə səhv fikirdir. Çünki cavabdeh və ya səlahiyyətli nümayəndəsi tərəfindən mübahisəli mənzilin təhvil verilmə müddəti və ya gecikdirilməsi barədə fikirlər bildirilməmiş, habelə müqavilədə belə bir müddət müəyyən edilməmişdir. Həmin müqavilənin 4-cü bəndinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə qədər qüvvədədir. Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqısatqı müqaviləsinin icrasından imtina edə bilər. Halbuki hazırki vəziyyətdə satıcı cavabdeh cəmiyyət alıcı-iddiaçıya münasibətdə mənzilin təhvil verilməsinndan imtina etmir: əksinə mənzilin inşa edilib təhvil verilməsindən ibarət öhdəliyini icra etməkdə davam edir. Satıcı “xxxx” MMC 01.04.2015-ci il tarixli, ABB YM-0283 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binanın 3 mərtəbəli ümumi sahəsi 62 kv.m.olan 1 otaqlı 22 saylı mənzilin alıcı İddiaçı təhvil verilməsi öhdəliyindən imtina etməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2019-cu il il tarixli, 2(012)- 2599/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-163/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd edilən qətnamədən verdiyi apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)- 3185/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-163/2018 saylı 05 aprel 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin (təminatlı kredit müqaviləsi № 2-01-04-2015-YS- AAAF-AE (daxili ipoteka krediti üçün), İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin (təminatlı kredit müqaviləsinin) ləğv edilməsi, bu müqaviləyə əsasən İddiaçı “xxxx” MMC-yə ödədiyi 4100 manat, “xxxx” ASC-yə ödədiyi 12070 manat pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 7750 manat pulun, ümumilikdə 23920 manat pulun və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli müqaviləyə (mənzilin alqı-satqı müqaviləsi ABB YM-0283 ABB tərəfindən ipoteka ilə satılmış mənzil üçün) əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binanın, 3 mərtəbəli ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, eyvanın qoruyucu konstruksiyası daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 62 kv.m olan 1 otaqlı 22 saylı mənzili təhvil verməyi üzərinə götürmüş, o, isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin alınması üçün onunla “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin (təminatlı kredit müqaviləsi № 2-01-04-2015-YSAAAF-AE (daxili ipoteka krediti üçün) kredit müqaviləsinə əsasən ASC ona illik faiz dərəcəsi 10% olmaqla 15 il müddətində 36200 manat məbləğində kredit ayırmışdır. O, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binasının, 3 mərtəbəli ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, eyvanın qoruyucu konstruksiyası daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 62 kv.m olan 1 otaqlı 22 nömrəli mənzilə görə “xxxx” MMC-yə 01 aprel 2015-ci il tarixli müqaviləyə əsasən mənzilin hər kv.metrinə görə 650 manat olmaqla ümumilikdə 40.300 manat müəyyən edilmiş, tərəfindən 4100 manat öz şəxsi vəsaiti hesabına, qalan 36.200 manat pul isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ödənilmişdir. Bir neçə il əvvəl “xxxx” ASC tərəfindən ona banka 33124 manat əsas borc, 4820 manat faiz, 290 manat cərimə olmaqla, ümumilikdə 38234 manat məbləğində borcu olduğu bildirilmişdir. Lakin “xxxx” MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi üçün Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3185/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən onunla “xxxx” MMC və “xxxx” ASC arasında bağlanmış müqavilələr ləğv olunduğundan o, “xxxx” MMC-nin təqsiri ucbatından 38234 manat məbləğində ziyana məruz qalmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2019-cu il il tarixli, 2(012)-2599/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(105)4235/2020 saylı qərarında göstərilənləri və apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3185/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(012)-163/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər «xxxx» MMC-yə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə “xxxx” MMM arasında bağlanmış 01 aprel 2015-ci il tarixli müqavilənin (mənzilin alqı-satqı müqaviləsi №ABB YM-0283 ABB tərəfindən ipoteka ilə satılmış mənzil üçün), iddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə ödədiyi 4100 (dörd min yüz) manat, onun “xxxx” ASC-yə ödədiyi 12070 (on iki min) manat pul və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 545/2019-cu il tarixli 25 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 06.08.2019-cu il tarixli arayışından müəyyən edilir ki, həmin bankın Müştəri Xidməti Depatamenti ilə İddiaçı arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36200 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 25 yanvar 2019-cu il tarixinə Bank qarşısında 33124 manat 98 qəpik əsas borc, 4116 manat 69 qəpik faiz borcu olmaqla, ümumilikdə 37241 manat 67 qəpik kredit öhdəliyi mövcud olmuşdur. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidməti Depatamentinin 22.07.2019-cu il tarixli hesabdan çıxarışından müəyyən edilir ki, İddiaçı borcu 32817 manat 74 qəpik əsas borc, 5505 manat 25 qəpik faiz, 149 manat 49 qəpik cərimə olmaqla, ümumilikdə 38481 manat 60 qəpikdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 448.1 və 743-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Belə ki, iş materiallarından görünür ki, 01.04.2015-ci il tarixdə tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı mənzilin dəyərinin əvəzi kimi 4.100 manat ilkin ödənişi nəğd olaraq, 36.200 manatı isə “xxxx” ASC-dən kredit götürməklə bank vasitəsilə cavabdehə ödəmişdir. Lakin cavabdeh müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya vermək öhdəliyini icra etməmişdir. Bununla da iddiaçı müqavilədən imtina edərək düşdüyü zərərin əvəzini tələb etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3185/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə “xxxx” MMM arasında bağlanmış 01 aprel 2015-ci il tarixli müqavilənin (mənzilin alqı-satqı müqaviləsi №ABB YM-0283 ABB tərəfindən ipoteka ilə satılmış mənzil üçün), iddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə ödədiyi 4100 (dörd min yüz) manat, onun “xxxx” ASC-yə ödədiyi 12070 (on iki min) manat pul və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(012)- 2599/2019 saylı, Mülki Kollegiyasının 2(102)-545/2019-cu il tarixli, 25 yanvar 2019-cu il tarixli qərarı ilə qanuni qüvvəsini alımışdır. Göründüyü kimi, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı 01.04.2015-ci il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə zərərin əvəzinin ödənilməsi haqqında iddiasına bir dəfə baxılmış və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə MMCdən 4.100 və 12.070 manat olmaqla, cəmi 16.170 manat məbləğində pul tutulmuşdur. Hazırki işdən də görünür ki, iddiaçı mənzilin əldə edilməsi üçün kredit müqaviləsi bağlayaraq borc aldığı “xxxx” ASC-yə həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış 38.234 manat borcun “xxxx” MMC-dən tutulmasını tələb etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı “xxxx” ASC ilə bağladığı kredit müqaviləsi üzrə yaranmış borc məbləğini özünün zərəri kimi qiymətləndirərək cavabdehdən tələb etmiş, məhkəmə nəzərə almamışdır ki, “xxxx” MMC-nin iddiaçıya əvəzini ödəməli olduğu zərər və onun həcmi, iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan öhdəliklərə görə deyil, MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana gələn itgiyə görə qiymətləndirilməlidir. Ona görə ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı tələbinin hüquqi əsası Mülki Məcəllənin 447.7-ci maddəsi çıxış edir. Həmin normanın tələbinə görə kreditor, müqavilədən çıxarkən müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbləri üzrə işə baxılarkən tərəflərin müqavilə münasibətlərindən kənara çıxılmaqla, İddiaçıla “xxxx” ASC arasında bağlanmış müqavilə üzrə razılaşma ilə meydana gəlmiş əsas, faiz və cərimə borcu məbləğlərinin həmin münasibətlərin iştirakçısı olmayan üçüncü şəxs “xxxx” MMC-dən tutulması qanuni və əsaslı sayıla bilməz. Əks yanaşma, müqavilənin yalnız onun tərəfləri üçün öhdəlik doğurması və tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmaması prinsipinə açıqca ziddir. Mülki qanunvericiliyin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərər institutu, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalmanı nəzərdə tutur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir. Başqa sözlə, müqavilə öhdəliyinin təqsirli şəkildə pozulması halında iddia olunan zərərlə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında uyğun səbəbli əlaqə aşkar edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin bağladıqları alqı-satqı müqaviləsi üzrə iddiaçının real zərəri, yəni müqavilə üzrə “xxxx” MMC-yə ödədiyi vəsait (ilkin ödəniş olaraq verdiyi 4.100 manat və kredit götürməklə bank vasitəsi ilə ödədiyi 36.200 manat olmaqla) 40.300 manat təşkil edir. İddiaçının bu real zərər məbləğindən əlavə, cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində düşdüyü digər zərərlərin (pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əldən çıxmış fayda və s.) olması istisna deyil. Lakin iddiaçı bu hallara istinad edərək hər hansı zərər məbləğinə istinad və sübut təqdim etmədiyi üçün həmin xüsusatlar hazırkı işin araşdırma predmetini təşkil etmir. Şərtləri sübuta yetiridiyi təqdirdə həmin zərər(lər)i ayrıca iddia ilə tələb etmək hüququ istisna olunmur. Müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3185/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(012)-163/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər «xxxx» MMC-yə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə “xxxx” MMM arasında bağlanmış 01 aprel 2015-ci il tarixli müqavilənin (mənzilin alqı-satqı müqaviləsi №ABB YM-0283 ABB tərəfindən ipoteka ilə satılmış mənzil üçün), iddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə ödədiyi 4100 (dörd min yüz) manat, onun “xxxx” ASC-yə ödədiyi 12070 (on iki min) manat pul və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yəni qeyd edilən qətnamədən müəyyən olunur ki, iddiaçı “xxxx” MMC-yə ödədiyi 4100 (dörd min yüz) manat pulun tutularaq ona ödənilməsini tələb etmişdir. Hazırkı iş üzrə iddiadan isə müəyyən olunur ki, iddiaçı “xxxx” ASC-nin ondan ödənilməsini tələb etdiyi borcun, yəni əsas borc üzrə 33.124 manat, faiz borcu üzrə 4820 manat, cərimə borcu üzrə 290 manat, cəmi 38.2354 manat məbləğində pulun cavabdeh «xxxx” MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Belə olduqda məhkəmə kollegiyası hesab edir ki, hər iki tələb müxtəlifdir, yəni eynilik təşkil etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız oduğu üçün təmin ediliməməlidir. Belə ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi borc məbləği onunla “xxxx” ASC arasında bağlanmış müqavilə əsasında yaranmışdır. Həmin müqavilə üzrə cavabdeh müqavilənin tərəfi kimi çıxış etməmişdir. Ona görə də həmin məbləğin cavabdehdən tutulmasına dair iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 2(012)-2599/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin (012)-2599/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1178/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1178/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver