Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1184/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Kərı̇ mov Əli Hüseyn oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması və maddi yardım) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Bəxtı̇ yar qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması və maddi yardım” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-2225/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması və maddi yardım tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit məbləğdə 235 manat məbləğində pulun, uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 manat maddi yardım, əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardımın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2011-ci il tarixdə Kərimov Hüseyn Əli oğlu adlı övladı anadan olmuşdur və nikah məhkəmə qaydasında pozulmuşdur. Kərimov Hüseyn Əli oğlu uzun zamandır ki, həm ağır epilepsiya xəstəsidir, həmçinin ağır bronxial astma xəstəsidir. Ambulator kitabçadan olan çıxarışlarla da bu xəstəliklər öz təsdiqini açıq aydın tapmışdır. Bundan əlavə, Cavabdeh əqli gerilik müalicə və qulluq tələb edən pisxopata bənzər davranış pozuntusunun da olması Şəki Rayon Psixatriya xəstəxanasından verilən arayışla da təsdiq olunur. Uzun zamandır Kərimov Hüseyn Əli oğlu xəstəlikləri ilə əlaqədar ağır müalicələr alır. Həmin müalicələrin və həmin xəstəliklərlə əlaqədar dərmanların alınması üçün maddi xərcləri iddiaçı 2-ci qrup əlil olmağı və əmək qabiliyyətsiz olmağı ilə əlaqədar heç bir halda qarşılaya bilmir. Kərimov Hüseyn Əli oğlunun həyatda yaşaması ona təyin olunan müalicələrdən və verilməli olan dərmanlardan asılıdır. Belə ki, oğlunun bu müalicələrə və verilməli olan dərmanlara çox ehtiyacı var. Həmçinin oğlu xəstəlikləri ilə əlaqədar yenə də bir çox müayinələrdən keçməlidir. Həmçinin iddiaçının oğluna qulluq tələb olunduğundan səhhətinin hər an pisləşməsi ilə əlaqədar iddiaçı bir anda olsa ondan ayrıla bilmir. Habelə iddia ərizəsinə əlavə etdiyi oğlu Kərimov Hüseyn Əli oğlunun xəstəliklərini təsdiq edən sənədlərlə də və foto şəkillərlə də bütün bu hallar aydın surətdə öz təsdiqini tapır. Oğlunun saxlanılması üçün məhkəmənin qətnaməsi ilə 100 manat məbləğində alimentin cavadehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçının əliliyi olan tək uşağını böyüdən və heç bir yerdə işləməyən bir ana kimi heç bir maddi imkanı yoxdur. Qanunvericiliyə uyğun olaraq ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-ci ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Ona görə də birgə nikahdan dünyaya gəlmiş Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün uşağa 235 manat və uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 maddi yardım, əmək qabilliyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardım cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, 29 dekabr 2011-ci il tarixdə anadan olmuş Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 12 mart 2012-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Kərimova (Musayeva) Arzu Bəxtiyar qızına verilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 26 dekabr 2012-ci il tarixli, 2(102)-4315/2012 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3401/2012 saylı 15 avqust 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Kərimov Hüseyn Əli oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxit astma ağır gedişli, tez-tez residiv verən forma. Xroniki respirator çatmamazlıq, kəskin tənəffüs çatmamazlığı İİ dərəcə.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından çıxarışlara əsasən Kərimov Hüseyn Əli oğlunda epilepsiya nəticəsində ağıl zəifliyi, bronxial astma, atopik forma orta ağır gedişli, tez-tez təkrarlanan boğulma tutulmaları, xroniki respirator sindrom, alergik dermatit və s. xəstəliklər mövcuddur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1095 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu Böyük Pirəlili kəndində yaşayan 2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlu xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən psixopata bənzər davranış pozuntusu F-70.1 İQ-əmsalı 62%.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00183 saylı arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödəmişdir.
10. «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh “Azərbaycan Cüdo Federasiyası” İctimai Birliyində mütəxəssis vəzifəsində çalışır və aylıq maaşı isə 1010 manatdır.
11. «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı 100 manat məbləğində pensiya alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-2225/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 19 fevral 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manatın tutularaq İddiaçı verilməsi, qətnamənin əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunması, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 48,20 (qırx səkkiz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 76.2, 29, 29.1, 29.2, 29.4, 81.1, 81.2, 81.3, 100.2, 85.1.2 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 76.1, 4.6, 14.2, 76.1, 76.2, 217.4, 217.3, 107, 112.1.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-2225/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, Kərimov Hüseyn Əli oğlunun xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 manat maddi yardımın və ananın əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat maddi yardım tələbinə dair hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə ki, uşaqların qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Kərimov Hüseyn Əli oğlu uzun zamandır həm ağır eplepsiya xəstəsidir, həmçinin ağır bronxial astma xəstəsidr. Ambulator kitabçadan olan çıxarışlarla da bu xəstəliklər öz təsdiqini açıq-aydın tapmışdır. Bundan əlavə Cavabdeh əqli gerilik müalicə və qulluq tələb edən pisxopata bənzər davranış pozuntusununda olması Şəki Rayon Psixatriya xəstəxanasından verilən arayışla da təsdiq olunur. Uzun zamandır Kərimov Hüseyn Əli oğlu xəstəlikləri ilə əlaqədar ağır müalicələr alır. Həmin müalicələrin və həmin xəstəliklərlə əlaqədar dərmanların alınması üçün maddi xərcləri heç bir yerdə işləyə bilməməsi, həmçinin 2-ci qrup əlil olması ilə və əmək qabiliyyətsiz olması ilə əlaqədar heç bir halda qarşılaya bilmir. Bu səbəbdən də, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, onun uşağa qulluq ilə əlaqədar işləməməsini və heç bir qazanca malik olmamasını, uşağın üstün mənafeyini və minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq obyektiv nəticəyə gəlməlidir. Kərimov Hüseyn Əli oğlunun həyatda yaşaması ona təyin olunan müalicələrdən və verilməli olan dərmanlardan aslıdır. Belə ki, onun müalicələrə və verilməli olan dərmanlara çox ehtiyacı var. Həmçinin xəstəlikləri ilə əlaqədar yenə də bir çox müayinələrdən keçməlidir. Onun əliliyi olan, tək uşağını böyüdən, hər iki valideyinini itirən və heç bir yerdə işləməyən bir ana kimi buna heç bir maddi imkanı yoxdur. Həmçinin onun oğluna qulluq tələb olunduğundan səhhətinin hər an pisləşməsi ilə əlaqədar bir an da olsa ondan ayrıla bilmir. Hesab edir ki, məhkəmə uşağın 18 yaşa qədər bütün xərclərini, onun xəstəliyi ilə bağlı müayinə və mülaicələrini əhatə edən dəyəri hesablamalı, onun istehlak səbətini müəyyənləşdirməli idi. Məhkəmə qətnamədə Kərimov Hüseyn Əli oğlunun uzun zamandır həm ağır eplepsiya xəstəsi, həmçinin ağır bronxial astma xəstəsi olmasını, ambulator kitabçadan olan çıxarışlarla da bu xəstəliklərin öz təsdiqini açıq-aydın tapmasını, Kərimov Hüseyn Əli oğlunun həyatda yaşamasının ona təyin olunan müalicələrdən və verilməli olan dərmanlardan aslılığını, ananın əliliyi olan, tək uşağını böyüdən, hər iki valideyinini itirən və heç bir yerdə işləməyən bir ana kimi buna heç bir maddi imkanının olmamasını, həmçinin ananın oğluna qulluq tələb olunduğundan səhhətinin hər an pisləşməsi ilə əlaqədar bir an da olsa ondan ayrıla bilməməsini nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tələb edir ki, oğlu Kərimov Hüseynin yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit məbləğdə 235 (iki yüz otuz beş) manat, həmçinin uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 (üç yüz) manat maddi yardım və uşağa baxmasına görə 100 (yüz) manat maddi yardım ondan tutularaq ödənilsin. Bununla bağlı xx.xx.2024-cü il Sumqayıt Şəhər Məhkəmsinin hakimi Həxiyeva Şəbnəm xanımın sədrliyi ilə məhkəmə iclası keçirlimiş və iddia tələbi qismən təmin edilmişdir. Bundan sonra iş icra üçün Beyləqan rayon icra və propasiya şöbəsinə göndərilmiş, E148626/2024-48-9 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuş və o, Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru X7 ilə əlaqə saxlayaraq bütün borclarını ödəmiş, çekləri Elgiz müəllimə göndərmişdir. İddiaçı deyir ki, uşaq xəstədir, müalicə alır, xəstə uşaq necə olur ki, məhlədə uşaqlarla qan-tər içində futbol oynayır bütün günü? Onun sübutu var Arzunun yalan danışmağı ilə bağlı. xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəmsinin hakimi Həxiyeva Şəbnəm xanımın qət etdiyi qətnamə dəyişdirlmədən saxlanılsın və İddiaçı iddası təmin olunmasın.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, uşağa qulluqla bağlı ona 100 manat pensiya ödənir. Ona təyin edilmiş əlillik və pensiya isə ləğv edilmişdir.
19. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, Kərimov Hüseyn Əli oğlunun xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 manat maddi yardımın və ananın əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat maddi yardım tələbinə dair hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
23. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
24. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 85.1.2. Nikah pozulduqdan sonra 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
26. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
29. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından bir övladları anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, 29 dekabr 2011-ci il tarixdə anadan olmuş Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 12 mart 2012-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Kərimova (Musayeva) Arzu Bəxtiyar qızına verilməsi qət edilmişdir. Araşdırılan mübahisə üzrə iddiaçı övladı xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun barəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin, uşağın xəstəliyi ilə bağlı 300 manat maddi yardımın və uşağa qulluğa görə ananın saxlanılması üçün 100 manat tutulmasını tələb etmişdir.
31. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 19 fevral 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir.
32. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir.
33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
35. Göründüyü kim apellyator şikayətinin dəlili olaraq uşaq Kərimov Hüseyn Əli oğlunun uzun zamandır həm ağır eplepsiya xəstəsi, həmçinin ağır bronxial astma xəstəsi olması, daim müalicə götürməsi, uşağın müalicə xərclərinin ödəməyə maddi imkanının olmaması, uşağın daima qulluğa ehtiyacı olması, əlili olması, işləməməsini göstərmişdir.
36. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin müəyyən edilmiş faktiki halları, müvafiq hüquq normalarına istinadən araşdırıb, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin miqdarını hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
37. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, cavabdehin qazancını və ailə vəziyyətini, cavabdehin eyni zamanda aliment öhdəliyinin olmasını nəzərə alaraq hesab edir ki, əlavə xərclərin miqdarının dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri düzgün qərar qəbul edilmişdir.
39. Kollegiya qeyd edir ki, qanunvericilikdə valideynlərin əlavə xərclərə cəlb olunmasının mümkünlüyü tanınmaqla yanaşı, bu zaman məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
40. Qeyd olunmalıdır ki, əlavə xərclərin miqdarı üzərinə vəzifə qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
41. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflərin birgə nikahında olan uşaq bronxit astma, əqli gerilik, müalicə və qulluq tələb edən psixopata bənzər davranış pozuntusundan əziyyət çəkir.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, Əlilliyi olan şəxslərin reabilitasiyasına dövlət nəzarəti olmaqla, dövlət qayğısı ilə əhatə olunmaqla bu şəxslərin hüquqlarının qorunması təmin edilir.
43. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən uşaqlarda əqli inkişafın gizli pozuntularını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək, onların sağlamlıq vəziyyətini dinamik müşahidə etmək və əlillik səviyyəsini azaltmaq məqsədi ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada icbari dispanserizasiyası həyata keçirilir.. Səhhətində fiziki, yaxud əqli inkişafında hər hansı pozulma riski və ya halı olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər yardım göstərilir. Bu cür yardımın metodları, forması, həcmi və müddəti bu Qanunun 11-ci maddəsinə uyğun olaraq tərtib edilmiş X2 ilə müəyyən edilir. 11.4. Uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin qanuni nümayəndəsinin iştirakı təmin edilir.
44. Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sağlamlıq imkanları məhdud uşaqlara keyfiyyətli tibbi-sosial yardımın göstərilməsinə, müalicəsağlamlaşdırıcı tədbirlərinin vaxtında həyata keçirilməsinə dövlət təminat verməklə ödənişsiz əsaslarla bu tədbirlərin həyata keçirilməsi mümkün olduğundan uşağın xəstəliyi bağlı təyin edilmiş əlavə xərcin miqdarının artırılması əsaslı deyildir.
45. Məhkəmə kollegiyası həmçinin şikayətin uşağa qulluqla bağlı anaya maddi yardımın ödənilməsi barədə dəlilini də əsaslı hesab etmir.
46. Belə ki, iş üzrə toplanmış sübutlardan görünür ki, uşağa qulluğa görə anaya 100 manat penisya təyin edilmişdir.
47. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”təsis edilmiş və onun aylıq məbləği 100 manat müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını, cavabdehin ailə və əmlak vəziyyətini, üzərində aliment öhdəliyinin (235 manat aliment + 100 manat maddi yardım = 335 manat) olmasını nəzərə alaraq hesab edir ki, əlavə xərclərin miqdarının artırılması hazırkı halda bu öhdəliyi yerinə yetirən şəxsin əmlak imkanın azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
49. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-2225/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.