Məhkəmə qərarları › İş №2(105)-1181/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1181/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1181/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X1 ibarət tərkibdə, X14 qızının katibliyi, cavabdehin hüquqi varisi X5, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh3 (eyni zamanda Cavabdeh16 ədir qızının nümayəndəsi), Cavabdeh11at Feyməddin oğlunun, cavabdeh X6 nümayəndəsi Nümayəndə, cavabdeh X3 hüquqi varisi X4 iştirakları ilə, İddiaçı Abumüslüm oğlunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əqdlərin (alqı-satqı müqavilələrinin) etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 23 yanvar 2006-cı il tarixli, 2-56/2006 nömrəli qətnaməsindən Cavabdeh12 hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Qusar Rayon Məhkəməsinin 23 yanvar 2006-cı il tarixli 2-56/2006 saylı qətnaməsi ilə İddiaçı Abumüslüm oğlunun Cavabdeh12 və qeyrilərinə qarşı əqdlərin (alqı-satqı müqavilələrinin) etibarlı hesab edilməsinə dair iddiası təmin edilmişdir. Cavabdeh12 hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edib göstərmişdir ki, maraqlarını təmsil etdiyi şəxs mübahisəli qətnamənin qəbul edilməsi ilə nəticələnən məhkəmə iclasında iştirak etməyə cəlb edilməsə də, qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunur. Belə ki, məhkəmə iclası keçirildiyi dövrdə atası artıq iki il vəfat etdiyindən onun həmin prosesdə cavabdeh qismində iştirak etməsi istisna olunurdu. Lakin işə baxan məhkəmə bu halı araşdırmamış və nəticədə hazırda apellyasiya şikayəti ilə müraciət edən X2 atasına məxsus pay torpağının özgəninkişdirməsinə dair qətnamə qəbul etmişdir. X5 məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etdikdən sonra əldə etmişdir. Odur ki, qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilməli və işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin şikayət və ərizə xx.xx.2025-ci il tarixdə poçt xidmətinə verilməklə məhkəməyə göndərilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qusar Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(029)-56/2006 nömrəli qərardadı ilə (hakim Anar Qasımov) Cavabdeh12 hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Qusar Rayon Məhkəməsinin 23 yanvar 2006-cı il tarixli 2-56/2006 saylı qətnaməsindən verilən apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(105)-1181/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Qusar Rayon Məhkəməsinin 09 oktyabr 2025ci il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmunundan görünür ki, X7 tərəfindən 10 iyul 2025-ci il tarixli 2(029)- 56/2006 saylı qərardaddan şikayət verilmiş həmin şikayət 09 oktyabr 2025-ci il tarixdə Qusar Rayon Məhkəməsinə daxil olmuşdur. Odur ki, qeyd edilən şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin aparılması ilə bağlı yaranmış zərurətlə əlaqədar 2-56/2006 saylı mülki işin Qusar Rayon Məhkəməsinə göndərilməsi xahiş edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər və onların nümayəndələri işin geri qaytarılmasına etiraz etdiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Qusar Rayon Məhkəməsinin 23 yanvar 2006-cı il tarixli 2-56/2006 nömrəli qətnaməsindən Cavabdeh12 hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(105)-1181/2025 nömrəli qərardadı ləğv edilməli və Qusar Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(029)-56/2006 nömrəli qərardadından iddiaçının hüquqi varisi X7 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və eyni zamanda Qusar Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli sorğusu əsasında məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Qusar Rayon Məhkəməsinin 23 yanvar 2006-cı il tarixli 2-56/2006 nömrəli qətnaməsindən Cavabdeh12 hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(105)-1181/2025 nömrəli qərardadı ləğv edilsin. Qusar Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(029)-56/2006 nömrəli qərardadından iddiaçının hüquqi varisi X7 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş məhkəmə baxışından çıxarılaraq Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar