Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1188/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X32 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdeh Maraqlı şəxs2 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı X14 cavabdeh Maraqlı şəxs2 qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və sərəncam vermə faktınının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)- 1395/2012 nömrəli qətnaməsindən cavabdeh Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddianın təmin edilməsi, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X1 tərəfindən cavabdeh Maraqlı şəxs2 bağışlamasına dair müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair cavabdeh Maraqlı şəxs2 barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydi etibarsız hesab edilməsi, həmin mənzil barədə alqı-satqı müqaviləsi Ərizəçi ilə bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində X14 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və Texniki pasportun verilməsi Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X23 ərizə ilə məhkəməyə müraciət edərək, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X1 tərəfindən cavabdeh Maraqlı şəxs2 bağışlamasına dair müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair cavabdeh Maraqlı şəxs2 barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydi etibarsız hesab edilməsi, həmin mənzil barədə alqı-satqı müqaviləsi Ərizəçi ilə bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində X14 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və Texniki pasportun verilməsi Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1686 kv.m. olan, 9 mənzildən ibarət olan fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzillərdən birini Ərizəçi babası (atası X9 atası) X16 1957-ci ildə həmin mənzilin o vaxtkı sahibi X11 18.500 (on səkkiz min beş yüz) rubla almışdır. Lakin həmin alqı-satqı əməliyyatı dövlət notariat kontorunda rəsmiləşdirilməsi yolu ilə deyil, X10, onun həyat yoldaşı X7, oğlu X9 və onun həyat yoldaşı X12, X8, X4, qızları X2, X5, X3, X6 həmin mənzilə rəsmi qeydiyyata alınması yolu ilə həyata keçirilmişdir. İddiaçı Ərizəçi həmin mənzildə 1960-cı ildən yaşayır və 1973-cü ildən ora rəsmi qeydiyyata düşmüşdür. Hal-hazırda mənzildə iddiaçı Ərizəçi, onun ailə üzvləri: həyat yoldaşı X13, oğlu X24, oğlu X28 və nəvəsi X36 yaşayırlar və qeydiyyatdadırlar. Sözügedən mənzilin hazırkı sahibi iddiaçı Ərizəçi olmasına baxmayaraq Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə verilmiş xx.xx.1997-ci il tarixli, MH seriyalı, 091400 saylı Qeydiyyat vəsiqəsində onun həmin mənzil üzərində mülkiyyət hüququ qeyd edilməmiş, hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestrində bu barədə qeyd mövcud deyil və Ərizəçi adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən alınması qeyri- mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Maraqlı şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin sözügedən qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məhkəmə tərəfindən heç bir bildiriş göndərilməmiş və lazımi qaydada məlumatlandırılmamışdır. İddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində aşağıda qeyd olunan şərtlərin hansının mövcud olması məhkəmə tərəfindən yoxlanılmamışdır. İddiaçı mübahisələndirdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyi üçün, sözügedən iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. İddiaçının sözügedən ünvanda qeydiyyatda olması, həmin ünvanda yerləşən əmlakla əlaqədar həyata keçirilmiş bağışlanma müqaviləsini mübahisələndirməyi istisna edir ən azından ona görə ki, iddiaçının qeyd edilən əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur. Lakin məhkəmə bu vacib xüsusatı nəzərə almamış, ümumiyyətlə sözügedən müqavilənin etibarsız hesab edilməsini zəruri edən hər hansı bir maddi hüquq normasına istinad edilməmişdir. İş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin Ərizəçiözündə ehtiva edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Çünki qanunvericiliyin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə iddiaçı tərəf Ərizəçi isə məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim etməyib. Eyni zamanda, hazırki iddiaya münasibətdə bağışlanma müqaviləsinin və çıxarışın etibarsız olmasına dair halın mövcudluğunu yalnız iddiaçı özünün izahatı ilə əsaslandırmağa çalışmışdır. İddiaçınınn izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Maraqlı şəxs2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ərizəçinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, sonradan ərizəçi iddia predmetinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağışlama müqaviləsinin, Maraqlı şəxs2 barədə Daşınmaz Əmlakın Dövlət Reyestri qeydinin etibarsız hesab edilməsi, mənzil barədə alqı-satqı müqaviləsi Ərizəçi ilə bağlanmış hesab edilməsi, mənzil üzərində X14 adına çıxarışın və texniki pasportun verilməsi Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Baxılan iş üzrə tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd etmək lazımdır ki, xüsusi icraat məhkəmə icraatının bir növü olmaqla, hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan məhkəmədə mülki işlərə baxılması qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan hüquqi faktların və ya halların müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətdir. Bu icraat qaydasında baxılan işləri xarakterizə edən əlamətlər ondan ibarətdir ki, xüsusi icraat işlərində iddia icraatı üçün xarakterik olan tərəflər (iddiaçı və cavabdeh), o cümlədən hüquq haqqında mübahisə də olmur, eləcə də bu qəbildən olan işlər öz məzmununa görə iddia ərizəsindən fərqlənən ərizə və ya şikayətin verilməsi ilə başlayır. Göründüyü kimi Ərizəçi ilkin olaraq məhkəməyə xüsusi icraat qaydasında müraicət etsə də, sonradan bu icraata xarakterik olmayan iddia ərizəsi ilə müraciəti mümkün olmadığı halda birinci instansiya məhkəməsi ərizəyə mahiyyəti üzrə qiymət verərək, yekunda iddianın təmin etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Mövcud vəziyyətdə ərizədən də göründüyü kimi hüquq haqqında mübahisənin yarandığı aşkardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.5, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X14 cavabdeh Maraqlı şəxs2 qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və sərəncam vermə faktınının müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Bu qərardad iddiaçı X19 yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1188/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1188/2023
03.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver