Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1183/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X14 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə, Mustəqil tələb irəli sürən 3-cü şəxs: X11, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh1 qarşı neft kəmərinin mühafizə zonasında qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi və vəkili A.N.Ələkbərova və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi V.Əmirov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin Cavabdeh1 qarşı neft kəmərinin mühafizə zonasında aparılan tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxsin iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»ndən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Təhlükəsizlik İdarəsi”ndən müştərək qaydada 15522 manat maddi ziyana və 3000 manat mənəvi zərərə görə pul məbləği rüsuma görə 40 manat məbləğində pulun alınması, 15522 manat məbləğində pulun Cavabdeh1 və X8 verilməsi, mənəvi zərərə görə alınan pul məbləğinin 1500 manatı və rüsuma görə 20 manatın Cavabdeh1, 1500 manatın və rüsuma görə 20 manatın isə X8 verilməsi, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən 3cü şəxsin iddialarının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı» Cavabdeh1 qarşı «neft kəmərinin mühafizə zonasında qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «İddiaçı»nin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 37 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu Ramana südçülük sovxozu ünvanında yaşayan Cavabdeh1 tərəfindən aparılan tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin balansında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 37 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu Ramana südçülük sovxozu ünvanında yaşayan Cavabdeh1 tərəfindən həmin ünvanda hasarlama işlərinin aparıldığı aşkar edilmişdir. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayırmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər. Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikilinin yenidən bərpa edilməsi vəzifəsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin üzərinə qoyulması, ona vurulmuş 40000 (qırx min) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 70030 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»ndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tikilinin yenidən bərpa edilməsi vəzifəsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin və Azərbaycan Respublikası Cavabdeh2 üzərinə qoyulması, ona vurulmuş 40000 (qırx min) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 70030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, qanuni mülkiyyətlərində olan tikilinin sökülməsi prosesini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin və Azərbaycan Respublikası Cavabdeh2 əməkdaşlarının əməllərində cinayət tərkibi olduğundan bu barədə prokurora məlumat verməklə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikilinin yenidən bərpa edilməsi vəzifəsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin və Azərbaycan Respublikası Cavabdeh2 üzərinə qoyulması, tikilinin sökülməsi ilə əlaqədar ona qarşılıqlı iddiaçıya, həm də ona vurulmuş 40000 (qırx min) manat məbləğində maddi ziyanın, cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi ona vurulmuş 25000 manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini, qanuni mülkiyyətlərində olan tikilinin sökülməsi prosesini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin və Azərbaycan Respublikası Cavabdeh2 əməkdaşlarının əməllərində cinayət tərkibi olduğundan bu barədə prokurora məlumat verməklə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2014-cü ilin yanvar ayından Bakı şəhəri Xəzər rayonu Ramana qəsəbəsində ümumilikdə 0,32 ha olan torpaq sahəsini icarə hüququ əsasında 99 il müddətinə icarəyə götürmüş və icarə hüququ Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsində qeydə alınmış və müvafiq çıxarış əldə etmişdir. Lakin xx xxx 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları heç bir sənəd və məhkəmə qərarı olmadan çəkilmiş hasarı söküb dağıtdırmışlar. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəzifə səlahiyyətlərini unudaraq müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mənimsəyərək söküntü işləri ilə məşğul olmuşdur. Bundan başqa, iddia edilən hasar Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərindən 37 metr məsafədə olması göstərilsə də, bəzi sahələrdə 42 metr uzaqlıqda yerləşir. Həmçinin, iddia edilən Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri ilə ona məxsus hasarın arasında eni 14 metr olan yerli əhəmiyyətli avtomobil yolu yerləşməkdədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən tikililərin sökülməsi nəticəsində 40000 manat məbləğində maddi ziyan və keçirdiyi gərgin əsəb stresləri nəticəsində ona ağır mənəvi iztirablara görə 30000 manat məbləğində mənəvi zərər dəymişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh SOCAR İddiaçı Rəisi R.Əmirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İlkin iddia tələbi üzrə mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehə və 3-cü şəxsə məxsus olan hüquq müəyyənedici sənədlərdə göstərilən torpaq sahəsinin eyniyyət təşkil etdiyini təstiq edən heç bir dəlil, sübut yoxdur. Məhkəmə ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsinə və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini əsaslandıgı sübut kimi Azərbaycan Respublikası «Müstəqil Məhkəmə Ekspertizası»nın xx xxxxxxxx 2020-ci il tarixli rəyi olmuşdur. Cavabdeh1 və Toğrul Babayevə məxsus hüquq müəyyənedici sənədlərdən görünür ki, icarələrinə verilmiş torpaq sahələri kənd təsərrüfatlı torpaq sahəsidir. Kənd təsərrüfatlı təyinatlı torpaq sahələrində qum-çıngıl satışı ilə məşgul olunur Əraziyə qum-çıngıl təpəcikləri yaradılmış, mişar daşından hasar çə İlkin iddia üzrə cavabdeh və 3-cü şəzs tərəfindən torpağın təyinatı üzrə istifadə edilməməsi, Qaydalarının 6.7-ci maddəsinin «b» bəndində qeyd edilən işlərdən kənar işlərin yerinə yetirilməsi sabəbindən həmin torpaq sahəsinə mühafizə zonası müəyyən edilərkən 50 metrlik məsafə alınmalı və müvafiq yazılı razılıq alınmalı idi. Qarşılıqlı iddia üzrə söküntü işlərinin İddiaçı əməkdaşları tərəfindən aparılmasının sübutu olaraq yeganə dəlil kimi Xəzər rayon İcra Hakimiyyəti tərəfindən qarşılıqlı iddia tələbi üzrə iddiaçıya ünvanlanmış məktuba istinad etmişdir. Məhkəmənin qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-2082/2020 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçınə qarşı maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilməsi, ilkin iddia tələbi üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi A.N.Ələkbərova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ilk iddia üzrə İddiaçı tərəfindən, istərsə də, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən AR DNŞ Təhlükəsizlik İdarəsi əsassız olaraq cavabdeh qismində işə cəlb edilmişdir. Hazırki vəziyyətdə SOCAR Təhlükəsizlik İdarəsinin qarşılıqlı iddia tələbi üzrə cavabdeh kimi işə cəlb edilməsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qarşılıqlı iddia üzrə iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təstiq edən və cavabdehlərin ona qarşı hər hansı qanuna zidd hərəkətlərinin olub-olmaması və bunun nəticəsində həqiqətəndə iddiaçıya zərərin vurulmasını təstiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, istinad etdiyi halları sübuta yetirmə bilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-2082/2020 saylı qətnaməsini ləğv edib, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin və üçüncü şəxsin ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi E.Ə.Xammədov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili A.N.Ələkbərovanın apellyasiya şikayətinin dəlillərini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili A.N.Ələkbərova öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, ilk iddia üzrə iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə Cavabdeh1, cavabdehin nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini rədd edərkən, tikilinin cavabdehin mülkiyyətində olan torpaqda olmasına, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxsin iddia tələbini qismən təmin edərkən, cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları X16, X19 və X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 37 metr aralı məsafədə, kəmərin mühafizə zonasında hasar tikintisi aşkar edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Cavabdeh2 35 saylı komandasının rəisinin həmin Şirkətin İddiaçınə ünvanladığı xx.xx.2020-ci il tarixli, 76 saylı bildirişdən müəyyən edilir ki, Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi BuzovnaRamana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən təqribən 37 metr aralıda torpaq sahəsində hasarlama işləri aparılır. Özünü Rəsul kimi təqdim edən şəxs həmin torpaq sahələrinin müvafiq çıxarışlarının olduğunu bildirmiş, onlara məhəl qoymamış və işi davam etdirəcəyini bildirmişdir. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün təlimatın tələbləri əsasında sizə məlumat verilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli **********13 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-01-11 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasən X1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli **********20 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,22 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2007-ci il tarixindən başlayaraq 99 il müddətinə, 604 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-01-12 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasən T.X.Hüseynovadan almışdır. İşə əlavə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli **********49 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi X15 tərəfindən xx.xx.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-01-43 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasən T.X.Hüseynovadan almışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli **********10 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-01-632 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasən R.R.Vəliyevadan almışdır. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli **********40 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,083 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-02-564 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasən T.X.Hüseynovadan almışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli **********75 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və xx.xx.2012-ci il tarixli 3M-02-586 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasən T.X.Hüseynovadan almışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən reyestr nömrəsi **********20 olan 0,022 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh1dir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cıil tarixdə verilmiş 071033 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cıil tarixdə verilmiş 071035 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cıil tarixdə verilmiş 071036 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi X6 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixli AA № 054307 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,033 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh1dir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 071032 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,022 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası ƏMəsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016cı il tarixdə verilmiş 071034 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,083 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. Məhkəmə kollegiyası cavabdeh V.Əmirovun iş üzrə ekspertizanın rəyinə əsaslanıb qanunsuz qətnamə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. İş materiallarında Azərbaycan Respublikası “Müstəql Məhkəmə Ekspertizası”nın xx xxxxxxxx 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü maddəsinin və “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin iddia ərizəsində tədqiq olunan torpaq sahəsindən neft kəmərinə qədər olan məsafənin 37 metr təşkil etdiyini nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh1 məxsus torpaq sahələrinin və həmin torpaq sahələrinin döngə nöqtələri üzrə inşa edilmiş hasar tikilisinin neft mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Cavabdeh1 və X8 məxsus torpaq sahələrinin kənarına çəkilmiş hasar tikilisinin sökülməsi nəticəsində tikiliyə dəymiş ziyanın məbləği 15.522 manat təşkil edir. İşin materiallarında olan Xəzər rayon İH Başçısının müavini L.Əhmədova tərəfindən Cavabdeh1 ünvanlanan 27.08. 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, ərizədə qeyd edilən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilmişdir,baxış zamanı icarənizdə olan 0.32 ha torpaq sahəsindən artıq torpaq sahəsinin istifadənizdə olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinə hasarın çəkilməsi üçün heç bir hüquqmüəyyənediici sənəd olmadığından və həmin ərazilər neft kəmərinin mühafizə zonasına aid olduğundan Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən sökülmüşdür. İşdə olan İddiaçı xx xxxx 2020-ci il tarixli məktubunda qeyd edilir ki, qeyd edilən boru kəməri 1981-ci ildə istismara verilmişdir, həmin vaxtdan yeri dəyişdirilməmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində mühafizə zonası boru kəməri oxunun hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Qeyd edilən bu qayda vətəndaş Cavabdeh1 məxsus kənd təsərrüfatı təyinatlı torpağa da təyinatı üzrə istifadə etdiyi halda şamildir. İşin materiallarında olan foto şəkillərdən icərisində qum-cınqıl yığılmış torpaq sahəsinin hasar divarlarının sökülmüş vəziyyətdə olduğu görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır: Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarında olan cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən təqdim edilən “Müstəql Məhkəmə Ekspertizası”nın xx xxxxxxxx 2020-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü maddəsinin və “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «İddiaçı»nin iddia ərizəsində tədqiq olunan torpaq sahəsindən neft kəmərinə qədər olan məsafənin 37 metr təşkil etdiyini nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh1 məxsus torpaq sahələrinin və həmin torpaq sahələrinin döngə nöqtələri üzrə inşa edilmiş hasar tikilisinin neft mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Bunu təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası göstərilən ekspertin rəyi ilə razılaşmasını və bu hissədə ilkin iddia tələbinin əsassız olmasının düzgün hesab edir. Qarşılıqlı iddiaya və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasına münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli hasar tikintisinin sökülməsi hər iki iddiaçıların izahatları ilə yanaşı, ekspertizanın qeyd edilən rəyi ilə, təqdim olunan foto şəkillərlə, iddiaçılar tərəfindən müxtəlif orqanlara bu barədə edilən müraciətlərə verilən cavablarla, habelə mülki işin materiallarında olan ilkin iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Cavabdeh2 35 saylı komandasının rəisinin həmin Şirkətin İddiaçınə ünvanladığı xx.xx.2020-ci il tarixli, 76 saylı bildirişlə hansı ki, həmin bildirişdə Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi BuzovnaRamana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də,kəmərdən təqribən 37 metr aralıda torpaq sahəsində hasarlama işlərinin aparıldığı,özünü Rəsul kimi təqdim edən şəxsin həmin torpaq sahələrinin müvafiq çıxarışlarının olduğunu bildirməsi, onlara məhəl qoymaması və işi davam etdirəcəyini bildirməsi,bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün təlimatın tələbləri əsasında məlumat verilməsi barədə bildirişlə, bundan başqa, işin materiallarında olan Xəzər rayon İH Başçısının müavini L.Əhmədova tərəfindən Cavabdeh1 ünvanlanan 27.08. 2020-ci il tarixli məktubla, hansı ki ərizədə qeyd edilən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilməsi, baxış zamanı icarənizdə olan 0.32 ha torpaq sahəsindən artıq torpaq sahəsinin istifadənizdə olduğunun, həmin torpaq sahəsinə hasarın çəkilməsi üçün heç bir hüquqmüəyyənediici sənəd olmadığından və həmin ərazilər neft kəmərinin mühafizə zonasına aid olduğundan Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən sökülmüşdür. Kimi məzmunda qeyd edilən məktubla və onların baş vermiş söküntü ilə bağlı müxtəlif orqanlara etdikləri yazılı müraciətlərə verilən cavablarla həm söküntünün baş verməsi, həm də söküntünün bilavasitə mühafizə zonasına nəzarəti həyata keçirən məsul şəxslər kimi DNŞ-nin İddiaçı və həmin şirkətin Təhlükəsizlik İdarəsi tərəfindən aparılması təsdiq olunur. İş materiallarında olan “Müstəql Məhkəmə Ekspertizası”nın xx xxxxxxxx 2020-ci il tarixli rəyində Cavabdeh1 və X8 məxsus torpaq sahələrinin kənarına çəkilmiş hasar tikilisinin sökülməsi nəticəsində tikiliyə dəymiş ziyanın məbləğinin 15522 manat təşkil etdiyi qeyd edilmiş,bunu təkzib edən hər hansı sübut olmadığından, məhkəmə vurulan ziyanın 15 522 manat olmasını qəbul edir Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxsin iddiası ziyan tələbi hissəsində qismən təmin edilməli, DNŞ-nin İddiaçı və həmin şirkətin Təhlükəsizlik İdarəsindən müştərək qaydada 15 522 manat məbləğində pul tutulub Cavabdeh1TBabayevə və Toğrul Babayevə verilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 və X6 iddia tələbləri ziyan tələbi hissəsində qismən təmin edildiyindən, onların iddia tələblərinin tikilinin bərpa edilməsi hissəsi istisna olunmaqla iddia tələbləri bu hissədə əsassız hesab edilməsi və təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxsin iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsində aparılan tikinti onların özləri tərəfindən birgə aparıldığından , söküntü işləri bilavasitə onların gözləri qarşısında aparıldından bununla bağlı onların mənəvi zərər çəkmələri artıq labüddür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndinə görə plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçılardan alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin iş üzrə onların cavabdeh qismində cəlb edilməsi düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. İş materialları ilə və tərəflərin izahatından müəyyən olunur ki, Toğrul Babayevin və Cavabdeh1 mülkiyyətinə həmin idarənin işçiləri tərəfindən zərər yetirilmişdir. Məhkəməyə təqdim edilmiş SOCAR Baş ofisinin İnsan Resursları Departamentinin xx xxxxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, X10 SOCAR Təhlükəsizlik İdarəsinin İdarəetmə aparatının 35 saylı komandasının rəisi, X17 həmin struktur bölmənin rəis müavini vəzifəsində çalışır. Belə ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqmda »Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqmda» Avropa Konvensiyasmm iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onım Protokollarının təfsiri və tətbİqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azarbaycan Respublikası Konvensiyam ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanlarm Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi və vəkili X3 və cavabdeh SOCAR İddiaçı nümayəndəsi Vasif Əmirovun apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-cu il tarixli 2(012)-2082/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1183/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1183/2021
12.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver